Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-267/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Xaqani Xıdırzadənin və Cavabdeh iştirakı ilə, iddiaçılar Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 9.987 ABŞ dolları, faiz borcu kimi 5.479 ABŞ dolları, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcu kimi 948 ABŞ dolları, cəmi 16.414 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya verilsin. Yasamal Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli qətnaməsindən və həmin qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə 26.04.2021-ci il tarixli qərardaddan görünür ki, iddia təmin olunub, əsas borc kimi 9.987 ABŞ dolları, faiz borcu kimi 5.479 ABŞ dolları, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcu kimi 948 ABŞ dolları, cəmi 16.414 ABŞ dolları məbləğində pulun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,4 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Cavabdeh şikayəti onunla əsaslandırıb ki, bankın müəyyən etdiyi siyahı üzrə həyata keçirilmiş ödənişlər düzgün hesablanmamış, əsas borc ilə yanaşı faiz borcu şişirdilmişdir. Bank tərəfindən hesablanmış əsas borcun məbləği düzgün olmadığından bu, faiz borcuna da təsir etmişdir. Bu vaxta kimi 23.000 ABŞ dollarına yaxın ödəniş etsə də bank bu məbləği cərimə adı ilə hesablayıb silmiş, yenidən cərimə hesablamışdır. Birinci instansiya məhkəməsi bu hallara diqqət yetirmədən bankın tələbini tam təmin etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Xaqani Xıdırzadə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı "xxxx" ASC ilə Cavabdeh Mehdi oğlunun arasında 04.10.2011-ci il tarixli, 100.LN.PC.3102.041011.00001 nömrəli “kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında” müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı cavabdehə 12 ay müddətində, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 30 faiz olmaqla 5.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Daha sonra tərəflərin arasında 24.10.2013-cü il tarixli 1 nömrəli əlavə razılıq, 21.10.2015-ci il tarixli 2 nömrəli əlavə razılıq, 08.06.2017-ci il tarixli 3 nömrəli əlavə razılıq və 23.10.2017-ci tarixli 4 nömrəli əlavə razılıq əldə olunmuş, kredit müddəti 31.10.2018-ci il tarixdək uzadılmışdır. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 28.03.2022-ci il tarixli, 9/7754 nömrəli rəyinə görə 31.10.2018-ci il tarixədək (müqavilə müddətinin sonunadək) olan əsas borcun məbləği 9.987 ABŞ dolları, faiz borcunun məbləği 5.497 ABŞ dolları, 31.10.2018-ci il tarixdən (müqavilə müddəti bitdiyi tarixdən) 23.09.2020-ci il tarixədək Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu kimi 948 ABŞ dolları təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tutulmalı olan pulun məbləğini düzgün müəyyən edib. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 445 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pul tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibat ekspertizasının xərci olan 145 (yüz qırx beş) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-267/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-267/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver