Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2665/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), X10 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2881/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Cavabdeh1 münasibətdə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada İddiaçı-nin xeyrinə 22R000002073 saylı kredit razılaşması üzrə 52593.03 ABŞ Dolları kredit borcu, 35946.30 ABŞ Dolları faiz borcu, 11906.89 ABŞ Dolları cərimə olmaqla, cəmi 104046.22 ABŞ Dolları -22R000008070 saylı kredit razılaşması üzrə 11037.57 ABŞ Dolları kredit borcu, 10436.46 ABŞ Dolları faiz borcu, 2766.04 ABŞ Dolları cərimə olmaqla, cəmi 24240.07 ABŞ Dolları, hər iki müqavilə üzrə ümumilikdə cəmi 128286 ABŞ Dolları 29 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki: İddiaçı KB ASC ilə Cavabdeh1 arasında xx xxxx 2011-ci il tarixində 22L000000252 saylı X8 bağlanmışdır. Həmin kredit müqaviləsinə görə kredit alan 120 ay müddətinədək 400.000.0 ABŞ dolları məbləğində kredit xətti açılması müəyyən olunur Kredit müqaviləsinin 4.2.2 bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıcda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5%-iz məbləğində cərimə ödəyir. (iş.səh.6). İddiaçı KB ASC ilə Cavabdeh1 arasında xx xxxx 2011-ci il tarixində 22L000000252 saylı X7 əsasən xx xxxx 2013-cü il tarixdə 22R000002073 saylı kredit razılaşması bağlanmışdır. Həmin kredit müqaviləs nə görə kredit alan illik faiz dərəcəsi 18% olmaqla, 36 ay müddətinə 180.000,0 ABŞ dollaarı məbləğində kredit verilməsi müəyyən olunur.İddiaçı KB ASC ilə Cavabdeh1 arasında xx xxxx 2011-ci il tarixində 22L000000252 saylı X7 əsasən xx xxxx 2013-cü il tarixdə 22R000002073 saylı kredit razılaşmasına əlavə saziş bağlanaraq müqavilə müddəti xx.xx.2019-cu il tarixinədək uzadılması müəyyən olunur (səh.7).İddiaçı KB ASC ilə Cavabdeh1 arasında xx xxxx 2011-ci il tarixində 22L000000252 saylı X7 əsasən xx xxxx 2014cü İ tarixdə 22R000008070 saylı kredit razılaşması bağlanmışdır. Həmin kredit müqaviləsinə görə kredit alan illik faiz dərəcəsi 18% olmaqla, 36 ay müddətinə 40.000,0 ABŞ dollaarı məbləğində kredit verilməsi müəyyən olunur. Kredit müqaviləsinin 4.2.2 bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5%-iz məbləğində cərimə ödəyir (səh.17). xx.xx.2011-ci il tarixli, № 22S000000515 nömrəli İddiaçı-nin Salyan filialı ilə zamin Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2011-cu il tarixli X8ndən və bu X5 ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmasından irəli gələn borclunun öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır (səh.28). xx.xx.2011-ci il tarixli, № 22S000000516 nömrəli İddiaçı-nin Salyan filialı ilə zamin Cavabdeh4 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2011-cu il tarixli X8ndən və bu X5 ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmasından irəli gələn borclunun öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır (səh.29). xx.xx.2012-ci il tarixli, № 22S000000648 nömrəli İddiaçı-nin Salyan filialı ilə zamin Cavabdeh5 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2011-cu il tarixli X8ndən və bu X5 ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmasından irəli gələn borclunun öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır (səh.30). xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2019cu il tarixə 52593,03 ABŞ dolları əsas, 35946,3 ABŞ dolları faiz, 11906,89 ABŞ dolları cərimə, cəmi 104046,22 ABŞ dolları borcu vardır(səh.31).xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2019cu il tarixə 11037,57 ABŞ dolları əsas, 10436,46 ABŞ dolları faiz, 2766,04 ABŞ dolları cərimə, cəmi 24240,07 ABŞ dolları borcu vardır (səh.32).İddiaçı-nin Salyan filialı tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borc məbləğinin ödənilməsi tələb edilmişdir(səh.36-53). Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 19428 saylı rəyinə əsasən: -xx xxxx 2013-cü il tarixdə 22RQ00Q02Q73 saylı kredit razılaşması üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və “İddiaçı'’ KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2011-ci il tarixində 22L000000252 saylı X7 əsasən xx xxxx 2013-cü il tarixdə 22R000002073 saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2019-cu il tarixə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas borc üzrə — 55.593,03 ABŞ dolları; faiz borcu üzrə — 43.463,83 ABŞ dolları. xx xxxx 2014-cü il tarixdə 22R000008070 saylı kredit razılaşması üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı KB ASC ilə Cavabdeh1 arasında xx xxxx 2011-ci il tarixində 22L000000252 saylıX7 əsasən xx xxxx 2014-cü il tarixdə 22R000008070 saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2019-cu il tarixə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən: əsas borc üzrə - 11.037,57 ABŞ dolları faiz borcu üzrə 11.338,39 ABŞ dolları.Ekspertiza xərci 120 (yüz iyirmi ) manat müəyyən edilmişdir (səh.123). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2881/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı-nin xeyrinə -22R000002073 saylı kredit razılaşması üzrə 52593.03 ABŞ dolları kredit borcu, 35946.30 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 93539,33 ABŞ dolları, 22R000008070 saylı kredit razılaşması üzrə 11037.57 ABŞ dolları kredit borcu, 10436.46 ABŞ dolları faiz borcu, 1100 ABŞ dolları cərimə olmaqla, cəmi 22574,03 ABŞ dolları, ümumilikdə 116113,36 ABŞ dolları məbləğində borc ödəniş günü manata məzənnə ilə manatla və məhkəmədə iddia üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi və aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 120 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 439.7,439.1, 439.2, 448.1, 448.2, 462.1, 465.2, 739.2, 472.1, 472.2, 458.1, 467; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 78.1, 80, 81, 119.1, 217.4;Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsi;“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə istinadən qeyd edilmişdir, iddia tələbi hər iki müqavilə üzrə əsas və faiz borcun tutulması hissəsində tam əsaslıdır. Belə ki, iş materiallarında olan, hesabdan çıxarışa, maliyyə arayışına və ekspert rəyinə əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı-nin xeyrinə -22R000002073 saylı kredit razılaşması üzrə 52593.03 ABŞ dolları kredit borcu, 35946.30 ABŞ Dolları faiz borcu, 22R000008070 saylı kredit razılaşması üzrə 11037.57 ABŞ dolları kredit borcu, 10436.46 ABŞ dolları faiz borcu tutulmalıdır.22R000002073 saylı kredit razılaşması üzrə 11906,89 ABŞ Dolları məbləğində cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 5000 ABŞ dollarına, 22R000008070 saylı kredit razılaşması üzrə 2766,04 ABŞ Dolları məbləğində cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 1100 ABŞ dollarına endirilməlidir. Cavabdehlər Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli 2(005)-2881 /2019 saylı qətnaməsinin ləğv edilməsi və qətnamədə göstərilən faiz borcları və dəbbə pullarının azaldılmaqla iş üzrə yen qətnamə qəbul edilməsi barədə apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2881/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə, şikayət geri qaytarılmış və qərardaddan verilmiş şikayət üzrə Cavabdeh1 münasibətdə apellyasiya mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən apellyasiya şikayətinin cavabdeh. Cavabdeh1 münasibətdə verilmiş apellyasiya şikayətinin mümkün hesab edildiyini bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına Azərbaycan Respublikası MM-in 385.1, 424, 425.1, 427.3, 439, 442, 443-449, 470-477, 739- 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və kredit (zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qiymət verərək qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, borc, hesablanma və sair barədə) təkzibedici mötəbər sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər tərəfindən verilmiş və Cavabdeh1 münasibətdə baxılan (hissədə) apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2881/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2665/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2665/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver