Məhkəmə qərarları › İş №2(103)-2724/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2724/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2724/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit fazilərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(kredit müqaviləsi üzrə mübahisələr) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),X4 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(001)-591/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" BOKT MMCtərəfindənverilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 01MK002721 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 34 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. 2.Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış 01MK002721-Z saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə kredit alanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 3.İddiaçı, cavabdehlərin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.02 noyabr 2022-ci il tarixdə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit fazilərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3118,51 manat məbləğində əsas borc, 512,48 manat məbləğində faiz borcu və 56,31 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 01MK002721 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 34 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış 01MK002721-Z saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdirlər. Nəticədəcavabdehlərin "xxxx" BOKT MMC-yə xx.xx.2022-ci il tarixinə 3118,51 manatəsas, 512,48 manatfaizborcuyaranmışdır. 6.Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini, Bankdan kredit götürdüyünü və maddi imkanı olmadığı üçün ödənişlər edə bilmədiyini bildirmişdir . 7.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 30 yanvar 2023-cü il tarixli, 2(001)-591/2023 saylı qətnaməsi ilə (hakim-Fərid Hətəmzadə) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 3118,51 (üç min yüz on səkkiz manat 51 qəpik) manat məbləğində əsas borc, 512,48 (beş yüz on iki manat 48 qəpik) manat məbləğində faiz borcu, 56,31 (əlli altı manat 31 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (40 qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 3687,7 (üç min altı yüz səksən yeddi manat 70 qəpik) manat məbləğində borcun tutulub, iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 8.İş materiallarında olan 29 aprel 2021-ci il tarixli, 01MK002721 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında borcluya 24 ay müddətinə, illik 34 faiz olmaqla 5.000 (beş min) manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. 9.İş materiallarında olan 29 aprel 2021-ci il tarixli, 01MK002721 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişlər 290 manat olmaqla, xx.xx.2023-cü il tarixə qədər geri qaytarılması razılaşdırılmışdır. 10.İş materiallarında olan 06 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 06 oktyabr 2022-ci il tarixə 3118,51 manat məbləğində əsas borc və 512,48 manat məbləğində faiz borcu olmaqla, cəmi 3630,99 manat məbləğində borcu yaranmışdır. 11.İş materiallarında olan "xxxx" BOKT MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış 29 aprel 2021-ci il tarixli 01MK002721-Z №-li Zaminlik Müqaviləsindən görünür ki, “Bokt” ilə “Kredit alan” arasında 29 aprel 2021-ci il tarixdə bağlanmış Kredit müqaviləsinə əsasən, “Kredit alan” “Bokt” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Kredit alan”la birlikdə “Bokt” qarşısında eyni həcmdə, birgə və bütün əmlakı ilə məsuliyyət daşımağı öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən “Zamin” tərəfindən “Müqavilə” üzrə təminat alınan tələb limiti 5000 (beş min) AZN təşkil edir. 12.İş materiallarında olan bildirişlərdən görünür ki, borclular borcun ödənilməsi barədə xəbərdar edilmişdirlər. 13.İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 56,31 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. 14.Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin (əsas borcun və faiz borcun) icrasının (ödənilməsini) təmin edilməsini tələb etməkdə haqlıdır. 15.Məhkəmə hesab etmişdir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 3118,51 manat məbləğində əsas borc və 512,48 manat məbləğində faiz borcu tutulmalıdır. 16.Məhkəmə qeyd etmişdir ki, iddiaçının digər Cavabdeh2 iləzaminlik müqaviləsində, müqavilənin mühüm şərtləri, yəni Cavabdeh1 verilmiş kreditin müddəti və faiz dərəcəsi qeyd edilməmişdir. 17.Buna görə də məhkəmə hesab etmişdir ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (müddət, faiz dərəcəsi) barəsində razılıq əldə edilməklə bağlanmadığından, zaminə aid hissədə iddia tələbi əsassızdır. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin14.2.1, 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2, 470.1, 472.2, 477.0.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ” 25 iyul 2019-cu il tarixli Plenum Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 217.4 və 216-220-cimaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat 19.Qətnamədən iddiaçı "xxxx" BOKT MMC apellyasiya şikayəti verərək, qətnamənin zaminə münasibətdə olan hissədə ləğv edilməsi, iddia tələbinin tam olaraq təmin edilməsi və borclular Cavabdeh1 və Cavabdeh2 3118,51 manat əsas borc, 512,48 manat faiz borcu, 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" BOKT MMC nin xeyrinə tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 477.0.1-ci maddəsinə istinad etməklə səhvə yol vermişdir. Belə ki, City Finance BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 01MK002721-Z saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə təmin edilmiş öhdəlik zaminin razılığı olmadan dəyişdirilməmiş və zamin üçün heç bir əlverişsiz nəticələrə səbəb olmamışdır. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsi tərəfindən qeyd olunmuş normanın tətbiq edilməsi qanunsuz və əsassızdır."xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 01MK002721-Z saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə təmin edilmiş öhdəlik kredit xətti müqaviləsi deyil və bu səbəbdən də zaminin razılığı olmadan əsas müavilə üzrə faizlərin, borc məbləğinin və müddətin artırılması halları olmamışdır. Buna görə zaminin məlumatı olmadan onun barəsində sonradan əmələ gələn məsuliyyət halları olmadığı üçün qeyd olunan normanın tətbiqi qanuna uyğun deyil. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b)Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkəmə kollegiyasının iclasında iddiaçınınnümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 23.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələlərinə baxmayaraq, onlar, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 24.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 25.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 27.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 28.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 29.Maddə445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 30.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 31.Maddə 470.1.Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 32.Maddə 472.1.Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 33.Maddə 472.2.Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 34.Maddə 477.0.1.Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasıbirinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 37.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarınınəzərə alaraq qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərinibirinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh2 münasibətdə təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(001)-591/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, qeyd olunan hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir. 41.Belə ki, məhkəmə zaminə münasibətdə iddia tələbini təmin etməyərək qeyd etmişdir ki, zaminlik müqaviləsində, müqavilənin mühüm şərtləri, yəni Cavabdeh1 verilmiş kreditin müddəti və faiz dərəcəsi qeyd edilməmiş, buna görə də qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (müddət, faiz dərəcəsi) barəsində razılıq əldə edilməklə bağlanmadığından, zaminə aid hissədə iddia tələbi əsassızdır. 42.Kollegiya, məhkəmənin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə maddi hüquq normasını pozmaqla tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. 43.Belə ki, 29 aprel 2021-ci il tarixli 01MK002721-Z №-li Zaminlik Müqaviləsinin 3.1.2-ci maddəsində qeyd olunur ki, “Kredit alan” zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Zamin” “Bokt” qarşısında 01MK002721 nömrəli kredit müqaviləsindən irəli gələn pul öhdəliyini, dəbbə pulunu, faizləri, o cümlədən müvafiq hallarda məhkəmə xərclərini “Bokt” un ilk tələbində heç bir iddia irəli sürmədən dərhal yerinə yetirməyi öz öhdəsinə götürür. 44.Həmin müqavilənin 7.1-ci maddəsində qeyd edilir ki, “Zamin” “Müqavilə”ni imzalamaqla təsdiq edir ki, “01MK002721 Kredit Müqaviləsi” ilə tanışdır və “Kredit alan”la birgə məsuliyyət daşıyır. 45.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 46.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında deyilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. 47.Həmin Qərarda qeyd olunmuşdur ki, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. 48.Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Qərara almışdır ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. 49.Həmçinin, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1, 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu müəyyən etmişdir ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və.s) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütovlükdə xitam verilir. 50.Göründüyü kimi, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 01MK002721 saylı Kredit Müqaviləsinin bütün mühüm şərtləri barədə məlumatlı olmuş, Mülki Məcəllənin 477.0.1-ci maddəsində nəzərdə tutulmuş zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və ya bu dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması ilə bağlı hallar müəyyən edilməmişdir. 51.Buna görə də kollegiya hesab edir ki, məhkəmə qeyd olunan əsas üzrə iddia tələbini zaminə münasibətdə təmin etməməklə düzgün olmayan qətnamə qəbul etmişdir. 52.Kollegiya hesab edir ki, Cavabdeh2 kredit müqaviləsinin icrasına görə digər Cavabdeh1 ilə birgə məsliyyət daşıdığından iddia tələbi qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq zamin Cavabdeh2 münasibətdə də təmin edilməlidir. 53.Qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(001)-591/2023 saylı qətnaməsi iddianın qismən təmin edilən, zaminə aid təmin edilməyən hissələrdə ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməli, 3118,51 (üç min yüz on səkkiz manat 51 qəpik) manat məbləğində əsas borc, 512,48 (beş yüz on iki manat 48 qəpik) manat məbləğində faiz borcu, 56,31 (əlli altı manat 31 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (40 qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 3687,7 (üç min altı yüz səksən yeddi manat 70 qəpik) manat məbləğində borc Cavabdeh2 birgə qaydada tutulmalıdır. 54.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(001)- 591/2023 saylı qətnaməsi iddianın qismən təmin edilən, zaminə aid təmin edilməyən hissələrdə ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 3118,51 (üç min yüz on səkkiz manat 51 qəpik) manat məbləğində əsas borc, 512,48 (beş yüz on iki manat 48 qəpik) manat məbləğində faiz borcu, 56,31 (əlli altı manat 31 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (40 qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 3687,7 (üç min altı yüz səksən yeddi manat 70 qəpik) manat məbləğində borc Cavabdeh2 birgə qaydada tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar