Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2652/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2743/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3200 ABŞ dolları (səh.36) məbləğində pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: xx.xx.2015-ci il tarixli "Borc verən” İddiaçı ilə "Borc alan” Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, "Borc verən” "Borc alan”-a 9000 ABŞ dolları məbləğində borc pul vermişdir; "Borc alan” kredit məbləğini xx/xx/2017-ci il tarixədək "Borc verənə” qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirir (səh.26). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2743/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3200 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə manatla) məbləğində pul İddiaçı xeyrinə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 2743/2020 №-li, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, yəni 3200 ABŞ dolları məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməli hissədə təmin edilməməsini, qalan hissədə isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 4, 357, 372, 385-ci maddəİərinə istinadən qeyd edilmişdir ki, Belə ki, məhkəmədə müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli “Borc verən” İddiaçı ilə “Borc alan” Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən “Borc verən” “Borc alan”-a 9000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir, bu məhkəmədə göstərilən iki şahidin ifadəsindən, həmçinin, cavabdehin əlində olan əyazmalardan müəyyən olunur, (hər faiz ödədiyində dəftərdə qeydlər aparılıb, bu qeydlər cavabdehdə olan dəftərdə qeyd olunub və məhkəməyə təqdim olunub). Lakin məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, yəni 3200 ABŞ dolları məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Belə olan halda hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2743/2020 №-li, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, iddiaçıya 6000 manat faiz qaytardığını, alınan borcdan 5800 ABŞ dolları məbləğində ödəniş edildiyini, müqavilədə tərəflər arasında faiz barədə şərt qoyulmadığını, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 560, 739, 740; MPM-nin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırki mübahisəli münasibətlərinə uyğun qətnamə qəbul etmiş və cavabdeh tərəfindən onun dəyişdirilməsi və ya ləğv edilməsi üçün təkzibedici mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmələrə müraciətlərlə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri isə (tələb olmadığından) tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2743/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2652/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2652/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver