Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2687/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı nümayəndəsi X1iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(001)- 54/2019.nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X12 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstəрmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 27L000000477 saylı kredit xətt müqaviləsinə əsasən 120 (yüz iyirmi ay) ay müddətinə ******* (bir milyon beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 27R000000913 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 315000 (üç yüz on beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 götürdüyü kredit borcundan 188210.22 ABŞ Dolları ödəmiş, onun 126789.78 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır.Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 663 gün üçün hesablanmış faiz borcu 41312.82 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 663 gün üçün hesablanmış cərimə 161897.39 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətt müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 27K000000010 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit götürmüşdür.Cavabdeh1 Fərzah qızı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 Fərzah qızı götürdüyü kredit borcundan 0 ABŞ Dolları ödəmiş, onun 50000.00 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfındən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasınin 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 441 gün üçün hesablanmış faiz borcu 19266.65 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 441 gün üçün hesablanmış cərimə 259619.44 ABŞ Dolları təşkil edir. Bundan başqa kredit xətt müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə xx.xx.2014-cü i| tarixdə bağladığı 027KK000000039 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 12 ay müddətinə, razılaşma ilə müəyyən olunmuş kredit kredit limiti daxilində plastik kart vasitəsi ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədüə cavabdeh X9 xx.xx.2013-cü il tarixli 27S000000936 saylı zaminlik müqaviləsinə və X14 xx.xx.2013-cü il tarixli 27S000000937 saylı zaminlik müqaviləsinə və Cavabdeh2 xx.xx.2014-cü il tarixli 27S000004370 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytanlması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 27M000000063 sayh sonrakı ipoteka haqqında ipoteka müqaviləsi (Bakı şəhərinin notariuşu Əli A.Hüseynov tərəfındən təsdiq edilib) əsasında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllə, 1-ci küçədə xüsusi mülkiyyətdə olan 0.036 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 110.2 kv.m yaşayış, 96.4 kv.m yardımçı, 206.6 kv.m ümumi sahədən ibarət 5b nömrəli fərdi yaşayış evi həyətyanı tikili və qurğularla iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 97 N-li reyestr kitabının 8808 №-li vərəqində qeydiyyata alınmış RX 0165883N-li çıxarışla, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllə, 1-ci küçədə xüsusi mülkiyyətdə olan 0.036 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 110.2 kv.m yaşayış, 96.4 kv.m yardımçı, 206.6 kv.m ümumi sahədən ibarət 5b nömrəli fərdi yaşayış evi həyətyanı tikili və qurğularla Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.Binəqədi rayonu İHB-nm M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2013-cü il tarixli 232 saylı Forma 2 arayışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllə, 1-ci küçədə xüsusi mülkiyyətdə olan 0.036 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 110.2 kv.m yaşayış, 96.4 kv.m yardımçı, 206.6 kv.m ümumi sahədən ibarət 5b nömrəli fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər X10 həmin fərdi yaşayış evi İddiaçı X11 ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və həmin əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtmda icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanjn yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən Cavabdeh1 "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2016-cı il tarixdə qəbul olunmuşdur. Həmçinin, birinci İpoteka saxlayan «xxxxxxxxxxxxx» ASC-yə ipoteka predmetinə tutma yönəldilməsinə dair "İpoteka haqqinda" Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2016-cı il tarixdə qəbul olunmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır.İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 12-ci fəslinin tələblərini rəhbər tutaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X7 müştərək qaydada İddiaçı X8 xeyrinə - 27R000000913 saylı kredit razılaşması üzrə 126789.78 ABŞ Dollan məbləğində kredit borcu, 41312.82 ABŞ Dolları məbləğində faiz borcu və 161897.39 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 329999.99 ABŞ dolları məbləğində borcun; 27K000000010 saylı kredit razılaşması üzrə 50000.00 ABŞ Dolları məbləğində kredit borcu, 19266.65 ABŞ Dolları məbləğində faiz borcu və 259619.44 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 328886.09 ABŞ dolları məbləğində borcun; 027KK000000039 saylı kredit razılaşması üzrə 10000,00 ABŞ Dolları məbləğində kredit borcu, 1161,65 ABŞ Dollar məbləğində faiz borcu və 12100 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 23264.26 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 682150 (altı yüz səksən iki min yüz əlli) ABŞ Dolları 34 (otuz dörd) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllə, 1-ci küçədə xüsusi mülkiyyətdə olan 0.036 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 110.2 kv.m yaşayış, 96.4 kv.m yardımçı, 206.6 kv.m ümumi sahədən ibarət 5b nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 682150 (altı yüz səksən iki min yüz əlli) ABŞ Dolları 34 (otuz dörd) sent məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, X2, X7 müştərək qaydada tutulması; Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllə, 1-ci küçədə xüsusi mülkiyyətdə olan 0.036 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 110.2 kv.m yaşayış, 96.4 kv.m yardımçı, 206.6 kv.m ümumi sahədən ibarət 5b nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X3 və X4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X12 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasını bildirmiş və göstərmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən ödənilmiş vəsaitlər əsas məbləğə silinmiş, faiz və cərimə borcu isə güzəşt edilmişdir. Bu səbəbdən də iddia tələbinin həcminin azaldılmasına zərurət yaranmışdır.Buna görə də bank cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X7 müştərək qaydada İddiaçı X8 xeyrinə - 27R000000913 saylı kredit razılaşması üzrə 70 558.21 ABŞ Dollan məbləğində kredit borcu, 32 639 ABŞ Dolları məbləğində faiz borcu və 161 897.39 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 265 094.60 ABŞ dolları məbləğində borcun; 27K000000010 saylı kredit razılaşması üzrə 19266.65 ABŞ Dolları məbləğində faiz borcu və 259619.44 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 543980 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(001)- 54/2019nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X12 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X7 müştərək qaydada İddiaçı X8 xeyrinə - 27R000000913 saylı kredit razılaşması üzrə 70 558.21 ABŞ Dollan məbləğində kredit borcu, 32 639 ABŞ Dolları məbləğində faiz borcu və 16 189 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 119 386.21 ABŞ dolları məbləğində borcun; 27K000000010 saylı kredit razılaşması üzrə 19 266.65 ABŞ Dolları məbləğində faiz borcu və 25 961 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 45 227.5 ABŞ dolları məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi, qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1apelyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(001)-54/2019nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, tərəflərindən iddiada və çıxarılmış qətnamədə göstərilən məbləğ tam ödənilmişdir. "İddiaçı" QSC-nin məhkəmə qarşısında qaldırdığı iddia əsassız hesab edilməlidir.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25.1-ci maddəsi ilə “hamı qanun və məhkəmə qarşısında bərabərdir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə görə isə “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”.Həmin məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir” Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilsələr də iştirak etməmişlər. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı qətnamə ilə tutulan borc hissəsində apellyasiya şikayəti vermiş Cavabdeh1 münasibətdə yoxlanılması təşkil edir.İddiaçı və digər cavabdehlər apellyasiya şikayəti vermədiyindən qətnamə onlara münasibətdə yoxlanılmır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, 1-ci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə və apelyatora münasibətdə dəyişdirilmədən saxlanmalıdır.. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC bağladığı xx.xx.2013-cü il tarixli 27L000000477 saylı kredit xətt müqaviləsinə əsasən məlum olur ki, 120 (yüz iyirmi ay) ay müddətinə ******* (bir milyon beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır.Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 27R000000913 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 315000 (üç yüz on beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsinə əsasən məlum olur ki, кredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh X9 xx.xx.2013-cü il tarixli 27S000000936 saylı zaminlik müqaviləsinə və X14 xx.xx.2013-cü il tarixli 27S000000937 saylı zaminlik müqaviləsinə və Cavabdeh2 xx.xx.2014-cü il tarixli 27S000004370 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytanlması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş materiallarında olan ipoteka müqaviləsinə əsasən məlum olur ki, кredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 27M000000063 sayh sonrakı ipoteka haqqında ipoteka müqaviləsi (Bakı şəhərinin notariuşu Əli A.Hüseynov tərəfındən təsdiq edilib) əsasında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllə, 1-ci küçədə xüsusi mülkiyyətdə olan 0.036 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 110.2 kv.m yaşayış, 96.4 kv.m yardımçı, 206.6 kv.m ümumi sahədən ibarət 5b nömrəli fərdi yaşayış evi həyətyanı tikili və qurğularla iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olanAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 97 N-li reyestr kitabının 8808 №-li vərəqində qeydiyyata alınmış RX 0165883N-li çıxarışla, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllə, 1ci küçədə xüsusi mülkiyyətdə olan 0.036 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 110.2 kv.m yaşayış, 96.4 kv.m yardımçı, 206.6 kv.m ümumi sahədən ibarət 5b nömrəli fərdi yaşayış evi həyətyanı tikili və qurğularla Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9462 saylı, xx xxxxxx 2019-cу il tarixli ekspert rəyinə əsasən məlum olur ki,xx.xx.2013-cü il tarixə 27 Р000000913 saylı kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2016-cı il tarixə əsas borc üzrə 125.475, 24ABŞ dolları, faiz borcu üzrə 41.477,51 ABŞ dolları, cərimə borcu üzrə 157.471, 43 ABŞ dolları, xx.xx.2018-ci il tarixə əsas borc üzrə 116.585.87 ABŞ dolları, faiz borcu üzrə 18 223.45 ABŞ dolları, cərimə borcu üzrə 428.497.95ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 27 К000000010 saylı kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2016-cı il tarixə əsas borc üzrə 49965.41 ABŞ dolları, faiz borcu üzrə16313,47 ABŞ dolları, cərimə borcu üzrə 114 420.79 ABŞ dolları, xx.xx.2018-ci il tarixə əsas borc üzrə 49 965.41 ABŞ dolları, faiz borcu üzrə26 530, 25 ABŞ dolları,cərimə borcu üzrə 222 595.90 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 027КК000000039 saylı kredit razılaşması üzrə ekspertiza tədqiqatı zamanı iş materiallarında maliyyə arayışı məlumatları, xx.xx.2014-cü il tarixli 027KK00000039 kredit razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı QSC-yəborcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2016-xx.xx.2016-cı il tarixə əsas borc üzrə 10 0000 ABŞ dolları, faiz borcu üzrə1270.26 ABŞ dolları, xx.xx.2018- cı il tarixə əsas borc üzrə 10 000 ABŞ dolları, faiz borcu üzrə 4036.70 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2037 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən məlum olur ki,xx.xx.2013-cü il tarixə 27 Р000000913 saylı kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2017-cı il tarixə əsas borc üzrə 116.585, 87 ABŞ dolları, faiz borcu üzrə 8698,81 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 116.585.87 ABŞ dolları, faiz borcu üzrə40851.36ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 27 К000000010 saylı kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2017-cı il tarixə əsas borc üzrə 49.965.41 ABŞ dolları, faiz borcu üzrə 22448,26ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 49 965.41 ABŞ dolları, faiz borcu üzrə36 227, 93ABŞ dolları, xx.xx.2014cü il tarixli 027КК000000039 saylı kredit razılaşması üzrə Cavabdeh1 İddiaçı QSC-yə borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2017-cı il tarixə əsas borc üzrə 10 0000 ABŞ dolları, faiz borcu üzrə 2931,40 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 10 000 ABŞ dolları, faiz borcu üzrə 6662,58 ABŞ dolları təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktublarına əsasən məlum olur ki, Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borc alana pretenziya məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Həmin Məcəllənin 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuluyyət daşıyırlar. Kollegiya qeyd edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 Fazil qızı kredit müqaviləsini bağladığından, lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, zaminlik müqaviləsinə əsasən X9, X14 oğlu və Behbudov Елдар Kərim oğlu borca zamin durduqlarına görə cavabdehlə birlikdə öhdəliyi icra etməlidirlər, əsas, faiz borcu və cərimə məbləğininbir hissəsi bu cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir.Həmçinin, cavabdeh tərəfindən məhkəmə zamanı borc bir neçə dəfə azaldıldığından, bununla əlaqədar Bank tərəfindən iddia tələbinin həcmi azaldıldığından, həmçinin ekspert rəylərində əsas borc, faiz borcu və cərimə borcu daha çox şişirdildiyindən, lakin işə baxan hakim MPM-nin 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxa bilmədiyindən son iddia ərizəsində göstərilən məbləğ nəzərə almaqla qətnamə çıxarılmalıdır.Eyni zamanda, dəbbə pulu tənasübsüz surətdə tələb edildiyindən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(001)-54/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə və Cavabdeh1 Fazil qızına münasibətdə dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə 150 (bir yüzəlli ) manat Cavabdeh1 Fazil qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2687/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2687/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver