Məhkəmə qərarları › İş №2(103)-2617/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2617/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2617/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, X1 katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh və eyni zamanda digər cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2600/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı ASC – cavabdehlər “xxxx”MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-dən xx xxxxxxx 2018-ci il tarixli, rb/km1201 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 10382,22 (on min üç yüz səksən iki manat 22 qəpik) manat, faiz borcuna görə 1618,87 (bir min altı yüz on səkkiz manat 87 qəpik) manat, dəbbə borcuna görə 6000 (altı min manat 00 qəpik) manat, cəmi 18001,09 (on səkkiz min bir manat 09 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2600/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 10382,22 (on min üç yüz səksən iki manat 22 qəpik) manat əsas borc, 1618,87 (bir min altı yüz on səkkiz manat 87 qəpik) manat faiz borcu, 600 (altı yüz) manat dəbbə borcu, cəmi 12601,09 (on iki min altı yüz bir manat 09 qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır.İddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Apelyasiya şikayəti və onun dəlili: Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış və borclu “xxxx” MMC tərəfindən iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsindən əvvəl 5500 (beş min beş yüz) manat ödəməsi faktını nəzərə almamışdır. Bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilən hissəsində ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh və eyni zamanda digər cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Cavabdeh3 apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi N.Məmmədova apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, rb/km1201 saylı kredit müqaviləsindən görünür ki, borcluya illik 23 % (iyirmi üç) faiz dərəcəsi olmaqla 6 (altı) ay müddətinə 30000 (otuz min) manat məbləğində cavabdehə kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin xx xxxxxxx 2018-ci il tarixli, rb/km1201 saylı kredit Xətti Müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında Kredit Müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin xx xxxxxxx 2018-ci il tarixli, rb/km1201 saylı kredit Xətti Müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında Kredit Müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. "xxxx" MMC arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, rb/km1201 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixinə 10382,22 (on min üç yüz səksən iki manat 22 qəpik) manat, faiz borcuna görə 1618,87 (bir min altı yüz on səkkiz manat 87 qəpik) manat, dəbbə borcuna görə 6000 (altı min manat 00 qəpik) manat, cəmi 18001,09 (on səkkiz min bir manat 09 qəpik) manat kredit borcu vardır. İddiaçı ASC cavabdehlərə borcu ödəmələrinə dair xəbərdarlıq edilməsi barədə bildirişlər göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2033 saylı ekspert rəyində qeyd edilmişdir ki, cavabdeh “xxxx” MMC tərəfindən xx.xx.2018-ci il tarixdən etibarən xx.xx.2020-ci il tarixədək İddiaçı ASC-yə 22.115,25 manat məbləğində pul vəsaiti ödənilmişdir. -xx.xx.2018-ci il tarixdən müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixədək olan müddət ərzində aparılmış ödəniş 21.389,77 manat, -Müqavilə müddətinin bitdiyi tarixdən sonrakı müddətə aparılmış ödəniş 725,48 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıtərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı ASC ilə cavabdeh - "xxxx" MMC arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, rb/km1201 saylı kredit müqaviləsinə əsasən illik 23 % (iyirmi üç) faiz dərəcəsi olmaqla 6 (altı) ay müddətinə30000 (otuz min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx xxxxxxx 2018-ci il tarixdə İddiaçı ASC-nin Baş ofis ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və cavabdeh "xxxx" MMC-nin xx xxxxxxx 2018-ci il tarixli, rb/km1201 saylı kredit müqaviləsi üzrə 10382,22 (on min üç yüz səksən iki manat 22 qəpik) manat əsas, 1618,87 (bir min altı yüz on səkkiz manat 87 qəpik) manat faiz, 6000 (altı min manat 00 qəpik) manat dəbbə borcu olmaqla, cəmi 18001,09 (on səkkiz min bir manat 09 qəpik) manat borcu qalmışdır. Rayon məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı Bankın məhkəmə qaydasında cavabdehlər “xxxx”MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10382,22 (on min üç yüz səksən iki manat 22 qəpik) manat əsas, 1618,87 (bir min altı yüz on səkkiz manat 87 qəpik) manat faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh3 özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2600/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh3 alınaraq ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh3 özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar