Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2624/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(010)-3310/2020 saylı qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 6952,70 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 6982,70 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ilə Cavabdeh arasında 11.03.2020-ci il tarixdə 03- 392 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın almı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********03710 nömrəli abonent kodu verilmişdir. Həmin ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 11.03.2020-ci il tarixdə Zenner markalı, G-4 Mexanika tipli, **********1 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktlar aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində ilk olaraq 26.05.2016-cı il tarixli 080471 saylı akt tərtib edilmiş, tərtib edilmiş aktdan müəyyən olunmuşdur ki, cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış İTRON markalı, G-4 tipli, 1302AZ**********91 zavod nömrəli qaz sayğacında müdaxilə faktı aşkar edilmişdir. Aşkar edilmiş faktla əlaqədar qaz sayğacı yenisi ilə əvəzlənmiş, daha sonra qaz xətti üzərindən çıxarılmış qaz sayğacı yoxlanması məqsədilə laboratoriyaya göndərilmiş, MSK-559 nömrəli laboratoriya rəyinə əsasən İTRON markalı, G-4 tipli, 1302AZ**********91 zavod nömrəli qaz sayğacının “çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi” müəyyən edilmiş və cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə itirilmiş təbi qazın dəyəri hesablanaraq 226,80 manat məbləğində müəyyən olunmuşdur. 28.02.2019-cu il tarixli ******* saylı akt tərtib edilmiş, tərtib edilmiş aktdan müəyyən olunmuşdur ki, cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış İTRON markalı, G-4 tipli, 1402AZ**********00 zavod nömrəli qaz sayğacında müdaxilə faktı aşkar edilmişdir. Aşkar edilmiş faktla əlaqədar qaz sayğacı yenisi ilə əvəzlənmiş, daha sonra qaz xətti üzərindən çıxarılmış qaz sayğacı yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. 29/1710-00065-1 nömrəli laboratoriya rəyinə əsasən İTRON markalı, G-4 tipli, 1402AZ**********00 zavod nömrəli qaz sayğacının “hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafının zədəli və metrologiya plombunun rənginin fərqli olduğu” müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə itirilmiş təbi qazın dəyəri hesablanaraq 486 manat məbləğində müəyyən olunmuşdur. Cavabdehin təqsirli hərəkətləri (qaz xəttinə qeyriqanuni qoşulma) nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 26.05.2016-cı il tarixli 080471 saylı akt əsasında 226,80 manat;(sayğaca müdaxilə), 31.03.2018-ci il tarixli ******* saylı akt əsasında 1767,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 853,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 486 manat; (sayğaca müdaxilə), 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 207 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 11.03.2020-ci il tarixli ******* saylı akt əsasında 108,20 manat; (3148,90 manat) məbləğində İddiaçı İB-yəmaddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə 3784,20 manat məbləğində borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 6952,70 manat təşkil etməkdədir. (Saldo üzrə: “AGİS aktları 3148,90” + ’’GASREP qalıq borcu 3784,20” + “İstifadə edilmiş qaz sərfiyyatına görə cari borc 5,90+13,70” = 6952,70. Cavabdehə 6952,70 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(010)-3310/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 149,70 manat (yüz qırx doqquz manat yetmiş qəpik) məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, 169,70 cəmi (yüz altmış doqquz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmamış hissəsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh mənzilinə baxış keçirilərkən İddiaçı İBnin nümayəndələri tərəfindən sayğaca müdaxilə edildiyi aşkar olunmuşdur. Yaranmış qaz itkisinə görə 6952,70 manat dəymiş ziyan hesablanmışdır. 1-ci instansiya məhkəməsində işə birtərəfli, qərəzli və qeyri-obyektiv baxmışdır. Birincisi iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın şəkildə görünür ki, cavabdehin mənzilində qanunsuz qoşulma var. İkincisi, əgər məhkəmə işi obyektiv araşdırsaydı, müəyyən edərdi ki, cavabdeh 2016-cı ildən etibarən bu günə kimi heç bir ödəniş həyata keçirməyib. Bu, özü şübhə doğuran məqamdır. İstehlakçının altı ilə yaxındır ki, ödəniş etmədən təbii qazdan hansı formada istifadə etdiyi sual yaratdığına baxmayaraq, hakim bu xüsusları araşdırmamışdır. Məhkəmə yalnız cavabdehin özünü müdafiə xarakterli çıxışlarını sübut kimi qəbul etmiş və iddiaçının sənədlərini bilinməyən səbəbdən fakt kimi qəbul etməmişdir. Bu kimi hallar isə qazpaylayıcısını ziyana salmaqla yanaşı, istehlakçılar arasında intizamsızlıq yaradır. Belə ki, bir qrup şəxs istifadə etdiyi təbii qaza görə pul ödədiyi halda, bu kimi şəxslər isə pul ödəmədən qazdan qeyriqanuni istifadə etmiş, sonda isə məhkəmə onun borcunu silmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.5-ci bəndinə əsasən, istehlakçı (bizim halda iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə, bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində qazpaylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın 14.03.2011-ci il tarixli, 11 №li qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı qərarın 6.5-ci bəndinə əsasən, Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsinidayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunan aktları sübut kimi qəbul etməməklə yalnış nəticəyə gəlmişdir, belə ki, iş materialları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulma halları olmuşdur. Bundan əlavə, əhəmiyyətli məsələlərin araşdırılması yönündə məhkəmə tərəfindən yerli baxış keçirmədən, aktlar və digər sənədlər araşdırılmadan mövcud qətnaməni qəbul etməsi mülki işə qeyri-obyektiv baxışının bariz göstəricisidir. Normaların məzmunundan görünür ki, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, İddiaçı ilə 11.03.2020-ci il tarixdə 03-392 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalasa da üç il qazla təchiz edilməsi nəzərdə tutulan Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evində yaşamamış və buna görə də qazdan istifadə etməmişdir. Təbii qazdan istifadə üçün sayğac həyətin çıxışında yəni üç yüz metr uzaqlıqda yaşadığı evdən kənarda quraşdırılmış və belə olan halda evdə olmadığı vaxtda və gecə saatlarında sayğaca nəzarət etmək mümkün deyildir. O, qaz xəttinə qanunsuz müdaxilə etməmiş, eləcə də, bununla bağlı tərtib olunan aktlar onun iştirakı olmadan tərtib edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil epdir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə 17 akt üzrə zərərin tutulmasının təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” bağlanmış 11.03.2020-ci il tarixli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Suraxanı rayon X5–“Paylayıcı”, Cavabdeh– “İstehlakçı” olmaqla müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edilməsi üçün müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1(bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 26.05.2016-cı il tarixli 080471 saylı akt əsasında 226,80 manat; 31.03.2018-ci il tarixli ******* saylı akt əsasında 1767,20 manat; 28.02.2019cu il tarixli ******* saylı akt əsasında 853,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 486 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 207 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 11.03.2020-ci il tarixli ******* saylı akt əsasında 108,20 manat; (3148,90 manat) məbləğində olmaqla ümumilikdə 3148,90 manat məbləğində dəymiş zərər hesablanmışdır. Beləliklə də iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı cavabdehin kənar xəttə qoşulması ilə əlaqədar, eləcə də sayğaca madaxilə edilməsi ilə aktları tərtib edərək məhkəməyə təqdim etmiş və həmin aktlara əsasən yuxarıda qeyd olunan 3148,90 manat borcun hesablandığını iddia edir. Həmçinin abonent saldosu üzrə 3784,20 manat təbii qazdan istifadəsi ilə əlaqədar borcun tutulması barədə tələb irəli sürülmüşdür. “Qaz təchizatı haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmiş, istehlakçı həmin aktla tanış edilməmiş və akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş qanunsuz qoşulmalarla əlaqədar tərtib edilən məlum Aktların yuxarıda qeyd olunanlara əsasən mötəbər sübut kimi nəzərə alınması mümkün deyildir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəf “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3148,90 manat məbləğində pulun” tutulmalı olmasının əsaslılığını təsdiq edən əlavə sübutları məhkəməyə təqdim etməmiş və həmin iddia tələbini heç bir hissədə Mülki Prosessual Qanunvrericiliyin tələblərinə uyğun olaraq sübut edə bilməmişdir. Apellyasiya mərhələsində keçirilmiş kompleks məhkəmə tikinti-texniki və məhkəməmühasibatlıq ekspertizasının 14 iyun 2021-ci il tarixli, 10/1587 və 9/2388 saylı rəylərinə əsasən ünvan 2 ünvanına baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədi. Paylayıcı qaz xəttinin üzərində sonluğu qaynaqla bağlanmış vəziyyətdə borucuq vardır ki, həmin borucuq vasitəsi ilə iş materiallarına əlavə edilmiş “Təbii X1nın pozulması haqqında” aktlarda göstərilən şəraitdə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin həmin borucuq vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edibetməməsi, etdiyi halda hansı müddət ərzində etməsi məsələləri məhkəmə tərəfindən araşdırmalarla həll edilə bilər. Mülki iş materiallarına əlavə edilmiş “təbii X1nın pozulması haqqında” aktlara əsasən itirilmiş qazın həcminin müəyyən edilməsi üçün hesabat düzgün aparılmışdır. 01.03.2014-cü il tarixdən 01.05.2020-ci il il tarixə abonent saldo vərəqəsinə əsasən qalıq borcu 3784,20 manat təşkil edir. Hesabatda göstərilən rəqəmlərin düzgünlüyünə məhkəmə tərəfindən qiymət verilə bilər. Həmçinin ekspert rəyinin tədqiqat hissəsində qeyd olunmuşdur ki, aktların bəzilərinə əlavə olaraq sayğacdan kənar qeyri-qanuni istifadəyə görə aktlar tərtib edilmiş, aktlarda təbii qazın qaynaq vasitəsi ilə dayandırıldığı göstərilmişdir. Adı çəkilən hər iki növ aktlar istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan “Təbii X1nın pozulması haqqında” aktların hər birində demək olar ki, hər birində yoxlama zamanı istehlakçının sayğacdan kənar təbii qazdan istifadə etməsi qeyd edilmişdir. Həmçinin aktların bəzilərinə fotoşəkillər əlavə edilmişdir. Həmin aktlar öyrənilərkən görünür ki, fotoşəkillərin hər biri bir-birinə eynilik təşkil edir, yəni eyni vaxtda çəkilmiş fotoşəkillər müxtəlif aktlara əlavə edilmişdir. Həmçinin fotoşəkillər kifayət qədər keyfiyyətli və izahedici deyil. Belə ki, aktlarda sayğacdan kənar qoşulmanın paylayıcı qaz xəttinə birləşmə və yaşayış evinə doğru çəkilmə üsulunu müəyyən etmək olmur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Kollegiya “X1”nın 6.5-ci bəndinə əsasən qeyd edir ki, əgər cavabdeh tərəfindən 17 akt üzrə sayğacdan kənar qazdan istifadə halları olmuşdursa, iddiaçı tərəfindən qazın verilməsinin dayandırması və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq cavabdehdən vaxtında tələb edilməsi müəyyən olunmur. Kollegiya apellyatorun təqdim olunmuş fotoşəkillərlə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, ekspert rəyində də qeyd olunduğu kimi, həmin fotoşəkillər eyni vaxtda çəkilən fotoşəkillərdir. Kollegiya hesab edir ki, paylayıcı qaz xəttinin üzərində sonluğu qaynaqla bağlanmış vəziyyətdə borucuq olduğundan, birinci qoşulma halı nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən 17 akta görə zərərin tutulması hissəsində iddia tam rədd olunduğundan, qətnamə həmin hissədə ləğv olunmalı, bir akta görə borc müəyyən edilməli, digər aktlarla bağlı hissədə iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan - iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Kollegiya qeyd edir ki, 31.03.2018-ci il tarixli akt istisna olmaqla, müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma və sayğaca müdaxilə müəyyən edildiyi halda - həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilib-edilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin Aktlarda qeyd olunmamışdır. Həmçinin, iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş həmin Aktların tərtib edilməsində istehlakçı kimi qeyd olunmuş Cavabdeh iştirak edib-etməməsi müəyyən olunmur. Digər təərəfdən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırkı iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş (31.03.2018-ci il tarixli akt istisna olmaqla) məlum Aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “X1nın Təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı 31.03.2018-ci il tarixli akt əsasında dəymiş ziyanın hesablanması ilə bağlı hesabat dövrü kimi 151 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi hesabat dövrünün 151 gün kimi götürülməsi hər hansı normativ akta əsaslanmır. Kollegiya iddiaçı təşkilatın istinad etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14.03.2011-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarla bağlı qeyd edir ki, Qaydalar normativ akt hesab olunmadığından, iddiaçı tərəfindən qərar qəbul edilərkən həmin Qaydaların əsas tutulması qanuni hesab edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X3 Reyestrinə (bundan sonra – X3 Reyestri) daxil edilməlidir. Belə olan halda 31.03.2018-ci il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün hesabat dövrü nəzərə alınmaqla qəbul edilməli, 151 gün üçün zərər 1767,2 manat təşkil etdiyi halda, 30 gün üçün 351 manat təşkil edir. Beləliklə də, İddiaçı Cavabdeh qarşı aktlar üzrə (31.03.2018-ci il tarixli akt istisna olmaqla) iddia tələbinin əsaslılığı, yəni Cavabdeh “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış zərərin tutulması barədə iddia tələbi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilməmişdir. Buna görə də, iddia tələbi 17 akt üzrə 3148,9 manat zərərin tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 351 manat zərər tutulmalı, iddia tələbi 17 aktla bağlı qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən **********03710 nömrəli abonent kodu ilə təbii qazdan istifadə edilməsi nəticəsində 2020-ci ilin altı ayı üçün 149,70 manat yaranmış borcu mövcüddur. MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına əsaslanaraq və əldə edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə 3784,20 manat məbləğində borcun əsaslığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, lakin cavabdehin adına olan abonent saldosundan Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala Südçülük sovxozunda yerləşən fərdi evində təbii qazdan istifadəyə görə 2020-ci ilin altı ayı üçün 149,70 manat debitor borcunun yaranması və həmin debitor borcun ödənilməməsi faktı tam sübuta yetirildiyi üçün iddia bu hissədə qismən edilməli və cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 149,70 manat məbləğində debitor borcu iddiaçı “Azəriqaz İstehalat” Birliyinin xeyrinə tutulmalıdır. Kollegiya bu hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, yuxarıda qeyd olunan normanın tələblərinə görə iddiaçı ötürülən qaza və qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iddiaçı daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qətnamə 169,7 manat cəmi məbliğən müəyyən edilməsi hissəsində dəyişdirilməli, cəmi məbləğ 520,7 manat müəyyən olunmalıdır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş ekspertizasının tədqiqatı dəyəri olan 200 manatın 170 manatı cavabdehdən, 30 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4cümaddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(010)- 3310/2020 saylı qətnaməsi 17 akt üzrə cəmi 3148,9 (üç min yüz qırx səkkiz manat doxsan qəpik) manat zərərin tutulmasının təmin olunmayan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 351 (üç yüz əlli bir) manat zərər tutulsun. Qətnamə 169,7 (yüz altmış doqquz manat yetmiş qəpik) manat cəmi məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilsin, cəmi məbləğ 520,7 (beş yüz iyirmi manat yetmiş qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatı dəyəri olan 200 (iki yüz) manatın 170 (yüz yetmiş) manatı Cavabdeh, 30 (otuz) manatı İddiaçıdən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2624/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2624/2021
11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver