Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2649/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(011)-3411/2016 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3411/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 12.134 ABŞ dolları əsas, 2.396,49 ABŞ dolları faiz, cəmi 14.530,49 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək, həmin məhkəmə əmrinin ləğv edilməsi və mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3411/2016 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3411/2016 saylı xx.xx.2016-cı il tarixli əmrindən vermiş olduğu etirazının geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 şikayət verərək, qərardadın ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını, əks halda şikayətə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi müvafiq qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. İlkin olaraq məhkəmənin qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli əmri ona 10 yanvar 2024-cü il tarixdə verilərkən həmin əmrin iş nömrəsi qeyd edilməmişdir. Əmrin iş nömrəsi barədə məlumatı ona 5 gün sonra araşdırmam nəticəsində əldə etmişdir. Həmin ərəfələrdə ölkədə yayılmış olan qrip virusuna tutulduğundan ev şəraitində müalicə almışdır. Bütün bunları nəzərə alaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli iş nömrəsi sonradan ona məlum olmuş məhkəmə əmrindən 10 (on) iş günü ərzində etiraz vermişdir. Bundan əlavə olaraq bildirmişdir ki, məhkəmə əmri tərəflərə verilərkən məhkəmə əmrində icraatın nömrəsi və əmrin çıxarılma tarixi qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 281.1.1-ci maddəsinə əsasən məhkəmə əmrinin məzmununda icraatın nömrəsi və əmrin çıxarıla tarixi qeyd edilməlidir. Lakin ona verilmiş məhkəmə əmrinin iş nömrəsi qeyd edilməmişdir. Göründüyü kimi, işə baxmış hakim ən sadə yolu seçərək qanunsuz olaraq etirazını geri qaytarılması barədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3411/2016 saylı, 21 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 282-ci maddəsinə görə, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. İş metarialları ilə müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilk dəfə qeydiyyatda olduğu ünvanına (ünvan 1 onun tərəfindən qəbul edilibedilməməsi barədə işdə hər hansı məlumat olmadığından, Cavabdeh2 məhkəmə əmrinin təqdim edilməsi barədə ərizəsinə əsasən, xx.xx.2024-cü il tarixdə məhkəmə əmrinin surəti ona rəsmi qaydada təqdim edilmişdir. Cavabdehin məhkəmə əmrinə verdiyi etirazı isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Poçt göndərişlərinin izlənilməsi barədə internət səhifəsindən və məktubun zərfindən müəyyən edilmişdir ki, borclu Cavabdeh2 məhkəmə əmrindən etirazı məhkəməyə çatdırılması üçün poçt xidmətinə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Bununla da, o, verilmiş tələbə və ya onun hissəsinə qarşı məhkəməni yazılı xəbərdar etməklə etiraz etməsi üçün qanunla nəzərdə tutulmuş etiraz etmə müddətini ötürmüşdür. Bundan başqa qeyd edilməlidir ki, etirazı verən cavabdeh tərəfindən etiraza prosessual müddətin bərpa olunması barədə vəsatət də əlavə edilməmiş, bununla da prosessual müddətin ötürülmüş olmasının üzrlü səbəbdən baş verdiyinə və digər bu kimi hallara qiymət vermək mümkün olmamışdır. Məhkəmə kollegiyası vurğulayır ki, Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3411/2016 saylı 31 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2649/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2649/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver