Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2662/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-38/2023 saylı, 15 fevral 2024-cü il tarixli qərardadından cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı 18 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Xətai rayon MənzilKommunal Təsərrüfatı Birliyindən 9531 (doqquz min beş yüz otuz bir) manat pul vəsaiti və məhkəmə xərci qismində 116 (bir yüz on altı) manat tutularaq İddiaçı ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən, 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir.
3. Bundan sonra cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı 18 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli məktubu ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti e-2(011)-38/2023 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
5. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4759/2023 saylı 19 iyul 2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin e2(011)- 38/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi, əgər vaxtında verilməmişdirsə şikayətin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı 22 avqust 2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı 18 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
7. Daha sonra cavabdeh Xətai Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı 15 sentyabr 2023cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır.
9. Sonradan cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(011)- 38/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, əks təqdirdə işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı 16 oktyabr 2023-cü il tarixli qərardadına əsasən cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli e2(011)- 38/2023 saylı qərardadından verdiyi şikayət təmin olunmamış, şikayət baxılması üçün MPMnin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7000/2023 saylı 14 noyabr 2023-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “iş üzrə apellyasiyanın mümkünlüyü barədə” 01 noyabr 2023-cü il tarixli qərardad ləğv edilmiş, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2022-ci il tarixli qətnamədən cavabdeh Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin verdiyi şikayətin və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin qəbulu məsələsinə yenidən baxılması üçün işin apellyasiya baxışından çıxarılması və Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7000/2023 saylı 06 fevral 2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli qərardadında yol verilmiş yanlışlığın düzəldilməsi, həmin qərardadın nəticə hissəsinin ikinci abzasının “Hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli qərardaddan cavabdeh Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin verdiyi şikayətin qəbulu məsələsinə yenidən baxılması üçün iş apellyasiya baxışından çıxarılsın və Xətai Rayon Məhkəməsinə göndərilsin” kimi oxunması qərara alınmışdır.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2(011)- 38/2023 saylı qərardadı ilə cavabdeh Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(011)-38/2023 saylı qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
14. Cavabdeh Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 2(011)- 38/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, əks təqdirdə işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi tərəfindən verilmiş şikayətin elektron imza ilə təsdiq edilmədiyi, AR MPM – də nəzərdə tutulmuş Əlavə 2 formasında verilmədiyi və Elektron Məhkəmə İnformasiya Sisteminə yüklənilmiş şikayətin hazırkı işlə bağlı olmadığı müəyyən edildiyi qeyd edilmişdir. Cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş bütün şikayətlər asan imza ilə imzalanmaqla Elektron Məhkəmə İnformasiya Sisteminə yüklənilmişdir. Asan imza Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adınadır və xx.xx.2023 – cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə yüklənilmişdir. Məhkəmə qərardadda qeyd etmişdir ki, cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi tərəfindən verilmiş şikayət elektron imza ilə təsdiq edilməmiş, AR MPM – də təsbit edilmiş “Əlavə 2” də nəzərdə tutulmuş formada məhkəməyə təqdim edilməmiş və Elektron Məhkəmə İnformasiya Sisteminə yüklənilmiş şikayətin hazırki işlə bağlı olmadığı qeyd edilmişdir. Xətai Rayon Məhkəməsinin qərardadından şikayət ərizəsi Elektron Məhkəmə İnformasiya Sistemində 2(011)-38/2023 saylı 15 sentyabr 2023-cü il tarixli qərardaddan verilmiş və 2(011)-38/2023 saylı işə əlavə edilmişdir, bununla bağlı elektron məhkəmə sistemindən çıxarışı şikayətə əlavə edilmişdir.
16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, 27 fevral 2024-cü il tarixli qərardadı ilə cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli e- 2(011)-38/2023 saylı qərardadından verdiyi şikayət təmin olunmaamış, şikayət baxılması üçün MPM-nin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
17. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
18. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
20. Mülki Prosessual Məcəllənin 361.1.3 və 361.1.4-cü maddələrində qeyd edilir ki, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində göstərilməlidir.
21. Həmin Məcəllənin 363.1.5-ci maddəsində qeyd edilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
22. Mülki Prosessual Məcəllənin 363.1.1-1.-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti qaytarılır.
23. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
24. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, AZEMİS-Məhkəmə işlərinin elektron idarəetmə sisteminə baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən apellyasiya şikayəti elektron qaydada imzalanmamış, şikayət skan edilərək elektron məhkəmə sistemi vasitəsilə iş materiallarına əlavə edilmişdir.
27. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən imzalanmış apellyasiya şikayətindən görünür ki, şikayət MPMnin 361.1-ci maddəsi və “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməmişdir.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti elektron qaydada imzalanmadığından və “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023 saylı, 15 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev