Məhkəmə qərarları › İş №2(103)-2720/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2720/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2720/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi İsrafil Şahverdiyevin iştirakı ilə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclaısnda baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 8.124,9 manat, faiz borcu kimi 844,43 manat, cərimə kimi 25,29 manat, cəmi 8.994,62 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 109,95 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, əsas borc kimi 8.124,9 manat, faiz borcu kimi 844,43 manat, cərimə kimi 25,29 manat, cəmi 8.994,62 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 109,95 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi İsrafil Şahverdiyev apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı (kredit verən) ilə cavabdehin (kredit alanın) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1493nkNAR/20 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı cavabdehə 8.793 manat kredit verib. Kredit 60 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 25 faiz müəyyən edilib. Cavabdeh müqavilə öhdəliyini pozduğuna görə iddiaçı xx.xx.2022-ci il tarixinə olan borcun ödənilməsi üçün məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəməmühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7318 nömrəli rəyinə görə, xx.xx.2022-ci il tarixinə əsas borcun məbləği 8.134,15 manat, faiz borcunun məbləği 1.291,29 manat təşkil edir. Göründüyü kimi, mövcud borcun məbləği iddia ərizəsində tələb olunandan artıqdır. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılısn. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar