Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2689/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Yunusovç və nümayəndəsi X4 və Cavabdeh1 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Yunusovçin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat kontoruna qarşı protokoldan çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlaka dair çıxarışların ləğv edilməsi tələbinə Pirallahı Rayon Məhkəməsinin 2(094)-232/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azneftgeofizika” trestinin idarə heyəti yığıncağının xx.xx.1996-cı il tarixli protokolundan çıxarışın və xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış AN-İN seriyal ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası DƏDRX tərəfindən Cavabdeh1 verilmiş ******* nömrəli, xx.xx.2009-cu il tarixli və Cavabdeh2 verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı Cavabdeh1 Dübəndi ərazisində 0,12 hektar torpaq sahəsi olan xx/xx-1181/1198 nömrəli bağ sahəsi istifadəsinə verilməsi haqqında müqavilə bağlanmasına dair Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 inkişafı və istismarı Birliyinin Dübəndi ərazisindəki xx/xx-1181/1198 nömrəli bağın istifadəyə verilməsi haqqında 38488 nömrəli, xx xxxxxx 2006-cı il tarixli müqavilə (səh.17), Cavabdeh1 Puti oğluna 66/83 nömrəli bağ sahəsi 0,12 ha olmaqla daimi istifadəsinə verilməsi haqqında Azneftgeofızika” Trestinin bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 2 nömrəli, xx xxxx 1996-cı il tarixli protokolundan çıxarışın surəti (səh.15), Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, xx/xx-1181/1198 saylı bağ sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli **********92-********** nömrəli Çıxarışın surəti (səh.23), Cavabdeh2 tərəfindən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi,xx/xx-1181/1198 saylı sahəsi 0,12 ha torpaq sahəsini Cavabdeh1 alınmasına dair AN-İ seriyalı ******* nömrəli, xx xxxxxx 2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi (səh.24), İddiaçı Yunus oğlunun yoldaşlığa üzv olması və ona xx.xx.1990-cı il baş planı üzrə 83 nömrəli bağ sahəsi verilməsinə dair Azneftgeofizika” trestinin “Geofizik” Bağ-Bostan Yoldaşlığının 61 nömrəli, xx.xx.1993-cü il tarixli üzüvlük biletinin surəti (səh.28), Bakı şəhər keçmiş X3 İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli 10/518 nömrəli qərarına əsasən Xəzər (indiki Pirallahı) rayonu, Dübəndi qəsəbəsində yerləşən “Azərneftgeofizika” bağçılıq-yoldaşlıq üzüvlərinin siyahısında İddiaçı Yunis oğlunun adı göstərilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********54 nömrəli, xx.xx.2014-cü il tarixli məktubu (səh.32), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********56 nömrəli, xx xxxxxx 2020-c il tarixli məktubu və müvafiq sənədləşmə(səh.78-86) sübut qismində tədqiq edilmişdir. Pirallahı Rayon Məhkəməsinin 2(094)-232/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, əğv edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, 1993-cü ildə atasına Dübəndi qəsəbəsində torpaq sahəsi verildiyini, 1997-ci ildə işdən ayrıldığını, daha sonra torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-a müraciət etdiyi zaman orada onlara torpaq sahəsinə çıxarışın məhkəmə yolu ilə verilə biləcəyinin bildirildiyini, məhkəməyə müraciət etdiyi zaman həmin torpaq sahəsinin 1996-cı ildə protokol vasitəsilə Yusubov Namaza verildiyinin müəyyən edildiyini, həmin protokoldan xəbərlərinin olmadığını, torpaq sahəsinin onlardan alınmasına səbəb kimi isə orada abadlıq işlərinin aparılmaması əsas kimi qeyd edildiyini, lakin onlar tərəfindən abadlıq işlərinin aparıldığını, oraya hasar çəkildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Yunusovç apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, iddaiçının 1993-cü ildə bağçılıq yoldaşlıq cəmiyyətinə üzv olduğunu, həmin cəmiyyətin nizamnaməsində 1996-cı ildə dəyişiklik ediliyini və dəyişikliyə əsasən təsərrüfatın üzvü olan şəxsin 2 il ərzində həmin torpaq sahəsində abadlıq işləri aparmalı olduğunun qeyd edildiyini, lakin iddiaçının uzun müddət Türkiyə Cümhuriyyətində yaşadığını, həmin torpaq sahəsinə də heç bir abadlıq işi həyata keçirmədiyindən cəmiyyətin üzvlüyündən azad ediliyini, iddianı uzun müddətdən sonra verərək iddai müddətini ötürdüyünü bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat kontorunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 50-58, 149-152, 259.0.12, 371, 372, 384.0.4, 385.1.1, 387.1-391, 395, 397-cu maddələrinin tələblərinə uyğun ərizə təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayyət edilmədiyini nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmaqala apellyasiya şikayətinin qismən təmin edilməsini qanuni hesab edir. Belə ki, iddia ərizəsi tərtib edilərkən mülki prosessual qanunvericiliyinin müvafiq normalarına uyğun tərtib (forma və məzmuna riayyət) etdilməmiş, iddia ərizəsində cavabdeh kimi göstərilməyən şəxsin (“Azneftgeofizika” trestinin və ya onun hüquq varisinin) sənədi mübahisələndirilmiş, tələbdə “Azneftgeofizika” trestinin idarə heyəti yığıncağının xx.xx.1996-cı il tarixli protokolundan çıxarışın etibarsızlığı müəyyən edilmiş lakin “çıxarışın” özlüyündə ayrıca sənəd olmadığı nəzərə alınmamışdır. Apellyasiya baxışının hədlərində qeyd edilən nöqsanların aradan qaldırılması səlahiyyət baxımından mümkün olmamışdır. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məcəllənin 149.2.2, 149.2.3 və 149.4-cü maddələrinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri iddia ərizəsində göstərilməlidir. Məcəllənin 150.0.5-ci maddəsinə görə, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Məcəllənin 76.1, 77.1 və 78.1-ci maddələrinin tələblərinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası izah etməyi vacib bilir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla, işin icraat növünü, iş üzrə prosessual tərəfləri və mahiyyətinə uyğun tələbi düzgün müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: İddiaçı Yunusovç tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Pirallahı Rayon Məhkəməsinin 2(094)-232/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin İddiaçı Yunusovçin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat kontoruna qarşı protokoldan çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlaka dair çıxarışların ləğv edilməsi tələbi baxılmamış saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2689/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2689/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver