Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2660/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: («icarə müqaviləsinin ləğv edilməsi qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəçiyə təhvil verilməsi və icarə haqqının ödənilməsi ») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin nümayəndəsi X2, Cavabdehnın nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilməmiş icarə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4805/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Cavabdeh qarşı, ünvan 1 ünvanında yerləşən 7120,4 kv.metr qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair aralarında bağlanmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə, icarə haqqı borcu üzrə 5430 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının Azərbaycan Respublikası X4 İdarəsindəki AZ53 NABZ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4805/2023 saylı işi üzrə 25 oktyabr 2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (müqavilə bağlanarkən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 7120,4 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair bağlanmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsi ləğv edilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, habelə, icarə haqqı borcu üzrə 5430 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X4 İdarəsindəki AZ53 NABZ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi qət edilmişdir.
3. İşin müəyyən edilən hallarına görə iddiaçı ilə cavabdeh arasında 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı ünvan 2 ünvanındakı 659 saylı elektrik quraşdırma qatarının yerləşdiyi 7120,4 kv.metr torpaq sahəsini cavabdehə icarəyə vermişdir. Cavabdeh illik 12990 manat, aylıq 1082,5 manat olmaqla icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 23 may 2032-ci il tarixədək qüvvədə olması razılaşdırılmışdır. Hazırkı halda cavabdeh tərəfindən müqavilə üzrə götürdüyü öhdəlikləri tam icra etməmiş, və nəticədə icarə haqqı üzrə 5430 manat borcu yaranmışdır. Belə olan halda, iddiaçı həm yuxarıda qeyd olunan normaların tələbləri baxımından həm də 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin şərtləri baxımından ünvan 1 ünvanında yerləşən 7120,4 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair aralarında bağlanmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə, icarə haqqı borcu üzrə 5430 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyirinə tutulmasını tələb etməklə haqlı olmuşdur.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - İddiaçı ilə cavabdeh arasında bağlanmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, iddiaçı ünvan 2 ünvanındakı 659 saylı elektrik quraşdırma qatarının yerləşdiyi 7120,4 kv.metr torpaq sahəsini illik 12990 manat, aylıq 1082,5 manata icarəyə vermişdir. Müqavilənin 23 may 2032-ci il tarixədək qüvvədə olması razılaşdırılmışdır; - Şəxsi hesab vərəqindən görünür ki, cavabdehin 5430 manat icarə haqqı borcu vardır; - iddiaçı tərəfindən cavabdehə ünvanlandırılmış 22 may 2023-cü il tarixli bildirişdə cavabdehdən xx.xx.2023-cü il tarixə olan 4786,68 manat icarə haqqı borcunun ödənilməsi tələb olunmuşdur. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4805/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2, 421.1, 421.2, 423.1, 423.2; Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əsasnamə”nin 8-ci və 8-1-ci bəndlərinə; Torpaq İcarəsi haqqında Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 88; “Məhkəmə qətnaməsi haqqında”Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarına istinadən qeyd edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi şəxsi hesab vərəqindən də göründüyü kimi iddiaçı 2011-ci ildən xx.xx.2023-cü il tarixədək (məhkəməyə iddia ərizəsi təqdim edilənədək) olan dövr ərzində icarəçinin bütün ödənişlərini nəzərə almamış, borcun dəqiqləşdirilməsi barədə üzləşmə aktı tərtib etməmişdir. İcarəçinin 2011-ci ildən hər ayın ödəniş qəbzlərinə əsasən hesablama apararkən, məhkəməyə iddia verildiyi günədək onun borcunun xx.xx.2023-cü il tarixədək 5430 manat deyil, 4590,11 manat olduğu, qətnamə çıxarılan xx.xx.2023-cü il tarixədək isə əlavə 3700 manat ödəniş nəzərə alındıqda isə həmin vaxt onun borcunun 890,11 manat (4590,11 manat-3700 manat= 890,11 manat), 11,12,16 dekabr tarixlərində olan 700 manat ödənişini də nəzərə aldıqda isə ilin sonunda onun 190 manat borcunun qaldığı müəyyən edilir. Yəni, icarəçinin (Cavabdeh) icarəhaqqı borcunu gecikdirməsi nəticəsində vurduğu zərər elə əhəmiyyətli pozuntu deyildir ki, bunun nəticəsində icarəyəverən müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş olsun. Belə ki, mütəmadi olaraq (hətta pandemiya dövründə) ödəniş edən icarəçiyə qarşı, icarəyəverənin nəinki az miqdarda olan icarə haqqı borcunun məhkəmə qaydasında tələb etməkdə, habelə icarə müqaviləsi ləğv edilməklə, özəlləşdirmə nəticəsində icarəçinin xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etməkdə də heç bir ciddi əsası olmadığından bu barədə iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsi də əsassız olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi 22 may 2023-cü il tarixli, 3- 21-3/2-6562/2023 saylı xəbərdarlıq məktubundan göründüyü kimi cavabdeh yalnız 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixinə 4786,68 manat məbləğində borcun tələb edilməsi, əks halda yaranmış icarə haqqı borcunun ödənilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə olmuşdur. Yəni icarə müqaviləsinin ləğvi haqqında razılaşma müqavilə ilə eyni formada bağlanmalı, müqavilənin ləğvi təklifinə icarəcinin imtinası və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə biləcəyi halda, iddiaçı tərəfindən bu qaydalara əməl edilməmişdir. Ona görə də məhkəmənin icarə borcunun ödənilməsi ilə yanaşı, 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğvi tələbini də təmin edilməsi barədə qətnaməsi həmin hissədə qanunsuz olmuşdur. İcarəyəverən torpağın icarə haqqını hesablayarkən “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci və 8-1-ci bəndində nəzərdə tutulan tələbləri nəzərə almamış, aylıq icarə haqqını 1082,5 manatdan hesablamaqla icarəçiyə əsassız olaraq borc yaratmışdır. Məhkəmə də yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə zidd olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinə istinad edərək əsassız olaraq, 7120,4 kv.metr torpaq sahəsini cavabdehə icarəyə verilməsinə görə cavabdehin illik 12990 manat, aylıq 1082,5 manat olmaqla icarə haqqını ödəməyi öhdəsinə götürdüyü və öhdəliyi tam icra etməməsi nəticəsində 5430 manat icarə haqqı borcunun yaranması qənaətinə gəlməklə qətnamə çıxarmışdır. İddiaçının boşaldılmasını tələb etdiyi qeyriyaşayış sahəsi özəlləşdirmə nəticəsində icarəçinin xüsusi mülkiyyətinə verilmiş, orada olan bina, anbar və qurğular müvəqqəti tikili deyil, daşınmaz əmlak olaraq xüsusi mülkiyyət hüququ ilə icarəçiyə məxsusdur. Belə ki, icarəyəverən həmin binaların və qurğuların dəyərini ödəmədiyi halda məhkəmənin “qeyri-yaşayış sahəsinin boşaldılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi” barədə qənaəti əsassız olmaqla, cavabdehin mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İcarəşi (Cavabdeh) həmin bina və qurğuların xüsusi mülkiyyətində olması barədə ona verilmiş xx.xx.1999-cu il tarixli, 1119 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin (Reyestr kitabı №3, səhifə 17) dəyişdirilməsi və icarəyəverənlə aralarında bağlanmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin DƏDRXdə qeydiyyata alınması barədə xx.xx.2023cü ildə müraciət etmişdir. ƏMDX-nin Daşınmaz Əmlakın DövlətKadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə ona, həm bütövlükdə əmlak kompleksinə (**********98-12301 reyestr nömrəli), həm də icarə müqaviləsinə dair (**********98 reyestr nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar iddiaçının müvafiq subyektiv hüquqa malik olmadığını araşdırmadan iddianın qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməmişdir ki, bununla da Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Apellyasiya icraatı zamanı proses iştirakçılarına aralarındakı mübahisənin barışıq yolu ilə həll edilməsi təklif edilmiş,tərəflər etiraz etməmiş, iddianın əsasını borc təşkil etdiyi və borcun ödənilməsi təmin edildiyi təqdirdə tələbin digər hissələrinin əhəmiyyətinin olmadığını bildirmişdir.
7. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək hazırkı iş üzrə iddianın ünvan 3 ünvanında yerləşən 7120.4 kv. m torpaq sahəsinin icarəyə verilməsi barədə bağlanılmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsindən imtina etdiyini bildirmiş və imtinanın məhkəmə kollegiyası tərəfindən nəzərə alınmasını xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi vəkil X3 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim etmiş və iddaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı iddia ərizəsindən qismən imtina etməsinə etiraz etmədiyini. İddia tələbinin digər hissəsi ilə əlaqədar 5430 manat icarə borcunun cavabdeh tərəfindən artıq ödənildiyinin nəzərə alınaraq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 qismən imtina barədə ərizəni müdafiə etdiyini bildirmiş, yalnız icarə haqqının tutulması hissəsində iddia tələblərini müdafiə etdiyini qeyd etmiş , həmçinin araşdırılma aparılaraq 5430 manatın iddia qaldırılandan sonra ödəndiyini bildirmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X3 qarşı tərəfin iddiadan qismən imtina etməsinə etiraz etmədiyini, həmçinin 5430 manat məbləğinin tam olaraq birinci instansiya məhkəməsinin çıxdıqdan sonra cavabdeh tərəfindən ödənildiyini, bu səbəbdən də ortada mübahisə predmeti qalmadığından iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi 12.Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə əsasən:7 1 . İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı: Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi: V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. 13.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən:3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 6. Ədalət mühakiməsinin məhkəmə tərəfindən həyata keçirilməsi: Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi: 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 53. İddianın dəyişdirilməsi: İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə.370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur.
15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 385-390, 404, 675-722; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80-88, 103, 106, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər qarşı tərəfin iddianın əsasını təşkil edən borcun qəbul edilərək onun ödənilməsi ilə istisna edilmişdir. 16. Belə ki, icraatda olan iş üzrə cavabdehin qətnamənin mübahisələndirdiyi hissədə iddiasından (qismən) imtinası məntiqlə işin icraatına (qismən) hissəvi xitam verilməsinə əsas ola bilərdi ki, qanunvericilikdə belə bir nəticənin mümkünlüyü istisna edilir. Diqqətə çatdırılmalıdır ki, iddia tələbinin irəli sürülməsi müstəsna olaraq iddiaçının (müstəqil tələb irəli sürən üçüncü şəxsin) subyektiv hüquqlarına aiddir ki, məhkəmə buna dair yalnız təklif və izahlar vermək, iddia tələblərini bir icraatda birləşdirmə və ya ayrıca icraata ayırmaq kimi prosessual səlahiyyətlərə malikdir. İddiadan qismən imtina isə mahiyyət üzrə iddia həcminin azaldılması deməkdir ki, apellyasiya icraatı (məhkəmə baxışı) zamanı isə bunun mümkünlüyü prosessual qanunvericiliklə məhdudlaşdırılmışdır. İddianın dəyişdirilməsi, onun əsasını və ya predmetini dəyişmə, iddia tələbinin həcmini artırma və ya azaltma, iddia tələbindən tam və ya qismən imtina, habelə bu əsaslar müstəvisində məhkəmə aktların qəbulu və prosessual hərəkətlərin aparılması hüququ prosessual qanunvericiliklə nəzərdə tutulmuş qayda ilə (qanunla) müəyyən edilmiş hədlərlə mədudlaşmışdır. Belə ki, iddianın dəyişdirilməsi anlayışı - onun əsasını və ya predmetini dəyişməsini, iddia tələbinin həcminin artırma və ya azaltmasını ehtiva etdiyi halda, məhkəmə icraatı zamanı (əsası və ya predmeti tam fərqli olan) yeni iddia tələbinin verilməsi və ya iddia tələbindən qismən imtina etmə halları qanunvericiliklə müəyyən edilməmiş nəticələrin hasil olmasına səbəb olmaqdadır. Hazırki iş üzrə cavabdeh tələb edilən borcu birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra tam olaraq ödədiyindən və hazırda bu hissədə mübahisə olmamasına baxmayaraq, iddiaçı tam olaraq (borc hissədə) iddiadan imtina etmədiyindən işin icraatına (qismən) xitam verilməsi mümkün deyildir və birinci instansiya məhkəməsinin əsassız olması istisna edilir. Ona görə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir. 16.Diqqətə çatdırılmalıdır ki, iddiaçının (nümayəndəsinin) apellyasiya məhkəməsində icraat zamanı verdiyi izahatında iddianın əsasını borc təşkil etdiyi və borcun ödənilməsi təmin edildiyi təqdirdə tələbin digər hissələrinin əhəmiyyətinin olmadığını bildirsə də, nəticə olaraq mübahisəyə son qoyulması üçün işin icraatına xitam verilməsi üçün müraciət etməmişdır. Belə ki, iddiaçı iddianın icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsindən imtina etdiyini rəsmi ərizə ilə müraciət etməsi və tərəflərin bildirdiyi kimi, 5430 manat borcun iddia qaldırılandan sonra icarə müqaviləsi üzrə borcun ödənilməsi, bir hissədə icra sənədinin icrasını, digər hissədə isə tələbin olmaması müəyyən edir və bu da apellyasiya icraatı mərhələsində artıq mübahisənin olmadığını, birinci instansiya məhkəməsinin icra sənədinin icra mərhələsində (icra icraatı üzrə məhkəmə nəzarəti qaydasında) icraatına xitam verilməsinə və ya qaytarılmasına əsasdır. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda; İcra sənədi üzrə icraata xitam verilir. 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda; Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə qaytarılır.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh şikayəti təmin edilməsin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4805/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.