Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2690/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2395/2007 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35.000 ABŞ dolları əsas, 5.248 ABŞ dolları faiz, 7.875 ABŞ dolları cərimə olmaqla, cəmi 48.123 ABŞ dolları məbləğində borcun və ödənilmiş 19,80 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-2395/2007 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh iddiaçı "xxxx"-nın xeyrinə 35.000 (otuz beş min) ABŞ dolları məbləğində kredit üzrə əsas borcu, 5.248 (beş min iki yüz qırx səkkiz) ABŞ dolları məbləğində faiz borcu və əsas borca hesablanan 7.875 (yeddi min səkkiz yüz yetmiş beş) ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə isə 48.123 (qırx səkkiz min yüz iyirmi üç) ABŞ dolları (ekvivalenti Milli Bankın kursuna müvafiq olaraq manatla) borc məbləği və 19.8 (on doqquz manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2395/2007 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsini üzrlü səbəbdən olduğunu nəzərə alıb, apellyasiya şikayətinin verilməsi üçün müddəti bərpa edib, apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2395/2007 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-2395/2007 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən buraxılmış müddətin bərpası haqqında ərizənin təmin edilməməsi, apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2395/2007 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2395/2007 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün müddətin üzrlü səbəbdən ötürüldüyü üçün müddətin bərpa edilməsini, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2395/2007 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apelyasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından cavabdeh tərəfindən verilmiş şikayətdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2395/2007 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət kağız daşıyıcıda, PDF formatında tərtib edilmiş və Cavabdeh əl imzası ilə təsdiq edilmişdir (i.v.156). Azərbaycan Respublikası MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2395/2007 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2690/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2690/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver