Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-265/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1-ya, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzilin alınması üçün ödənilmiş pul vəsaitinin və təmir xərclərinin ödənilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh1-ya və Cavabdeh3 qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması, maneələrin aradan qaldırılması və ziyanın ödənilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(005)-56/2019 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1-ya, Cavabdeh2, X7 və X2 qarşı “mənzilin alınması üçün ödənilmiş pul vəsaitinin və təmir xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1-nın ünvan 1 ünvanında inşa etdiyi 18 mərtəbəli yaşayış evinin 117 kv.metrdən ibarət 2 otaqlı 171 saylı mənzili üzrə Cavabdeh3 adına ödədiyi 100.000 ABŞ dolları və 30.000 manatın, 150.000 manat təmir xərcinin, hüquqi yardıma görə ödədiyi 500 manatın və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə və məhkəmə araşdırılması zamanı cavabdehlərin hərəkətində cinayətin əlamətləri aşkara çıxarsa prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh1-ya və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması, maneələrin aradan qaldırılması və ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia verərək, 02.02.2016-cı il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış ünvan 2 ünvanında inşa etdiyi 18 mərtəbəli yaşayış evinin 117 kv.metrdən ibarət 2 otaqlı 171 saylı mənzilinə dair müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi, onun mülkiyyət hüquqlarına yaradılan bütün məhdudiyyətlərinin aradan qaldırılması, hazırkı vaxtadək öz mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyinə görə ona vurulmuş 40.000 manat maddi və 50.000 manat mənəvi ziyanın Cavabdeh1-dan və Cavabdeh3 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(005)- 56/2019 saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) ilk və qarşılıqlı iddia qismən təmin edilmişdir. İlk iddia üzrə iddiaçı X5 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, ilk qətnamənin iddianın qismən təmin olunmuş hissəsində ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçı X4 iddiadan imtina barədə 30.11.2021-ci il tarixli ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, mübahisənin məhkəmədənkənar qaydada həll olunduğunu bildirmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 da məhkəmə kollegiyasına notariat qaydasında təsdiq olunmuş ərizə göndərərək, iddiasından imtina etdiyini göstərmişdir. Məhkəmə kollegiyası, iddiadan imtina barədə ərizələri nəzərdən keçirərək, hesab edir ki, qətnamə ləğv olunmalı, ilk və qarşılıqlı iddiadan imtina olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər, iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Kollegiya, həmçinin, vurğulayır ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. Baxılan işdən görünür ki, iddiaçıların iddia tələblərindən imtina etməsi barədə iradə ifadələri ərizələrdə əks olunmuşdur və onların iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, ilk və qarşılıqlı iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Qeyd edilməlidir ki, birinci və apellyasiya instansiyası məhkəməsində ümumilikdə 200 manat məbləğində aparılmış ekspertiza tədqiqatlarının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçılara aid edilməlidir (iddiaçılar mübahisəni öz aralarında həll etməklə iddialardan imtina etmişlər). Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(005)-56/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1-ya, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzilin alınması üçün ödənilmiş pul vəsaitinin və təmir xərclərinin ödənilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh1-ya və Cavabdeh3 qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması, maneələrin aradan qaldırılması və ziyanın ödənilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə icraata, ilk və qarşılqlı iddialardan imtina olunması ilə əlaqədar xitam verilsin. Məhkəmə xərci iddiaçılar İddiaçı və Cavabdeh4 aid edilsin. İddiaçılardan müştərək qaydada aparılmış ekspertizanın dəyəri olan 200 (iki yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-265/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-265/2021
30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver