Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2662/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-4663/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4663/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. Cavabdeh Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 4663/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4663/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə məhkəməyə qaytarılmışdır. Cavabdeh məhkəməyə dəftərxana vasitəsi ilə xx.xx.2020-ci il tarixdə vəsatət təqdim edərək, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-4663/2020 nömrəli qətnaməsindən apelyasiya icraatı qaydasında baxılması məqsədi ilə apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməmiş hesab etməklə mülki işin baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-4663/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilərək, prosessual baxımdan müddət ötürülməmiş hesab edilərək, apelyasiya şikayəti mülki iş ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət mülki iş materialları ilə birlikdə bacxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-ci maddəsinə əsasən Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər; Azərbaycan Respublikasının Konstitusiyasının: 60.1-ci maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71.1-ci maddəsinin əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, apellyasiya şikayətinə əlavə edilmiş cavabdeh Cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədə əsasən dövlət rüsumu 15 manat ödənilməli olduğu halda, 10 manat dövlət rüsumu ödənilmişdir. Ərizəyə əlavə edilmiş qəbzə əsasən Cavabdeh tərəfindən əlavə olaraq 5 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə görə iddia qiyməti 500 manatdan çox olduqda tutulmalı olan məbləğ 30 (otuz) manat təşkil edir. Həmin Qanununun 8.4-cü maddəsinə görə apellyasiya şikayətlərindən, bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(005)-4663/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzə qanunla müəyyən edilmiş müddətin buraxılmadığı müəyyən edildiyindən, onun qətnamədən şikayət vermək hüququ məhdudlaşdırılmamalı, apelyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-4663/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2662/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2662/2021
01.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver