Məhkəmə qərarları › İş №2(103)-2620/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2620/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2620/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh2-nin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” KB QSC-nin cavabdehlər X5 və Cavabdeh2-nə qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2217/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Ləğv prosesində olan “xxxx” KB QSC-nin cavabdehlər X5 və Cavabdeh2nə qarşı kredit borcu tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB-nin cavabdehlər X4 və Cavabdeh2-nəqarşı “borcun tutulması” tələbi ilə məhkəməyə müraciət edərək iddiaçı ləğv prosesində olan “xxxx” KB QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 19-2/058 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2-dən və X2 müştərək qaydada 24366,38 (iyirmi dörd min üç yüz altmış altı dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində əsas borcun, 14192,99 (on dörd min yüz doxsan iki dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz borcunun, 6237,53 (altı min iki yüz otuz yeddi dollar əlli üç sent) ABŞ dolları məbləğində dəbbə pulunun, Azərbaycan Respublikası MM-nin 445.7- ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 3339,44 (üç min üç yüz otuz doqquz dollar qırx dörd sent) ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə isə 48136,34 (qırx səkkiz min yüz otuz altı dollar otuz dörd sent) ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinətutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankına ərizə ilə müraciət edərək ona 85000 ABŞ dolları məbləğində qarantiya verilməsini xahiş etmişdir. Bank ilə cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixində 19-2/058 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 2.3 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 85000 ABŞ dolları məbləğində qarantiya verilmişdir. Daha sonra, xx xxxxxx 2014-cü il tarixli 01 saylı əlavə sazişə əsasən Qarantiya Müqaviləsinə dəyişikliklər edilərək qarantiya məbləği 121000 ABŞ dollarına artırılmış, müqavilənin müddəti isə xx xxxxxx 2015-ci il tarixədək müəyyən edilmişdir. Qarantiya müqaviləsi üzrə Cavabdeh2-nin hdəliklərini təmin etmək məqsədi ilə X5 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən X5 Cavabdeh2-nin Bank qarşısında öhdəliklərinin tam icra olunmasına dair cavabdehlik daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx xxx 2018-ci il tarixinə Banka qeyd edilən borc məbləği yaranmışdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı ləğv prosesində olan “xxxx” KB QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 19-2/058 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2-dən və X2 müştərək qaydada 24366,38 (iyirmi dörd min üç yüz altmış altı dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 14192,99 (on dörd min yüz doxsan iki dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz borcu, 6237,53 (altı min iki yüz otuz yeddi dollar əlli üç sent) ABŞ dolları məbləğində dəbbə pulu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 3339,44 (üç min üç yüz otuz doqquz dollar qırx dörd sent) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə isə 48136,34 (qırx səkkiz min yüz otuz altı dollar otuz dörd sent) ABŞ dolları məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan “xxxx” KB QSC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh2-nin nümayəndəsi və vəkili Vəkil və cavabdeh X5 həmin qiyabi qətnamənin ləğvi barədə ərizə vermiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyəti üzrə baxılması təzələnmişdir. Cavabdeh2-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Şikayətini onunla əsslandırmışdır ki, hazırkı iş üzrə qətnamə obyektiv olaraq çıxarılmamış, maddi və prossesual hüquq normalarına əsaslanmamış, MPM-nin 88-ci maddəsinə zidd olmaqla, qanuni və əsaslı deyildir. Məhkəmə mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmaqla tərəflərin bərabərliyi prinsipini pozmuş cavabdeh təşkilatın mövqeyindən çıxış etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh X1 iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən Cavabdeh2-nin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Əmək müqaviləsinin ləğv edilməsi haqqında xx xxxx 2020-ci il tarixli, SOCAR**********00070020B00183 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, onlarla bağlanmış əmək müqavilələri üzrə üzərilərinə götürdükləri öhdəlikləri qəsdən tam yerinə yetirmədiklərinə görə, 31 saylı komandanın qarovul rəisi X6, atıcıları X8 və X9 ilə bağlanmış əmək müqavilələrinə xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Həmin əmrdə göstərilmişdir ki, Qarovul rəisi N.Ə.Nəsibov öz izahatında xx.xx.2020-ci il tarixdə 24 saylı postu saat 11:40 və 13:50 radələrində yoxlayaraq qeydlər aparmaqla xidmətin təşkili və aparılmasına nəzarəti həyata keçirmək vəzifəsində kifayətləndiyini qeyd etmişdir. Qarovul rəisi N.Ə.Nəsibov 24 saylı postun ərazisindəki pərakəndə şəkildə açıq yığılmış mal-materialların “Sifarişçi" təşkilat və komanda arasında, komandanın qarovulları arasında təhvil-təslim olunmadığını və bu barədə hər-hansı bir komanda daxili qeydiyyat kitabının da olmadığını izahatında bildirmiş, atıcılar R.Ə.Mahmudovun və İ.R.Kərimlinin etdikləri əməldən məlumatsız olduğunu və sonradan bildiyini, baş vermiş hadisə ilə əlaqədar xidməti düzgün təşkil etməyərək səhlənkarlığa yol verdiyini göstərmişdir. İş materiallarında olan - QSC “xxxx” KB ilə “Cavabdeh2 Ko” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 19-2/058 nömrəli Bank qarantiyası müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 2.3 % olmaqla 85000 ABŞ dolları məbləğində pulun ödənilməsi barədə qarantiya verilmişdir. İş materiallarında olan 19-2/058 nömrəli, xx xxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bir tərəfdən Qarant qismində QSC “xxxx, digər tərəfdən Zamin qismində Cavabdeh1 və üçüncü tərəfdən Prinsipal qisində “Cavabdeh2 Ko” MMC Qarantla Prinsipial arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 19-2/058 saylı qarantiya müqaviləsinə əsasən 85000 ABŞ dolları məbləğində verilən qarantiya, ona hesablanmış faizlərin və müqavilədən irəli gələn gigər ödənişlərin qaytarılmasının təminatı kimi Zaminin İş materiallarında olan ARDNŞ-nin Təhlükəsizlik İdarəsi ilə X7 arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış və Natiq Nəsibov 25 saylı komandaya atıcı vəzifəsinə işə qəbul edilmişdir. Prinsipalın öhdəliklərinin yerinə yetirilməsinə görə Qarant qarşısında cavabdehlik daşımağı öhdəsinə götürməsi barədə müqavilə imzalamışlar. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 19-2/058 saylı Qarantiya müqaviləsinə 1 №li əlavədən görünür ki, müqaviləyə əsasən qarantiya məbləği 121.000,00 ABŞ dollarından artıq olmayan məbləğ müəyyən edilmiş, Prinsipialın müqavilə üzrə öhdəliklərinin qarantiya ilə təmin edilməsinə görə Qaranta illik 2.5 % miqdarında bank əməliyyat komisyon rüsumunun hər rübün əvvəlində ödəməsi müəyyən edilmiş, qarantiyanın tarixi xx xxxxxx 2014-cü ildən xx xxxxxx 2015-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 19-2/058 saylı Zaminlik müqaviləsinə 1 №li əlavədən görünür ki, qarantiya məbləği 121.000,00 ABŞ dollarından artıq olmayan məbləğin, ona hesablanmış faizlərin və qarantiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Zamin Prinsipialın öhdəliklərinin yerinə yetirilməsinə görə Qarant qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxx 2018-ci il tarixinə müqavilə üzrə əsas borc 24366.38 ABŞ dolları, xx xxx 2018-ci il üçün hesablanmış və tələb olunan faizlər 14192.99 ABŞ dolları, müqavilə üzrə borcun gecikdiyinə görə hesablanmış və tələb olunan cərimə 6237.53 ABŞ dolları, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz dərəcəsi 5%, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 3339.44 ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmş ümumi borc 48136.34 ABŞ dolları təşkil edir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı “xxxx” KB QSC ilə “Cavabdeh2 Ko” MMC arasında xx.xx.2013-cü il tarixdə Bank qarantiyası müqaviləsi, elə həmin tarixdə də X5 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bankla cavabdeh arasındakı xx xxxxxx 2014-cü il tarixli 01 saylı əlavə sazişə əsasən qarantiya müqaviləsinə dəyişiklik edilərək müqavilənin müddəti xx xxxxxx 2015-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə edilmiş sonuncu ödəniş xx.xx.2015-ci ilə təsadüf edir. Mülki işin materiallarından görünür ki, tərəflər arasındakı müqavilənin müddəti, yəni öhdəliklərin icra edilməsi vaxtı xx xxxxxx 2015-ci ilədək müəyyən olunmuşdur. Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə,müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 554.1-ci maddəsinə görə də müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.» İddia müddətinin hazırkı işə tətbiqinin mümkünlüyünü nəzərdən keçirən məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə, müqaviləyə əlavə edilmiş saziş və ödəniş cədvəlindən görünür ki, müqavilənin icra müddəti xx.xx.2015-ci il, cavabdehin son ödəniş tarixi isə xx.xx.2015-ci ildir. Hazırkı iddia ərizəsi isə xx.xx.2019-cu ildə məhkəməyə daxil olmuş, yəni həm müqavilənin icra müddətindən, həm də borclu şəxsin borcun etirafına yönəlmiş hərəkətindən – sonuncu ödəniş tarixindən qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Bu hal isə iddianın təmin olunmaması üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Ləğv prosesində olan “xxxx” KB QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar