Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2690/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Fərəh Qulam qızının katibliyi, İddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5236/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İKB ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 2-Z1-1-0- 408-15 nömrəli kredit müqaviləsi ləğv edilməsi, cavabdeh X2 və Cavabdeh2 3625,79 manat əsas borc, 12,66 manat faiz borcu olmaqla ümumilikdə 3638,45 manat borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı X1 xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 28 faizlə 36 ay müddətinə 8000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq xx xxxxxxxx 2015-ci il tarixli Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2016-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 6641.22 USD Mərkəzi Bankın xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə kovnertasiya edilməklə 1350.51 AZN təşkil edir, kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2019-ci il oktyabrın 21dək Cavabdeh1 banka xx xxxxxx 2016-cü il tarixli kredit müqaviləsi üzrə 3625.79 AZN əsas borc, 12.66 AZN faiz borcu olmaqla ümumilikdə cəmi 3638.45 AZN borcu vardır. xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5236/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 2-Z1-1-0-408-15 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 3625,79 manat əsas borc, 12,66 manat faiz borcu olmaqla ümumilikdə 3638,45 manat borc və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5236/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətinin geri götürülməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Ərizədə iddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 Hacıbağa oğlu və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Nərimanov rayon Məhkəməsinin 2(005)- 5236/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinanın qəbul edilməsi və apellyasiya icraatına xitam verilməsi xahiş edilmişdir. Apellasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5236/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5236/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilsin. Cavabdeh1 iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə görə 120 (yüz iyirmi) manat məbləğində xərc dövlət büdcəsinin xeyrinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2690/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2690/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver