Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2605/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «X3 Sanayi və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikası Nümayəndəliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-1313/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X3 Sanayi və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikası Nümayəndəliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, 6100 manat məbləğində maddi ziyanın və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)- 1313/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən maddi zərərə görə 4440 (dörd min dörd yüz qırx) manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, mübahisənin həlli ilə bağlı aralarında razılığın əldə olunduğunu, bu səbəbdən də barışıq sazişinin təsdiq olunmasını, qətnamənin ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını, barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş xx xxxx 2021-ci il tarixli barışıq sazişinin şərtlərinə görə; 1) Cavabdeh «X3 Sanayi və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikası Nümayəndəliyi xx xxxx 2021-ci il tarixdən ən geci 1 ay müddətində İddiaçı 2500 (iki min beş yüz) manat pul ödəməyi öhdəsinə götürür. 2) İddiaçı cavabdeh «X3 Sanayi və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikası Nümayəndəliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbindən imtina edir. 3) Barışıq Sazişinin nəticələri tərəflərə aydındır. 4) Tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmasını xahiş edirlər. Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi ilə bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilməklə, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh «X3 Sanayi və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikası Nümayəndəliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx xxxx 2021-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun: - Cavabdeh «X3 Sanayi və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikası Nümayəndəliyi xx xxxx 2021-ci il tarixdən ən geci 1 ay müddətində İddiaçı 2500 (iki min beş yüz) manat pul ödəməyi öhdəsinə götürür, İddiaçı cavabdeh «X3 Sanayi və Ticarət Anonim Şirkəti»nin Azərbaycan Respublikası Nümayəndəliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbindən imtina edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)- 1313/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2605/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2605/2021
30.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver