Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-269/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Məmmədovadan katibliyi, İddiaçı1 KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 2(008)-646/2017 saylı qətnaməsindən İddiaçı1 KB ASC, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 KB ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X3 qarşı borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası Mürki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 209.083,00 ABŞ dollar əsas borcu, 47.970,54 ABŞ dolları faiz borcu, 36.304,56 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 293.358,10 ABŞ dollar borcu olmaqla, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi 60 manat məbləğində pulun tutulması, tutmanın onun mülkiyyətində olan Abşeron rayon, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinə və Cavabdeh3 mülkiyyətində olan “X13” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, qeyd olunan əmlakların hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50.000 manat məbləğində, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinin ilkin satış qiymətinin 85.000 manat məbləğində müəyyən edilməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinə tutuma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və X2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 KB ASC ilə Cavabdeh2 arasında 09.06.2011-ci il tarixli 26Y/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 15.09.2014-cü il tarixli 26Y/11-6 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 52 ay müddətinə, illik 17% ödəmək şərti ilə 245.000 ABŞ dollar məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc alan krediti qəbul etməyi, bu müqavilə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, onun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsisində yerləşən 92a saylı evin, 49 saylı mənzili və Cavabdeh3 mülkiyyətində olan “X13” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 2(008)-646/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı1 KB ASC ilə Cavabdeh2 arasında 09.06.2011-ci il tarixli 26Y/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 15.09.2014-cü il tarixli 26Y/11-6 saylı əlavə kredit müqaviləsindən irəli gələn 209.083,00 ABŞ dolları əsas borc, 47.970,54 ABŞ dolları faiz borcu, 3.000 ABŞ dollar cərimə borcu olmaqla cəmi 260.053,54 ABŞ dolları borc (qətnamənin icra olunduğu vaxta məzənnəyə uyğun manatla) Cavabdeh2 tutularaq İddiaçı1 KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsisində yerləşən 92a saylı evin, 49 saylı mənzili və Cavabdeh3 mülkiyyətində olan “X13” minik markalı, **- VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən 209.083,00 ABŞ dolları əsas borc, 47.970,54 ABŞ dolları faiz borcu, 3.000 ABŞ dollar cərimə borcu olmaqla cəmi 260.053,54 ABŞ dolları borcun (qətnamənin icra olunduğu vaxta məzənnəyə uyğun manatla) İddiaçı1 KB ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 92a ünvanda yerləşən, 49 nömrəli 3 otaqlı mənzilinin ilkin satış qiyməti 102.000 (yüz iki min) manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 63.000 (altmış üç min) manat müəyyən edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı1 KB ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 2(008)-646/2017 saylı qətnaməsinin qismən ləğv edilməsi, tələb olunan 36304,56 ABŞ dolları cərimə borcunun təmin edilməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinə tutuma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və X2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən İddiaçı1 KB ASC-nin iddia tələbinin ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsi, 0.025 ha torpaq sahəsinə və onun üzərində yerləşən 10/2A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılması və Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 və X2 çıxarılması tələbinin təmin edilməməsidir. Halbuki, həmin Qanunun 59.3-cü maddəsinə əsasən, bir mənalı olaraq qeyd olunmuşdur ki, ipoteka predmeti kimi çıxış edən əmlaka tutma yönəldikdə və o satıldıqda ipoteka qovan və onunla birlikdə yaşayan ailə üzvləri və dieər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir av ərzində tərk etməlidirlər. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka predmeti kimi çıxış edən əmlaka tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi üçün iki şərt nəzərdə tutulmuşdur ki, onun birinci şərti ipoteka predmeti ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərti isə ipoteka qovanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmasıdır. Bundan əlavə, bank ipoteka saxlayan kimi hüquqlarından istifadə edərək ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqda ipoteka predmetinin satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmasını “İpoteka haqqında” Qanunun müvafiq maddəsi olan 59.3-cü maddəyə əsasən tələb edir. Qeyd olunan səbəbdən Sabunçu Rayon Məhkəməsi tərəfindən İddiaçı1 KB ASC-nin iddia tələbinin “ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və onlar satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahələrindən cavabdehlərin çıxarılması hissəsində təmin edilməməsi tamamilə qanunsuz və əsassızdır. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 2(008)-646/2017 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsində bu işlə bağlı gedən məhkəmə proseslərindən onun xəbəri olmamış, məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş, o cümlədən iş üzrə qəbul edilmiş qətnamə ona göndərilməmişdir. Elə buna görə də keçirilən proseslərdə iştirak edib özünü müdafiə edə bilməmişdir. Məhkəmənin icraatında belə bir işin olmasından və iş üzrə yekun qətnamə qəbul edilməsindən sonradan Cavabdeh2 tərəfindən verilən məlumat əsasında xəbəri olmuşdur. Hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barəsində qanunverciliklə müəyyən edilmiş qaydada və müddətdə xəbərdar edilmədiyi halda, məhkəmə onun iştirakını təmin etmədən yekun qətnamə qəbul etməklə prosessual pozuntuya yol vermişdir ki, bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlillərindən aslı olmayaraq ləğv edilməsi üçün mühüm əsasdır. Çünki şəxsin məhkəmədə iştirakının təmin edilməsi, onun iddia ərizəsinə və iş materiallarında olan sənədlərə münasibətinin öyrənilməsi, özünün müdafiəsi üçün ona şərait yaradılması Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə müəyyən olunmuş məhkəmə müdafiəsi hüququnun, tərəflərin hüquq bərabərliyinin və çəkişmə prinsipinin tərkib hissəsidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalı və bu barədə onlara məhkəmə bildirişləri göndərilməlidir. Lakin sözügedən mülki iş üzrə Sabunçu rayon Məhkəməsinin icraatında gedən məhkəmə proseslərinin vaxtı və yeri barəsində ona hər hansı məhkəmə bildirişi göndərilməmiş, eləcə də, bu iş barəsində hər hansı formada məlumatlandırılmamışdır. Həmçinin, bildirir ki, qəbul edilmiş məhkəmə qətnaməsi rəsmi qaydada ona təqdim edilməmişdir. Cavabdeh3 apellyasiya şikayətinə əlavə təqdim edərək, qətnamənin ipoteka predmeti olan “X13” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 2(008)-646/2017 saylı qətnaməsinin təmin edilən hissəsində ləğv olunmasını və iddia tələbinin tamamilə rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ipoteka predmetləri düzgün qiymətləndirilməmişdir. Borc məbləği şişirdilmiş, bununla bağlı ekspertiza keçirilməmişdir. O, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 KB ASC-nin nümayəndəsi X5 öz apellyasiya şikayətlərini müdafiə edib, cavabdehlərin apellyasiya şikayətlərini qəbul etməyərək, öz apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh olan apellyatorlara ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada onlara göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh olan apellyatorlar lazımi qaydada məlumatlandırmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipini pozmuşdur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 387.2.2ci maddəsi işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmasını, şikayətin dəlillərindən asılı olmadan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və cavabdehlərin apellyasiya şikayətlərinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 09.06.2011-ci il tarixli 26Y/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 15.09.2014-cü il tarixli 26Y/11-6 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 52 ay müddətinə, 15 yanvar 2019-cu il tarixinədək illik 17% ödəmək şərti ilə 245.000 ABŞ dollar məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə borc alan krediti qəbul etməyi, bu müqavilə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən kreditin təminatı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsisində yerləşən 92a saylı evin 49 saylı mənzil və “X13” minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobildir. İş materiallarında olan 09.06.2011-ci il tarixli 26Y/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 15.09.2014-cü il tarixli 26Y/11-6 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə 18.03.2015-ci il tarixli sazişdən məlum olur ki, verilmiş kreditin faiz dərəcəsi 16 faiz, kreditin qaytarılmasının son müddəti 15.12.2020-ci il tarixi müəyyən edilmişdir. İş materiallarından 09.06.2011-ci il tarixli 26Y/11 saylı əsas kredit müqaviləsinə 27.02.2014cü il tarixli əlavə sazişdən görünür ki, tərəflər arasında bağlanmış 09.06.2011-ci il tarixli 26Y/11 saylı Əsas kredit müqaviləsinin 1.1-ci bəndində qeyd olunan əsas kredit müqaviləsinin məbləği artırılaraq ******* AZN və müddəti artırılaraq 09.06.2019-cu ilə kimi müəyyən edirir və həmin müqavilənin 6.1ci bəndinə əlavə olaraq “X13” markalı nəqliyyat vasitəsi və ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin ipotekası ilə təmin edilir. Əsas kredit müqavildəsinin digər şərtləri dəyişdirilmədən saxlanılır. İş materiallarında olan 27.02.2014-cü il tarixli 26 YG/11 №-li girov müqaviləsindən görünür ki, 27 fevral 2014-cü il tarixli, 26 YG/11 №-li kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 tərəfindən “X13” minik markalı, buraxılışı 2012-ci il olan, ağ mirvari rəngli minik avtomobili 09.06.2011-ci il tarixli 26Y/11 saylı əsas kredit müqaviləsinə əlavə saziş üzrə İddiaçı1 KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən girov qoyan 09.06.2011-ci il tarixli, 26Y/11 saylı Əsas Kredit Müqaviləsinə əlavə saziş üzrə və bu müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərin təminatı olaraq “X13” markalı nəqliyyat vasitəsini girov saxlayana girov qoyur. İş materiallarında olan 27.02.2014-cü il tarixli 26 YG/11№-li girov müqaviləsinə dəyişikliklər edilməsi barədə 12 mart 2015-ci il tarixli sazışdən görünür ki, girov müqaviləsinin müddəti artırılaraq 12.03.2030-cu il tarixə kimi müəyyən edilmişdir. İş materiallarında olan 26yi/11-5 saylı 12 mart 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 ilə onun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evi 09.06.2011-ci il tarixli 26Y/11 saylı əsas kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün İddiaçı1 KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavuilənin 1.3-cü bandinə əsasən Bu müqavilə ipoteka saxlayanla Borc alan arasında bağlanmış 09.06.2011 -ci il tarixli 26y/11 saylı Əsas kredit müqaviləsi və bu müqaviləyə 12.03.2015-ci il tarixli Əlavə saziş və Əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Borc alanın öhdəliklərinin təmin edilməsi məqsədilə bağlanır. Buna uyğun olaraq göstərilən daçınmaz əmlaka dair ipoteka saxlayanın ipoteka hüququ Əsas kredit müqaviləsi çərçivəsində Borc alan neçə dəfə kredit verilməsindən asılı olmayaraq Əsas kredit müqaviləsi çərçivəsində Əlavə kredit müqavilələri bağlanılmaqla Borc alan tərəfindən alına bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. Tərəflərin razılaşması ilə ipoteka predmeti 50.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 26yi/11-6 saylı 12 mart 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 ilə onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin 49 saylı mənzili 09.06.2011-ci il tarixli, 26Y/11 saylı əsas kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün İddiaçı1 KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavuilənin 1.3-cü bandinə əsasən Bu müqavilə ipoteka saxlayanla Borc alan arasında bağlanmış 09.06.2011 -ci il tarixli 26y/11 saylı Əsas kredit müqaviləsi və bu müqaviləyə 12.03.2015-ci il tarixli Əlavə saziş və Əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Borc alanın öhdəliklərinin təmin edilməsi məqsədilə bağlanır. Buna uyğun olaraq göstərilən daçınmaz əmlaka dair ipoteka saxlayanın ipoteka hüququ Əsas kredit müqaviləsi çərçivəsində Borc alan neçə dəfə kredit verilməsindən asılı olmayaraq Əsas kredit müqaviləsi çərçivəsində Əlavə kredit müqavilələri bağlanılmaqla Borc alan tərəfindən alına bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. Tərəflərin razılaşması ilə ipoteka predmeti 85.000 manat məbləöində qiymətləndirilmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı, 13.03.2015-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evi İddiaçı1 KB ASC-nin “Yasamal” filialının xeyrinə 12.03.2030-cu il tarixədək ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı, 14.03.2015-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin 49 saylı mənzili İddiaçı1 KB ASC-nin “Yasamal” filialının xeyrinə 12.03.2030-cu il tarixədək ipoteka ilə yüklü edilmişdir. İş materiallarından AR DİN BDYPİ-nin “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” AA seriyalı, 117819 saylı, 27 fevral 2014-cü il tarixli çıxarışdan görünür ki, “X13” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı girov hüququ qeydiyyata alınmışdır. İş materiallarından Cavabdeh1 tərəfindən 10.03.2015-ci il tarixdə yazılmış və notariat qaydasında təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, həyat yoldaşı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin 49 saylı mənzilin İddiaçı1 KB ASC-nin xeyrinə ipotekaya qoyulmasına etiraz etməmiş, ipoteka qoyulmuş əmlaka ödəniş edildiyi halda öhdəsinə görürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. İş materiallarından Abşeron rayonu, Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 mart 2015-ci il tarixli, 1580 saylı arayışının surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 10/2A saylı fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olmaqla, həmin ünvanda qeydiyyatda heç kim yoxdur. İş materiallarından Nərimanov rayon MKTB-nin 54 saylı MKİS-nin 10.03.2015-ci il tarixli, 54/148 saylı arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilində Cavabdeh1 qeydiyyatdadır. İş materiallarında olan 09.06.2016-cı il tarixli pretenziya məktublarından göründüyü kimi iddiaçı tərəfindən Cavabdeh2 borcun ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 18.07.2016-cı və 10.10.2016-cı il tarixli bildirişlərdən görünür ki, cavabdeh tutmanın ipoteka predmetinə yönəlməsinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İddiaçı1" KB tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanmış 26.07.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan “İddiaçı1" KB tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 26.07.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsi, 0.025 ha torpaq sahəsinə və onun üzərində yerləşən 10/2A saylı fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan “İddiaçı1" KB tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan şöbəsinə ünvanlanmış 19.10.2016-cı il tarixli ərizədən görünür ki, İddiaçı1 KB ilə Cavabdeh3arasında bağlanmış 27.02.2014-cü il tarixli 26YG/11 saylı girov müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan “X13” minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 30.07.2016-cı il tarixli məktubdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinə dair tutmanın yönəldilməsi barədə bilidirş qeydə alınmışdır. İş materiallarında olan İddiaçı1 KB ASC tərəfindən verilmiş sonuncu 23.05.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Məhəmmədəli oğlunun İddiaçı1 KB ASC-yə 209.083,00 ABŞ dollar əsas borcu, 47.970,54 ABŞ dollar faiz borcu, 36.304,56 ABŞ dollar cərimə borcu olmaqla cəmi 293.358,10 ABŞ dollar borcu vardır. İş materiallarında olan 20.10.2017-ci il tarixli 35 saylı məhkəmə-əmtəəşunaslıq ekspertizasnın rəyindən görünür ki, Cavabdeh2 Məhəmmədəli oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 92a ünvanda yerləşən, 49 nömrəli 3 otaqlı mənzilinin 19.10.2017-ci il tarixinə təşəkkül tapan qiyməti 102.000 (yüz iki min) manat təşkil edir. İş materiallarında olan 20.10.2017-ci il tarixli 36 saylı məhkəmə-əmtəəşunaslıq ekspertizasnın rəyindən görünür ki, Cavabdeh2 Məhəmmədəli oğluna məxsus Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.P.Vaqif küçəsində yerləşən 0.025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinin 19.10.2017-ci il tarixinə təşəkkül tapan qiyməti 63.000 (altmış üç min) manat təşkil edir. Belə ki, iş materiallarında olan İddiaçı1 KB ASC tərəfindən Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş 19.10.2016-cı il tarixli ərizənin surətindən görünür ki, “X13” minik markalı, buraxılışı 2012-ci il olätı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti olaraq müəyyənləşdirilmişdir və qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan AC 044989 nömrəli, 27.02.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X13” minik markalı, buraxılışı 2012-ci il olan, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 117819 nömrəli, 27 fevral 2014-cü il tarixli çıxarışdan aydın olur ki, “X13” minik markalı, buraxılışı 2012-ci il olan, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında yüklü edilməsini nəzərdə tutan müvafiq ipoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin reyestrindən edilmiş RX seriyalı ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0.025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evi 09.06.2011 -ci il tarixli, 26y/11 saylı Əsas kredit müqaviləsi və həmin müqaviləyə 12.03.2015-ci il tarixli əlavə sazişdən irəli gələn öhdəliklərin icrası üçün 12.03.2030-cu il tarixinədək İddiaçı1 KB ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin reyestrindən edilmiş RX seriyalı 0620678 №-li çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 92 A, 49 saylı mənzil 09.06.2011-ci il tarixli, 26y/11 saylı Əsas kredit müqaviləsi və həmin müqaviləyə 12.03.2015-ci il tarixli əlavə sazişdən irəli gələn öhdəliklərin icrası üçün 12.03.2030-cu il tarixinədək İddiaçı1 KB ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından apellyasiya mərhələsində keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27.08.2019-cu il tarixli, 18336 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmayan “X13” markalı, 2012-ci il buraxılışlı, mühərrik gücü 4000 kub.sm olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 68000 manat müəyyən olunur. İş materiallarından apellyasiya mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 24.12.2019-cu il tarixli, 18336 saylı rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları və 15 sentyabr 2014-cü il tarixli 26Y11-6 saylı əlavə kredit müqaviləsinin və 18 mart 2015-ci il tarixli “Əlavə Sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh2 23 may 2017-ci il tarixə İddiaçı1 KB ASC-yə olan borcu ümumilikdə 256545,58 ABŞ dolları təşkil edir: əsas borc 208686,76 ABŞ dolları, faiz borcu 47858,83 ABŞ dolları. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı1 KB ASC ilə Cavabdeh2 arasında 09.06.2011-ci il tarixli, 26Y/11 saylı əsas kredit müqaviləsi çərçivəsində 15.09.2014-cü il tarixli əlavə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 52 ay müddətinə 245000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri icra edilsə də, cavabdeh üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. Buna görə də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı hissədə iddia qismən təmin olunmalı, ekspertin rəyi nəzərə alınmaqla, Cavabdeh2 iddiaçının xeyrinə 208686,76 ABŞ dolları əsas borc, 47858,83 ABŞ dolları faiz borcu alınacaq gündə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla tutulmalıdır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. MM-nin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Kollegiya dəbbə pulu məbləği ilə bağlı hesab edir ki, 36304,56 ABŞ dolları məbləğində cərimə (dəbbə) məbləği tənasübsüz surətdə yüksək məbləğ olmaqla, həmin hissədə iddia qismən təmin edilərək, dəbbə pulu azaldaraq 20000 ABŞ dolları müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədə uyğundur. MM-nin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-nin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. MM-nin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca icra edilməmişdir. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğundan və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetləri olan Abşeron rayon, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinə və girov predmeti olan “X13” minik markalı, **- VU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə tutma yönəldilməlidir. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Kollegiya hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi nəticəsində tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyənləşdirərək, müvafiq rəylər alınmışdır. Belə ki, həmin rəylərlə Cavabdeh2 Məhəmmədəli oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 92a ünvanda yerləşən, 49 nömrəli 3 otaqlı mənzilinin 19.10.2017-ci il tarixinə təşəkkül tapan qiyməti 102.000 manat, Cavabdeh2 Məhəmmədəli oğluna məxsus Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.P.Vaqif küçəsində yerləşən 0.025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinin 19.10.2017-ci il tarixinə təşəkkül tapan qiyməti 63.000 manat, “X13” markalı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 68000 manat təşkil etməsi müəyyən olunmuşdur. Kollegiya qiymətləndirmə ilə bağlı rəylərə qiymət verərək, hesab edir ki, qiymətləndirici tərəfindən rəylər kifayət qədər əsaslandırılmış, ipoteka predmetinin mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, ipoteka poedmetlərinin ilkin satış qiymətləri rəylərə uyğun müəyyən olunmalıdır. Kollegiya apellyator Cavabdeh2 ipoteka predmetinin ucuz qiymətləndirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator işdə olan ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı olan rəyləri şübhə altına ala biləcək sübutlar təqdim etməmişdir. MM-nin 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinə tutuma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və X2 çıxarılması hissələrində təmin olunmalıdır. Kollegiya hesab edir ki, iş materialları ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 60 manat ödənilməsi müəyyən olunduğundan, həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia təmin edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh2 aid edilməli və ondan 28,2 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 270 manatın 253,8 manatı Cavabdeh2, 16,2 manatı İddiaçı1 KB ASC-dən alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 KB ASC, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 2(008)- 646/2017 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı1 KB ASC-nin xeyrinə 09.06.2011-ci il tarixli, 26Y/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 15.09.2014-cü il tarixli, 26Y/11-6 saylı əlavə kredit müqaviləsinə əsasən 208686,76 (iki yüz səkkiz min altı yüz səksən altı ABŞ dolları yetmiş altı sent) ABŞ dolları əsas borc, 47858,83 ABŞ (qırx yeddi min səkkiz yüz əlli səkkiz ABŞ dolları səksən üç sent) ABŞ dolları faiz borcu, 20000 (iyirmi min) ABŞ dolları cərimə, cəmi 276545,59 (iki yüz yetmiş altı min beş yüz qırx beş ABŞ dolları əlli doqquz sent) ABŞ dolları alınacaq gündə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və 28,2 (iyirmi səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat xidmət haqqı tutulsun. Tutma ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Abşeron rayon, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinə və Cavabdeh3 mülkiyyətində olan “X13” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılması yolu ilə borc ödənilsin. Abşeron rayon, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 63000 (altmış üç min) manat müəyyən edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinin ilkin satış qiyməti 102000 (yüz iki min) manat müəyyən edilsin. “X13” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 68000 (altmış səkkiz min) manat müəyyən edilsin. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X14 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinə tutuma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılsın. Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və X6 çıxarılsınlar. Ekspertiza tədqiqatının dəyəri olan 270 (iki yüz yetmiş) manatın 253,8 (iki yüz əlli üç manat səksən qəpik) manatı Cavabdeh2, 16,2 (on altı manat iyirmi qəpik) manatı İddiaçı1 KB ASC-dən tutulub, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-269/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-269/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver