Məhkəmə qərarları › İş №2(103)-2649/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2649/2020

11.06.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2649/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı “xxxxxxxxx” X1rşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və istifadəyə qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığını pozan hərəkətlərin qadağan edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” X2 (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə MMC ilə müqavilə bağlayaraq ünvan 1 ünvanında yerləşən tikintidən 630 m2 qeyri-yaşayış sahəsini satın aldığını, əmlakın dəyəri olan 1 575 000 manatı müqavilə bağlanan gün tam şəkildə ödədiyini və borcunun qalmadığını, buna baxmayaraq MMC-nin əmlakı ona təhvil vermək öhdəliyini yerin yetirməkdən müxtəlif bəhanələrlə yayındığını irəli sürmüş, buna görə də həmin əmlakın ona təhvil verilməsi, əmlakdan istifadəyə qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığını pozan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 630 m2 qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur Həmin qətnamədən “xxxxxxxxx” MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini, iddiaçının iddia etdiyi 630 m2 qeyri-yaşayış sahəsinə dair xx xxx 2019-cu il tarixdə X3 ilə müqavilə bağlandığı, adı çəkilən şəxsin əmlakın dəyəri olan 1 575 000 manatın ilkin olaraq 300 000 manat hissəsini, qalan məbləği isə hissə-hissə ödəyəcəyi barədə üzərinə öhdəlik götürdüyü, xx.xx.2019-cu il tarixdə onun MMC-yə müraciət edərək əmlakın İddiaçı adına rəsmiləşdirilməsini istədiyini, bu ərizə nəzrə alınaraq əmlaka dair İddiaçılə müqavilə bağlandığı, lakin onun MMC-yə ödəniş etmədiyi arqumentləti ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış “xxxxxxxxx” MMC nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməyərək, əksinə onun qüvvədə saxlanılmasını xahiş etmişdir; cavabdehin nümayəndəsi isə onun ləğvini xahiş etsə də, şikayətin məzmunundan bu xahişin iddianın təmin olunan hissəsi ilə məhdudlaşdığı aydın olmaqdadır. Başqa sözlə, iddia tələblərinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, “xxxxxxxxx” MMC ilə İddiaçıarasında xx xxx 2019-cu il tarixdə müqavilə bağlamış, müqaviləyə görə adı çəkilən MMC, ünvan 1 ünvanında yerləşən tikintidən 630 m2 qeyri-yaşayış sahəsini iddiaçıya satmağı, iddiaçı isə həmin əmlakın dəyəri olan 1 575 000 manatı ödəməyi öhdələrinə götürmüş, eyni tarixdə iddiaçı göstərilən məbləği MMC-nin kassasına mədaxil etmiş, bu barədə ona kassa mədaxil qəbzi və borcunun qalmadığına dair maliyyə arayışı verilmişdir. Tərəflər arasında mübahisənin yaranmasına səbəb, MMC-nin İddiaçılə bağlamış olduğu müqavilə şərtlərinə əməl etməməsi olmuş, həmin hal apellyasiya şikayətində də dolayı şəkildə etiraf olunaraq bu, müqavilə predmetinin iddiaçıya İsmayıl Tamoyev adlı şəxs tərəfindən satılmış olması, iddiaçının həmin predmetə görə hər hansı məbləğdə ödəniş etmədiyi və buna görə də MMC-nin iddiaçı qarşısında öhdəliyinin yaranmadığı ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən, “müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”. İddiaçı ilə “xxxxxxxxx” MMCarasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud etibarsız hesab edilmiş olduğu müəyyən olunmamışdır; bu baxımdan kollegiya, həmin müqavilənin ləğv olunduğuna dair cavabdehin apellyasiya şikayətində irəli sürülən mülahizələrlə bağlı ümumiyyətlə araşdırma aparmağı zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Xüsusilə nəzərə alınmalıdır ki, formal olduğunu irəli sürdüyü müqavilənin bağlandığı xx.xx.2019-cu il tarixindən sonrakı dövr ərzində iddiaçıya qarşı heç bir pretenziya irəli sürməmiş olması cavabdehin bu arqumentini inandırıcı hesab etməyə imkan vermir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar (müqavilə, kassa mədaxil qəbzi, maliyyə arayışı)müqabilində, həmin müqavilənin, əmlakın dəyəri ödənilmədən bağlanmış olduğunu sübutetmə yükü bilavasitə cavabdeh MMC-nin üzərinə düşür, o isə, mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn tələblərin tətbiqi baxımından həmin halları sübut edə biləcək hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətinin digər dəlili kimi irəli sürülən, cavabdeh hüquqi şəxsin İsmayıl Tamoyev adlı şəxs tərəfindən aldadılmış olması arqumenti ilə bağlı isə kollegiya qeyd edir ki, belə bir halın mövcudluğu iddiaçının hüquqlarının xələl görməsinə səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. HəminMəcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məcəllənin 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı dəyərini ödədiyi əmlakla bağlı hüquqlarının pozulduğu qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6409/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği “xxxxxxxxx” MMC-nə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar