Məhkəmə qərarları › İş №2(103)-262/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-262/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-262/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 12.677 manat pul məbləğinin onun xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(008)- 11944/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-6851/2019 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat İddiaçı hüquqi varisi təyin edilənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-262/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəfərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, nümayəndələrinin məhkəmə iclasında iştiraklarının təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı Əlİddiaçı xx.xx.2017-ci il tarixdə vəfat etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfidən məhkəməyə təqdim edilmiş məktuba əsasən, “Elektron notariat” informasiya sistemində xx.xx.2020-ci il tarixədək aparılmış araşdırma nəticəsində İddiaçı adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Həmçinin, məhkəmə tərəfindən iddiaçının vərəsələrinin müəyyən edilməsi istiqamətində bütün mümkün tədbirlər görülsə də, onun hüquq varisliyinə yol verən hər hansı bir məlumat əldə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərin də göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(008)- 11944/2016 saylı qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 261, 391, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(008)- 11944/2016 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar