Məhkəmə qərarları › İş №2(103)-2683/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2683/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2683/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdehin vəkili X1 iştirakları ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2704/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1362,37 manat məbləğində əsas borc, 1155,57 manat məbləğində faiz borcu, ümumilikdə 2517,94 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, «Kredit müqaviləsi»nə əsasən, cavabdehə 24 ay müddətinə, illik 32 % dərəcəsi olmaqla 3000 manat məbləğində kart kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə əmrinin çıxarılması xahiş olunur. Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli əmri ilə 1362,37 manat əsas borc, 1155,57 manat faiz borcu, 580,84 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat və 1 manat bank xərci olmaqla cəmi 3099,78 manat pul cavabdehdən tutulmuşdur. Sonradan cavabdeh tərəfindən məhkəmə əmrinə etiraz verilmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə xx.xx.2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək 1362,37 manat əsas borc, 1155,57 manat faiz borcu, 580,84 manat cərimə, ödənilmiş dövlət rüsumu kimi 20 manat və xidmət haqqına görə 1 manat olmaqla cəmi 3119,78 manat pulun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2704/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 1362,37 manat əsas borc və 1155,57 manat faiz borcu və 20 manat dəbbə pulu olmaqla, cəmi 2537,94 manat pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun 10 manat məbləğində hissəsinin Cavabdeh tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini işə iştirakları olmadan baxılması, birinci instansiya məhkəməsi tərəfindən borc məbləğlərinin dəqiq hesablanmadığının nəzərə alınmadığı arqumentləri ilə əsaslandırmışlar. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qətnanmənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “1155,57 manat faiz borcunun Cavabdeh tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi” hissəsində ləğv edilməli, iddia həmin hissədə də təmin olunmamalı, “xx.xx.2011-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 1362,37 manat əsas borcun Cavabdeh tutulması” və buna bağlı olaraq “ümumilikdə 2537,94 manat borcun tutulması” hissələrində dəyişdirilməli, mübahisələndirilən qalan hissələrdə isə dəyişdirilmədənsaxlanılmalıdır. Belə ki, iş materiallarında olan borcverən "İddiaçı" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 32% dərəcəsi ilə ödəmək şərti ilə 3000 manat məbləğində kredit kartı verilmiş, borcalan isə verilmiş krediti qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "İddiaçı" ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2013-cü il tarixə kredit üzrə əsas borc 2694,05 manat, faiz borcu üzrə 694,92 manat banka borcu olmuşdur. xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək kredit üzrə silinmələr aşağıdakı kimidir: əsas borc üzrə-1331,68 manat, faiz borcu üzrə-980,14 manat, cərimə borcu üzrə103,99 manat. İş materiallarından görünür ki, Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə borcluya yazılı «Bildiriş» göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış borc haqqında məlumat verilmiş və onun qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh, yuxarıda göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiya, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorların dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, həmin kredit müqaviləsi əsasında cavabdehə xx.xx.2019-cu il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Cavabdeh arasında bağlanmış həmin müqavilə üzrə kredit 24 ay müddətinə (xx xxxxxx 2013-cü iltarixinə qədər) verilmiş və məhz bu dövr ərzində onun illik 32% ödəməli olduğu razılaşdırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Apellyasiya baxışı zamanı keçirilmiş mühasibatşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi tarixə Cavabdeh hesablanmalı olan faiz borcu 246,14 manat təşkil etmiş, müqavilə müddətinin bitdiyi xx.xx.2013-cü il tarixindən sonra isə o, 2404,60 manat (əsas borc üzrə 2005,36 manat, faiz borcu üzrə 399,24 manat) ödəniş həyata keçirmişdir. Onun xx.xx.2013-cü il tarixə olan əsas borcu 2388,45 manat, faiz borcu 246,14 manat, xx.xx.2019-cu il tarixə olan əsas borcu 383,08 manat, faiz borcu 514,10 manat təşkil edir. Buna görə də kollegiya hesab edir ki, xx.xx.2011-ci il tarixli müqavilənin müddətinin bitdiyi xx.xx.2013-cü il tarixinə hesablanmış 246,14 manat faiz borcu borcalanın həmin müqavilə üzrə sonradan ödədiyi məbləğin müvafiq hissəsində əvəzləşdirilməli (yəni müqavilə müddətinin bitməsindən sonra ödənilən 2404,60 manatın 246,14 manat hissəsi faizin ödənilməsinə hesablanaraq faiz borcu sıfırlanmalı), 2404,60 manatın qalan hissəsi isə müqavilə müddətinin bitdiyi dövrdə mövcud olan əsas borcdan çıxılmalıdır (xx.xx.2013-cü il tarixə olan 2388,45 manat əsas borc + 246,14 manat faiz borcu = cəmi 2634,59; 2634,59 - 2404,60 = 229.99 ; 2404,60 – 246,14 – 2388,45 = 229,99 manat). Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə kollegiyanın qənaətinə görə, xx.xx.2013-cü il tarixli müqavilənin müddətinin bitdiyi müddətə yaranmış borc məbləğləri və borcalanın sonradan həyata keçirdiyi ödəniş əsas götürülməklə, onun həmin müqavilə üzrə hazırda iddiaçı təşkilata yalnız 229,99 manat məbləğində əsas borcunun mövcud olması nəticəsinə gəlmək mümkündür. Qətnamənin, “xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 20 manat dəbbə pulunun (cərimə) Cavabdeh tutulması” hissəsi üzrə kollegiya qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçı borcalanın xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə 1362,37 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 580,84 manat cərimə hesablayıb tələb etmiş, məhkəmə isə tutulmalı olan cərimə məbləğini 20 manat həcmində müəyyənləşdirmişdir. Kollegiyanın qənaətinə görə məhkəmə cərimə məbləğini kifayət qədər azaltmışdır və bu hissədə qətnamənin dəyişdirilməsi üçün əsas mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatorlara aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2704/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi “xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə 1155,57 manat faiz borcunun Cavabdeh tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi” hissəsində ləğv olunsun. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə “xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə 1362,37 manat əsas borcun Cavabdeh tutulması” və buna bağlı olaraq “ümumilikdə 2537,94 manat borcun tutulması” hissələrində dəyişdirililsin. Cavabdeh xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə tutulmalı olan əsas borc 229,99 (iki yüz iyirmi doqquz manat 99 qəpik) manat məbləğində, ümumilikdə tutulmalı borc isə 249,99 (iki yüz qırx doqquz manat 99 qəpik) manat məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qirx beş) manatın 45 (qırx beş) manatı Cavabdeh, 100 (yüz) manatı isə İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar