Məhkəmə qərarları › İş №2(103)-2652/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2652/2022

14.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2652/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(005)-2010/2021 saylı qərardadından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş şikayətlərə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 258.300 manat (iki yüz əlli səkkiz min üç yüz) manat, əldən çıxmış faydaya görə 122.742-manat (bir yüz iyirmi iki min yeddi yüz qırx iki), cəmi 381.042 (üç yüz səkkiz bir min qırx iki) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(005)- 2010/2021 nömrəli qətnaməsinə əsasən, ilkin iddianın qismən təmin edilməsi,Cavabdeh 187746 (bir yüz səksən yeddi min yeddi yüz qırx altı) manat məbləğində pul alınaraq ilkin iddia üzrə İddiaçı xeyrinə ödənilməsi,ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 16 000 (on altı min) manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, Bakı şəhəri, Babək prospekti 63 C ünvanında olan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 1) kompressor (naxışda) 1 ədəd; 2) Sap sarıma makinəsi (naxışda) 1 ədəd; 3) Cərəyan nizamlayıcı (naxışda) 1 ədəd; 4) Basqı stolu və qəlib ayaqları-komplekt 12; 5) Basqı qəlibləri ədəd 163; 6) Tərəzi (150 kq) ədəd 1; 7) 15 başlı naxış maşınları “Damei” ədəd; 8) Transfer basqı aparatı ədəd 9) Knopka vuran aparat ədəd; 10) Düymə tikən maşın “Broden” 1 ədəd; 11) Petlə açan maşın “Yamata” 1 ədəd; 12) Overlok “Mauzer” spesial 1 ədəd; 13) Overlok “Yamato M3” 1 ədəd; 14) Overlok “Yamato M4” 1 ədəd; 15) Overlok “İvar” ədəd 3; 16) Overlok “Reqosus” 1 ədəd; 17) Overlok “Yamato” ədəd 4; 18) Overlok “Cemsi” 1 ədəd; 19) Overlok “Cuki” 2 ədəd; 20) Düz tikiş maşını “Brother” 1 ədəd; 21) Bəzək maşını “Renovn” 1 ədəd; 22) Rezin vuran maşın “Rimoli” 1 ədəd; 23) Kroşata 1 ədəd; 24) Q.tikiş maşını “Brother” 1 ədəd; 25) Q.tikiş maşını “Şurubu” 1 ədəd; 26) Q.tikiş maşını “Yamata” 1 ədəd; 27) Qoşa tikiş maşını “FY33016” 1 ədəd; 28) Qoşa tikiş maşını “Yamata” 1 ədəd; 29) Soyuducu 1 ədəd; 30) Su aparatı 1 ədəd; 31) Ehtiyyat hissələri üçün siyirmə qablar 40 ədəd; 32) Sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd; 33) Ofis mebel dəsti+kreslo 1 dəst; 34) Kompyuter+stol+kreslo 1 dəst olan əşyalar cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq Cavabdeh qaytarılması, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi, İlkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(005)- 2010/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti 04.02.2022-ci il tarixdə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021- ci il tarixli, 2(005)-2010/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti 27 yanvar 2022-ci ildə elektron kabinet vasitəsilə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(005)- 2010/2021 nömrəli qərardadı ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul və əmlak” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(005)-2010/2021 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən apellyasiya şikayətləri onlara geri qaytarılmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(005)-2010/2021 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişlər. Şikayətlər onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(005)-2010/2021 nömrəli qərardadında konkret olaraq mülki prosessual qanunvericiliyin hansı normalarının tələblərinin pozulması göstərilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(005)-2010/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apelyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1, 363.1.2-ci və 363.1.5-ci maddələrinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya eləcə də qeyd edir ki, iş materiallarından görünür ki, tərəflərin eyniməzmunlu şikayətləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(005)-2010/2021 nömrəli qərardadı ilə geri qaytarılmış, lakin onlar tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun apelyasiya şikayətlərinin verilməsi təmin olunmamışdır. Ona görə də, kollegiya hesab edir ki, şikayətlər təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(005)-2010/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(005)-2010/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar