Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2723/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2023-cü il tarixli qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın ləğvedicisinin buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış ********* №-li “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.320,81 ABŞ dolları, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddətdə əsas kredit borcuna “Kredit müqaviləsinin” şərtinə əsasən hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.052,20 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 3.143,87 ABŞ dolları, “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı müddət üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına asasan hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 475,64 ABŞ dolları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 130,76 manat məbləğində pulun Cavabdeh və sonuncunun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat vermiş zamindən – iş üzrə digər cavabdeh Zamin müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, onunla Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 8.669 ABŞ dolları məbləğində Bankdan kredit almışdır. Cavabdeh kredit verilərkən iş üzrə digər cavabdeh Zamin borcalanın Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Bununla bağlı Bank ilə cavabdehlər arasında xx.xx.2014-cü il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Cavabdehlər qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra edə bilməmiş, bu səbəbdən də cavabdehlərin ödənilməmiş borcları yaranmışdır. Bank, cavabdehlərin müraciətlərini və cavabdehlərin yaranmış maliyyə çətinliklərini nəzərə alaraq xx.xx.2017-ci il tarixdə onlar ilə 02 nömrəli “Əlavə saziş” bağlamışdır. Həmin “Sazişə” əsasən cavabdehlərin kredit borcu restrukturizasiya edilmiş, ödənilməmiş borcun məbləği 7.116,2 ABŞ doları məbləğində, illik faiz dərəcəsi isə 10 faiz müəyyən edilmiş, kreditin qaytarılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Qeyd edilənlərə baxmayaraq cavabdehlər qeyd edilən müqavilələr və “Saziş” üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan borcun yalnız bir hissəsini ödəmişlər. Nəticədə cavabdehlərin iddiaçı Banka yuxarıda qeyd edilən növlərdə və məbləğlərdə borcları yaranmışdır. Borcun ödənilməsi barədə Bank tərəfindən, Bankın ləğv prosesi başlandıqdan sonra isə ləğvedici olan Fond tərəfindən cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciətlər olsa da, borc ödənilməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 130,76 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdeh tərəfin iddia tələbinə dair münasibəti barədə məlumat
3. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də Rayon Məhkəməsi işə cavabdehlərin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.320,81 ABŞ dolları (ödəniş günü üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,45 manat məbləğində pulun cavabdeh (borcalan) Cavabdeh tutularaq iddiaçı Banka ödənilməsini, iddianın qalan hissəsinin rədd edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan Cavabdeh onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır. Buna görə də, onun üzərinə həmin öhdəliyin icra edilməsi vəzifəsi qoyulmalı və əsas kredit borcun ödənilməsi məqsədi ilə ondan Bankın xeyrinə 3.320,81 ABŞ dolları pul (ödəniş günü üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış “Kredit müqaviləsi” həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasıya olunması, yəni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi gösterilməsi barədə təklifindən iddiaçı Bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı Bank Fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, qeyd edilən Fərman əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində rədd edilməlidir. Rayon Məhkəməsi zaminə - cavabdeh Zamin münasibətdə isə iddianı rədd edərək öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, kreditor olan Bank ilə borcalan Cavabdeh arasında olan kredit münasibətləri xx.xx.2020-ci il tarixədək uzadılmış və həmin tarixdə bitmişdir. İddiaçı Bakın ləğv edicisi olan Fond isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı Bankın ləğvedicisi olan Fonda həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı Bank ilə borcalan olan Cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşmür. Belə ki, Cavabdeh ilə Bank arasında bağlanmış “Kredit müqaviləsinin” yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Digər şərtlərə isə uyğun gəlmir. Aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: xx.xx.2012-ci il tarixindən sonra verilmiş; xx.xx.2019-cu il tarixinə 360 gündən artıq gecikməsi olan; xarici valyutada əsas kredit məbləği 10.000 ABŞ dollarından, milli valyutada isə 17.000 manatdan çox olmayan kreditlər. Göründüyü kimi, Cavabdeh kredit öhdəliyi yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni xx.xx.2019-cu il tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən Cavabdeh adı “restrukturizasiya olunması təklif oluna kreditlər” siyahısında olmamışdır. Cavabdeh əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına, 360 gündən az, yəni 243 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır (Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarış və MKR-dən çıxarış apellyasiya şikayətinə əlavə edilir). Bu səbəbə görə əsas kredit borcunun restrukturizasiya olunması Cavabdeh təklif olunmamışdır. Məhkəmə əsas kredit borcunu, yəni 3.320,81 ABŞ dolları restrukturizasiya olunması təklif olunan kredit olduğunu ehtimal edərək əsas kredit borcunun Cavabdeh alınaraq iddiaçıya qaytarılması qənaətinə gəlmiş və bununla da əsassız qətnamə qət etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh iddiaçı Banka onların arasında bağlanmış “Kredit müqaviləsi” üzrə cəmi borcu məbləği 7.992,52 ABŞ dolları (əsas, faiz, cərimə və illik 5% hesablanmaqla) təşkil edir. Lakin işə baxmış Rayon Məhkəməsi bu məsələni ümumiyyətlə araşdırmamışdır. Bundan başqa, Mülki Məcəlləyə əsasən iddiaçı Banka kreditor olaraq bir çox hüquqlar verilmişdir. Bu hüquqlara istinad edərək Cavabdeh faiz, cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış borc tələb olunmuşdur. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh açıq şəkildə öhdəliyini icra etməkdən boyun qaçırır. Rayon Məhkəməsi isə yalnız əsas borcu saxlamaqla kreditorun qanunvericiliklə müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozmuş, Cavabdeh bundan sonra da öhdəliyini tam şəkildə həyata keçirməməsinə şərait yaratmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, Rayon Məhkəməsi, iddianın zamin olan cavabdeh Zamin münasibətdə rədd etməklə, iş üzrə səhv nəticəyə gəlmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
9. İddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi və iş üzrə cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat
10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi Cavabdeh münasibətdə qismən təmin olunsa da, o, qətnamədən apellyasiya şikayəti verməmişdir.
11. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı Bank isə qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir.
12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
15. Belə ki, qətnamənin mübahisələndirilməyən və artıq qanuni qüvvəsini almış hissəsi ilə müəyyən edilmişdir ki, Cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan 36 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 8.669 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh həmin müqavilə ilə Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, kredit borcunu və ona hesablanmış faizləri müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında, aybaay və hissə-hissə Banka ödəyəcək.
16. Bank ilə hər iki cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, “Zaminlik müqaviləsindən” görünür ki, iş üzrə digər cavabdeh Zamin kreditor olan Bank ilə borcalan olan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə borcalanın üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və borcalanın öhdəliklərinə görə sonuncu ilə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür.
17. Bank ilə cavabdehlər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Əlavə sazişdən” görünür ki, xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” xx.xx.2017-ci il tarixdə restruktizasiya edilmişdir. Borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 7.116,20 ABŞ dolları təşkil etmişdir. Restruktizasiya edilmiş kreditin ödənilməsi müddəti illik 10% ödəmək şərti ilə xx.xx.2020-ci il tarixədək uzadılmışdır.
18. Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh kredit borcu Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və Fərmana əsasən ona 7.116,20 ABŞ dolları güzəşt tətbiq edilmişdir.
19. Apellyasiya şikayətində isə qeyd edilir ki, Emil Hüseynov ilə Bank arasında bağlanmış “Kredit müqaviləsi” həmin Fərmanın təsiri altına düşmür. Çünki xx.xx.2019-cu il tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən Cavabdeh “restrukturizasiya olunması təklif oluna kreditlər” siyahısında olmamışdır. Cavabdeh əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına, 360 gündən az, yəni 243 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır.
20. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslıdır. Belə ki, borcalan Cavabdeh MKR-dan çıxarış məlumatlarından görünür ki, onun hazırda mübahisələndirilən kredit öhdəliyi üzrə 2019-cu ilin mart ayınadək gecikmə günü 243 gün təşkil edir.
21. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına görə, aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: 2012-ci il 1 yanvar tarixindən sonra verilmiş; 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan; xarici valyutada əsas kredit məbləği 10.000 ABŞ dollarından, milli valyutada isə 17.000 manatdan çox olmayan kreditlər.
22. Lakin Cavabdeh kredit öhdəliyi üzrə gecikmə günlərinin saylı Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamış, kredit öhdəliyinin həmin Fərmanın təsiri altına düşməsi ilə bağlı səhv nəticəyə gəlinmiş, nəticədə iddia tələbinin bir qismi əsassız olaraq rədd edilmişdir.
23. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Bankın ləğvedicisi tərəfindən təqdim edilmiş hesablamalardan və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh Banka olan borcu lazımi qaydada ödəməmişdir. Bank, borcun ödənilməsini cavabdehlərdən tələb etsə də, borc ödənilməmişdir.
24. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərini nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdehlər kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər (maddə 739.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (maddə 445.7.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2.).
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
26. Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
27. İşin hallarından görünür ki, Cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, Banka olan borcunu lazımi qaydada və məbləğdə ödəməmişdir.
28. Məhkəmə, ilk öncə zamin olaraq cavabdeh Zamin kreditor olan Bank qarşısında məsuliyyəti məsələsini araşdıraraq qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
29. İddiaçı Bank ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” çərçivəsində xx.xx.2017-ci il tarixdə bağlanmış 02 №-li “Əlavə sazişə” əsasən həmin müqavilə üzrə kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı isə zaminə qarşı pul tələbi barədə ərizə ilə Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
30. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdeh Zamin aid hissədə iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin bu nəticəyə aid dəlili əsassızdır.
31. Bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışından” görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə iddiaçı Banka 3.320,81 ABŞ dolları əsas borcu, 1.052,20 ABŞ dolları “Kredit müqaviləsinin” qüvvədə olduğu müddətdə əsas kredit borcuna hesablanmış faiz borcu, 3.143,87 ABŞ dolları borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) borcu, 475,64 ABŞ dolları “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı müddət üçün hesablanmış faiz borcu, ümumilikdə 7.992,52 ABŞ dolları borcu vardır.
32. Cavabdeh borcun məbləğini mübahisələndirməmişdir.
33. Məhkəmə işdə olan sübutlara əsaslanaraq hesab edir ki, Bankın iddiası faizlərin tutulması hissəsində əsaslıdır, həmin hissədə iddia təmin edilərək Bank ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” çərçivəsində xx.xx.2017-ci il tarixdə bağlanmış 02 №-li “Əlavə sazişin” qüvvədə olduğu müddətdə əsas kredit borcuna “Sazişin” şərtinə əsasən hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.052,20 ABŞ dolları, müddəti bitdiyi tarixdən sonrakı müddət üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 475,64 ABŞ dolları məbləğində pul (ödəniş günü üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh tutularaq iddiaçı Banka ödənilməlidir.
34. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsaslıdır.
35. Cavabdeh tutulmalı olan cərimə borcuna gəldikdə isə Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).
36. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cərimə borcu əsas borc məbləğinə mütənasib olmadığından azaldılaraq 332 ABŞ dolları məbləğində müəyyən edilməklə Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.
37. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsaslıdır. h) apellyasiya baxışının nəticəsi
38. Odur ki, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələblərini və MPM-in 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Bankın iddiası yuxarıda təsvir edilən qaydada, yəni qismən təmin edilməlidir.
39. Apellyasiya şikayəti qismən təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçı ilə Cavabdeh arasında bərabər bölünməlidir. Bu məqsədlə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısı 32,69 manat məbləğində pul Cavabdeh aid edilməklə ondan iddiaçı Bankın xeyrinə tutulmalı, dövlət rüsumunun qalan yarısı isə apellyatorun özünə aid edilməlidir.
40. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-ni 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni müqavilə qüvvədə olduğu müddətdə hesablanmış faiz borcunun, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) və müqavilə müddəti bitdiyi tarixdən sonrakı müddət üçün illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış ********* №-li “Kredit müqaviləsi” və xx.xx.2017-ci il tarixdə bağlanmış 02 saylı “Əlavə sazişin” qüvvədə olduğu müddətdə əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.052 (bir min əlli iki) ABŞ dolları 20 (iyirmi) sent, “Əlavə sazişin” müddəti bitdiyi tarixdən sonrakı müddət üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 475 (dörd yüz yetmiş beş) ABŞ dolları 64 (altmış dörd) sent, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş və azaldılmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 332 (üç yüz otuz iki) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat 69 (altmış doqquz) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Nəzərə alınsın ki, hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2023-cü il tarixli qətnamənin qalan hissəsi, yəni Cavabdeh 3.320,81 (üç min üç yüz iyirmi) ABŞ dolları 81 (səksən bir) sent məbləğində pulun (ödəniş günü üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 76 (yetmiş altı) manat 45 (qırx beş) qəpik məbləğində pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.