Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-266/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması, mənzildən çıxarılma, mənzildən qeyri-qanuni istifadə edilən müddət üçün pul ödənilməsi” tələbinə dair və birləşmiş mülki işlə bağlı iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin faktiki nikahda olan ər-arvadın ümumi paylı mülkiyyəti hesab edilməsi və onun üzərində payların müəyyən edilməsi”tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “mənzilin boşaldılması, mənzildən çıxarılma və mənzilin faktiki nikahda olan ər-arvadın ümumi paylı mülkiyyəti hesab edilməsi və onun üzərində payların müəyyən edilməsinə”) Hakimlər Şirinov İkram Sabir oğlu (sədrlik edən və məruzəçi), Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İlk iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlk iş üzrə Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2(004)-2333/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamələrindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə:
1. İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması, mənzildən çıxarılma, mənzildən qeyri-qanuni istifadə edilən müddət üçün pul ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilinin boşaldılması, Cavabdeh və onunla birgə mənzildən istifadə edən digər şəxslərin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi, həmin şəxslərin, mənzildən xx.xx.2022-ci il tarixdən mənzil boşaldığı tarixədək qeyri-qanuni istifadə etdikləri hər ay üçün 500 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-1759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia qismən təmin edilmiş, Cavabdeh və onunla birgə mənzildən istifadə edən digər şəxslər İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən çıxarılması, mənzilin boşaldılaraq mülkiyyətçisi İddiaçı təhvil verilməsi, Cavabdeh həmin mənzildən qeyri-qanuni istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq mənzil boşaldılacağı tarixədək olan müddət üçün hər ay üçün 300 (üç yüz) manat pul tutularaq İddiaçı ödənilməsi müəyyən edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
3. Həmin qətnamədən iş üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, məhkəmə tərəflərin münasibətlərinin nə vaxtdan yaranıb, nə vaxtadək davam etməsi, bu münasibətlərin faktiki ər-arvad münasibətləri hesab edilib-edilməməsi, tərəflərin uzun müddət birgə yaşayıb ümumi təsərrüfat aparmaları və sair bu kimi iş üçün əhəmiyyəti olan hallar araşdırılmamışdır. Belə ki, o, İddiaçı ilə 1993-cü ildə tanış olmuş və 2022-ci ilin əvvəllərinə qədər faktiki ər-arvad münasibətlərində olmuş, bu münasibətdən övladları olmamışdır. Başqa qadınla nikah qeydə alındığına görə iddiaçı ilə nikahlarını rəsmiləşdirə bilməmişlər. Özü fərdi sahibkar olduğundan həmişə yaxşı imkanı olmuş, iddiaçıya olan sevgisi və bağlılığının təsdiq kimi birgə münasibətdə olduqları dövrdə iddiaçının adına 2005-ci ildə mübahisəli mənzili almış, dəyərini isə bütövlükdə özü ödəmişdir, İddiaçı adına çıxarış alınmışdır. Həmin mənzildə də münasibətləri pozulana qədər, yəni 2022-ci ilin ortalarına qədər birlikdə yaşamışlar. Bu şahid ifadələri ilə təsdiq edilir. İddiaçı həmin mənzili 2022-ci ildə satmaq istəyini biləndən sonra aralarında narazılıq yaranmış, mübahisə düşmüş və Anna evi tərk etmişdir. O, hesab edir ki, mənzil İddiaçı adına olsa da, onun vəsaiti hesabına birgə yaşadıqları dövrdə alındığından hər ikisinin ümumi paylı mülkiyyəti hesab edilməlidir. Məhkəmə isə bu hallara düzgün qiymət vermədiyindən əsassız qətnamə qəbul etmişdir, buna görə şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
5. Həmin işə apellyasiya qaydasından baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4181/23 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin faktiki nikahda olan ərarvadın ümumi paylı mülkiyyət hesab edilməsi və onun üzərində payların müəyyən edilməsi” tələbinə dair Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-2333/2023 nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılmışdır. Birləşdirilmiş iş üzrə:
6. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin faktiki nikahda olan ər-arvadın ümumi paylı mülkiyyəti hesab edilməsi və onun üzərində payların müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı adına tam xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 12 nömrəli binada yerləşən 1 nömrəli mənzilin iddiaçı ilə İddiaçı faktiki nikah dövründə əldə edilmiş ümumi paylı mülkiyyəti hesab edilməsi və həmin mənzil üzərində Cavabdeh payını beşdə üç hissədə, cavabdeh İddiaçı payının isə beşdə iki hissə olanmaqla müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2333/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin faktiki nikahda olan ər-arvadın ümumi paylı mülkiyyəti hesab edilməsi və onun üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir.
8. Qətnamədən iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlili:
9. Həmin qətnamədən iddiaçı Cavabdeh digər iş üzrə qətnamədən verdiyi apellyasiya şikayəti ilə oxşar məzmunlu apellyasiya şikayəti verərək cavabdeh İddiaçı adına tam xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 12 nömrəli binada yerləşən 1 nömrəli mənzilin onların faktiki nikahları dövründə əldə edilmiş ümumi paylı mülkiyyəti hesab edilməsi və həmin mənzil üzərində onun beşdə üç hissəsi, cavabdeh İddiaçı isə beşdə iki hissə olmaqla paylarının müəyyən edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsində icraat:
10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6195/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilin faktiki nikahda olan ər-arvadın ümumi paylı mülkiyyəti hesab edilməsi və onun üzərində payların müəyyən edilməsinə” dair iddia ilə İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması, mənzildən çıxarılma və sair” tələbinə dair mülki işlərin birlikdə baxılması üçün bir icraatda (2(103)-4181/2023 nömrəsi altında) birləşdirilməsi qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4181/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və baxışa təyin edilmişdir. Tərəflərin izahatı:
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Y.Seyfəlov hər iki iş üzrə qətnamədən verdikləri apellyasiya şikayətlərini müdafiə edərək onların məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini, hər iki iş üzrə qəbul edilmiş qətnamələrin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:
14. AN-İ seriyalı ******* nömrəli, xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X1 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2005- ci il tarixdə verilmiş 30/4497 saylı arayışına əsasən Bakı şəhəri, A.Abbasov küçəsi, ev 12, mənzil 1-də yerləşən yaşayış sahəsi 29.47 kv.m. olan 2 otaqlı mənzili alıcı İddiaçı satmışdır.
15. Azərbaycan Respublikası DƏDRX-nin verdiyi xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
16. Bakı şəhəri Yasamal RPİ 28-ci X5 Anna Petrovnanın şikayəti əsasında araşdırma aparılmış və mülki xarakterli olduğu qeyd edilməklə, xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Təhqiqat zamanı aparılmış araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilinə İddiaçı ilə qeyri-rəsmi münasibətdə olduğu üçün daxil olmuşdur. Cavabdeh İddiaçı qarşı heç bir iddiası və tələbi olmayacağına dair xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Tətbiq edilən maddi hüquq Birinci iş üzrə:
17. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
18. Azərbaycan Respublikasının Mülki Məcəllə Maddə 6.1.4. mülkiyyətin toxunulmazlığı; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. İkinci iş üzrə: Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Maddə 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Tətbiq edilən prosessual hüquq normaları:
19. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
20. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-1759/2023 nömrəli, xx.xx.2023cü il tarixli və 2(004)-2333/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamələrindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamələr dəyişdirilmədən saxlanılmalıdır.
22. Mülki işdən göründüyü kimi mübahisə edilən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsudur, tərəflər arasında faktiki ər-arvad münasibətləri olmuş və pozulmuşdur. Cavabdeh mənzildən istifadə etmək üçün iddiaçı ilə razılaşdırılmış notarial qaydada təsdiq edilmiş hər hansı müqavilə və ya razılıq yoxdur. Bu işin mübahisəsiz halıdır. Belə olan halda, Cavabdeh iddiaçıya məxsus evdən istifadəsi qanunsuzdur və bu iddiaçının əmlakından öz mənzil hüquqlarının həyata keçirməsinə maneə yaradır, şəxsin mənzildə qalması üçün qanuni əsaslar yoxdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından da göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşma bağlanmalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi, lakin hazırki işdə tərəflər arasında belə bir razılaşma yoxdur. İddiaçı mülkiyyətçi kimi Mülki Məcəllənin 157.4-cü maddəsinə görə cavabdehin qanunsuz sahibliyindən əmlakını geri tələb etməkdə haqlı olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası birinci mülki işə münasibətdə Cavabdeh apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
23. Birləşdirilmiş işlə bağlı məhkəmə kollegiyasının qənaəti budur ki, tərəflərin izahatlarından və işdə olan sənədlərdən aydın olduğu kimi tərəflər arasında dövlət qeydiyyatına alınmış rəsmi nikah yoxdur, Cavabdeh İddiaçı ailə üzvü deyildir və mübahisəli mənzilə münasibətdə iddiaçı Cavabdeh hər hansı hüququ yaranmamışdır, bölünməsi tələb edilən mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə və bölünə bilməz, bu baxımdan iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlili əsassızdır və təmin edilməməlidir.
24. Bundan əlavə, Cavabdeh iddia ərizəsində, öz izahatında, oxşar məzmunlu şikayətlərində mübahisəli evin İddiaçı adına aldığını, lakin mənzilin dəyərinin bütövlükdə şəxsən özü tərəfindən ödənildiyini dəfələrlə bildirmişdir, bu hal şahid ifadələri ilə də təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində dindirilən hər iki şahid – X7 və X4 öz ifadələrində göstərmişlər ki, ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilin alğı-satqısı zamanı İddiaçı tanımamış, yalnız Cavabdeh görmüş və tanımışlar, mənzilin dəyəri isə bötövlükdə Cavabdeh tərəfindən ödənilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla mübahisəli mənzilin alınmasına görə ödənilən məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci fəslinin (əsassız varlanma) qaydalarına uyğun olaraq yeni iddia qaldırmaqla tələb etmək hüququnun olması Cavabdeh izah olunmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Nəticə:
26. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddia tələbləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamələr qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olmaqla, qətnamələrin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamələr dəyişdirilmədən saxlanılmalıdır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
28. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəfin özünə aid edilməlidir.
29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-1759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2(004)-2333/23 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanılsın. Tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla mübahisəli mənzilin alınmasına görə ödənilən məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci fəslinin (əsassız varlanma) qaydalarına uyğun olaraq yeni iddia qaldırmaqla tələb etmək hüququnun olması Cavabdeh izah olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov