Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2644/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” ilkin, Cavabdeh İddiaçınə qarşı “aktların etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)-258/2020 saylı qətnaməsindən İddiaçı İB-nin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5206,80 manat məbləğində dəymiş ziyan və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə isə 5236,80 manat pulun məcburi qaydada tutularaq, İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 13 ünvanında yerləşən fədi yaşayış evinə İddiaçı tərəfindən müxtəlif vaxtlarda tərtib edilmiş xx.xx.2016cı il tarixli, ******* saylı akta əsasən 302,40 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 165,20 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 174,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 177 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 108 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 121 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 245,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 103,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 75,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 144,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 204,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 757,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 328,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 177,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 222 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 248,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 119 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 115.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 266,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 66,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat,xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat,xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, cəmi 5206,80 manat borcun və sayğac məbləğinin silinməsi və yuxarıda qeyd olunan aktların etibarsız hesab edilməsi xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 12/21709 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir, həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********03590 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1502AZ**********49 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2.-ci yarımbəndinin (bu Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan aktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 5206,80 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən üç otaqlı fərdi yaşayış evi ona məxsusdur. İddiaçı nümayəndələri tərəfindən mənzilindən, fərdi yaşayış evindən ona heç bir şifahi və ya yazılı xəbərdarlıq edilmədən, icazəsi və iştirakı olmadan Smartkart tipli sayğacı 3 dəfə dəyişdirilərək, yeni Smartkart tipli sayğac quraşdırılmışdır. İddiaçı əməkdaşları tərəfindən köhnə qaz sayğacını xəbəri, iştirakı olmadan apardıqdan sonra ona məlumat verdilər ki, sayğacda problem olub və həmin sayğaca görə cərimə hesablanmışdır. Birliyin nümayəndələri tərəfindən mənzildəki qaz sayğacına görə demək olar ki, hər ay yazılmış aktlara baxıldıqda tam açıq-aşkar surətdə görünür ki, həmin aktlar qərəzli şəkildə yazılmışdır və hər ay yazılmış aktlara görə qazın sərfiyyatına görə hesablanmış məbləğ süni şəkildə şişirdilmişdir, yaşadığı fərdi yaşayış evi 3 otaqdan ibarətdir. Mənzildə 1 ədəd mətbəxdə qaz peçi var, 1 ədəd də qonaq otağında balaca qaz peçi var. Həmin evdə təbii qazdan istifadəyə görə yaranmış borclar ayba-ay gecikdirilmədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı bir mübahisə yaşanmamışdır. Çünki o, istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcu, istifadə edəcəyi qaza görə əvvəlcədən smart kart vasitəsi ilə ödəmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)- 258/2020 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh təbii X1nın pozulması haqqında xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 302,40 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 165,20 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 174,20 manat olmaqla, ümumilikdə 641,80 manat məbləğində dəymiş ziyanın məcburi qaydada tutularaq ilkin İddiaçı İB-nin xeyrinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməməsi, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi, qarşlılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu qarşılqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı İB-nin nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin təmin olunmamış hissəsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İş materiallarından aydın olur ki, cavabdehin mənzilində qanunsuz qoşulma var. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apelyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 12/21709 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, İddiaçı Bakı RQSD-nin rəisi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 13 saylı evində yaşayan Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Bakı RQSD müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh evini keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı Bakı RQSD tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərəri ödəmək istehlakçının vəzifəsidir. İş materiallarına əlavə edilmiş **********03590 saylı abonent Cavabdeh saldosundan və Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” tərtib edilmiş aktlardan müəyyən edilir ki, İddiaçı tərəfindən cavabdehə xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 302,40 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 165,20 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 174,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 177 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 108 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 121 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 245,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 103,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 75,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 144,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 100,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 204,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 757,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 328,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 177,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 222 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 248,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 119 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 115.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 266,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 66,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat,xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat,xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, cəmi 5206,80 manat dəymiş zərər hesablamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və aktlardan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 13 saylı evə quraşdırılmış qaz sayğacına cavabdeh müdaxilə edərək özbaşına olaraq qaz xəttinə qeyri-qanuni qoşulmuşdur. Göründüyü kimi, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən də iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz verməyi, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdələrinə götürmüşlər. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, qaz sayğacından kənar qoşulmalara görə təbii qaz itkisi barədə tərtib olunmuş aktlar üzrə hesablanan zərəri ödəməmişdir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borcun hesablanmasına əsas olan aktlara əlavə olunmuş fotoşəkillərdən aydın olur ki, mübahisəli ünvanda kənar xəttin qoşulmuş vəziyyəti 2016-ci ilə təsadüf edir. Məhkəmə iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi qismən əsaslıdır, belə ki, iddiaçı tərəf xx.xx.2016-ci, xx.xx.2016-cı, xx.xx.2016-cı il tarixli aktların tərtib olunmasından sonrakı 4 il ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmamasını əsaslandıra bilməmişdir, ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdi. Bununla yanaşı iddiaçının kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. İddiaçı tərəfin cavabdehin kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır, iddiaçı tərəfindən 2016-cı ildə cavabdehin kənar xətt vasitəsilə qanunsuz qoşulmasını aşkar etməsi və bu barədə aktlar tərtib etməsi sübuta yetirilsə də, digər aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranması barədə əsaslı və mötəbər sübutları təqdim edə bilməmişdir. İstinad edilmiş sübutlar isə məhkəmə tərəfindən haqlı olaraq əsassız hesab edilməklə, cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulmasına əsas verən hesab edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-258/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (ilkin iddia tələbinin təmin edilməmiş hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2644/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2644/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver