Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2717/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-337/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Kia Cerato minik markalı, 2023-cü il buraxılışlı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 15775 manat məbləğində zərərin və iş üzrə ödənilmiş 137,32 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü il buraxılışlı, Kia Cerato minik markalı, **-EE-*** dövlət nömrə nişanlı avtomobil mülkiyyətində olmaqla bu barədə Azərbaycan Respublikası DİN-yi BDYP-si İdarəsi tərəfindən onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobil tərəfindən 7E-13216 nömrəli, xx.xx.2018-ci il tarixli etibarnamə əsasında oğlu Nümayəndə rəsmi reyestrdə qeydə alınmış daşınar əmlakın üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən edilməsi üçün Bakı şəhəri 52 saylı Notariat Kontorunda etibarnamə verilmişdir. Nümayəndə "xxxx" MMC vasitəsi ilə 067 saylı, 27 iyun 2024-cü il tarixli icarə müqaviləsi əsasında avtomobili Cavabdeh müvəqqəti istifadəsinə vermiş, cavabdeh avtomobillə hərəkətdə olduğu zaman xx.xx.2024-cü il tarixdə saat 00:25-də Bakı şəhəri, Suraxanı rayonu. Heydər Əliyev prospekti ərazisində nəqliyyat vasitəsini idarə edərkən "əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə" nəticəsində yol nəqliyyat hadisəsi törədərək avtomobilə ciddi zərər vurmuşdur. Cavabdehin barəsində DİN BDYPİnin Bakı şəhər DYPİ polis kapitanı X5 oglu tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə 40 manat məbləğində cərimə edilmişdir. Müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş qiymətləndirməyə dair hesabat sənədinə əsasən yol nəqliyyat hadisəsi zamanı cavabdeh tərəfindən mülkiyyətində olan avtomobilə 15775 manat məbləğində zərər vurulmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, icarə müqaviləsində göstərilən 500 manat pulun hamısını ödəmişdir. Nəqliyyat vasitəsinə zərər vurmamışdır. xx.xx.2024-cü il Bakı şəhər YP-nın qərarı ilə İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Maşın sürülən zaman sükan sağa və sola döndərilən zaman işləmədiyindən öz-özünə gedərək magistral yolun kənar dəmirinə dəyərək dayanmışdır. Onun qismən günahkar olmağı hakim tərəfindən qəbul olunsa, müstəqil ekspertin şişirdilmiş qərarı ilə razı deyil. İddiaçı iddiası əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-337/2025 nömrəli qətnaməsi ilə (hakim: Kərim Xudayev) iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərə görə 8532 (səkkiz min beş yüz otuz iki) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 74,27 (yetmiş dörd manat iyirmi yeddi qəpik) manat pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 63,05 (altmış üç manat beş qəpik) manat pul məbləğinin (137,32-74,27=63,05) iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pul məbləğinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmənin sonuncu iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəflər arasında bağlanan barışıq sazişinin əslini təqdim edərək, həmçinin ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-337/2025 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətindən imtinasına dair ərizəsi qəbul edilməli və mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir. İş materiallarında olan dövlət büdcəsi hesabına hüquqi yardım göstərmiş vəkilin Hesabatına əsasən vəkilin dövlət büdcəsi hesabına göstərdiyi hüquqi yardıma görə sərf etdiyi toplam vaxt 30 (otuz) saat olmaqla vəkilə ödənilməli olan haqqın miqdarı 330 ( üç yüz otuz ) ( 30 saat x 11 manat ) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin 1 və 2-ci bəndində əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, apellyasiya şikayətindən imtinaya dair ərizə qəbul edilməklə iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləglərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli 31 saylı (28 aprel 2025-ci il tarixli əlavə və dəyişikliklərlə) qərarına əsasən məhkumun hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 AZN müəyyən edilmişdir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh hüquqlarını müdafiə etməyə görə Bakı şəhəri 28 saylı Vəkil bürosunun vəkili Vəkil hər iş saatına görə 11 AZN hesab edilməklə dövlət hesabına zəhmət haqqı ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 337/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinaya dair ərizə qəbul edilsin və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Dövlət büdcəsindən hüquqi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına Vəkil 330 (üç yüz otuz) manat ödənilsin. Qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2717/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2717/2025
11.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver