Məhkəmə qərarları › İş №2(103)-2639/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2639/2025

06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2639/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə qarşı mülki iş üzrə (açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə qarşı “madi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-77/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 206,50 m2 sahəsi olan mənzil İddiaçı tam mülkiyyətindədir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 61 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 21-də yerləşən 1-ci korpus blok 2A, 6-cı mərtəbədə yerləşən X5 məxsus 12-ci mənzildə (yeni qayda ilə: Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 77, M6 m.) su xəttində baş verən qəza nəticəsində xx.xx.2023-cü il tarixdə həmin binanın 5-ci mərtəbəsində İddiaçı məxsus 9 saylı mənzilə (yeni qayda ilə: Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 77, M5.m1) küllü miqdarda ziyan dəymişdir. "xxxx" MMC tərəfindən tətib edilmiş xx.xx.2023-cü il tarixli ƏEM/S 102-811/23 saylı hesabatdan görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 5 yeni qaydalarla: Az1007, ünvan 3 ünvanında yerləşən mənzilə suaxıdılma nəticəsində zərər dəymiş əşyaların və mənzilin təmir-bərpasına (işçilik və material xərci daxil olmaqla) çəkiləcək xərcin məbləği xx.xx.2023-cü il tarixinə mənzilin təmir-bərpasına (işçilik və material xərci daxil olmaqla) çəkiləcək xərcin məbləği 9100,90 manat, suaxıdılma nəticəsində yararsız hala düşmüş mebel və əşyaların təmir bərpasına çəkiləcək xərcin məbləği 7200 manat təşkil etmişdir. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinə ünvanlanmış şikayət ərizəsindən görünür ki, iddiaçı qeyd edilən faktlara əsasən ona vurulmuş 9100,90 manat ziyanın ödənilməsi üçün "xxxx" ASC-nə müvafiq göstəriş verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin "xxxx" ASC-nə ünvanladığı xx.xx.2023-cü il tarixli № 01\02-471 ATS nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka yuxarı qonşudan su axması nəticəsində dəymiş zərərin həcmi 2012 (iki min on iki) manat müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş AR ƏN MEM tərəfindən keçirilmiş mühəndis-texniki və əmtəəşünaslıq ekspertizasının 3-16-16/2-10/10007-9/10132 saylı, xx.xx.2024-cü il tarixli rəyindən də görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 77 saylı binanın, 5-ci mərtəbəsində yerləşən 1 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5410,0 manat, ekspert baxışına təqdim olunmuş mebellərin təmir və bərpa xərcinin orta bazar qiyməti təxminən 950 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş AR ƏN MEM tərəfindən keçirilmiş təkrar mühəndis-texniki və əmtəəşünaslıq ekspertizasının 3-16-16/2-10/5214-9/5452 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 77 saylı binanın, 5-ci mərtəbəsində yerləşən 1 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5410,0 manat, ekspet baxışına təqdim olunmuş mebellərə dəymiş ziyanın aradan qaldırılması (təmir məqsədəuyğun sayılmır, yenisi ilə əvəz edilməsi) ilə bağlı dəymiş ziyanın orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4700,00 manat məbləğində müəyyən edilmişdir. Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı Nizami qızına məxsus ünvan 6 ünvanında yerləşən mənzil Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. Şəhadətnamənin №-si RAT**********; qüvvəyə minmə tarixi 2027- 07-14; qüvvədən düşəma tarixi 2024-07-14; sığorta məbləği 25000; azadolma məbləği 250 manatdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 77, M5, 1 saylı mənzil onun mülkiyyətindədir. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış təsdiq edir. Həmçinin mülkiyyətində olan mənzil xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək RAT ********** nömrəli sığorta müqaviləsi ilə "xxxx" ASC-də sığortalanmışdır. 2023-cü ilin sentyabrın 11-də üst mərtəbədə yaşayan Cavabdeh1 məxsus olan mənzildən onun mənzilinə su axıdılmışdır. Su axıdılmasının nəticəsində mənzilinə xeyli ziyan dəymiş və mənzildə olan mebel və əşyalar yararsız hala düşmüşdür. Su axma faktı "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 61 nömrəli arayışla və çəkilmiş fotoşəkillərlə təsdiq edilir. Su axma faktı sığorta hadisəsi hesab edildiyindən tərəfindən "xxxx" ASC-yə müraciət edilmiş və tələb olunan sənədlər təqdim edilmişdir. Bundan sonra sığorta şirkətinin əməkdaşları tərəfindən mənzilə baxış keçirilmişdir. Daha sonra "xxxx" ASC-dən iddiaçıya məlumat verilib ki, mənzilə dəymiş zərərin məbləği 500 manat təşkil edir. Həmin məbləğlə razı olmadığı üçün öz etirazını bildirmiş və bundan sonra mənzilinə yenidən baxış keçirilmiş və qiymətləndirmə şirkəti tərəfindən dəymiş zərərin məbləği hesablanaraq sığorta şirkətinə təqdim olunduqdan sonra onunla əlaqə saxlanılacağı bildirilmişdir. Bu dəfə onunla əlaqə saxlanıldıqda ona məlumat verilib ki, mənzilinə dəymiş zərərin məbləği 2.012 manat təşkil edir. Təkrarən "xxxx" ASC-də olmuş və ona "xxxx" MMC-nin rəyi təqdim olunmuşdur. Həmin ekspert rəyinə diqqət yetirdikdə məlum olub ki, hesablanmış mal- materialın qiyməti bazar qiymətlərindən bir neçə dəfə az göstərilmişdir, ümumiyyətlə bu rəydə hansı illərin qiymətlərinə əsaslandığı bəlli deyildir (misal üçün parketin qiyməti 18 manat göstərilməsidir). Təqdim edilmiş ekspert rəyi qeyri-real olduğundan özü Azərbaycanda tanınmış qiymətləndirmə şirkəti olan "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ƏEM/S-102-811/23 nömrəli hesabata əsasən mənzilin təmir-bərpasına çəkiləcək xərcin məbləği 9.100,90 manat və suaxıdılma nəticəsində yararsız hala düşmüş mebel və əşyaların təmir bərpasına çəkiləcək xərcin məbləği 7.200 manat təşkil edir. "xxxx" MMC-nin hesabatını "Atəşgah Sığorta” ASC-yə təqdim etsə də, ona bildirilmişdir ki, narazı qaldığı halda Mərkəzi Banka və məhkəməyə müraciət edə bilər. Hesab edir ki, “məhkəməyə müraciət edə bilərsən” kimi ifadə işlədərək sığorta şirkəti öz vəzifəsini yerinə yetirməkdən imtina edir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “İcbari sığortalar haqqında" və “Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığorta şirkətinin vəzifəsidir. Eyni zamanda hesab edir ki, yararsız hala düşmüş mebel və əşyalar sığortalanmadığı üçün dəymiş zərər digər cavabdeh X3 tutulmalıdır. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixində su axma nəticəsində İddiaçı əmlakına dəymiş 16.300,90 manat məbləğində ziyanın 9.100,90 manatının cavabdeh "xxxx" ASC-dən, 7.200 manatının isə cavabdeh X3 tutularaq iddiaçıya ödənilməsi, habelə mülki işin məhkəmədə baxılması üçün dövlət rüsumu qismində ödənilmiş 138,90 manat məbləğində pulun cavabdehlerdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən iddiaçıya məxsus Cavabdeh2 Sığorta Şirkətinə qarşı iddiası əsassızdır və təmin edilə bilməz. İş materiallarına əsasən, iddiaçıya məxsus mənzil RAT ********** nömrəli sığorta müqaviləsi ilə Cavabdeh2 Sığoeta Şirkətində daşınmaz əmlakın icbari sığortası növü üzrə sığortalanmışdır. İşin təfərrüatlarına əsasən, 11 sentyabr 2023-cü il tarixində binanın 4-cü mərtəbəsində yerləşən iddiaçıya məxsus olan mənzilə, 11-ci mərtəbədə yerləşən Cavabdeh1 mülkiyyətində olan mənzildən su sızmışdır. Hadisə nəticəsində mənzilə və əşyalara ziyan dəymişdir. Hadisədən sonra sığortaçı tərəfindən mənzilə baxış keçirilmişdir ancaq iddiaçı zərər məbləği ilə razılaşmadığı üçün onun razılığına əsasən zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi həyata keçirilmişdir. Müstəqil ekspert zərər məbləğini 2.012 manat məbləğində müəyyən etmişdir. İddiaçı müstəqil ekspert rəyi ilə də razılaşmamış “X4” tərəfindən tərtib edilən qüsur aktını təqdim etmişdir. Həmin qüsur aktına əsasən mənzilin təmir-bərpa xərci əsassız artırılmış, 9.100,90 manat məbləğində göstərilmişdir. Sığorta şirkətinin müəyyən etdiyi məbləğ, müstəqil ekspert tərəfindən müəyyən edilən məbləğ və iddiaçının özünün müəyyən etdiyi məbləğ arasında əhəmiyyətli rəqəm fərqləri vardır. Belə ki, Əmlak Ekspert Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktında parket, divar kağızları qiymətləri, usta haqları, ümumiyyətlə materiallar və təmir-bərpa xərcləri əsassız artırılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edilər. Məhkəmə prosesində iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər. Eyni zamanda Cavabdeh2 Sığorta Şirkəti ASC elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq sonuncu məhkəmə ekspertizasının zərər məbləğinin 5.410 manat həddində olması barədə rəy ilə razı olduğunu bildirmişdir. Digər Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq sonuncu ekspert rəyi ilə razı olmadığını bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 77/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 dəymiş maddi ziyana görə 4.700,00 (dörd min yeddi yüz) manat və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən sığorta müqaviləsi üzrə öhdəliyə görə 5.160,0 (beş min yüz altmış) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 84 (səksən dörd) manatının cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada İddiaçı xeyrinə tutulması, qalan hissədə isə iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 200,0 manat məbləğində pul vəsaitinin 80 (yetmiş beş) manatının İddiaçı, 120 (yüz iyirm) manatının isə Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Əmlak Ekspert Mərkəzi MMC-nin 28 sentyabr 2023- cü il tarixli hesabatına əsasən mənzilin təmir tikinti xərcləri üçün 9100,90 manat; mebel və əşyaların təmir-bərpa xərcləri 7200 manat; 22 may 2024-cü il tarixli AR ƏN MEM-in ekspert rəyinə əsasən mənzilin təmir tikinti xərcləri üçün 5410 manat, mebel və əşyaların təmir-bərpa xərclərinə 910 manat; 26 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən mənzilin təmir tikinti xərcləri üçün 5410 manat, mebel və əşyaların təmir-bərpa xərcləri 4700 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin mənzilin təmir tikinti xərcləri hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 AS arasında icbari sığorta müqaviləsi bağlandığından və susızma qismində sığorta hadisəsi baş verdiyindən, iddiaçı mənzilə dəymiş təmir tikinti xərclərini cavabdehdən tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı iddia ərizəsində "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatına istinad edərək mənzilin təmir-tikinti xərcləri 9100,90 manat məbləğində qiymətləndirsə də, mülki işin materiallarında olan hər iki ekspert rəyi ilə bu məbləğin 5410 manat olduğu müəyyənləşdirilmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən pulun məbləği ilə razılaşmır. Belə ki, mülki iş üzrə icraat zamanı iki dəfə məhkəmə tikinti-texnikivə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, verilmiş ekspert rəyləri ilə mənzilin təmir tikinti xərclərinin iddia ərizəsində tələb edilən məbləğdən əhəmiyyətli dərəcədə az olduğu müəyyən edilmişdir. Ekspert rəyinin sübut kimi qəbul edilməsinə mane olan hər hansı əsas müəyyən edilməmişdir. Odur ki məhkəmə mənzilin təmir – tikinti xərcləri hissəsinin ekspert rəyində qeyd edilən məbləğdə - 5410 manat qəbul edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Şərh edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilmədli və Cavabdeh2 ASC-dən ekspert rəyi ilə müəyyən edilmiş (5410 manat) məbləğdən azadolma məbləği çıxıldıqdan sonra qalan (5410-250=5160) 5160 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin Cavabdeh1 qarşı olan hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, hər iki ekspert rəyində cavabdehə məxsus mənzilə baxış keçirməyin mümkün olmadığı qeyd edilib. Eyni zamanda ekspert həm mülki işin materiallarında olan "xxxx" MTK-nın sədrinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli AKT-a, həm də tədqiq edilən 1 saylı mənzilin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakrterik olduğunu nəzərə alaraq Bakı şəhəri Nərimanov Rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 77 saylı binanın, 5-ci mərtəbəsində yerləşən 1 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 1 saylı mənzildən su axıdıldığını və nəticədə 1 saylı mənzilin yaşayış otaqları tikililərinə ziyan vurduğunu müəyyən etmişdir. Su axıdılmasının 1 saylı mənzildin su xətlərində yaranmış nasazlıq və ya mənzil sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Mülki işin materiallarında olan iki ekspert rəyində mebelə dəymiş ziyanın məbləğində kifayət qədər fərq mövcuddur. Belə ki, birinci ekspert rəyində bu məbləğ 950 manat, ikinci ekspert rəyində isə 4700 manat məbləğində müəyyənləşdirilmişdir. Cavabdeh1 vəkili və nümayəndəsinin izahatlarından görünür ki, cavabdeh tərəf ilk ekspertizanın rəyi ilə razı olduğunu bildirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş, 26 sentyabr 2024-cü il tarixli ekspertiza rəyində qeyd edilmişdir ki, ekspert baxışına təqdim edilmiş mebellərə dəymiş ziyanın aradan qaldırılması (təmiri məqsədəuyğun sayılmır, yenisi ilə əvəz edilməsi) ilə bağlı dəymiş ziyanın orta bazar qiyməti ilə ümumi bazar qiyməti 4700 manat müəyyən edilir. Eyni zamanda ekspert rəyində göstərilmişdir ki, ilkin ekspertiza rəyinin nəticəsi ilə kəskin fərq yaranmasına səbəb ekspert baxışına təqdim edilmiş əşyaların miqdarı ilə əlaqədardır. Məhkəmə sonuncu ekspert rəyinin nəticəsi ilə razılaşıb və hesab etmişdir ki, ziyan dəymiş mebellərin natamam təqdim edilməsi və təmirinin məqsədəmüvafiq sayılmadığı halda, cavabdehdən təmir xərcinin tutulması ədalətli mövqe hesab edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 məxsus mənzildən su sızması müəyyən edildiyindən, suyun axıdılmasının nəticəsində iddiaçıya dəymiş 4700,00 manat məbləğində ziyanın əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə həmçinin iddianın 138,90 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumundan 84 manatı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutulmalı, rüsumun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də ekspertiza tədqiqatlarının dəyəri olaraq 200,0 manat məbləğində pul vəsaitinin 80 manatı İddiaçı, 120 manatı isə cavadehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 386.1, 883.1, 898.2, 922.1, 922.2, 922.3, 925.1, 926.1, 935.1, 1096, 1097.1, 1108.2, 1115-ci maddələrinə, “İcbari Sığortalar haqqında” Qanunun 20.4, 25.2, 35.1, 36.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 103.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-77/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni Cavabdeh1 dəymiş maddi ziyana görə 4.700,00 (dörd min yeddi yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi və Cavabdeh1 tutulacaq məbləğin azaldılması (ilkin ekspertiza rəyi əsas götürülməklə) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə su axma nəticəsində iddiaçının əmlakına dəymiş 16.300,90 manat məbləğində ziyanın 9.100,90 manatının cavabdeh "xxxx" ASC-dən, 7.200 manatının isə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, habelə mülki işin məhkəmədə baxılması üçün dövlət rüsumu qismində ödənilmiş 138.90 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə yekunda aşağıdakı nəticəyə gəlmişdir: “İddia qismən təmin edilsin. Cavabdeh1 dəymiş maddi ziyana görə 4.700,00 (dörd min yeddi yüz) manat və cavabdeh “Atəşgah Sığorta Şirkəti" ASC-dən sığorta müqaviləsi üzrə öhdəliyə görə 5.160,0 (beş min yüz altmış) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 84 (səksən dörd) manatı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada İddiaçı xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 80 (yetmiş beş) manatı İddiaçı, 120 (yüz iyirm) manatı isə Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin.” Məhkəmə bu nəticəyə gələrkən istinad etdiyi işdə olan materiallar və mötəbər hesab etdiyi sübutlar aşağıdakılardır: “Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2020-ci il tarixli çıxarış; “MTK-REAL"MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 61 nömrəli arayış; "xxxx" MMC tərəfindən tətib edilmiş xx.xx.2023-cü il tarixli ƏEM/S 102-811/23 saylı hesabat; AR ƏN MEM tərəfindən keçirilmiş mühəndis-texniki və əmtəəşünaslıq ekspertizasının 3-16- 16/2-10/10007-9/10132 saylı, xx.xx.2024-cü il tarixli rəyi; AR ƏN MEM tərəfindən keçirilmiş təkrar mühəndis-texniki və əmtəəşünaslıq ekspertizasının 3-16-16/2- 10/5214-9/5452 saylı, xx.xx.2024-cü il tarixli rəyi; Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi. Beləliklə, aşağıda qeyd olunanlara əsasən qətnamənin qanunsuz və əsassız olması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. İş materiallarından da məlum olduğu üzrə, Nərimanov Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş AR ƏN MEM tərəfindən keçirilmiş mühəndis-texniki və əmtəəşünaslıq ekspertizasının 3-16 16/2-10/10007- 9/10132 saylı, xx.xx.2024-cü il tarixli rəyindən də görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 77 saylı binanın, 5-ci mərtəbəsində yerləşən 1 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5.410,0 manat, ekspert baxışına təqdim olunmuş mebellərin təmir və bərpa xərcinin orta bazar qiyməti təxminən 950 manat məbləğində müəyyən edilmişdir. Daha sonra məhkəmənin qərardadı əsasında təyin edilmiş AR ƏN MEM tərəfindən keçirilmiş təkrar mühəndis-texniki və əmtəəşünaslıq ekspertizasının 3-16-16/2- 10/5214-9/5452 saylı, xx.xx.2024-cü il tarixli rəyindən də görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsindəyerləşən 77 saylı binanın, 5-ci mərtəbəsində yerləşən 1 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5.410,0 manat, ekspet baxışına təqdim olunmuş mebellərə dəymiş ziyanın aradan qaldırılması (təmir məqsədəuyğun sayılmır, yenisi ilə əvəz edilməsi) ilə bağlı dəymiş ziyanın orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4700,00 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan iki ekspert rəyində mebelə dəymiş ziyanın məbləğində kifayət qədər fərq mövcuddur. Belə ki, birinci ekspert rəyində bu məbləğ 950 manat, ikinci ekspert rəyində isə 4.700 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş, 26 sentyabr 2024-cü il tarixli ekspertiza rəyində qeyd edilmişdir ki, ekspert baxışına təqdim edilmiş mebellərə dəymiş ziyanın aradan qaldırılması (təmiri məqsədəuyğun sayılmır, yenisi ilə əvəz edilməsi) ilə bağlı dəymiş ziyanın orta bazar qiyməti ilə ümumi bazar qiyməti 4.700 manat müəyyən edilir. Eyni zamanda ekspert rəyində göstərilmişdir ki, ilkin ekspertiza rəyinin nəticəsi ilə kəskin fərq yaranmasına səbəb ekspert baxışına təqdim edilmiş əşyaların miqdarı ilə əlaqədardır. Qeyd olunanlardan da anlaşıldığı üzrə, verilmiş iki ekspertiza rəyi arasında yaranmış kəskin fərqin səbəbi ekspert baxışına təqdim edilmiş əşyaların miqdarı ilə bağlıdır. Hansı ki, hər iki ekspertiza rəyi məhz iddiaçının ekspert baxışına təqdim etdiyi əşyalar əsasında verilmişdir. Lakin iki ekspertiza rəyi arasında kəskin fərqin olma səbəbi ekspertiza baxışına təqdim edilən əşyaların miqdarı ilə əlaqədar olduğundan, haqlı olaraq ortaya əsaslı suallar və şübhələr çıxır. Keçirilmiş təkrar ekspertiza baxışına təqdim olunmuş əşyalar hansı səbəbə görə keçirilmiş ilk ekspertiza baxışına təqdim edilməmişdir? İddiaçı tərəfindən ekspertiza baxışa təqdim edilmiş əşyaların hadisə zamanı həmin mənzildə olub-olmadığı və məhz sözügedən hadisə nəticəsində həmin əşyalara zərər dəydiyi nə dərəcədə məlumdur? Məhkəmə sual yaradan bu nüansları müəyyənləşdirmək üçün heç bir əlavə araşdırma aparmamış, keçirilmiş iki ekspertiza rəyləri arasında kəskin ziddiyət olmasına baxmayaraq, bu ziddiyətin aradan qaldırılması məqsədilə öz təşəbbüsü ilə təkrar ekspertiza təyin etməmiş və nəticədə əsassız bir qətnamə qəbul edilmişdir. Bu isə öz növbəsində vurulmuş zərərin həcminin obyektiv formada müəyyənləşdirilməsinin qarşısını alaraq maddi hüquq normasının pozulmasına şərait yaratmışdır. İş materiallarından da məlum olduğu üzrə iş üzrə keçirilmiş ilkin və təkrar ekspertiza rəyləri arasında kəskin fərq mövcud olmuş və həmin fərqin yaranma səbəbi ekspert baxışına təqdim edilmiş əşyaların miqdarı ilə əlaqələndirilmişdir. MPM-nin 102.2-ci maddəsinə əsasən, bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Lakin məhkəmə iki ekspertiza rəyləri arasında kəskin fərqlərin olmasına baxmayaraq, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma gərəyi öz təşəbbüsü ilə təkrar ekspertiza təyin edə biləcəyi halda bunu etməmişdir. Bundan başqa, yuxarıda da qeyd edildiyi kimi, ekspertiza rəyləri arasında kəskin fərqin olma səbəbi ekspertiza baxışına təqdim edilən əşyaların miqdarı ilə əlaqədar olduğundan, haqlı olaraq ortaya əsaslı sualların və şübhələrin (keçirilmiş təkrar ekspertiza baxışına təqdim olunmuş əşyalar hansı səbəbə görə keçirilmiş ilk ekspertiza baxışına təqdim edilməmişdir? İddiaçı tərəfindən ekspertiza baxışa təqdim edilmiş əşyaların hadisə zamanı həmin mənzildə olubolmadığı və məhz sözügedən hadisə nəticəsində həmin əşyalara zərər dəydiyi nə dərəcədə məlumdur?) tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması üçün məhkəmə tərəfindən heç bir addım atılmamışdır. Bundan başqa, məhkəmə hansı səbəbə görə ilkin ekspertiza rəyi deyil də, təkrar ekspertiza rəyi əsasında qətnamə qəbul etdiyini doğru bir şəkildə əsaslandırmamışdır. Qeyd olunanlardan da anlaşıldığı üzrə, məhkəmə işə baxarkən və qətnamə çıxararkən MPM-in 14.1, 88, 102.2 və 103.1-ci maddələrinin tələblərini pozmuşdur. Adıçəkilən qərara görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Qeyd olunan müddəanın məzmunu bir daha təsdiqləməyə əsas verir ki, məhkəmə tərəfindən işin araşdırılması zamanı həm qanunvericilik, həm də bu sahədə mövcud olan praktika nəzərə alınmamışdır. Göstərilən hallar məhkəmənin həqiqəti müəyyən etmək məqsədilə ədalət mühakiməsinin prinsiplərini rəhbər tutmaqla işi tam, hərtərəfli və obyektiv araşdırmadığını göstərməklə birlikdə, birtərəfli və qərəzli mövqe nümayiş etdirdiyini də ortaya qoyur. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-77/2025 nömrəli qətnaməsinin qismən, yəni Cavabdeh1 dəymiş maddi ziyana görə 4.700,00 (dörd min yeddi yüz) manat pul tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi və Cavabdeh1 tutulacaq məbləğin azaldılması (ilkin ekspertiza rəyi əsas götürülməklə) barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, cavabdeh X6 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(005)-77/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən, Cavabdeh1 dəymiş maddi ziyana görə 4700,00 (dörd min yeddi yüz) manat pul tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin cavabdeh barəsində tutulacaq məbləğin azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edir ki, əvvəla cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti tamamilə əsassızdır, hər hansı bir mötəbər sübuta əsaslanmır, şikayətin dəlilləri bir-birini təkzib edən dəlillərdən ibarətdir. Apellyasiya şikayəti formal əsaslarla verilmişdir, məqsəd bilərəkdən işin uzadılaraq, icra vərəqəsinin icra olunmasına maneə yaratmaqla, prosesin uzadılmasıdır. Aşağıdakı səbəblərə görə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan rədd olunmalıdır. Belə ki, cavabdeh hələ birinci instansiya məhkəməsində iddia qaldırarkən, bir dəfə məhkəmə iclasında iştirak etmiş və sonrakı iclaslar barədə məlumatlı olsa da məhkəməyə gəlməmişdir. Eyni zamanda o, hər hansı bir sübuta istinad edə biləcək mötəbər dəlil belə rəsmi etirazla məhkəməyə təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində mülki iş üzrə keçirilmiş iki ekspert rəyində mebelə dəymiş ziyanın məbləğində kifayət qədər fərq mövcud olduğunu qeyd edir. Məhkəmə tərəfindən təyin edilmiş 26 sentyabr 2024-cü il tarixli ekspertiza rəyində mebellərə dəymiş ziyanın orta bazar qiyməti ilə ümumi bazar qiyməti 4.700 manat müəyyən edildiyini və ekspertiza rəyinin nəticəsi ilə kəskin fərqin yaranmasına səbəb ekspert baxışına təqdim edilmiş əşyaların miqdarının azaldılması ilə əlaqələndirmişdir. Eyni zamanda apellyasiya şikayətində göstərmişdir ki, keçirilmiş təkrar ekspertiza baxışına təqdim olunmuş əşyalar hansı səbəbə görə keçirilmiş ilkin ekspertiza baxışına təqdim edilməmişdir. Zərər dəyən əşyaların mənzildə olub-olmadığı və hadisə nəticəsində həmin əşyalara zərər dəydiyi nə dərəcədə məlum olduğu göstərilir. Qeyd edir ki, iş üzrə məhkəmə tərəfindən təyin edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/10007-9/10132 №-li ekspert rəyi qərəzli olmaqla, cavabdehin maraqlarına xidmət etmişdir. Belə ki, ekspert iddiaçının mənzilində qiymətləndirmə həyata keçirərmək üçün gəlsə də, cavabdehin mənzilinə baxış keçirməmişdir. Cavabdehin mənzildən su sızmasını təsdiq edəcək sənədlər olduğunu və bunun mübahisə predmeti olmadığını bildirmişdir. Yəni, cavabdehin mənzilinə baxış keçirilməsinin mümkün olduğu halda o, mənzilə baxış keçirməmişdir. Lakin ekspert öz rəyində bu faktı təhrif edərək qeyd etmişdir ki, binanın 6-cı mərtəbəsində yerləşən və cavabdehə məxsus 1 saylı mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamış, bu səbəbdən su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Halbuki, ekspert özü cavabdehin mənzilinə baxış keçirmək istəməmiş və cavabdehin mənzilindən su sızmasını təsdiq edən sənədlərlə kifayətlənmişdir. Bundan əlavə ekspert bilərəkdən əşyalarının sayını azaltmaqla, mebellərə dəymiş ziyanın dəyərinin azaltmışdır. Ən əsası ekspert nəinki, düzgün araşdırma aparmamış, ümumiyyətlə yataq mebelini qiymətləndirməmişdir. Rəydə qeyd edilən yataq otağı (pufik, taxt, uşaq kravatı) üçün bərpa xərci olaraq orta bazar qiyməti 750 manat və divanın bərpa xərcinə görə 200 manat qiymət müəyyən edilmişdir. Qeyd edir ki, əvvəla su sızması nəticəsində yarasız hala düşmüş mebellər İtalyan istehsalı mebellərdir və onların bərpa xərci yenisindən də baha başa gəlir. Bu səbəbdən ekspert qiymətləndirmə apararkən nə yenisinin, nə də ki, təmir və bərpa xərcini qərəzli olaraq düzgün müəyyən etməmişdir. Bundan əlavə cavabdehin nəzərinə çatdırmaq istəyir ki, iş üzrə keçirilən ekspertiza baxışı zamanı mülki işin materiallarına əlavə edilmiş bütün sənədlər həm ilkin, həm də sonuncu ekspertiza baxışına təqdim edilmişdir. Ekspert ona təqdim edilmiş sənədlər üzrə yerli baxış həyata keçirmiş və müvafiq qiymətləndirmə rəyni ona uyğun aparmışdı. Nəzərə alınsa ki, hazırkı apellyasiya şikayətində göstərilən mebellərin zərər görməsi və onların hadisə vaxtı mənzildə olması bütün ekspertiza rəyləri ilə təsdiq olunur. Lakin bu fakt belə cavabdeh tərəfindən birinci instansiya məhkməməsində mübahisə predmeti olmamışdır. Bütün bu faktlar onu deməyə əsas verir ki, ilkin ekspertiza rəyi ilə sonuncu ekspert rəyi arasında kəskin fərqin yaranmasına səbəb xx.xx.2024-cü il tarixli ekspertiza rəyi qərəzli olmuş və cavabdehin maraqlarına xidmət etmişdir. Beləliklə, ilkin ekspert rəyindəki qiymətlərlə iddia tələbindəki qiymətlər arasında olan bu cür ciddi fərq həmin ekspert rəyinin obyektivliyinə və düzgünlüyünə ciddi şübhələr doğurduğu üçün məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmiş, yekun ekspert rəyi qismən də olsa bazar qiymətlərinə uyğun verilmişdir. Məhkəmə həmin ekspert rəyinin obyektivliyinə istinad edərək qətnamə qəbul etmişdir. Cavabdehin məqsədi icra sənədinin icrasından yayınmaq olmuşdur. O, əsassız və vicdansız tələblə məhkəməyə müraciət etməklə məhkəmənin iş yükünü artırmış və icra vərəqinin icrasını ləngitmişdir. Yuxarıdakılara əsaslanaraq Cavabdeh1 apellyasiya şikayətinin rədd edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(005)-77/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlmat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, Cavabdeh1 qətnaməni qismən, yəni Cavabdeh1 dəymiş maddi ziyana görə 4.700,00 (dörd min yeddi yüz) manat pul tutularaq İddiaçı ödənilməsi hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ondan tutulması qət edilən maddi ziyanın məbləği hissəsində mübahisləndirir. Mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılması nəticəsində mənzildə olan daşınar əşyalara dəymiş ziyan məbləği "xxxx" MMC tərəfindən tətib edilmiş xx.xx.2023-cü il tarixli ƏEM/S 102-811/23 saylı hesabata əsasən, 7200 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/10007- 9/10132 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə ekspert baxışına təqdim olunmuş mebellərin təmir və bərpa xərcinin orta bazar qiymətinin təxminən 950 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/5214-9/5452 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə ekspet baxışına təqdim olunmuş mebellərə (təmir məqsədəuyğun sayılmır, yenisi ilə əvəz edilməsi) dəymiş ziyanın, orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 4700,00 manat məbləğində olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi rəylər arasında olan fərqin səbəbini araşdıraraq müəyyən etmişdir ki, fərqin yaranmasının səbəbi ekspert baxışına ziyan vurulmuş bütün mebellərin təqdim edilməməsi, təqdim edilmiş mebellərin bir hissəsinin isə təmirinin məqsədəuyğun sayılmadığından yenisi ilə əvəz edilməli olması olmuşdur. Mülki işdə olan iddiaçıya məxsus mənzilin su axıdılmasından sonra çəkilmiş şəkilləri, "xxxx" MMC tərəfindən tətib edilmiş xx.xx.2023-cü il tarixli ƏEM/S 102-811/23 saylı hesabata əlavə olunan əmlakların siyahısı və hesabat tərtib edilərkən çəkilən şəkillərdən, nəhayət ekspertiza tədqiqatı zamanı çəkilən şəkillərdən müəyyən olunur ki, təkrar qiymətləndirmə aparılarkən ekspertlərə təqdim olunan rəydə qeyd olunan daşınar əşyalar ilk əvvəldən mövcud olumuşdur. Kollegiya tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, etirazında istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyan cavabdeh apellyasiya şikayətinin dəlilləri, yəni iddiaçıya məxsus əşyalara vurduğu ziyanın məbləğinin birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən az olmasını təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən, iş üzrə tədqiq olunmuş sübutlarla iddiaçının mülkiyyətində olan daşınar əşyalara dəymiş ziyanın orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 4700,00 manat olması müəyyən edildiyindən, birinci instansiya məhkəməsi apardığı tədqiqat zamanı gəldiyi nəticəsini qəbul etdiyi məhkəmə aktında kifayət qədər aydın şəkildə şərh etdiyindən apellyasiya şilkayətinin dəlilləri əsassızdır. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 77/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar