Məhkəmə qərarları › İş №2(103)-2626/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2626/2021

24.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2626/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Zahid qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2988/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əşyaların yerləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciətedərək,1 ədəd çarpayı, 1 ədəd dolab, 2 ədəd komod, 2 ədəd yataqyanı tumbalar, 1 ədəd çılçıraq, 1 dəst pərdə, 1 ədəd “Samsunq” markalı televizor, 1 ədəd “Blomberq markalı soyuducu, 1 ədəd “Ariston” markalı paltaryuyan, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd böyük masa, 12 ədəd oturacaq, 1 ədəd komod, 2 ədəd dolab, 1 ədəd televizor altı, 1 ədəd çılçıraq, 1 dəst qonaq otağı üçün pərdə, 2 ədəd xalçanın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 50 ünvanında olan otaqlarına yerləşdirilməsi və cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 50 ünvanına köçmüş və özünə məxsus olan cehiz əşyalarından istifadə etmişdir. 2017-ci ildə iddiaçı ilə cavabdeh arasında nikah pozulmuşdur. Bundan sonra Cavabdeh tərəfindən cavabdeh İddiaçı həmin evdə yaşamasına maneələr olduğuna görə cavabdeh məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatmayan övladı X4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 50 saylı evdən istifadə hüquqları tanınması və həmin evə köçürülmələri qət edilmişdir. Buna baxmayaraq cavabdeh və onunun hazırki həyat yoldaşı iddiaçının istifadə hüququ ola evin otaqlarından sərbəst istifadə etməsinə, eləcə də iddia tələbində qeyd olunan əşyalardan istifadə etməsinə mane olur, həmin əşyalar isə evin həyətinə atılmışdır. İddiaçının həmin mənzildən istifadə hüquqları olduğuna görə cavabdeh və sonucunun ailə üzvlərinin iddiaçıya məxsus şyaların evə yerləşdirilməsinə maneə törətmələri qanunsuzur. Belə olan halda iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2988/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əşyaların yerləşdirilməsinə dair iddia tələbinin təmin olunması və ona 1 ədəd çarpayı, 1 ədəd dolab, 2 ədəd komod, 2 ədəd yataqyanı tumbalar, 1 ədəd çılçıraq, 1 dəst pərdə, 1 ədəd “Samsunq” markalı televizor, 1 ədəd “Blomberq markalı soyuducu, 1 ədəd “Ariston” markalı paltaryuyan, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd böyük masa, 12 ədəd oturacaq, 1 ədəd komod, 2 ədəd dolab, 1 ədəd televizor altı, 1 ədəd çılçıraq, 1 dəst qonaq otağı üçün pərdə, 2 ədəd xalçanın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, 50 ünvanında olan otaqlarına yerləşdirilməsi ilə bağlı Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı qızının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qətnamənin olduğunu gizlətmir, ancaq həmin qətnamədə iddiaçının evə köçürülməsi qeyd edilsə də, onun evin hansı hissəsindən istifadəsi və hansı qaydada yaşaması qeyd olunmamışdır. Hal-hazırda qeyd etdiyi kimi həmin əşyalar evin saxlanc yerində saxlanılır. Ancaq iddiada göstərilən əşyaların həmin evdə yerləşdirilməsi yolverilməzdir. Çünki həmin evdə o, ailəsiylə birlikdə yaşayır. 2017-ci ildən iddiaçının o evə istifadə hüququ tanınsa da bu vaxta kimi köçməmişdir. İddiaçının istəyi onun yeni qurduğu ailəni dağitmaq məqsədi güdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili X3 şikayəti müdafiə etdiklərini bildirərək təmin edilməsini, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2988/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı iddia tələbi təmin olunmuş və onun yetkinlik yaşına çatmayan övladı, xx.xx.2010-cu il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl kücəsi, 50 saylı evdən istifadə hüquqları tanınmaqla onların həmin evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblər nəzərə alınmaqla cavabdeh tərəfindən iddiaçıya məxsus əşyaların mövcüdluğu və evinin həyətinə çıxarılması iddiaçını bu faktları (əşyaların mövcüdluğunu) sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd olunan normalara əsaslanaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı mülkiyyətçi ilə birlikdə mənzildən istifadə etmə hüququna malik olan şəxs olduğuna görə sonuncunun əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməlidir. Bu isə ona dəlalət edir ki, o, (iddiaçı) mənzildən istifadə hüququna malikdirsə həmin mənzildə vaxtı ilə yaşayıb istifadə etdiyi və özünə məxsus əşyalardan istifadə edilməsi ilə əlaqədar ona törədilən hər hansı maneədən qorunmalıdır. Odur ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə göstərilənlərə və istinad olunan hüquq normalarına əsasən haqlı olaraq iddia tələbiniin təmin edilməsi nəticəsinə gəlmişdir Apelyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2988/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdehi Yaqub oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2988/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar