Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2705/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Səyyad qızına; qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Səyyad qızının cavabdeh İddiaçı qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“maddi zərər, tikilinin sökülməsi”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil3, cavabdehlər Cavabdeh2, onun nümayəndəsi Vəkil2 və Cavabdeh1 Səyyad qızının iştirakları ilə, ilkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Səyyad qızına qarşı “dəymiş maddi zərərin ödənilməsi” ilk tələbinə, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Səyyad qızının cavabdeh İddiaçı qarşı “mülkiyyətdə olan torpaq sahəsinin üzərində olan tikilinin sökülməsi” qarşılıqlı tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 92/2023 saylı işi üzrə 12 yanvar 2023-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Səyyad qızına qarşı "dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızının hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya dəymiş ümumilikdə 992000 manat məbləğində maddi zərər, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 1414 manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Səyyad qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, ünvan 1 ünvanında onların istifadəsində olan 0.05 ha torpaq sahəsində tikilmiş yaşayış sahəsinin cavabdehin hesabına sökülməsini və əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-92/2023 saylı işi üzrə 12 yanvar 2023cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh2 951835 manat məbləğində dəymiş maddi zərərin tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, İlkin iddia tələbinin Cavabdeh1 Səyyad qızına qarşı təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Səyyad qızının cavabdeh İddiaçı qarşı "mülkiyyətində olan torpaq sahəsinin üzərində olan tikintinin sökülməsi və sahibliyinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 180.1, 180.2, 180.4, 402, 425.1, 425.2, 441-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, ilkin müqavilə üzrə öhdəliklərin Cavabdeh2 tərəfindən pozulması təsdiq edildiyindən, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5846 nömrəli 02 dekabr 2022-ci il tarixli rəyi ilə ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin hazırkı vəziyyətdə olan tikintisinə və təmirinə 951835 manat xərc çəkildiyi təsdiq edildiyindən, hazırda Cavabdeh2 öhdəliyin icrasından imtina etməklə iddiaçıya maddi zərərin vurulmasına səbəb olduğundan, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh2 951935 manat məbləğində maddi ziyan tutularaq ilkin iddia tələbi üzrə İddiaçı ödənilməlidir. İlkin iddia tələbi digər Cavabdeh1 Səyyad qızına qarşı əsaslandırılmadığından, Cavabdeh1 Səyyad qızı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmadığından, ilkin müqavilə üzrə onun tərəfindən hər hansı öhdəlik qəbul edilmədiyindən ona qarşı ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar cavabdeh İddiaçı tərəfindən aparılan tikinti işləri nəticəsində qarşılıqlı iddia üzrə iddiaçıların yaşadıqları mənzilə ciddi ziyan vurulduğuna istinad etsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdirlər. Bununla yanaşı məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən, qarşılıqlı iddia tələbində sökülməsi tələb edilən ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evinə çəkilmiş xərc - 951835 manat Cavabdeh2 tutulduğundan, həmin fərdi yaşayış evinin sökülməsi ədalətsiz olmaqla evin tikildiyi torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh2 mənafeyinə uyğun deyil. Həmçinin qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 Səyyad qızı həmin iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Odur ki, qarşılıqlı iddia təmin edilməməlidir.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2019-cu il tarixli alğı-satqı razılaşmasının surətinə əsasən, Bakı şəhəri Nazim Şükürov 2A ünvanında yaşayan Cavabdeh2 aşağıda adları qeyd olunan şəxslərin iştirakı ilə öz həyətyanı sahəsindən 5 sot torpağın müqabilində İddiaçı 20000 manat almışdır. Qalıq 80000 manatı torpaq sənədini verdikdə almalıdır. İmzalarla razılaşmanı aşağıdakı şəxslər təsdiq etmişdirlər: Cavabdeh2, İddiaçı, X10, X6 və X13;- xx.xx.2019-cu il tarixli razılaşma aktının surətinə əsasən, İddiaçı, X11, X7 və Cavabdeh2 iştirakı ilə X1 Şükürov 2A ünvanında yerləşən torpağın alğı-satqısı üçün nəzərdə tutulmuş ümumi məbləğin qalıq 80000 manat pul vəsaitindən 10000 manat əlavə olaraq ödəyişi almışdır;- xx.xx.2020-ci il tarixli razılaşma aktının surətinə əsasən, İddiaçı, Cavabdeh2, X8 və Cavabdeh1 Səyyad qızının iştirakı ilə X1 Şükürov 2A ünvanında yerləşən torpağın alqı-satqısı üçün nəzərdə tutulmuş ümumi məbləğin qalıq hissəsindən 70000 manat məbləğində pul vəsaitindən 12000 manat əlavə olaraq almışdır; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 2A (yeni qaydalarla: AZ 1074, Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi 46) fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5846 nömrəli 02 dekabr 2022-ci il tarixli rəyinə əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi 46 (köhnə qaydalarla ünvan 3 ünvanında yerləşən torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin hazırkı vəziyyətdə olan tikintisinə və təmirinə 2019-2020-ci illər üçün mövcud olan orta bazar qiymətləri ilə çəkilmiş xərclərin ümumi dəyəri təqribən 951835,0 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinin hər hansı konstruktiv elementlərinin üzərində, eləcə də yerinə yetirilmiş tikinti işləri üzrə fiziki aşınma və köhnəlmə müəyyən edilməmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab məktubuna əsasən, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi 2A saylı, fərdi yaşayış evi (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi, ev46) və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli X-726 nömrəli vərəsəlik məktubuna, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-1464/2019 nömrəli qətnaməsinə, sözügedən əmlaka dair 1973-cü ildə tərtib edilmiş texniki pasporta əsasən ilkin olaraq xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyatdan keçmişdir.Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-9 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir (iş səh. 13, 14, 15, 16, 88-89, 112-119). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İlkin iddia tələbi üzrə İddiaçı apellyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin e- 2(011)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini və mülki iş üzrə ilkin iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 443.1, 443.7, 448, 451; Mülki Prosessual Məcəllənin 106.1, 107, 119.1, 217.1, 217.4, 218.1, 218.3, 220.4, 217.3, 385.1.2, 385.1.4, 386, 387.1, 388, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Xətai rayon Məhkəməsi iddiaçı iddia tələbində dəymiş maddi zərər kimi istinad etdiyi hallardan olan cavabdehlərə xx.xx.2019cu il tarixli alğı-satqı razılaşmasına əsasən ilkin olaraq beh kimi verilən 20000 manat məbləği və daha sonra ardıcıllıqla cavabdehlərə verilən xx.xx.2019-cu il tarixli Razılaşma aktına əsasən 10000 manat, xx.xx.2020-ci il tarixli Razılaşma aktına əsasən isə 12000 manat məbləğində vəsaiti, ümumilikdə 42000 manat məbləğində nağd pulun dəymiş zərər kimi cavabdehlərdən tutulması ilə bağlı dəlillərə hər hansı bir hüquqi qiymət verməmiş və nəticədə iddia tələbi həmin hissədə təmin edilməmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 1282 manat və müvəqqəti təminat tədbiri olaraq ödənilmiş 128 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1410 manat məbləğində pul cavabdehlərdən tutulmalı olduğu halda, Xətai rayon Məhkəməsi həmin tələblə bağlı da eyni qaydada münasibət bildirməyərək ciddi maddi və prosessual pozuntu törətmişdir.
6. Cavabdeh2 apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2( 001)-92/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 180.1, 180.2, 402.1, 402.2, 402.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəflər arasında razılaşmaya hüquqi qiymət verməmiş, onu ilkin alğı-satqı müqaviləsi kimi qiymətləndirmişdir. Həmçinin həmin razılaşdırmada icra zamanı göstərilməsə də, bu əhəmiyyətli hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə iddiaçının tikdirdiyi tikintinin özbaşına olduğu qeyd etsə də, ona hüquq qiymət verməmişdir. Məhkəmə gəldiyi nəticədə ilkin iddianı təmin etsə də, hansı əsaslara görə cavabdeh tərəfindən ödənilməsi işin hallarına uyğun deyildir. Belə ki, iddiaçı ilə cavabdeh arasında tikintini özbaşına tikdirdiyinə görə məsuliyyət daşıdığı barədə müqavilə yoxdur. Belə olan halda cavabdeh tərəfindən həmin pulun ödənilməsi işin hallarına uyğun deyildir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi 46 (köhnə qaydalarla ünvan 4 ünvanında İddiaçı oğiu tərəfindən inşası iddia edilən tikilinin cavabdeh X2 mülkiyyətində olan torpaq sahəsinin bir tərəfində yerləşməklə təqribən 0.036 ha təşkil etdiyi müəyyən olunur, qərardadın ikinci sualı üzrə: X4 məxsus Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi 46 (köhnə qaydalarla ünvan 3 ünvanında yerləşən torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin hazırkİ vəziyyətdə olan tikintisinə və təmirinə orta bazar qiymətləri ilə çəkilmiş xərclərin ümumi dəyəri təqribən 951835,0 manat məbləğində müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi 46 (köhnə qaydalarla ünvan 3 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən analoji torpaq sahəsinin 1 sotunun dəyəri təqribən 20500 manat məbləğində, likvid dəyəri isə təqribən 19500 manat məbləğində müəyyən edilir. Aparılmış ekspert tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində müəyyən edilmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə etmiş, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 qarşı tərəfin əlavə olaraq 20000 manat vermək barədə təklifi ilə müdafiə etdiyi şəxsin razılaşmadığını, mübahisənin barışıq yolu ilə həll edilməsinin mümkün olmadığını qeyd etmiş, apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilk iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 iddiaçıya verilmiş 3.8 sot torpağa dair çıxarışın olduğunu, 1.2 sota dair isə çıxarışın olmadığını, evinin yararsız vəziyyətdə olduğunu, torpağı özünə ev tikmək üçün satdığını, bundan başqa iddiaçı tərəfindən aparılmış tikinti işləri nəticəsində onun evinə ziyan dəydiyini, iddiaçının pulu ona vaxtında vermədiyindən ev tikə bilmədiyini qeyd etmiş, torpağını satmaq istəmədiyini və qarşı tərəfin əlavə 20000 manat vermək təklifi ilə razılaşmadığını bildirmişdir.
11. Qeyd: tərəflərə ünvanlanmış ümumi suala cavab olaraq sonuncu ekspertiza rəyi üzrə nəticəyə dair etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
14. Mülki Məcəllənin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. (Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir – bu hissə münasibətlər yaranandan sonra əlavə edilib). 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
15. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 21, 152- 158, 425-442, 1091-1095; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385-390-ci maddələrinə maddələrinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlməmiş, müəyyən edilmiş faktlar və tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticə hasil olunmuşdur. Belə ki, ekspertizalar ilə məbləğin və ilk iddianın əsasını təşkil edən digər təfərrüatların təsdiq edildiyi halda, habelə cavabdehlərin qarşılıqlı iddialarında özləri tərəfindən bu dəlillərin etiraf edildiyi təqdirdə, birinci instansiya məhkəməsi tərəfindən bunlar nəzərə alınmamışdır. Cavabdehlərin hər ikisi qarşılıqlı iddia vermiş və tələblərində hər ikisinin iştirak etdikləri ilkin razılıq üzrə 42000 manat məbləğində nağd pul aldıqlarını etiraf etmiş, lakin razılığa gəlmək imkanlarının mümkün olmadığına müxtəlif sübuta yetirilməyən qarşılıqlı tələblər irəli sürmüşlər. Diqqətə çatdırılmalıdır ki, cavabdeh tərəf razılığa gələrkən hər ikisi potensial vərəsə kimi çıxış etmiş və gələcək mülkləri ilə bağlı razılığa gələrək maneə yaratmadan iddiaçıya möhtəşəm tikilinin inşa edilməsinə şərait yaratmışlar. İlk iddia üzrə iddiaçı iddia irəli sürdükdən sonra cavabdehlər də formal qarşılıqı iddia irəli sürmüş, yeni tikilinin özbaşına inşa edilməsi və sair sübuta yetirilməyən əsaslarla (danışıqlardan irəli gələn öhdəliklərin icrasından boyun qaçırmaqla) qüsurlu davranışlarına qanuni əsas verməyə (faktiki olaraq isə hüquqlardan sui-istifadə edib əsassız varlanaraq) və mülki məsuliyyətdən yayınmaya çalışmışlar. Qeyd edilənlərə və ekspert tərəfindən ilk iddiaçıya dəymiş zərərin məbləği 951835 manat, onun tərəfindən cavabdehlərə ödənilmiş 42000 manat məbləğində pul vəsaiti bütövlükdə iddia tələbini əhatə etdiyindən, habelə ilkin iddianı istisna edən, qarşılıqlı iddianı isə təsdiq edən əsaslar olmadığından, qətnamə qismən-ilkin iddiaya aid hissəsdə ləğv edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilk iddia tam təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. Kollegiya şikayətlərin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərclərinin onu ödəyən şəxslərə aid edilməsini, ilkin tələb üzrə iddianın verilməsi ilə bağlı xərclərin və ekspertiza xərclərinin isə cavabdehlərdən tutulmasını əsaslı hesab edir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilsin, ilkin idda üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-92/2023 saylı işi üzrə 12 yanvar 2023-ci il tarixli qətnaməsi qismən-ilkin iddia hissəsində ləğv edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızından maddi zərərə görə 992000 (doqquz yüz doxsan iki min) manat, məhkəmədə iddia qaldırılması üçün xərclərə görə 1414 (min dörd yüz on dörd) manat, cəmi 993414(doqquz yüz doxsan üç min dörd yüz on dörd) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 ( iki yüz) manat məbləğdə pul vəsaiti –cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səyyad qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.