Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2644/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X4 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(004)-1464/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi və mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan binada 4-cü mərtəbədə yerləşən 3 otaqdan ibarət, 96,3 kv.m sahəli 18 saylı mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini və qətnamənin dərhal icraya yönəldilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı və cavabdeh "xxxx" MMC arasında 25 dekabr 2012-ci ildə müqavilə bağlanılmış və bu müqavilə əsasında "xxxx" MMC ünvan 2 ünvanında cavabdehin tikilməkdə olan binasının 4-cü mərtəbədə yerləşən 3 otaqdan ibarət 96,3 kv.m sahəli mənzili iddiaçıya verməyi, iddiaçı isə mənzilin razılaşdırılmış 33705 manat dəyərini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Elə həmin gün iddiaçı "xxxx" MMC-yə mənzilin razılaşdırılmış 33705 manat dəyərini tam ödəmiş və bununla da əlaqədar "xxxx" MMC iddiaçıya 25 dekabr 2012ci il tarixli maliyyə arayışı vermişdir. İddiaçı həmin mənzili 2012-ci ildə almasına baxmayaraq bugünədək həmin mənzil iddiaçıya təhvil verilməmişdir. Mənzil iddiaçıya satıldıqdan sonra iddiaçıya o zaman tikilməkdə olan binada müvəqqəti olaraq 22 sayla nömrələnmiş, bina tam hazır olan isə 18 sayla nömrələnmiş mənzildə təmirə icazə verilmiş, iddiaçı həmin mənzilə qapı qoymuş, lakin bir müddət sonra gələndə görmüşdür ki, ona satılmış mənzilə qoyulmuş qapı sındırılmış, mənilə yeni giriş qapısı qoyulmuş və orada Cavabdeh1 məskunlaşmışdır. Cavabdeh1 bildirmişdir ki, ona da bu mənzil müqavilə ilə satılmışdır. İddiaçı "xxxx" MMC-yə müraciət etmiş, hazırda həbsdə olan və bu binada bir mənzili bir neçə şəxsə satan "xxxx" MMC-nin rəhbər vəzifəli şəxsləri bu mübahisəni həll etməyə söz versələr də, məsələ həllini tapmamışdır. Sonradan "xxxx" MMC-nin rəhbər şəxsləri həbs edilmiş və müvafiq cəzalara məhkum edilmişdir. "xxxx" MMC-nin keçmiş rəhbər şəxsləri haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında iddiaçının iddia etdiyi mənzillə bağlı vermiş olduğu şikayət haqqında deyilir: Məhkəmə kollegiyası zərərçəkmiş şəxs İddiaçı mülki iddia tələbinin tam təmin edilməsi, yəni "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa etdiyi 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə onun- İddiaçı payçı kimi mülkiyyət hüququnun tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, o çümlədən 10.000 (on min) manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd edir ki, zərərçəkmiş şəxs İddiaçı ilə bağlı epizoddan göründüyü kimi qeyd edilən mənzil İddiaçı əlavə başqa bir müştərinin də adına rəsmləşdirilmişdir və hazırda cinayət icraatı üzrə həmin mənzillə bağlı mübahisənin ədalətli həll edilməsi cinayət işinin apellyasiya baxışının əlavə yubanmasının nəticələnəcəyi ehtimallarını nəzərə alaraq, bununla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırılması hüququnun olması izah edilir. Apellyasiya məhkəməsinin bu qərarından sonra iddiaçı vəkillə müqavilə bağlamış və vəkil 9/24 saylı xx.xx.2024 tarixli vəkil sorğusu ilə "xxxx" MMC-yə (hazırda təsisçisi və rəhbəri Nümayəndə2) müraciət etmişdir. "xxxx" MMC-nin vəkil sorğusuna vermiş olduğu cavabda göstərilmişdir: İddiaçı ilə Cavabdeh2 MMC arasında Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 (üç) otaqlı mənzilin alqı-satqısı haqqında 25 dekabr 2012-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilə üzrə İddiaçı tərəfindən 33705 (otuz üç min yeddi yüz beş) manat vəsait Cavabdeh2 MMC-nin hesabına ödənmiş və bu barədə ona xx.xx.2012-ci il tarixində müvafiq maliyyə arayışı verilmişdir. Həmin dövrdə mənzillərin nömrələnməsinin (soldan sağa, yaxud sağdan sola) necə olacağı bilinmədiyindən ona göstərilən mənzilin nömrəsi müqavilədə qələmlə müvəqqəti olaraq 22 kimi göstərilmişdir, lakin bina tam hazır olanda həmin mənzilin sıra nömrəsi 18 olmuşdur. İddiaçı ilə Cavabdeh2 MMC arasında mənzil alqısatqısı haqqında müqavilənin olmasına baxmayaraq həmin mənzil ona təhvil verilməmişdir. Müqavilə üzrə tam ödəniş edildikdən sonra N.M. Ələkbərova icazə verilmişdir ki, həmin mənzilə qapı qoyub təmirə başlasın. Lakin həmin 18(22) saylı mənzil başqa bir şəxs - Cavabdeh1 tərəfindən zəbt olunmuşdur. N.M.Əİəkbərov mənzilə qapı qoymuş, lakin sonradan E.R. Əmirova tərəfindən həmin qapı sındırılıb yerinə başqa qapı qoyulmuşdur. Həmin şəxslə tərəflərindən aparılan söhbətlər zamanı ondan mənzilin ona satılmasını təsdiq edən ilkin müqavilə və maliyyə arayışının təqdim edilməsi tələb olunsa da, həmin şəxs tərəfindən belə sənədlər onlara təqdim edilməmiş, o mənzili ona satmış müxtəlif adamlara istinad etmişdir. Hazırda Cavabdeh1 onlara xx.xx.2018-ci il tarixli sənədlərin götürülməsi haqqında protokolun surətini təqdim edərək bildirmişdir ki, onun adına verilən xx.xx.2014-cü il tarixli sənədlər istintaq orqanındadır. Məsələnin mülki mübahisəyə aid olması səbəbindən tərəflərindən İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunur. "xxxx" MMC-nin vəkil sorğusuna verdiyi cavabdan birmənalı şəkildə aydın olur ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan binada 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, 96,3 kv.m sahəli 18 saylı mənzilə iddiaçı ilə xx.xx.2012-ci ildə, həmin mənzilə Cavabdeh1 oğlu ilə müqavilə isə xx.xx.2014-cü ildə, yəni 2 il sonra bağlanmışdır. Bu fakt həmçinin xx.xx.2018-ci il tarixli "xxxx" MMC-nin "xxxx" MMC haqqında verdiyi audit aktının 4-cü səhifəsinin sonuncu abzasında də öz əksini tapmışdır. Belə ki, həmin aktda göstərilmişdir ki, binanın 4-cü mərtəbəsində olan 2 ədəd 96,3 kvm sahəsi olan mənzilin qarşılığında 3 ədəd, o cümlədən X7 adına xx.xx.2008-ci il tarixli, X3 adına xx.xx.2012- ci il tarixli, Cavabdeh1 adına xx.xx.2014-cü il tarixli satış müqaviləsinin olması aşkar edilmişdir. Daha sonra, Cavabdeh1 nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, Belə ki, qeyd olunan məsələ X28 MMC-nin vəzifəli şəxsləri barəsində olan cinayət işinin həm ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində, həm də məhkəmə istintaqı zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılmışdır. Etiraza əlavə edilmiş X28 MMC-nin vəzifəli şəxsləri X19, X14, X15, Nümayəndə2 və X6 məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(101)-59/2023-152 nömrəli hökmünün 11-ci vərəqindən görünür ki, X19 binanın 4-cü mərtəbəsində cəmi iki ədəd 96,3 kv.m ölçülü nömrəsiz üçotaqlı mənzil olmaqla, həmin mənzillərdən birini özü Elnur Məmmədovun imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 88 nömrəli müqavilə ilə X9, digərini isə eyni tarixli müqavilə ilə X2 və mənzillərin dəyərinin Cəmiyyətə tam ödənildiyi halda, həmin mərtəbədə 96,3 kv.m ölçülü bir ədəd mənzilin əvvəlcədən heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını aralarındakı işgüzar münasibətlərlə əlaqədar pul borclu olduğu cinayətdən xəbərsiz olan «Zöhrab» adlı şəxsə bildirib həmin mənzili satmaq üçün alıcı tapmasını bildirməsi ilə əlaqədar, mənzil almaq üçün sonuncunun vasitəsi ilə 2012-ci ilin sonlarında özünə müraciət edən İddiaçı qeyd edilən mərtəbədə 96,3 kv.m ölçülü mənzilin heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını sonuncunun cinayətdən xəbərsiz olan tanışı X16 vasitəsi ilə yalandan bildirib, həmin mənzili İddiaçı 41.500 ABŞ dollarına sata biləcəyini Elnur Məmmədovla birlikdə aldatmaqla Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsində yerləşən ofisində deyib, inandırmaq üçün sonuncu ilə birlikdə məzmununa həmin ofisdə tamah niyyəti ilə, mənzilin xx.xx.2012-ci il tarixdə guya İddiaçı satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli 100 nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Məmmədov E.A» və «X28 MMC-nin direktoru Məmmədov E.A» yazılarının qarşısında Elnur Məmmədov tərəfindən imza olunmaqla istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri İddiaçı təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan həmin tarixdə Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsindəki ofisində 33.705 manat dəyərində razılaşdıqları 41.500 ABŞ dollarını Elnur Məmmədovun iştirakı ilə almaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui- istifadə etmə və aldatma yolu ilə İddiaçı məxsus 33.705 manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, Elnur Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı etmişdir. Göründüyü kimi qeyd olnan binanın 4-cü mərtəbəsində yerləşən iki ədəd 96,3 kv.m ölçülü nömrəsiz üçotaqlı mənzil xx.xx.2008ci il tarixli 88 nömrəli müqavilə ilə X9, digərini isə eyni tarixli müqavilə ilə X1 və mənzillərin dəyərinin Cəmiyyətə tam ödənildiyi halda həmin mənzillərdən biri xx.xx.2012-ci il tarixdə İddiaçı təkrar satılmaqla ona qarşı dələduzluq cinayəti törədilmiş, bununla bağlı X19 və X11 ittihamlar irəli sürülmüş, həmin ittihamlar məhkəmədə öz təsdiqini tapmış və adı çəkilən şəxslər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin məhkəmə hökmü ilə müəyyən olunur ki, göstərilən mənzillərin qanuni sahibi olan X17 və X18 borclarının qarşılığında xx.xx.2013-cü il tarixdə X5 adlı şəxsə satmışlar. Həsən Zümürxanov isə Emin Məmmədova məxsus olan mənzili isə xx.xx.2014-cü il tarixdə ona satmış və mənzil onun həyat yoldaşı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. X20 həmin mənzilləri X28 MMC-dən deyil mənzillərin qanuni sahibindən almış və mənzillərdən birini ona satmışdır. Bundan əlavə həmin hökmün nəticəvi hissəsindən (iş vərəqi 206) görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.metrdən ibarət üçotaqlı 22 saylı mənzilə payçı kimi mülkiyyət hüququ tanınaraq həmin mənzil onun sahibliyinə və istifadəsinə verilməsi barədə mülki iddası qismən təmin edilmiş, ona dəymiş zərər 33.705 manat və 10.000 manat mənəvi ziyanın cavabdehlər Aqil Qədirov və Elnur Məmmədovdan tutularaq ona ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli 1(103)-1058/2023-052 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş İddiaçı nümayəndəsinin 18 yanvar 2024-cü il tarixli 9/24 nömrəli sorğusuna X28 MMC-nin hazırda təsisçisi və rəhbəri Nümayəndə2 vermiş olduğu cavab məktubunda qeyd olunan mənzilin İddiaçı satıldığı, lakin həmin mənzilin Cavabdeh1 tərəfindən mənzilin qapısının sındırılaraq yerinə başqa qapı qoyulduğu və zəbt olunduğu kimi həqiqəti əks etdirməyən məlumatlar əks olunmuşdur. Həmin mənzili X28 MMC-dən deyil, 2014-cü il tarixdə mənzilin qanuni sahibi və mülkiyyətçisi Həsən Zümürxanovdan həyat yoldaşı Cavabdeh1 adına rəsmiləşdirməklə almış və həmin tarixdən 2022-ci ilə qədər İddiaçı adlı şəxsi tanımamış, onun mənzilə dair iddiasından cinayət işinin Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində və Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırması zamanı məlumatlı olmuşdur. Hazırkı mülki iş üzrə İddiaçı qarşı dələduzluq cinayətini törətməkdə təqsirli bilinərək məhkum olunmuş Nümayəndə2 hazırda X28 MMC-nin təsisçisi və rəhbəridir. Nümayəndə2 təqsirləndirilən şəxs statusunda olduğu və bütün məhkəmə iclaslarında iştirak etdiyi cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırlması zamanı onunla yanaşı Həsən Zümürxanov və Emin Məmmədov şahid qismində, İddiaçı isə zərərçəkmiş şəxs qismində dindirilmişlər. Bütün yuxarıda qeyd olunan hallar, həmçinin İddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırdığı mülki iddiası ətraflı araşdırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1464/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi və mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(004)-1464/2024 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmişşikayət həmin məhkəmənin 11 mart 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayətiş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,bu günə qədər bütün müraciətlərinə onun hüquqlarını qorumalı olan məhkəmələr qanuni qərarlar çıxarmamışlar və onun mülkiyyətindən məhkəmə qərarı olmadan məhrum edilməsinə göz yummuş və bu qanunsuzluğa hərə öz bildiyi, başa düşdüyü kimi qiymət vermiş, qanunların tələbləri pozulmuşdur. İndiki halda da məhkəmə öz qanunsuz qərardadı ilə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verməklə onun konstitusiya ilə qorunan mülkiyyət hüququnun müdafiəsinə imkan verməmişdir. Konstitusiya Məhkəməsi xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq etmişdir ki, payçı tərəfindən mənzilin dəyəri tam ödənildiyi halda həmin payçı qeyd edilən mənzilə mülkiyyət hüququ əldə etdiyindən sonradan həmin mənzilin onun razılığı olmadan başqa şəxsə satılmasımülki qanunvericiliyin normalarına uyğun deyildir, yəni mübahisəli mənzil ən əvvəl iddiaçıya satıldığı və həmin mənzilin mülkiyyətçisinin həmin andan o olduğu halda onun icazəsi və razılığı olmadan həmin mənzilin başqasına satılması qanunsuz olmuşdur. Lakin hazırda həmin mənzil iddiaçının mülkiyyəti olduğu halda o iddiaçının razılığı olmadan başqasına satılmış və hazırda həmin şəxs o mənzilə qanunsuz sahiblənmişdir. Məhkəmə öz qanunsuz qərardadı ilə iddiaçıya öz hüququnu məhkəmə qaydasında müdafiə etməyə imkan verməmişdir. Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına görə Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Belə olan halda birinci olaraq mübahisəli mənzilin haqqını tam ödədiyi və bu mənzil onun mülkiyyəti olduğu halda məhkəmə öz qanunsuz qərardadı ilə onun öz mülkiyyətini müdafiə etmək hüququndan məhrum etmişdir. Konstitusiyaya görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarınımüdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Lakin indiki halda iddiaçının pozulmuş mülkiyyət hüququnun müdafiəsinı həyata keçirmək sahəsində məhkəməyə müraciətinə məhkəmə qanunsuz və əsassız, onun vətəndaş hüquqlarını pozan qərardadı ilə imkan verməmişdir, bununla da onun Konstitusiya ilə qorunan hüquqları məhkəmə tərəfindən pozulmuşdur. Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbini nəzərə alaraq və iş materiallarına nəzər salaraq birmənalı surətdə görmək olar ki, mübahisəli mənzil birinci olaraq ona satılmış, mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı ora qapı qoymuş, lakin cavabdeh o qapını sındırıb mənzili qanunsuz zəbt etmişdir. Bu qanunsuzluğun qarşısını almaq barədə müraciətinə BakıApellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1058/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında ( səh. 120, abzas 2, qərar əlavə edilir) iddiaçının göstərdiyi halların cinayət işi üzrə araşdırılmasının qeyri mümkün olması səbəbindən mülki qaydada məhkəməyə müraciət hüququnun olduğu göstərilmişdir. Məhkəmə yuxarı instansiya məhkəməsinin bu göstərişinə məhəl qoymayaraq qanunsuz qərardad çıxararaq onu mülki qaydada öz mülkiyyət hüququmun müdafiəsinə imkan verməmişdir. Məhkəmə Azərbaycan RespublikasıCPM-nin 180.1-ci maddəsinə istinad edərək göstərir ki, eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Lakin məhkəmə bu məsələdə MPMnin 82.4 -cü maddəsinin tələbini nəzərə almadan qərardad qəbul etmişdir. Belə ki, həmin maddəyə görə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü mülki işə baxarkən yalnız hadisənin olub olmaması və şəxsin bu hadisəyə aidiyyəti hissəsində məcburidir. İndiki halda isə mübahisə eyni tərəflər arasında deyil, yəni cinayət işində Cavabdeh1 və İddiaçı arasında mübahisədən söhbət getmir. Digər tərəfdən, əgər məhkəmə BakıApellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına istanad edir və apellyasiya məhkəməsinin qərarının məcburi qüvvəyə malik olmasını göstərirsə, onda məhkəmə BakıApellyasiya Məhkəməsinin həmin qərarında göstərilmiş aşağıdakı fikrini də qiymətləndirməli idi. “Məhkəmə kollegiyası zərərçəkmiş şəxs İddiaçı mülki iddia tələbinin tam təmin edilməsi, yəni "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa etdiyi 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə onun-İddiaçı payçı kimi mülkiyyət hüququnun tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, o çümlədən 10.000 (on min) manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd edir ki, zərərçəkmiş şəxs İddiaçı ilə bağlı epizoddan göründüyü kimi qeyd edilən mənzil İddiaçı əlavə başqa bir müştərinin də adına rəsmləşdirilmişdir və hazırda cinayət icraatı üzrə həmin mənzillə bağlımübahisənin ədalətli həll edilməsi cinayət işinin apellyasiya baxışının əlavə yubanmasının nəticələnəciyi ehtimalları nəzərə alaraq, bununla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırılması hüququnun olması izah edilir”. (Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı, səh. 120, abzas 2, qərar əlavə edilir) Göründüyü kimi, hakimin qərardadı qəbul edən zaman istinad etdiyi BakıApellyasiya Məhkəməsi bildirmişdir ki, İddiaçı oölunun mübahisənin həlli üçün mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ vardır. Belə olan halda məhkəmənin öz qərardadında eyni bir məhkəmə qərarında göstərilən bir halın qəbul, digərinin isə rədd edilməsi ədalətli məhkəmə araşdırması prinsipinin pozulmasıdır. Göründüyü kimi, qanun tələb edir ki, məhkəmə qəbul etdiyi hər hansı qərarını öz fikri ilə yox, məhkəmədə təqdim edilmiş sübutlar, iddiaçı və cavabdehin ifadələri, şahid ifadələri və digər sübutlarla əsaslandırmalıdır. Hazırki qərardadda məhkəmə olmayan bir hadisəyə istinad etmişdir. Belə ki, qərardadın 5-ci səh 3-cü abzasında hakim göstərmişdir: Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əslində isə belə hal ümumiyyətlə olmamış, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında umumiyyətlə danışmamış, məhkəmə də onun fikrini soruşmamışdır. Bu məhkəmə iclasının audio-video yazısında da əks olunmuşdur. Göründüyü kimi, məhkəmə qərardadında qanunsuz sübuta əsaslanmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(004)-1464/2024 saylı qərardadı ləğv edilməli, mülki iş materialları işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən MPM-nin 261.0.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçının hal-hazırda məhkəməyə müraciət etdiyi tələblə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2023 saylı işi üzrə irəli sürdüyü mülki iddiadakı tələb eynilik təşkil edir. Belə ki, İddiaçı həm indiki iddia tələbində, həm də Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-59/2023 saylı işi üzrə mülki iddiasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət üçotaqlı 22 saylı mənzilə payçı kimi mülkiyyət hüququ tanınaraq həmin mənzil onun sahibliyinə və istifadəsinə verilməsini irəli sürmüşdür. Həmin məsələyə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 59/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə qiymət verilmiş və İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət üçotaqlı 22 saylı mənzilə payçı kimi mülkiyyət hüququ tanınaraq həmin mənzil onun sahibliyinə və istifadəsinə verilməsi barədə mülki iddiasının qismən təmin edilərək ona dəymiş 33705 manat ziyanın və 10000 manat mənəvi ziyanın cavabdehlər Aqil Qədirov və Elnur Məmmədovdan tutularaq ("xxxx" MMC-nin vəzifəli şəxsləri) ona ödənilməsi qərara alınmışdır. Həmin hökmdən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı şikayəti təmin edilməmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, İddiaçı mülki iddiası üzrə ona dəymiş 33705 manat ziyanın və 10000 manat mənəvi ziyanın cavabdehlər Aqil Qədirov və Elnur Məmmədovdan tutularaq ("xxxx" MMC-nin vəzifəli şəxsləri) ona ödənilməsi qət edilmiş, hazırki iddia tələbində isə iddiaçı cavabdeh kimi Cavabdeh1 və "xxxx" MMC-ni göstərək mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi və mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbini irəli sürmüşdür. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1058/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən zərərçəkmiş şəxs İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1058/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında kollegiya zərərçəkmiş şəxs İddiaçı mülki iddia tələbinin tam təmin edilməsi, yəni "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa etdiyi 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə onun- İddiaçı payçı kimi mülkiyyət hüququnun tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, o çümlədən 10.000 (on min) manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd etmişdir ki, zərərçəkmiş şəxs İddiaçı ilə bağlı epizoddan göründüyü kimi qeyd edilən mənzil İddiaçı əlavə başqa bir müştərinin də adına rəsmləşdirilmişdir və hazırda cinayət icraatı üzrə həmin mənzillə bağlı mübahisənin ədalətli həll edilməsi cinayət işinin apellyasiya baxışının əlavə yubanmasının nəticələnəcəyi ehtimallarını nəzərə alaraq, bununla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırılması hüququnun olması izah edilir. Kollegiya qeyd edir ki, iddianın əsasını- irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanınvurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Hazırki halda iddiaçı iki cavabdehə qarşı tələb irəli sürmüşdür. Araşdırmaq lazımdır ki, iddiaçının bu cavabdehlərdən hər birinə qarşı yönəlmiş tələb nədən ibarətdir (MPM-149.2.3). Azərvaycan Respublikası CPM-nin 180.1-ci maddəsinə əsasən eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, iddiaçı Cavabdeh1 qarşı mülki iddianı cinayət mühakimə icraatı çərçivəsində irəli sürmədiyi halda, hazırki iddia üzrə ona qarşı tələb irəli sürmüşdür. Prosessual qanunvericiliyin tələbindən göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvədə olan qərarı olduğu halda, iş üzrə icraata xitam verilir. Hazırki halda isə Cavabdeh1 münasibətdə tərəflər fərqlidir və bu gələcəkdə işə mahiyyəti üzrə baxılaraq iddianın təmin və ya rədd edilməsi üçün əsas ola bilər. Kollegiya hesab edir ki, prosessual hüquq normasının tələblərinə düzgün riayət edilmədiyindən, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(004)-1464/2024 saylı qərardadı ləğv edilməli, işə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(004)-1464/2024 saylı qərardadı ləğvedilsin, işə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Məmməd Məmmədov Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2644/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2644/2024
03.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver