Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2600/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi) X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullyayeva Çiçək Pərviz qızının katibliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli e-2(010)-130/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş Vİ-JQ seriyalı, 489518 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 və X6 arasında xx.xx.1999-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 100 nömrə ilə qeyd edilmişdir.
2. Nikah bağlandıqdan sonra ərə Yusifov, arvada Yusifova soyadı verilmişdir. "xxxx" ASC (Borc verən) və Cavabdeh3 (Borcalan) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 2xx-xx-2018-AF-QQ nömrəli təminatlı kredit müqaviləsindən müəyyən olunur ki, “Borc verən” “Borcalan”a “Borcalan” ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2018-ci il tarixli, ********* nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 146009 manat məbləğində kredit verilməsini, “Borcalan” isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri “Borc verən”ə qaytarmağı öhdəsinə götürür.
3. xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun 210 ay müddətinə hər ay 1294 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.
4. "xxxx" ASC (Kreditor), Cavabdeh3 (Borclu) və Cavabdeh1 (Zamin) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 2- xx-xx-2018-AF-QQ nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, “Kreditor”la “Borclu” arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xxxx-2018-AF-QQ nömrəli kredit müqaviləsinə əsasən, 146009 manat məbləğində, 210 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi “Zamin” “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Kreditor” qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür.
5. "xxxx" ASC (Kreditor), Cavabdeh3 (Borclu) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 2-xx-xx-2018-AF-QQ nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, “Kreditor”la “Borclu” arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xxxx-2018-AF-QQ nömrəli kredit müqaviləsinə əsasən, 146009 manat məbləğində, 210 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi “Zamin” “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Kreditor” qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür.
6. xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, borcalan Cavabdeh3 iddiaçı bankın kassasından 146009 manat məbləğində pul vəsaiti verilmişdir.
7. "xxxx" ASC (İpoteka saxlayan) və Cavabdeh3 (İpoteka qoyan) arasında xx.xx.2019-cu il tarixdə notarial qaydada bağlanmış ipoteka müqaviləsindən müəyyən olunur ki, “İpoteka qoyan” mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “İpoteka saxlayan”ın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmeti – ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 60.4 m2 olan 3 otaqlı mənzildən ibarətdir. İpoteka predmetinin dəyəri – “İpoteka qoyan” və “İpoteka saxlayan” arasında əldə edilmiş razılaşmaya əsasən 171509 manat məbləğində müəyyən edilmişdir.
8. xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən müəyyən olunur ki, X4 arvadı - Cavabdeh3 məxsus olan ünvan 2 ünvanda inşa edilmiş 2 saylı binanın, 3-cü mərtəbəsindəki 9 nömrəli mənzilin ipoteka qoyulmasına razıdır, borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar mənzilə tutma yönəldilərsə (yəni, notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz mənzili qeydiyyatdan çıxmaqla tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, **********30-05301-093027 reyestr nömrəli, ümumi sahəsi 98.4 m2 olan, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzil Cavabdeh3 mülkiyyətindədir və həmin mənzil üzərində Cavabdeh3 (tam hissədə olmaqla) xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, **********30-05301-093027 reyestr nömrəli, ümumi sahəsi 98.4 m2 olan, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzil üzərində hüquqlar xx.xx.2018-ci il tarixli, 2-xx-xx- 2018-AF-QQ nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2035-ci il tarixinədək "xxxx" ASCnin xeyrinə yüklü edilmişdir. Daşınmaz əmlak dövlət reyestrində 2964 nömrəli reyestr kitabının 276667 nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. xx.xx.2024-cü il tarixli, 6-2-22/2-9139/2024 saylı bildirişdən müəyyən olunur ki, Cavabdeh3 tərəfindən öhdəliklərin 5 (beş) gün müddətində icra edilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönədilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatı orqanın müraciət ediləcəyi bildirilmişdir.
12. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə ünvanlanmış məktubdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 6-2- 22/2-9139/2024 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024- cü il tarixli cavab məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
14. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, tutmanın ipoteka predmetinə yönədilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddiaçı tərəfindən 52.48 manat məbləğində rüsum ödənilmişdir.
15. xx.xx.2024-cü il tarixli, 6-2-22/2-13396/2024 nömrəli bildirişdən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən borcalan, zaminlər və hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxsə xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş və həmin borcun 3 (üç) gün müddətində ödənilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq bildiriş məktublarının göndərilməsinə dair poçt xəbərnamələri iş materiallarına əlavə edilmişdir.
16. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh3 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə "xxxx" ASC-yə 131269.14 manat məbləğində əsas borc və 15743.39 manat məbləğində faiz borcu olmaqla, cəmi 147012.53 manat məbləğində borcu vardır.
17. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh3 xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli kredit müqaviləsi üzrə həmin tarixə "xxxx" ASC-yə 131269.14 manat məbləğində əsas borc və 21898.39 manat məbləğində faiz borcu olmaqla, cəmi 153157.63 manat məbləğində borcu vardır.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/6454 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh3 xx.xx.2024-cü il tarixədək banka olan borcu - əsas borc üzrə - 131779.48 manat, faiz borcu üzrə - 15488.66 manat məbləğində müəyyən edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/65xx-xx/6247 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş ünvan 1 ünvanında yerləşən 9 saylı təmirli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 225040 manat (98.4 m2 x 2287 manat), 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 202536 manat (225040 – 10%) məbləğində müəyyən edilir.
Birinci instansiya məhkəməsindəki icraat
20. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və "xxxx" Mənzil-Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 2- xx-xx-2018-AF-QQ saylı kredit müqaviləsinə əsasən, 131269.14 manat əsas və 15743.39 manat faiz borcu olmaqla, ümumilikdə 147012.53 manat kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 437.01 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka Cavabdeh3 və X2 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ saylı kredit müqaviləsinə əsasən, 131269.14 manat əsas və 15743.39 manat faiz borcu olmaqla, ümumilikdə 147012.53 manat kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmən haqqının, eyni zamanda 437.01 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AFQQ saylı təminatlı kredit müqaviləsi kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 8% olmaq şərti ilə, 210 ay müddətinə 146009 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ saylı təminatlı kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 ilə Bank arasında bağlanan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus ünvan 1, mənzil 9 (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********330-05301- 093027) ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı, "xxxx" Mənzil Tikinti Kooperativi ilə "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti filialı arasında xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ saylı zaminlik müqaviləsi imzalanmışdır. Həmçinin, Cavabdeh1 ilə "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti filialı arasında xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ saylı zaminlik müqaviləsi imzalanmışdır. Lakin, borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün ümumilikdə 52.48 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Yuxarıda adı çəkilən kredit müqaviləsinə əsasən, cavabdehlərin 131269.14 manat əsas və 15743.39 faiz borcu olmaqla, cəmi 147012.53 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə cavabdehlər Cavabdeh3, X4, Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 437.01 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir.
23. Cavabdeh3 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında kredit müqaviləsi mövcuddur. Kredit müqaviləsi üzrə iddiaçı cavabdehə kredit məbləğini vermişdir. Eldar Yusifovla isə iddiaçı arasında müqavilə yoxdur və tərəflər arasında qarşılıqlı öhdəliklər yaranmamışdır. Cavabdeh öhdəliklərini icra etmişdir. Hazırda da cavabdeh öhdəliklərini icra etmək niyyətindədir. Sadəcə cavabdehin maddi vəziyyətində yaranmış problemlər ödənişlərdə fasilələr yaratmışdır. Bu isə cavabdehin öz öhdəliyinin icrasından yayınması demək deyildir. Cavabdehin hazırda müvəqqəti maddi çətinliyi müqavilə öhdəliyindən yayınma kimi dəyərləndirilə bilməz. İddia tələbinin evə yönəldilməsi və digər bu kimi tələblər də əsassızdır.
24. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli e-2(010)- 130/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 131269.14 manat əsas borc və 15743.39 manat faiz borcu olmaqla, cəmi 147012.53 manat məbləğində borc və 437.06 manat məbləğində dövlət rüsumu, 0.80 manat məbləğində xidmət haqqının və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 52.48 manat məbləğində rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.4 m2 olan 9 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin likvid dəyəri 202536 manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına Cavabdeh3 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu həcmində ödənişin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 200 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Fəridə Rzayeva)
25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tələb edilən borcun məbləği ilə məhkəmə qismən razılaşmır. Belə ki, iddiaçı Bank cavabdehdən 131269.14 manat məbləğində əsas borc və 21898.39 manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı Bank tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixli bildirişlə müraciət edilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün onun Bank qarşısında 15743.39 manat məbləğində faiz borcu yaranmışdır və üç gün müddətində müqavilə üzrə ödənilməmiş əsas borc və faiz borcunun ödənilməsi tələb edilir. Məhkəmə hesab etmişdir ki, iddiaçı Bankın cavabdeh Borcalandan müqavilə üzrə icra edilməmiş öhdəliyin tam olaraq icrasını tələb etdiyi və borclunun bunu təmin etmədiyi andan artıq tərəflər arasında bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş hesab edilir. Ona görə ki, iddiaçı Bank bununla kredit müqaviləsindən birtərəfli qaydada imtina etmiş sayılır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı Bank aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyən cavabdeh Borcalandan icra edilməmiş öhdəliyin tam olaraq icra edilməsini tələb etdiyi və Borcalanın bunu təmin etmədiyi andan kredit müqaviləsindən imtina etmiş sayılır. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi həmin andan ləğv edilmiş hesab edilməlidir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı Bank Cavabdeh3 yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, Borcalanın müqavilə ləğv edildiyi ana olan faiz borcu 15743.39 manat məbləğində olsa da, iddiaçı Bank müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq cavabdehdən 21898.39 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə istinadla hesab etmişdir ki, iddiaçı Bankın belə bir hüququ olmamış, onun cavabdehdən tələb edə biləcəyi faizin məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək olan faiz borcunun məbləği ilə məhdudlaşmışdır. Odur ki, iddia tələbi faiz borcuna münasibətdə qismən – 15743.39 manat həcmində təmin edilməlidir. Digər tərəfdən, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə annuitet məbləğin (əsas borc və faiz borcu) müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/6454 nömrəli ekspert rəyi ilə Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AFQQ nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2024-cü il tarixədək ( maliyyə arayışı və bildirişin verildiyi tarixin eyni olması nəzərə alınmaqla) banka olan borcu - əsas borc üzrə - 131779.48 manat, faiz borcu üzrə - 15488.66 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyində əsas borc iddia tələbində qeyd edilən məbləğdən yüksək qeyd edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmamaqla əsas borcun 131269.14 manat (iddia tələbində qeyd olunduğu kimi) məbləğində hesablanmalı olması nəticəsinə gəlir. Eyni zamanda məhkəmə borcun cavabdehlərdən müştərək qaydada tutulmasına münasibətdə qeyd edir ki, Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında qanunvericinin tələb etdiyi formada zaminlik müqaviləsi bağlanmış və onlar Cavabdeh3 "xxxx" ASC qarşısında öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün birgə məsuliyyət götürmüşlər. Bu isə öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımı şəkildə icra edilməməsi halında banka bu öhdəliyin icrasını birbaşa zaminlərə yönləndirmək hüququna verir. Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi pozduğundan və mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 60.4 m2 olan 3 otaqlı, 9 nömrəli mənzil bu müqavilə üzrə öhdəliklərin təminatı kimi iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü edildiyindən iddiaçı Bankın kredit müqaviləsi üzrə tələbi ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/6538- 10/6247 nömrəli ekspert rəyi ilə ekspertiza tədqiqatına təqdim edilmiş ünvan 1 ünvanında yerləşən 9 saylı təmirli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 225040 manat (98.4 m2 x 2287 manat), 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 202536 manat (225040 – 10%) məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 202536 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına iddiaçı "xxxx" ASC-yə olan borc həcmində ödəniş edilməlidir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 337, 385.1-ci, 427-ci, 442-ci, 443.1, 445.2, 445.2, 448, 460.1-ci, 470.1-ci, 472-ci, 739.1, 739.2ci və “İpoteka haqqında” Qanunun 34, 39-cu, 59-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
27. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apelllyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləği şişirdilib. Belə ki, onlar 25.500 manat ilkin ödəniş etmişlər, qalan 146.009 manat məbləği isə iddiaçı edib. Bundan sonra 146.009 manat pula görə 65.000 manat ödəniş etmişlər, qəbzləri də var. İşin bu halı nəzərə alınmayıb, borc məbləği düzgün müəyyən edilməyib. Apellyasiya mərhələsində borc məbləğinin düzgün müəyyən edilməsinə ehtiyac vardır. Bundan əlavə mənzilin likvid dəyəri də düzgün qiymətləndirilməyib, mənzilin qiyməti daha bahadır. Onlar yaşadıqları müddətdə mənzili əsaslı təmir etdirmişlər, mənzilin real likvid dəyəri 280.000 manata yaxındır. Apellyasiya mərhələsində mənzilin dəyərinin də düzgün müəyyən edilməsinə ehtiyac vardır. İşə əlavə edilmiş ödəniş qəbzlərdən görünür ki, Cavabdeh3 gücü çatdığı təqdirdə ödənişlər edib, onun ödənişlər etməsi borcun yaranmasında təqsirinin olmadığını göstərir, cavabdehin maddi vəziyyəti çox ağırlaşmış, belə imkansızlıq vəziyyətinin yaranmasından istifadə edən iddiaçı cavabdehi öhdəliyini icra etməməkdə təqsirləndirməkdə haqlı deyil. Cavabdeh öz öhdəliklərini icra etmiş və borcunu qaytarmağa davam etmək niyyətində olmuşdur, onun maddi vəziyyətində yaranan müvəqqəti çətinliklər səbəbindən ödənişlərində fasilələr yaranmışdır, ödənişlərdə fasilənin yaranması təqsirli olmağa dəlalət etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
31. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
32. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.3-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-ci maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.” 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2.icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
34. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər;
36. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə müstəqildir.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Hazırkı apellyasiya şikayətinin əsaslandırılmasında birinci instansiya məhkəməsinin qətnaməsinin əsas və faiz borc məbləğinin və ipoteka predmetini təşkil edən əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsində ziddiyyətlərin olduğu mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması ilə bağlı və ipoteka predmetini təşkil edən əmlakın ilkin satış (likvid) qiymətin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
42. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini rəhbər tutub borc məbləğinin şişirdilmiş olmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəflərin istinad etdiyi halları sübut etmə vəzifəsini tərəfin üzərinə qoyur. Başqa sözlə, cavabdeh nə birinci nə də apellyasiya instansiya məhkəməsində bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdeh apellyasiya şikayətində ümumi olaraq borc məbləğinin şişildilmiş olmasını vurğulasa da, iddia tələbinin hansı həcmdə dəyişdirilməli olması ilə bağlı heç bir dəlil irəli sürməmişdir.
43. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 24 iyul 2025-ci il tarixli, 9/2749 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları, xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 xx.xx.2024cü il tarixinə banka olan əsas borc üzrə 131.779,48 manat, faiz borcu üzrə 14.431,43 manat müəyyən edilir.
44. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə və öz mövqeyinə uyğun olaraq, nə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 131269.14 manat məbləğində borcdan daha az borcunun olduğunu, nədə ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə ekspertinin rəyində göstərilən borc məbləğindən daha az məbləğdə borcunun yarandığını sübuta yetirə bilir. Hər bir halda, reallıqda ödənilmiş, lakin hesabdan çıxarış məlumatlarında əks olunmamış ödənişlər mövcuddursa, cavabdeh bunu təsdiq edən ödəniş qəbzləri təqdim etməli idi, lakin etməmişdir. Məhkəmə kollegiyası da ödənilmiş, lakin iddiaçı tərəfindən nəzərə alınmamış hər hansı ödənişin olmasını müəyyən etməmişdir.
45. Məhkəmə kollegiyası isə faiz məbləği ilə bağlı 24 iyul 2025-ci il tarixli, 9/2749 nömrəli ekspert rəyinin mötəbərliyini qəbul edir. Belə ki, işin hallarından da göründüyü kimi, cavabdeh tərəf müqavilə üzrə faiz borcuna aid hissədə də öhdəliyini lazımi qaydada icra etməmişdir. Həmin borcun məbləği də qeyd edilən ekspert rəyi ilə təsdiqini tapmışdır. Bu baxımdan kollegiya hesab edir ki, icra edilməmiş faiz borcunun rəylə müəyyən edilən məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
46. Cavabdehin apellyasiya şikayətində qeyd olunan digər xüsusatın yoxlanılması (ipoteka predmetinin ilkin satış qiyməti) məqsədilə apellyasiya icraatı zamanı ipoteka predmeti olan mənzilin yenidən qiymətləndirilməsi də keçirilmişdir. Məhkəmə Ekspertiza Bürosunun 8 iyul 2025-ci il tarixli, 57/7-25 nömrəli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 60.4 m2 olan 3 otaqlı mənzilin bazar qiyməti 239,200 manat, likvid qiyməti 210,500 manat təşkil edir.
47. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin və bazar satış qiyməti ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi zamanı müstəqil qiymətləndiricinin rəyinə əsasən mənzilin bazar qiyməti 225040 manat və likvid qiyməti isə 202536 manat müəyyən edilmiş, məhkəmə qətnaməsində də mənzilin qiyməti həmin məbləğlərdə müəyyən edilmişdir. Hazırki iş üzrə ipoteka qoyan tərəfindən ipoteka predmetinin qiyməti mübahisələndirilməklə aşağı qiymətə olması göstərilmişdir. Hazırki halda isə apellyasiya qaydasında işə baxılarkən məhz ipoteka predmetinin qiymətinin daha yuxarı həddə olmasının müəyyən edilməklə ilkin satış qiymətinin müəyyən edilməsi irəli sürülmüşdür. Apellyasiya şikayətinin qeyd edilən dəlilinə əsasən apellyasiya icraatı zamanı keçirilmiş müstəqil qiymətləndiricinin rəyinə əsasən isə ipoteka predmetinin bazar qiyməti 239,200 manat, likvid qiyməti 210,500 manat olması müəyyən edilmişdir. Hazırkı bazar iqtisadiyyatı şəraitində mənzil bazarında qiymətlərin dəyişkən olması nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin bazar qiyməti 239,200 manat, likvid qiyməti 210,500 manat müəyyən edilməsi daha ağlabatandır. Belə ki, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair tələblərdə ilk olaraq ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilir. İlkin satış qiyməti isə ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti dedikdə, qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti nəzərdə tutulur. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
48. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin qiymətinə dair cavabdehin apellyasiya şikayətinin dəlili qismən əsaslıdır və məhkəmə qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməsi hissəsində dəyişdirilməklə ipoteka predmetinin ilkin satış qiyməti 210,500 manat müəyyən edilməlidir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli e-2(010)-130/2025 nömrəli qətnaməsi faiz borcu məbləğinə dair hissədə dəyişdirilərək 14.431,43 manat və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də dəyişdirilərək ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 60.4 m2 olan 3 otaqlı mənzilin ilkin satış qiyməti isə 210,500 manat məbləğində müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
50. Məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 100 manat məbləğində pul Cavabdeh3 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyinin alınmasına sərf edilmiş 500 manat məbləğində pul Cavabdeh3 tutularaq Mərkəzi Ekspertiza Bürosunun hesabına ödənilməli, Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli e-2(010)- 130/2025 nömrəli qətnaməsi faiz borcu məbləğinə dair hissədə dəyişdirilərək 14.431,43 manat müəyyən edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli e-2(010)- 130/2025 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 60.4 m2 olan 3 otaqlı mənzilin ilkin satış qiyməti 210,500 manat məbləğində müəyyən edilsin. Məhkəmə mühasibatlıq eskpertizasının aparılmasına sərf edilmiş 100 manat məbləğində pul Cavabdeh3 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyinin alınmasına sərf edilmiş 500 manat məbləğində pul Cavabdeh3 tutularaq Mərkəzi Ekspertiza Bürosunun (benefisiarın bankı: Rabitəbank, filialın kodu: 502155 Bankın VÖENi: **********, SWİFT kod: RBTAAZ22, Müxbir hesab AZ61NABZ********************, benefisiarın hesabı AZ26RBTA********************, benefisiarın VÖENi: **********) hesabına ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.