Məhkəmə qərarları › İş №2(103)-2658/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2658/2025

12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2658/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 MMC və digərlərinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bölünməsi” hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, “Gilan Holding” Şirkətlər qrupuna (LPO Cavabdeh2 MMC), Cavabdeh3 MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi, X34, X22, X12, X18, X19, X23, X13, X7, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə dair; müstəqil iddia irəli sürən üçüncü şəxslər X8 və X20 cavabdehlər Cavabdeh1 MMC, “Gilan Holding” Şirkətlər qrupuna və Cavabdeh3 MMC-yə qarşı “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-73/2025 saylı işi üzrə xx.xx.2025-cü il tarixli qətnaməsindən İddiaçı,mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X21 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC, “Gilan Holding” Şirkətlər qrupundan və qeyrilərindən onun mənzillərinin yerində inşa edilən binanın özbaşına tikinti hesab edilərək sökülməsi, şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzillərin naturada bərpasının cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzillər xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlər "ATLANT-İNŞAAT” MMC və "Gilan Holding” şirkətlər qrupu (yeni adı: "Xəzri Solutions” MMC) 2012-ci ildə, faktiki sahəsi 850 kvadrat metr, rəsmi sənədlərdə 450 kvadrat metr olan ona məxsus həmin mənzilləri və qeyri-yaşayış sahələrini söküb dağıtmaqla, onu şəxsi mülkiyyətindən məhrum ediblər. O, ümid edib ki, cavabdehlər ona vurduqları ziyanı ya ödəyər, ya da dağıtdıqları mülklərini (mənzillərini və qeyri-yaşayış sahələrini) naturada bərpa edərlər. 5 sentyabr 2020-ci ildə ona tam məlum oldu ki, cavabdehlər öz öhdəliklərini yerinə yetirmək fikrində deyillər. Son 3 ildə səbrlə gözləmiş, cavabdehlərin öz məsuliyyətlərini dərk edəcəklərinə, ona vurduqları ziyanı aradan qaldıracaqlarına ümid etmişdir. Ancaq onlar bunu etməmişlər. Hər dəfə vəd verib vədlərinə əməl etməyiblər. İddiaçı qeyd etmişdir ki, onun mənzilinin dağıdılmasında ikinci cavabdeh "Gilan Holding” şirkətlər qrupunun nümayəndəsi kimi İbrahim adlı şəxs iştirak edib. Həm də o bunu açıq şəkildə, dövlət orqanlarının, məhəllə camaatının gözü qarşısında və Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələrinin, İcra Başçısının müavini Şahmar adlı şəxslə birlikdə edib. Cavabdehlər ona məxsus mənzilləri və obyektləri söküb, ona məxsus mənzillərin yerində, qanunsuz olaraq 16 mərtəbəli, çoxmənzilli bina tikiblər. Cavabdehlərin söküb yerində 16 mərtəbəli bina tikdikləri onun mənzillərinin və obyektlərinin sahəsi rəsmi sənədlərdə 460 kvadrat metr olsa da, faktiki sahəsi 850 kv metr olub. Həmin vaxt iddiaçını bütün dövlət orqanlarında, idarə və təşkilatlarda, məhkəmələrdə təmsil etmək, məhkəmələrdə iddia qaldırmaq, adından ərizələr yazmaq, imzalamaq, müqavilələr bağlamaq və s. işlərini aparmaq üçün hüquqşünas X14 xx.xx.2009-cu il tarixli 25 illik etibarnamə vermişdir. Bunu həm də ona görə etmişdir ki, həmin mənzilləri o, Q.Məmmədov və onun həyat yoldaşı X1 almışdır və belə razılaşmışlar ki, həmin mənzillər onun xüsusi mülkiyyətində olsa da, o vaxt qüvvədə olan qanunlara əsasən, X22 və bütün ailə üzvləri həmin mənzillərdən daimi istifadə hüquqlarını saxlayırlar. Onlar arasında bu barədə rəsmi razılaşma var idi. Onlar yalnız onun mənzillərinin haqqını ona tam ödədikdən sonra mənzilləri tərk etməli idilər. Ona görə də, cavabdehlərlə iddiaçının adından bütün danışıqları o aparırdı. Q.C.Məmmədovun cavabdehlərlə apardığı danışıqlar əsasında belə razılıq əldə edilmişdi ki, cavabdehlər tərəfindən mənzillərlə təmin edilməklə, onun və ailə üzvlərinin ona məxsus həmin mənzillərdən köçürülməsindən sonra, cavabdehlər onunla danışıqlar aparıb ona vurduqları ziyanı ödəməli idilər. Cavabdehlərlə Q.C.Məmmədov və xanımı M.Ə.Məmmədova arasında bağlanmış, 25 yanvar 2012-ci il tarixli müqaviləyə əsasən, ümumi sahəsi 320 kv/metr olan mənzillərə və sahəsi 330 kv.metr olan qeyriyaşayış sahəsinə (obyektlərə), cəmi sahəsi 650 kv. metr olan mülklərinə 2 290 000 manat, o vaxtın məzənnəsi ilə, 2 935 897 ABŞ dolları məbləğində qiymət qoyulmuşdu. Əslində, bu məbləğ, X22 və həyat yoldaşı X12 ilə, onların özlərinin və ailə üzvlərinin onun mənzilində olan daimi yaşayış hüquqlarının qiyməti kimi müəyyən edilmişdi. Yəni, cavabdehlər Q.C.Məmmədovun ailəsini, ya yeni mənzillərlə təmin etməli, ya da onların həmin mənzillərdən daimi istifadə hüququnun əvəzi olaraq onlara 2 935 897 ABŞ dolları ödəməli idilər. İddiaçının mülkiyyət hüquqları ilə bağlı danışıqlar isə sonra aparılmalı idi. Lakin cavabdehlər mənzilləri söküb dağıtdıqdan sonra, müxtəlif bəhanələrlə öhdəliklərindən yayınmağa başladılar. Ona məxsus mənzillərin və obyektlərin altındakı torpaq isə qiymətləndirilmədi. Bu isə az məbləğ deyil. Cavabdehlər o vaxt bunu belə bir bəhanə ilə əsaslandırmağa çalışdılar ki, torpaq üzərində onun mülkiyyət hüquqları rəsmi qeydə alınmayıb. Halbuki Azərbaycan Respublikasının "Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli 155-İQ saylı Qanununun 9-cu maddəsinə, əsasən, "Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.” Bu o deməkdir ki, onun qanuni istifadəsində olan, sahəsi müxtəlif rəsmi sənədlərlə təsbit edilən 650 kv. metr sahənin altındakı torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə ona məxsusdur. Bu hüququn qeydə alınmaması onu faktiki hüququndan məhrum edə bilməz. Cavabdehlər mənzillərini sökməsə idilər, o həmin torpaq üzərindəki mülkiyyət hüququnu da qeydiyyata aldıracaqdır. Bu söküntü oldu deyə, belə razılaşmışlar ki, bu məsələyə əlavə vaxt itirməyə dəyməz. Ancaq sonradan cavabdehlər sözlərini tutmamış və rəsmi qeydiyyatın olmadığını bəhanə gətirərək, torpağın pulunu da mənzilləri ilə birlikdə verməmişlər. Torpağın qiyməti isə az məbləğ deyil. O vaxt, yəni 2011- 2012-ci illərdə Nərimanov rayonunun məhz o ərazisində torpağın bir sotunun qiyməti 500 000 manat (o vaxtın məzənnəsi ilə 641 025 ABŞ dolları) idi. Bu isə 3 250 000 manat (o vaxtın məzənnəsi ilə ******* ABŞ dolları) edir. Cavabdehlərin məntiqi ilə, kimsə uşağının doğum şəhadətnaməsini vaxtında almayıbsa, demək uşaq onun deyil. Bu ki, absurddur. Mənzilin altındakı torpağı dövlət əvəzsiz olaraq onun mülkiyyətinə veribsə, onun vaxtında qeydiyyatdan keçməməsi onu o hüquqdan məhrum edə bilməz.

2. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X21 və X26 qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "Atlant-İnşaat” MMC-dən, "Gilan Holding” Şirkətlər qrupundan, "Azəri Trans” MMC-dən ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzillərin yerində cavabdeh "Azəri Trans” MMC-nin inşa etdiyi binanın, özbaşına tikinti hesab edilərək sökülməsi, müstəqil tələb irəli sürən 3-cü şəxslərin daimi istifadə hüququ olan ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzillərin naturada bərpasının cavabdehlərin üzərinə qoyulması və məhkəmə xərclərinin cavabdehlərdən solidar qaydada tutulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X21 və X26 qızının iddia tələbini onunla əsaslandırmışdır ki, 1-ci iddiaçı ünvan 2 ünvanında, mülkiyyət hüququndan doğan daimi istifadə hüququ ilə yaşayırmış. 2-ci İddiaçı 1-ci iddiaçı ilə ailə qurduqdan sonra, ünvan 2 ünvanında yerləşən mənzillərin mülkiyyətçisinin razılığı ilə, daimi istifadə hüququ olmaqla, həmin ünvana passport qeydiyyatına alınmaqla orada yaşamışdır. Cavabdeh "Atlant-İnşaat” MMC iddiaçıların daimi istifadə hüququ olan mənzilləri və obyektləri söküb və "Azəri Trans” MMC adlı başqa bir firma onlara məxsus mənzillərin yerində, qanunsuz olaraq 16 mərtəbəli, çoxmənzilli bina tikib. Həmin bina özbaşına tikinti hesab edildiyini və mütləq sökülməli olduğunu bildirmişdir. Mülkiyyət hüququ İddiaçı olan, iddiaçıların qanuni, daimi istifadə hüquqları olan mənzillərin yerində başqaları bina tikməsi Azərbaycan Respublikasının mövcud qanunlarına ziddir. Cavabdeh1 MMC İddiaçı xüsusi mülkiyyətində olan və müstəqil tələb irəli sürən 3-cü şəxslərin də daimi istifadə hüquqları olan həmin mənzilləri sökməklə onların istifadəçi hüquqlarını - əmlak hüquqlarını pozub. 1-ci iddiaçının həmin mənzillərdən istifadə hüququ mülkiyyət hüququndan əmələ gələn hüquqdur. Çünki bu mənzil əvvəllər, onun anası, iş üzrə müstəqil tələb irəli sürən 3- cü şəxs X3 mülkiyyətində olub və 1-ci İddiaçı mülkiyyətçinin ailə üzvü kimi həmin mənzillərdə daimi istifadə hüququ əldə edib. 2-ci İddiaçı da 1-ci iddiaçı ilə ailə qurduqdan sonra, onun ailə üzvü kimi həmin mənzillərdə daimi istifadə hüququ əldə edib. Həmin mənzillər xx.xx.2003-cü ildə İddiaçı mülkiyyətinə keçməmişdən qabaq, 1996-cı ildən iddiaçıların valideynlərinin mülkiyyətində olub. Bunları sübut edən sənədlər iş materiallarında mövcuddur. 1-ci və 2-ci İddiaçı o vaxt onların valideynlərinə verilən yeni mənzillərə köçüb onlarla birlikdə yaşasalar da, əvvəlki mənzillərindən pasport qeydiyyatından çıxmadılar və orada qeydiyyatda qalmaqda davam etmişlər. Mülkiyyətçi İddiaçıları həmin mənzillərdən yalnız “bazar qiyməti ilə müvafiq kompensasiya vermək yolu ilə”, yaxud da başqa yerdə onları yaşayış sahələri ilə təmin etmək yolu ilə çıxara biləcəyini qeyd etmişdir. Cavabdeh1 MMC İddiaçı mülkiyyət hüquqlarını pozmaqla iddiaçıların da istifadə hüquqlarını pozub və faktiki olaraq mülkiyyətçi-İddiaçıların istifadə hüquqlarını təmin etmək imkanından məhrum edib.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-73/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "Atlant-İnşaat” MMC, "Gilan Holding” Şirkətlər qrupuna (LPO "Xəzri Solutions” MMC), "Azəri Trans” MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi, X34, X22, X12, X18, X21, X19, X23, X13, X7, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə; habelə müstəqil iddia irəli sürən üçüncü şəxslər X8 və X20 cavabdehlər "Atlant- İnşaat” MMC, "Gilan Holding” Şirkətlər qrupuna və "Azəri Trans” MMC-yə qarşı "özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə dair iddialarının təmin edilməməsi,iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi,məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manatın İddiaçı tutulması, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2,152.1, 152.2, 154.1, 158.1.2, 158.2, 159, 180.1, 180.4; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3, 92.4, 95; "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası; Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarına; Konstitusiya Məhkəməsi Plenumunun "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 220.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli bina hüquqi rejiminə görə özbaşına tikili hesab edilmir.Həmin rejimin hüquqi əsasını tənzimləyən maddələrin məzmunundan isə görünür ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İstinad edilən maddələrin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikdə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir. Belə ki, cavabdeh MMC mübahisəli daşınmaz əmlakı tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa etməmiş, o cümlədən müvafiq dövlət orqanlarından lazımi qaydada alınmış icazələri əsasında ona ayrılmış torpaq sahəsində mübahisəli binanı inşa etmiş, həmin hündürmərtəbəli, çoxmənzilli binaya hüquqları səlahiyyətli inzibati orqanlar tərəfindən verilmiş inzibati aktlar əsasında təsdiqlənmişdir. Həmin hüquq müəyyənedici sənədlər isə qüvvədə olmaqla, inzibati qaydada mübahisələndirilməmişdir. Sadalanan normalardan göründüyü kimi aparılmış tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir və hazırki işdən səlahiyyətli dövlət orqanları tərəfindən mübahisəli tikilinin sökülməsi ilə bağlı müvafiq tədbirlər görüldüyü müəyyən edilməmişdir. Qanunvericiliyin sadalanan normaları iddiaçılara müvafiq icazələr alınmaqla tikilmiş tikililərin sökülməsi ilə bağlı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ verməmişdir. Belə olan halda, nə qədər ki, cavabdeh MMC-nin inşa etdiyi mübahisəli hündürmərtəbəli çoxmənzilli yaşayış binasının sökülməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərarın qəbul edilməsi faktı müəyyən edilmir, həmin mübahisəli tikilinin inşasına icazə verən inzibati orqanın qərarları qüvvədədir, ləğv edilməmişdir, həmin qərarlar mübahisələndirilmədiyindən tikilinin qanunvericiliyin tələblərinə uyğun olmadığı barədə iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır.Ona görə də, iddiaçı tərəfindən tələbin əsası kimi istinad edilən halların (cavabdehə məxsus tikili qanunsuz olaraq, lazımi icazələr alınmadan inşa edilməsi barədə) sübuta yetirilmədiyindən iddianın rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır.Bununla yanaşı, iddiaçılar aşağıdakılara əsasən qeyd olunan tikilinin sökülməsi və mövcud olmuş daşınmaz əmlaklarının naturada bərpasını tələb etməkdə haqlı deyildir. Qeyd edilməlidir ki, mübahisəli tikili hazırkı məqamda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olmasa belə, cavabdehin həmin daşınmaz əmlaka inzibati orqanların verdiyi inzibati aktlar sayəsində qanuni əmlak hüquqları mövcuddur.Tikili, cavabdehin qanuni sahibliyində və istifadəsində olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından «qanuni gözləntiyə» malikdirlər. Sözügedən hündürmərtəbəli çoxmənzilli yaşayış binası iddiaçıya məxsus daşınmaz əmlakın yerində inşa edildiyi təqdirdə belə, həmin torpaq sahəsi və orada inşa olunmuş bina Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin «ədalətli balans» prinsipi o cümlədən ədalətli tarazlığa riayət edilməsi baxımından da özbaşına tikili adı ilə sökülməsi və əmlakın naturada bərpası barədə tələbin qanuni və faktiki əsası mövcud deyildir. Belə olan halda iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. 4.Birinci instansiya məhkəməsində iraat zamanı müəyyən edilmişdir ki:- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli 3- 16-16/2-10/6450 N°-li ekspert rəyindən görünür ki, qərardadın 1 -ci sualı üzrə iddiaçının nümayəndəsinin göstərdiyi yerdə sözügedən mənzilin yerləşdiyi bina sökülüb, yerində çoxmərtəbəli bina inşa edilmişdir. Göstərilən yer (binanın yeri şərti olaraq göstərilir) qeyd edilmiş ünvanla üst-üstə düşür. Lakin bina söküldüyündən sözügedən ünvanı dəqiq olaraq təyin etmək mümkün deyil. 2-ci sual üzrə ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binası iddiaçının öz mülkiyyətindən istifadə hüquqlarının həyata keçirilməsinə, məhdudiyyət və maneə yaradıb-yaratmamasının müəyyən edilməsi, "tikinti-texniki obyektlərinin tədqiqi" ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı.3-cü sual üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş rəyinin Mərkəzə təqdim edilmədiyindən bu sual üzrə tədqiqat aparılmadı. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarının müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər ; - xx.xx.2007-ci il tarixdə 7,8 saylı mənzil (5 otaqlı, 284,5 kv.m ümumi, 147,1 kv.m yaşayış sahəsi olan) daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. Sonuncu xx.xx.2009-cu il tarixli etibarnamə ilə 7,8-ci mənzillə bağlı sərəncam verməyi, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi xx.xx.2034-cü il tarixədək X14 etibar etmişdir. Satıcı qismində Cavabdeh1 MMC, alıcılar X12 və X22, eyni zamanda zamin kimi MMC-nin tərkibinə daxil olduğu “Gilan Holding” Şirkətlər Qrupu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqavilənin 1-ci bəndinə əsasən, müqavilənin predmetini Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 1927-ci məhəllədə MMC tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın ikinci girişinin 6-cı mərtəbəsində yerləşən 51, 52 və 53-cü mənzillərin, binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsinin 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin (obyektin), 3, 4 və 5-ci mərtəbələrdə yerləşən mənzillərin bütövlükdə həmin cavabdehlərin mülkiyyətinə verilməsi təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş, Cavabdeh1 MMC ilə X22 və X4 arasında bağlanmış, reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; Cavabdeh1 MMC ilə X22 və X15 arasında bağlanmış, reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; Cavabdeh1 MMC ilə X22 və X4 təmsilçisi X13 arasında bağlanmış, reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; Cavabdeh1 MMC ilə X22 və X4 təmsilçisi X13 arasında bağlanmış, reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsi; Cavabdeh1 MMC ilə X22 və X4 təmsilçisi X13 arasında bağlanmış, reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; Cavabdeh1 MMC ilə X16 arasında bağlanmış, reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; Cavabdeh1 MmC ilə X17 arasında bağlanmış, reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqavilələri və "xxxx" MMC ilə X22 və X4 arasında bağlanmış, reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışlar, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-111 və 4Ə-112 reyestr nömrələri ilə qeyd edilmiş hədiyyə verənlər X22, X12 hədiyyə alan X19 və X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqavilələri və onların nəticələrinin etibarsız hesab edilməsi və əmlakların Cavabdeh1 MMC-nin mülkiyyətinə qaytarılması, 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı mənzil alqı- satqısına və zaminliyə dair müqaviləyə 17 sentyabr 2012-ci il tarixli ƏLAVƏ N° 1-də göstərilən, X22 və X9 təhvil verilmiş, Bakı şəhəri Nərimanov rayonu M.Nagıyev küçəsi 1927-ci məhəllədə 14 mərtəbəli yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzilin boşaldılaraq Cavabdeh1 MMC-yə təhvil verilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, qarşılıqlı iddiaların və müstəqil tələbin isə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5262/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 324/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi qismən - qarşılıqlı iddia üzrə 2.935.897 aBş dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməklə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X21 ayrıayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri verərək, Nərimanov rayon məhkəməsinin e- 2(005)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli, 097 nömrəli qətnaməsinin tam ləğv edilməsini, iddiaçının və müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddiaları tam həcmdə təmin edilməsini, qəsdlə və bilə-bilə qanunsuz qətnamə qəbul etdiyinə görə, Nərimanov rayon məhkəməsinin hakimi Solmaz Ədilova haqqında xüsusi qərardad qəbul edilməsini və haqqında Məhkəmə Hüquq Şurasına və Baş Prokurorluğa müraciət edilməsini xahiş etmişdir Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,180, 459, 1096, 1097, 1099, 1115; Torpaq islahatı haqqında" 16 iyul 1996- cı il tarixli 155-İQ saylı Qanunun 18-ci maddəsinə; Avropa "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın (bundan sonra Konvensiya) 6, 8, 14; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 10-2, 217-ci maddələrinə istinad qeyd edilmişdir ki, qətnaməni oxuyanda adamda belə bir təəssürat yaranır ki, guya iddiaçı yalnız hansısa tikilinin sökülməsini tələb edir və bu iddianın hüquqi əsası kimi də həmin tikilinin qanunsuz, özbaşına tikili olmağına əsaslanır. X39 da ciddi-cəhdlə, cavabdehə vəkillik edərək, onun əvəzindən özünün uydurduğu və iş materiallarında olmayan hansısa xəyali "qanuni sənədlərə" istinad edərək, tikilinin qanuni olduğunu sübut etməyə çalışır. Mülkiyyət hüququ və onun qorunması ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyindən və Avropa Məhkəməsinin təcrübəsindən bol-bol sitatlar gətirən hakim S.Ədilova unudub ki, iddiaçının da mülkiyyət hüququ var və iddia məhz iddiaçının mülkiyyət hüququnun pozulmazı ilə bağlıdır. İddianın hüquqi əsası isə iddiaçının mülkünün yerində inşa edilən binanın qanunsuzluğu yox, onun məhz rəsmi qeydə alınan mülkiyyət hüququnun pozulması, ziyan vurma ilə bağlıdır.Solmaz Ədilovanın məntiqinə görə, hər hansı polis işçisi qanuni tabel silahı ilə qonşusunu vurub öldürsə, o haqlı olacaq, çünki silahı qanunidir. Yaxud da, hansısa sürücü qanuni mülkiyyətində olan maşınla piyadanı vurub öldürsə, məsuliyyət daşımayacaq, çünki maşını qanunidir.Qətnamə bir-biri ilə daban-daban zidd olan elə arqumentlərlə əsaslandırılıb ki, bunu hüquq təhsili olan bir adamın yazmasına inanmaq mümkün deyil.Qətnamənin 5-ci səhifəsində, "əsaslandırıcı hissə"sində yazılır ki, "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024- cü il tarixli 3-16-16/2-10/6450 N°-li ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə iddiaçının nümayəndəsinin göstərdiyi yerdə sözügedən mənzilin yerləşdiyi bina sökülüb, yerində çoxmərtəbəli bina inşa edilmişdir. Göstərilən yer (binanın yeri şərti olaraq göstərilir) qeyd edilmiş ünvanla üst-üstə düşür." Yəni, iddiaçının mülkiyyətinin qanunsuz olaraq söküldüyü, onun mülkiyyət hüquqlarının pozulması faktı təsdiq edilir.Qətnamənin 6-cı səhifəsində, "məhkəmə tərəfindən müəyyən edilən hallar" hissəsində yazılır ki, "Məhkəmədə işin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, xx.xx.2007-ci il tarixdə 7,8 saylı mənzil (5 otaqlı, 284,5 kv.m ümumi, 147,1 kv.m yaşayış sahəsi olan) daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir." Yəni iddiaçının, cavabdeh tərəfindən sökülmüş, yerində hündürmərtəbəli, çoxmənzilli bina inşa edilən mənzillər üzərində mülkiyyət hüququ mübahisəsizdir və sübut edilmiş faktdır.Qətnamənin 7-ci səhifəsində, "c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə" hissəsində yazır ki, "Məhkəmə ilk növbədə o halı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan 06 dekabr 2024-cü il tarixli ekspert rəyinə əsasən, sözügedən mənzilin yerləşdiyi bina sökülüb, yerində çoxmərtəbəli bina inşa edilmişdir. Göstərilən yer (binanın yeri şərti olaraq göstərilir) qeyd edilmiş ünvanla üst-üstə düşür.Qətnamənin 7-ci səhifəsində, məhz "Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə" hissəsində Konstitusiyanın 29 və 13-cü maddələrinə istinad edərək, iddiaçının mülkiyyət hüquqlarının toxunulmaz olduğu və dövlət tərəfindən qorunduğu göstərilir.Qətnamənin 9-10-cu səhifələrində, "Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə" hissəsində göstərilir ki, "Mülki Məcəllənin (bundan sonra, MM) mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. MM-in 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər."Yəni, iş üzrə müstəqil tələb irəli sürən və müstəqil tələb irəli sürməyən 3-cü şəxslərində iddiaları və tələbləri qanuna uyğundur.Nəhayət, bütün bunlardan sonra, qətnamənin 12-ci səhifəsində X39 yazır: "...məhkəmə araşdırması zamanı iddia tələbinin qanuni əsasları öz təsdiqini tapmadığından...iddia təmin edilməməlidir.”X39 iddia tələbinə tam qiymət verməmiş, iddianın "Özbaşına tikintinin sökülməsi barədə” hissəsinə münasibət bildirmiş, iddianın "zərərvurmadan yaranan öhdəliyin naturada icrası" hissəsinə isə qiymət verməmişdir. Sanki Azərbaycan Respublikasında mülkiyyət hüququ yalnız hündürmərtəbəli, çoxmənzilli bina inşa edən firmalara aiddir, iddiaçı kimi sadə vətəndaşlara yox. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının mülklərinin məhz cavabdehlər tərəfindən söküldüyünə, yerində məhz cavabdehlər tərəfindən bina inşa edildiyinə etiraz etməmiş, tam əksinə, bunu doğru etdiklərini əsaslandırmağa çalışmış və mövqelərini belə əsaslandırmışdır ki, iddiaçı özü və ya qardaşları bu problemlə bağlı cavabdehlə danışığa gəlməyib və bu barədə müraciət etməyib. " Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsivə Vəkil2 iddianı əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, hazırda mübahisəli binanın sökülməsi ehtimalı real bir hal deyil. Onlar iddiaçı ilə şəxsən danışıqlar aparılması niyyətində olduqlarını,həqiqətən iddiaçı mülkiyyətçidirsə, cavabdeh MMC ilə danışıqlar aparılması mümkün olacağını bildirmişdir. Hazırki vəziyyətdə onun real mülkiyyətçi olduğunun görünmədiyini və iddianın bu formada təmin olunması, digər mülkiyyətçilərin əsaslı şəkildə hüquqlarına toxunmuş olacağından rədd edilməsini xahiş etmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçının hazırki vaxtadək kompensasiya ilə bağlı heç bir müraciəti olmamışdır.") Halbuki, yuxarıda, 16-cı bənddə göstərildiyi kimi, iddiaçı cavbdehə əvvəl müraciət edib və bu müraciət cavabsız qaldığına görə məhkəmədə iddia qaldırmağa məcbur olub. 2012-ci ildə iddiaçının mülklərinin yerləşdiyi ərazidə torpağın hər sotunun bazar qiyməti o vaxtkı məzənnə ilə 500 000 manat idi. İddiaçının mülklərinin yerləşdiyi torpaq sahəsi isə 8,5 sot (850 kv.metr) idi. Məhkəmə qətnaməsində cavabdehin iddiaçıya məxsus mülklərin yerində inşa etdiyi binanın qanuni i n ş a edildiyi göstərilsə də, bunu təsdiq edən rəsmi sənəd-sübut iş materiallarında mövcud deyil və ola da bilməz. Çünki binanın inşa edildiyi yerdə əvvəllər olmuş mənzillər iddiaçının xüsusi mülkiyyətindədir və iddiaçıya məxsus mənzillər cavabdeh tərəfindən qanunda göstərilən qaydada alınmadan onun yerində bina inşa etmək olmaz, inşa edilən istənilən tikinti qanunsuz, özbaşına tikili hesab edilir.Bu gün dövlətin qeydiyyat orqanlarında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsində, eləcə də, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində iddiaçıya məxsus mülklərin olduğu ünvanda: ünvan 3dürmərtəbəli, çoxmənzilli bina qeydə alınmayıb, yəni belə bir bina rəsmiyyətdə yoxdur, çünki qanunsuz, özbaşına tikilidir. Məhkəmə iddiaçının və 3-cü şəxslərin vəsatətlərini təmin etmədi, Q.C.Məmmədov dəfələrlə tələb etsə də, videokonfrans üsulu ilə onun məhkəmə iclaslarında iştirakını təmin etmədi, məhkəmə iclas protokollarının və məhkəmə iclaslarının audiovideo yazılarını 3-cü şəxslərə vermədi.İşin araşdırılması qəsdlə və bilə-bilə süründürüldü, bütün ağlabatan müddətlər aşıldı, 4 aya baxılmalı iş, 15 aya baxıldı. İddiaçının, xüsusilə də müstəqil tələb irəli sürən və müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin həmin hüquqları pozuldu, mənzilləri dağıdıldı, onların bir ailənin tərkibində yaşama imkanları əlindən alındı və ailə dünyanın müxtəlif ölkələrinə səpələndi. Bu onların qarşılıqlı mənəvi bağlarına, bir-birinə olan mənəvi ehtiyaclarına zərbə vurdu. Müstəqil tələb irəli sürən 3-cü şəxslər Çalxan Məmmədli və Zərif Məmmədli ölkəni tərk edib İspaniyaya, müstəqil tələb irəli sürməyən Qurban Məmmədov və Mehbarə Məmmədova, Birləşmiş Krallığa getməyə, Qoşqar Məmmədov 2004-cü ildə getdiyi Birləşmiş Krallıqda yaşamağa davam etməyə məcbur oldu, vətənə dönə bilmədi. Ailənin qalan üzvləri isə Bakı şəhərində, əlavə xərc çəkərək, bir-birindən ayrı düşərək, kirayələrdə yaşamağa məhkum edildilər. Bütün bu baş verənlər iş üzrə 3-cü şəxslərə münasibətdə Konvensiyanın 8-ci maddəsinin pozulmasıdır.X39 qətnamənin 12-ci səhifəsində, yazır: "Məhkəmə tərəfindən müəyyən olunmuş hallarla və yuxarıda qeyd olunanqanunvericilik normalarının tələbinə əsasən iddiaçı, o cümlədən müstəqil tələb irəli sürəniddiaçılar cavabdeh "xxxx" MMC-nin ("xxxx" MMCnin) inşa etdiyi binanın sökülməsi və naturada bərpa tələbinin əsaslı olmasını sübut etməli olduğu halda buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir." İddiaçının mülkiyyət hüququnu təsdiq edən "Çıxarış"ı və 3-cü şəxslərin həmin mənzillərdən daimi istifadə hüququnu təsdiq edən rəsmi sənədləri və müqavilələri mötəbər sübut hesab etməyən X39 üçün "mötəbər" olan nədirsə, məlum deyil. Ən əsası isə, X39 qətnamənin 10-cu səhifəsində, qətnamənin "mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə" hissəsində yazır:"Ona görə də, iddiaçı tərəfindən tələbin əsası kimi istinad edilən halların (cavabdehə məxsus tikili qanunsuz olaraq, lazımi icazələr alınmadan inşa edilməsi barədə) sübuta yetirilmədiyindən ilə iddianın rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır." X39 ya iddia ərizəsini oxuyub başa düşməyib, Ya qəsdlə və bilə-bilə, qanunsuz qətnamə qəbul etmək niyyəti ilə işin hallarını saxtalaşdırır, özündən nələrsə uydurur, Ya da hüquqi savadı kifayət qədər deyil ki, araşdırdığı işin mahiyyətini anlasın. İddiaçı öz iddia ərizəsində iddianın hüquqi əsası kimi özünün qanunda təsbit edilən və dövlət tərəfindən qorunan mülkiyyət hüququna əsaslanıb ona vurulmuş ziyanın naturada icrasını tələb edir. İstər iddiaçının, istərsə də 3-cü şəxslərin bu iddianı qaldırmaq üçün subyektiv hüquqlarının olması iş materiallarında olan rəsmi sənədlərlə ("ÇİXARİŞ", alqı-satqı müqavilələri, arayışlar) sübut edilir. İddiaçı iddiasının hüquqi əsası kimi, MM-nin 21, 459, 1097, 1099, 115-ci maddələrinə, Konstitusiyanın 13, 29-cu maddələrinə, Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edib.Bütün bunlar 03 oktyabr 2023-cü il tarixli İdia ərizəsinin "Hüquqi əsaslar" bölməsində ətraflı şərh edilib. X39 iddiaçının əvəzinə özündən hüquqi əsas uydurub.Nəhayət, iddiaçının qanuni mülkiyyətində olan və 3-cü şəxslərin qanuni daimi yaşama hüquqları olan mənzillərin yerində nə qədər möhtəşəm, nə qədər sağlam, nə qədər yaraşıqlı və arxitekturalı, 12 bal zəlzələyə davamlı bina tikilir-tikilsin, iddiaçıya və 3-cü şəxslərə vurulmuş ziyan. ya naturada bərpa edilməli. ya da... MM-nin 1115-ci maddəsinə əsasən, "Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Apellyasiya məhkəməsinin icraatında olan zaman müəyyən edilən hallar 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13, Qurban Məmmədovun kürəkəni olduğunu və işin bütün hallarından xəbərdar olduğunu bildirərək, apelyasiya şikayətlərini əsaslı hesab etdiyini, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olduğunu, alqı-satqı yolu ilə iddiaçının həmin mənzili Mehbarə Məmmədovadan aldığını, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçının mülkiyyətçi olmasına baxmayaraq Mehbarə Məmmədova və ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqlarının olduğunu, həmin hüququn bu gün də qüvvədə qaldığını, həmçinin hazırki iddia tələbi ilə müraciət etməmişdən öncə iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı onun mülkiyyətində olan əmlakın qanunsuz olaraq sökülməsi əvəzində ona müvafiq məbləğdə pulun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etdiyini, lakin rüsumun az ödənməsi səbəbindən məhkəmənin iddia ərizəsinin qəbulundan imtina etdiyini, belə ki, məhkəmənin mövqeyinə görə iddiaçı tərəfindən əmlakın dəyərinə uyğun olaraq təqribi 30000-40000 manata yaxın rüsum ödənilməli olduğunu, bu qədər böyük məbləğdə rüsumun ödənilməsi isə iddiaçıya sərf etmədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyini,birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının əmlakına dair bütün qanuni sənədlərinin olduğu, cavabdeh tərəfindən həmin əmlakın sökülərək inşa etdiyi, hazırda mövcud olan hündürmətrəbəli binaya dair heç bir çıxarışın, sərəncamın olmadığının müəyyən edildiyini, qısası iş materiallarında həmin binanın qanuni olmasına dair heç bir sənədin mövcud olmadığını,birinci instansiya məhkəməsi tərəfindən binanın sökülməsinin rentabelli olmamasına dair münasibət bildirildiyini, lakin mülkiyyətçinin və istifadəçi hüquq olan şəxslərin hüquqları ilə bağlı heç bir münasibət bildirilmədiyini, həmçinin mülkiyyətçi iddiaçı olsa da, onun tərəfindən mübahisəli mənzildə heç bir abadlaşdırma, yaxşılaşdırma işlərinin aparılmadığını,bütün bu işlərin etibarnamə əsasında Qurban Məmmədov tərəfindən həyata keçirildiyini, əvvəllər Qurban Məmmədov və ailə üzvlərinin başqa mülki iş üzrə”istifadəçi hüququ” iddiası ilə qarşılıqlı iddiaçı kimi çıxış etdiklərini,həmin iş üzrə məhkəmə tərəfindən mülkiyyətçinin işə cəlb olunması yönündə qərar verildiyini,mülkiyyətçiyə isə müstəqil iddia qaldırmaq hüququ izah edildiyindən, onun da müstəqil iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunduğunu, uzun müddətdir ki, ekspert rəyinin gözlənildiyini, ekspert rəyinə əsasən iddiaçının ünvan 1 ünvanında yerləşən əmlakı ilə Cavabdeh3 MMC-nin inşa etdiyi hündürmərtəbəli binanın yerinin üst-üstə düşdüyünün müəyyən edildiyini, lakin məhkəmə tərəfindən ekspert rəyinin əsassız olaraq mötəbər sübut kimi nəzərə alınmadığını, həmçinin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X21 və X20 hazırda da istifadə hüququ ilə yanaşı, yaşayış qeydiyyatının Həsənoğlu 12 ünvanında olduğunu qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. 7.X22 (X10 etibarnamə üzrə nümayəndəsi) və X12 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək, xaricdə yaşamaları səbəbindən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdirlər. 8.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı,cavabdehlər və üçüncü şəxslərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən:13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29.Hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.1 mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarıvə ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər.159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 12.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə əsasən, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 92.4.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə, tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. 95-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: (95.1.1.) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; (95.1.2.) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; (95.2.) bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 97.2-ci maddəsinə görə, tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. 13.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə görə, yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. 14.Mülki Prosessual Məcəllənin 9.3 və 14.2-ci maddələrinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 15.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. Apellyasiya şikayətlərində qeyd edilən dəlillər ümumi səciyyə daşımaqla maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etmir.İlk olaraq apellyasiya məhkəməsi iddia tələbini, onun hansı cavabdehə hansı hissədə yönəlməsini, onun hansı hissədə təmin olunub-olunmamalı olmasını müəyyən etməli və bunun nəticəsi olaraq apellyasiya şikayətləri üzrə mübahisə edilən hissələrdə araşdırmanı həyata keçirməli, Mülki Prosesual Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsini, və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etməliyik. Bununla belə, Mülki Prosesual Məcəllənin 385.2-ci maddəsinə əsasən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırki halda cavabdehlərə qarşı tələblərin mahiyyəti tam açıqlamandan, onların sübut edilməsi həyata keçirilməmiş və mülki icraatın (tərəflərin sübutetmə vəzifələrinə və yalnız təqdim edilmiş sübutlara əsasən araşdırılması) prinsiplərinə müvafiq sübutların mümkünlüyü, təkzibedilməzliyi (mötəbərliyi) və aidiyyəti təmin edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin hallarından görünür ki, iddiaçılar hazırki mücərrəd iddianı böyük məbləğdə rüsum ödəməmək üçün vermişlər. Belə ki, ilk əvvəl rüsum çatışmazlığı əsası ilə məhkəmə tərəfindən geri qaytarılmış pul tələbinin yenidən irəli sürülməsi üçün dövlət rüsumundan yayınmaq üçün hazırki iddiaların verilməsini apellyasiya icraatı zamanı işdən hallarından xəbərdar olan X13 tərəfindən təsdiq edilmişdir. Bu da öz növbəsində sui-istifadədir ki, hüquqdan sui istifadəyə yol verilmir və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 16.Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ xəyali ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli və hüquqdan sui-istifadəyə şərait yaradaraq digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. 17.Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 şikayətləri rədd edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-73/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar