Məhkəmə qərarları › İş №2(105)-423/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-423/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-423/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əqdin etibarlı hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X22 (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Behzadayevnanın nümayəndəsi Nümayəndə (son məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-760/2022 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Behzadayevnanın nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Torpağa Mülkiyyət Hüququna Dair JN-0002 KOD 30409048 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən X11 və ailə üzvlərinin birgə mülkiyyətlərinə 13.88 ha pay torpaq sahəsi verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəmədə iddia qaldıraraq onunla X19 arasında Torpağa mülkiyyət Hüququna dair JN-0002 KOD 30409048 saylı Dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus 13.88 hektar torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2001-ci ildə Cavabdeh həyat yoldaşı X19 ilə danışıb razılığa gəlməklə Torpağa mülkiyyət Hüququna dair JN-0002 KOD 30409048 saylı Dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus 13.88 hektar torpaq sahəsini pulunu, həmin vaxt 1400 ABŞ dolları ödəməklə almışdır. Razılaşma zamanı cavabdeh öhdəsinə götürmüşdür ki, torpaq sahələrinin sənədləşməsini düzəldib notariat kontorunda rəsmi qaydada alqı-satqı edəcəklər. Lakin cavabdeh götürdüyü öhdəliyə əməl etməmiş, ailə üzvlərini bir yerə toplaya bilmədiyindən torpağın alqı-satqının rəsmiləşdirilməsini həyata keçirməmişdir. O, dəfələrlə ona götürdüyü öhdəliyini yerinə yetirilməsini tələb etsə də, nəticəsi olmamışdır. Sonradan Bəyzad vəfat etmişdir, onun həyat yoldaşı Cavabdeh hətta ona torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi barədə etibarnamə də vermişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi onun istifadəsindədir. Torpaq sahəsinin mülkiyyət sənədi olmadığından istədiyi kimi sərəncam vermək hüququ yoxdur. Torpağı aldığı adamlar köçüb getmişlər. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir ki, onunla X19 arasında Torpağa mülkiyyət Hüququna dair JN-0002 KOD 30409048 saylı Dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus 13.88 hektar torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılsın.

4. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Bəyzad Həsən oğlu və ailə üzvlərinə məxsus torpaq sahəsi onun torpaq sahəsi ilə qonşudur. 2001-ci ildə X19 özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini İddiaçı satmışdır. Sonradan Bəyzad və ailə üzvləri Rusiyaya çıxıb getmişlər. Həmin vaxtdan torpaq sahəsi İddiaçı istifadəsindədir.

5. X8 məhkəmə iclasında göstərdi ki, X19 onun qardaşının qayınatasıdır. X19 1999- 2001-ci illərdə özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini İddiaçı satmışdır. X2 ailə üzvləri ilə birlikdə Rusiyaya çıxıb getmişdir. Həmin vaxtdan torpaq sahəsi İddiaçı istifadəsindədir.

6. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-760/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə X19 arasında Torpağa mülkiyyət Hüququna dair JN-0002 KOD 30409048 saylı Dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus 13.88 hektar torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi qət edilmişdir (hakim Çingiz İsgəndərov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29, 60-cı maddələrinə, 71-ci maddəsinin İİ-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 157.1, 157.8, 238, 324.1, 324.2, 324.4, 335.2, 405.1-ci maddələrinə, “İ.K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 mart 2006-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77, 78, 88, 106.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Behzadayevna apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)- 760/2022 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-760/2022 nömrəli qətnaməsini əsassız və qeyri obyektiv hesab edir. Həmin qətnaməni mübahisələndirir, idiaçının iddiası rədd edilməli idi. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış hesab edilməlidir, həmçinin maddi hüquq normaları pozulmuşdur.

10. Vaxtı ilə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Bildirir ki, “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-nin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-nin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Göründüyü kimi İddiaçı ilə X14 arasında qeyd olunan 13.88 hektar torpaq sahəsinə dair hər hansısa şifahi və yazılı əqd bağlanmamışdır. Məhkəmə tərəfindən ilk növbədə belə bir əqdin mövcud olub-olmadığı araşdırılmalı, Konstitusiya Məhkəməsinin qərarında göstərilən şərtlərin mövcud olubolmadığına aydınlıq gətirilməli idi. Məhkəmədə işə baxılarkən vaxtı ilə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin adı çəkilərək həmin maddəyə formal şəkildə istinad olunsa da, qeyd olunan maddənin tələbləri tətbiq edilməmiş, bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir.

11. Bildirir ki, iddiaçının iddia ərizəsində göstərdikləri yalandır. Belə ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0002 KOD 30409048 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən X7 və ailə üzvlərinin birgə mülkiyyətlərinə 13.88 ha pay torpaq sahəsi verilmişdir. X14 1998-ci ilin sentyabr ayında öz ailə üzvləri ilə birlikdə ölkədən köçüb getmişdirlər. X14 gəzmək məqsədi ilə 2003-cü ilin avqust ayında Azərbaycan Respublikasına gəlmiş və həmin zaman İddiaçı ilə X18 şifahi formada razılığa gəliblər ki, 13.88 ha torpaq sahəsi nəzarətsiz qalmasın deyə İddiaçı həmin torpaq sahəsinə baxıb nəzarət etsin və bununla yanaşı torpaqdan da müvəqqəti istifadə etsin. X14 buna görə İddiaçı hər hansısa haqq da tələb etməmişdir. Bəyzada Hüseynov qudası Ömər Zamanova bütün bu işlərə nəzarət etməsini tapşırmışdır. Yəni, İddiaçı ilə X14 arasında qeyd olunan 13.88 hektar torpaq sahəsinin alqı-satqısına dair hər hansısa razılaşma olmamış, onların arasında hər hansısa şifahi və yazılı əqd bağlanmamış, aralarında hər hansısa pul söhbəti olmamışdır. Belə bir razılaşma olsa idi X14 və Ömər Zamanov digər torpaq mülkiyyətçilərini bu barədə məlumatlandırardı. Ən əsası isə X7 qanunla da belə bir səlahiyyəti olmamışdır ki, digər mülkiyyətçilərin paylarını özbaşına olaraq digər şəxslərə sata bilsin. X14 xx.xx.2007-ci il tarixində, Ömər Zamanov isə xx.xx.2021-ci il tarixində vəfat etdiyindən hal-hazırda onların məhkəmə proseslərinə cəlb edilməsi mümkün deyildir. Bəyzada Hüseynov öləndən sonra isə onun həyat yoldaşı X15 İddiaçı bu məqsədlə etibarnamə vermişdir ki, Cəfərsadıq dövlətdən əkin-biçinə görə subsidiya ala bilsin. Çünki, Cəfərsadıq özü X6 bu barədə xahiş etmişdir. Həİa X10 belə bir təklif də irəli sürmüşdür ki, digər mülkiyyətçilər ilə danış pul müqabilində həmin torpaq sahəsini ona satsınlar. Digər mülkiyyətçilər isə onun bu təklifi ilə razılaşmamışlar. Göründüyü kimi əgər torpaq sahəsi vaxtı ilə Cəfərsadıqa satılmışdırsa onda o, niyə görə sonradan belə bir təklifi irəli sürürdü. İddiaçı isə torpaq mülkiyyətçilərindən X12 cavabdeh qismində məhkəməyə verməklə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə isə dövlət aktında adları qeyd olunan bütün mülkiyyətçiləri prosesə cəlb etmədən, onların fikrini öyrənmədən qətnamə qəbul etmişdir. İddiaçı məhkəmədə iddia qaldırarkən X15 Azərbaycan Respublikasında olmamış, bu səbəbdən də məhkəmə iclasları barədə xəbərdar olmamışdır. Baxmayaraq ki, məhkəmə qətnaməsində qeyd olunur ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X15 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Yəni məhkəmədə işə birtərəfli qaydada baxılmışdır. Göründüyü kimi qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan sadalanan bu və digər faktiki hallar aydınlaşdırılmamışdır. Bu halların məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, iddiaçının iddiası tamamilə rədd ediləcəkdi. Məlumat üçün bildirir ki, məhkəmənin qətnaməsi X13 və ailəsindən heç kəsə rəsmi qaydada təqdim edilməmişdir. Çünki onlar Azərbaycan Respublikasında yaşamırlar.Torpağa Mülkiyyət Hüququna Dair JN-0002 KOD 30409048 saylı Dövlət Aktında göstərilən mülkiyyətçilərdən biri də, Maraqlı şəxs Behzadayevnadır (Bəyzadayevnadır). Həmin qətnamə mülkiyyətçilərdən biri olaraq onun da maraqlarına toxunur. Belə ki, qətnamənin mövcudluğundan xəbər tutandan sonra o bacısı Maraqlı şəxs Behzadayevnanın nümayəndəsi olaraq xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək hazırki qətnamənin surətini rəsmi qaydada əldə etmişdir.

12. Əqdin etibarlılığı barədə İddiaçı tərəfindən onun ilə X14 arasında 2001-ci ildə 13.88 ha torpaq sahəsinə dair hər hansısa yazılı və şifahi formada əqd bağlanması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Sadəcə olaraq iddiaçı tərəfindən məhkəməyə gətirilmiş, iddiaçı tərəfindən əvvəlcədən öyrədilmiş şahidlər olan X5 və X21 iddiaçının xeyrinə yalandan ifadələr vermişlər. Məhkəmə heç bir mötəbər sübuta əsaslanmadan, yalnız iddiaçının və yalançı şahidlərin dediklərinə və formal mülahizələrə əsaslanıb qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən iddiaçının xeyrinə müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş hesab edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında hüquq və vəzifələrinə toxunan şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər.

16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

17. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər;

18. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir;

19. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

20. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

22. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

23. Maddə 335. (24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmışdır). Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

24. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

25. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

26. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

27. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

28. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

29. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

30. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

31. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarı: .... MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.

32. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: ...Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yaşayış evinin alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir.

33. “Ə.Qəhrəmanov və İ.Qəhrəmanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 22 dekabr 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarı: ..... Məhkəmə aktlarında istinad edilən MM-in həmin dövrdə qüvvədə olmuş 335.2-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qeyd olunan maddəyə əsasən bağlanmış hesab edilməsi yalnız qanunvericilikdə belə müqavilələrin bağlanması və səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilməsi üçün müəyyənləşdirilmiş qaydaları və tələbləri ciddi nəzərə almaqla həyata keçirilə bilər. Əks halda bu, sözügedən əqdlərin qanunun tələblərindən yan keçməklə rəsmiləşdirilməsinə və nəticədə mülki dövriyyə iştirakçılarının hüquq və qanuni mənafelərinin pozulması riskinin artmasına gətirib çıxara bilər. MM-in tərəflər arasında hüquq münasibətləri yaranarkən qüvvədə olmuş redaksiyası nəzərdə tuturdu ki, əqdin etibarlı olması üçün bu Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir (maddə 329.1); əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur və bu cür əqd əhəmiyyətsiz sayılır (maddə 335.1); bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1); bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (maddə 394); daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır, daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir (maddə 647.1 və 647.2). Göründüyü kimi, qanunvericilik daşınmaz əmlakın alğı-satqısına dair əqdlərin bağlanması üçün ilk növbədə, həmin əmlaka mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və belə müqavilələrin notariat qaydasında təsdiqlənməsi kimi birmənalı göstərişlər nəzərdə tutmuşdur. Bu göstərişlər mülki qanunvericiliyin əsas vəzifələrindən olan mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə xidmət edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə.217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 357.1, 357.2. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

41. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

43. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

44. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

47. Apellyasiya şikayətinin məzmunundan görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-760/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-760/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

49. Belə ki, iddinaı təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı halda tərəflərin arasında mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair şifahi müqavilə vardır. Belə olan vəziyyətdə iddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra edib razılaşmalarına əsasən torpaq sahəsinin dəyərini hazırki iş üzrə cavabdeh tərəfə ödəmiş, tərəflərdən biri kimi notariatda təsdiq edilməli olan əqdi tamamilə icra etmiş, digər tərəf isə sözügedən müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. İddiaçı qeyd olunan daşınmaz əmlakın mülkiyyətçisi olmadığından həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək imkanı yoxdur, bu səbəbdən məhkəmədə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı iddia qaldırmışdır.

50. Məhkəmə kollegiyası gəlinən nəticə ilə razılaşmayarkən əvvəla qeyd edir ki, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

51. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).

52. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin, şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi). Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri).

53. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan(bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi)əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradanəqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qətiqərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.

54. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.

55. Kollegiya apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, hazırki iş üzrə isə tərəflər arasında ümumiyyətlə yazılı əqd mövcud olmadığı halda, birinci instansiya məhkəməsi şifahi əqdi etibarlı hesab etmişdir. Halbuki, qanunvericiliyin normasında (artıq qüvvədən düşmüş) tərəflər arasında yazılı formada bağlanmış əqdin etibarlı hal gətirilməsi nəzərdə tutulurdu.

56. İşin digər hallarından görünür ki, mübahisəli torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında cavabdehə və onun ailə üzvlərinə məxsus olsa da, birgə mülkiyyətçilərin torpağın satılmasına dair hər hansı qaydada iradə ifadəsinin və ya razılığın bildirilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır.

57. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətin dəlilləri ilə razılaşaraq, hesab edir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-760/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-760/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar