Məhkəmə qərarları › İş №2(103)-27/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-27/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-27/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X4 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “alğı-satqı müqaviləsinin, müqaviləyə dəyişiklik edilməsinə dair sazişin və daşınmaz əmlaklarla bağlı dövlət reyestrində aparılmış qeydin ləğv olunması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən İddiaçı1, üçüncü şəxslər “xxxx” İKB və T.Axundov tərəfindən, eyni zamanda İddiaçı2 Cavabdeh1 və qeyrilərinə qarşı “alğısatqı müqaviləsinin ləğv olunamsı və s” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsindən İddiaçı2 və üçüncü şəxslər T.Axundov və M.Bayramov tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə, Mingəçevir şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və Mingəçevir şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxx 2013-cü il tarixli, Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvamndakı ümumi sahəsi 5866,7 kvadrat metr olan "E" qeyri yaşayış binası, "4 saylı istehsalat binası" (istehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kvadrat metr olan bütün qeyri-yaşayış binalarına və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin alğısatqısına dair müqavilənin və bu müqaviləyə dəyişiklik edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli sazişin etibarsız hesab edilməsi və həmin daşınmaz əmlaklarla bağlı dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Hamin qətnamədən İddiaçı1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxx” İKB və X10 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bundan başqa, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə, Mingəçevir şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu X7 qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və Mingəçevir şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxx 2013-cü il tarixli, Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanındakı ümumi sahəsi 5866,7 kvadrat metr olan «E» qeyri yaşayış binası «4 saylı istehsalat binası» (istehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kvadrat metr olan bütün qeyri- yaşayış binalarına və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin alqısatqısına dair müqavilənin və bu müqaviləyə dəyişiklik edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli sazişin etibarsız hesab edilməsi və həmin daşınmaz əmlaklarla bağlı dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsini xahiş etmişdir. Bundan başqa, İddiaçı2 cavabdehlər Cavabdeh2-yə, “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas səhmdar “xxxx” MMC tərəfindən təsdiq edilmiş Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının xx xxxx 2014-cü il tarixli, 1 №-li protokolunun etibarsız hesab edilməsi və qəbul edilmiş qərarların qanunsuz sayılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərardadı ilə İddiaçı2 hər iki iddia tələbi baxılması üçün icraatda birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsi ilə hər iki iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı2, üçüncü şəxslər T.Axundov və M.Bayramov tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı «xxxx» İKB ASC cavabdehlər Cavabdeh2-yə, Cavabdeh1 və Mingəçevir şəhəri 2 saylı Notariat Kontorunun xüsusi notariusu X8 qarşı «alqı-satqı müqaviləsinin, müqaviləyə dəyişiklik edilməsi barədə sazişin etibarsız hesab edilməsi və daşmmaz əmlaklarla bağlı dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2-yə məxsus olan, Mingəçevir şəhəri H.Əliyev prospekti 65 ünvanda yerləşən ümumi sahəsi 31.683,50 m2 olan qeyri-yaşayış binaları və onlann yerləşdikləri 14.5418 ha torpaq sahəsinin real bazar dəyərinin müəyyən olunması, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və Mingəçevir şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinin, bu müqaviləyə dəyişiklik edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli sazişin etibarsız hesab edilməsi və həmin daşınmaz əmlaklarla bağlı dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Cavabdeh2 tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 65 saylı ünvanda yerləşən ümumi sahəsi 31,68350 kv.metr olan qeyri-yaşayış binaları və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin X1 dair Mingəçevir şəhəri 2 aylı Notariat Kontorunun xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi və bu müqaviləyə dəyişiklik edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli saziş etibarsiz hesab edilməsi, həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına verilmis daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi, xx.xx.2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən 401.000 manat məbləğində pul Cavabdeh2-dən alınaraq, Cavabdeh1 qaytarılması qət edilmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin MK-nin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nin xx xxxx 2017-cı il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin MK-nin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadına əsasən ərizəçi Cavabdeh1 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasi Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayətinə əsasən mülki iş Konstitusiya Məhkəməsinin icraatı qaydasında həll edilənədək iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən Cavabdeh1 nümayəndəsi-vəkili X3 ərizəsi təmin edilmiş və mülki iş üzrə icraat təzələnmişdir. Mülki işin apellyasiya baxışı zamanı Bakı şəhəri Nərimanov rayon Məhkəməsindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli, 2(005)-16/2015 nömrəli məktubun məzmunundan görünür ki, maraqlı şəxs “xxxx” İKB ASC-nin nümayəndəsi şikayət ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, şikayətin baxılması üçün mülki işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “alğı-satqı müqaviləsinin, müqaviləyə dəyişiklik edilməsinə dair sazişin və daşınmaz əmlaklarla bağlı dövlət reyestrində aparılmış qeydin ləğv olunması” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar