Məhkəmə qərarları › İş №2(103)-2719/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2719/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2719/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə cavabdehin ərizəsi təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və müddətin bərpası barədə ərizə təmin olunsun. Şikayət təmin oluna bilməz. Müəyyən olunur ki, həqiqətən də apellyasiya şikayəti verilməsi müddəti üzrlü səbəb olmadan ötürülüb. İşin bu halı Yasamal RM-nin qərardadında düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Belə ki, qətnamə xx.xx.2022-ci ildə cavabdehin elektron kabinetinə yerləşdirilib. Cavabdeh bundan əvvəl – xx.xx.2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verib. Həmin apellyasiya şikayəti Yasamal RM-nin xx.xx.2022-ci il tarixli qərardadı ilə пукш qaytarılıb. Bu qərardadla müəyyən edilib ki, qətnamə xx.xx.2022-ci ildə cavabdehin elektron kabinetinə yerləşdirilib, apellyasiya şikayəti verilməsi müddəti bu tarixdən hesablanmalıdır, bu hesabla şikayətvermə müddəti keçib. Həmin qərardad qanuni qüvvəyə minib. Hazırda cavabdeh apellyasiya şikayəti verilməsi müddətinin bərpasını onunla əsaslandırır ki, qətnaməni xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə əldə edib, apllyasiya şikayəti verilməsi üçün qanunda müəyyən edilmiş 1 aylıq müddəti ötürmədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verib. Bununla bağlı məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş qərardadla müəyyən edilmiş hallar dəyişdirilə bilməz. Qanunu qüvvəyə minmiş qərardadla müəyyən edilib ki, cavabdeh qətnaməni xx.xx.2022-ci ildə alıb. Ona görə də apellyasiya şikayəti verilməsi müddəti həmin tarixdən hesablanmalıdır. Müddət bu tarixdən hesablandıqda buraxılmış hesab olunur. Müddətin buraxılmasının üzrlü səbəbi isə müəyyən olunmur. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Yasamal RM müddətin bərpası barədə ərizəni rədd etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar