Məhkəmə qərarları › İş №2(103)-2728/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2728/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2728/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-346/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş üzrə «Borcverən» qismində "xxxx" ASC-nin Mərkəzi filialı ilə digər tərəfdən «Borcalan» qismində Əliyev Cahangir Tofiq oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5278 saylı kredit müqaviləsinin surətinə əsasən bank tərəfindən Cahangir Əliyevə 120 ay müddətinə, illik 12%-lə, 100.000 manat məbləğində kredit verilmişdir.

2. İş üzrə “İpoteka saxlayan” qismində "xxxx" ASC-nin Mərkəzi filialı ilə “İpoteka verən” qismində Cavabdeh1 və “Borclu” qismində Əliyev Cahangir Tofiq oğlu arasında bağlanılmış xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətinə əsasən ipoteka saxlayanla «Borclu» arasında bağlanmış xx.xx.2011-ci il tarixli 5278 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Bülbül prospekti, 25 nömrəli binada yerləşən 160 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 6 nömrəli mənzil kreditorun ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 680.000 manat məbləğində müəyyən edilmişdir (“Vneşekspertservis” konsaltinq şirkətinin xx.xx.2011-ci il tarixli, QF 178 saylı ekspert rəyi).

3. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1969/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-742/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, Əliyev Cahangir Tofiq oğlunun 51.551,54 manat borcunun Cavabdeh1 məxsus ipoteka predmetinə yönəldilməsi, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 30,77 manat dövlət rüsumu və 10,65 manat xidmət haqqının cavabdehdən tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipoteka predmetindən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etdikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır.

4. Həmin qərardan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 26/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia qismən təmin edilərək, xx.xx.2020-ci il tarixdə ölmüş Əliyev Cahangir Tofiq oğlunun 51.551,54 manat borclunun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 426.000 manat müəyyən edilməsi və açıq hərracdan satılması, ipotekaya qoyulmuş mənzilin satışından əldə olunan pul vəsaitindən Əliyev Cahangir Tofiq oğlunun 51.551,54 manat borcu, ipoteka qoyulmuş əmlaka tutma yönəldilməsi barədə bildirişin qeydiyyat alınmasına dair ipoteka müqaviləsi üzrə 30,77 manat dövlət rüsumu və 10,65 manat xidmət haqqı, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, qalan məbləğin ipoteka qoyan Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satıldıqdan 1 ay sonra boşaldılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Müki Kollegiyasının 2(103)-742/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 26/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X4 və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-72/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər X6 və Cavabdeh1 apellyasiya şikayətlərindən imtinaları qəbul edilmiş və müvafiq olaraq həmin mülki işlər üzrə onlara münasibətdə apellyasiya icraatına xitam verilmişdir.

5. İş materiallarına əlavə edilmiş “X8 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 072 nömrəli hesab-fakturasının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 saylı evin 6 saylı mənzilinin bazar qiyməti 473.600 manat, likvid qiyməti 426.000 manat təşkil etmişdir.

6. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4577 saylı rəyin surətindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 5278 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Əliyev Cahangir Tofiq oğlunun "xxxx" ASC-yə müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2021-ci il tarixə olan borcu 51.551,54 manat, o cümlədən əsas borc üzrə - 44.098,83 manat, faiz borcu üzrə - 7.452,71 manat məbləğində müəyyən edilmişdir.

7. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyət hüquqları əsasında mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 saylı evin 6 saylı mənzili xx.xx.2011-ci il tarixli, 5278 nömrəli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka müqaviləsi üzrə "xxxx" ASC-nin Mərkəzi filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

8. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "xxxx" ASC-nin Problemli kreditlərlə İş departamentinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Əliyev Cahangir Tofiq oğlunun adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron xidmətlər” portalında “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi” üzrə elektron xidmətlər göstərilir: https://exidmet.justice.gov.az:8284/. Həmin portala daxil olmaqla müvafiq elektron xidməti seçərək ölmüş şəxsin ölüm tarixini, eləcə də ad, soyad və ata adını böyük hərflərlə daxil etməklə onun barəsində vərəsəlik işinin açılıbaçılmadığına dair məlumat əldə oluna bilər. Vərəsəlik işi müəyyən edildiyi halda ( vərəsəlik işi açılmışdırsa sistemdə notariat ofisi barədə məlumat əks ediləcəkdir) həmin işi aparan notariat ofisindən miras qoyanın vərəsələri və digər məsələlərə dair məlumat əldə edilə bilər.

9. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 Reyestri Xidmətin tərəfindən “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosuna ünvanlanmış xx.xx.2024- cü il tarixli məktubun surətindən görünür ki, Əliyev Cahangir Tofiq oğlunun ailə üzvləri haqqında informasiya fərdi məlumatlar kateqoriyasına aid olduğundan, bu barədə məlumatın əldə edilməsi üçün ölən şəxsin qanuni vərəsəsi şəxsən və ya etibarnamə əsasında səlahiyyətli nümayəndə vasitəsilə müraciət etməlidir.

10. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsi tərəfindən “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun və ona əlavə edilmiş arayışın surətindən görünür ki, Əliyev Cahangir Tofiq oğlunun adında xx.xx.2006-cı il tarixdən “Opel Vectra” markalı, **-SV-*** və xx.xx.2007-ci il tarixdən “VAZ-21074” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır.

11. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Əliyev Cahangir Tofiq oğlunun adına ümumbirgə əsaslarla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-30 saylı sahədə yerləşən 0.1200 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydə alınmışdır. 1979-cu il təvəllüdlü Əliyev Cahangir Tofiq oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 18, mənzil 22 qeydiyyata alınmışdır. Əliyev Cahangir Tofiq oğlunun adına ünvan 2 ünvanı qeydiyyata alınmışdır. Əlavə olaraq bildirirlər ki, özəlləşdirilmiş mənzillərin 125 nömrəli qeydiyyat kitabının 18626 nömrəli səhifəsində olan məlumata əsasən Əliyev Cahangir Tofiq oğlunun adına ümumbirgə əsaslarla (arxiv əsaslarında vətəndaşın təvəllüdü aşkar edilməmişdir) ünvan 3 ünvanı və 415 nömrəli qeydiyyat kitabının 59940 nömrəli səhifəsində olan məlumatlara əsasən ünvan 4 ünvanının Əliyev Cahangir Tofiq oğlunun adına (arxiv əsaslarında vətəndaşın təvəllüdü aşkar edilməmişdir) qeydiyyata alınmasına dair qeydlər mövcuddur.

12. İş üzrə "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli maliyyə arayışının surətinə əsasən Əliyev Cahangir Tofiq oğlunun xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 41.353,96 manat əsas borcu, müqavilə müddətində ödənilməmiş 22.439,82 manat faiz borcu var.

13. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin surətindən görünür ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Əliyev Cahangir Tofiq oğlu arasında bağlanmış 5278 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Əliyev Cahangir Tofiq oğluna illik 12 faiz olmaqla, 120 ay müddətinə, 100.000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında Bakı şəhəri, Bülbül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin (reyestr nömrəsi **********69-05301-093001, qeydiyyat nömrəsi **********) ipotekaya qoyulması barədə xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Əldə olunmuş məlumata görə borclu Əliyev Cahangir Tofiq oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmiş və vərəsələrinin olmadığı müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər ödənilməmişdir. 5278 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən 41.353,96 manat əsas, 22.439,82 manat faiz borcu olmaqla ümumilikdə 63.793,78 manat borcu mövcuddur. Qeyd edilənləri nəzərə alaraq 5278 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyi tam şəkildə yerinə yetirməsini xahiş edirlər. Qeyd olunanlara əsasən 5 gün müddətində öhdəlik yerinə yetirilməyəcəyi təqdirdə kredit müqaviləsi üzə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəkdir.

14. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Əliyev Cahangir Tofiq oğlu arasında bağlanmış 5278 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Əliyev Cahangir Tofiq oğluna illik 12 faiz olmaqla 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin təminatı kimi bankla Cavabdeh1 arasında Bakı şəhəri, Bülbül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilin ipotekaya qoyulması barədə 5278 nömrəli, xx.xx.2011-ci il tarixli müqaviləsinə dair ipoteka müqaviləsi bağlanılmış və müvafiq mənzil "xxxx" ASC-nin Mərkəzi filialının xeyrinə yüklü edilmişdir. Bank tərəfindən xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə digər borclularla birlikdə müraciət edilmiş və məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, Əliyev Cahangir Tofiq oğlu vəfat etmişdir. Səbail rayon Məhkəməsinin icraatında olan mülki iş xx.xx.2022-ci il tarixli qərardadı ilə kredit borcunun Əliyev Cahangir Tofiq oğlundan tutulması hissəsində mülki iş ayrıca icraata ayrılmış və hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Daha sonra uzun müddət keçməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Xidmətlər” portalından “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə Məlumatın verilməsi” üzrə elektron xidmətlərdən alınan məlumat əsasında Əliyev Cahangir Tofiq oğlunun hüquqi varisi müəyyən edilmədiyindən icraat təzələnmiş və Səbail rayon Məhkəməsində 2(009)- 26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə qəbul edilmişdir. Daha sonra apellyasiya və kassasiya şikayətləri verilmiş, yekun olaraq Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)- 1969/2024 saylı qərarı ilə mülki iş baxılmamış saxlanılmışdır. Baxılmamış saxlanılmağın əsası kimi prosessual hüquq varislərinin iştirakçılarının təmin edilməsi üçün ailə tərkibinə hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi və pretenziya qaydalarına riayət olunmadığı qeyd olunmuşdur. Həmçinin MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olduğu Ali Məhkəmə tərəfindən qərarda qeyd olunmuşdur. Daha sonra bank tərəfindən AR Ədliyyə Nazirliyi yanında X2 Reyestri Xidmətinə Əliyev Cahangir Tofiq oğlunun ailə üzvləri haqqında məlumatın istənilməsinə dair vəkil sorğusu göndərilmiş, lakin ailə üzvləri haqqında informasiya fərdi məlumatlar kateqoriyasına aid olduğundan qeyd olunan məlumat təqdim edilməmişdir. Bundan əlavə olaraq bank tərəfindən Ədliyyə Nazirliyi yanında Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsinə Əliyev Cahangir Tofiq oğlunun vərəsələrinin olubolmaması ilə bağlı vəkil sorğusu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Xidmətlər” portalından “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə Məlumatın verilməsi” üzrə elektron xidmətlər göstərilir. Qeyd olunan portalda axtarış verilərkən Əliyev Cahangir Tofiq oğluna dair vərəsəlik işinin açılması ilə bağlı məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. X9 Tofiq oğlunun adına əmlakın olub-olmaması ilə bağlı AR Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə vəkil sorğusu göndərilmişdir. AR Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən verilən məlumata əsasən Əliyev Cahangir Tofiq oğlunun adına xx.xx.2006-cı il tarixdən “Opel Vectra” markalı, 10SV272 və xx.xx.2007-ci il tarixdən “VAZ-21074” markalı 10UF870 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatda olduğu, AR İqtisadiyyat Nazirliyi yanından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən məlumata əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S-30 sahədə yerləşən torpaq sahəsi, ünvan 9 ünvanında yerləşən mənzil, ünvan 10erləşən fərdi yaşayış evi, ünvan 11n 33 saylı mənzil və ünvan 12 saylı mənzil Əliyev Cahangir Tofiq oğlunun adına qeydiyyatdadır. Yuxarıda qeyd olunan 5278 nömrəli, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 41.353,96 manat, faiz borcu üzrə 22.439,82 manat olmaqla, cəmi 63.793,78 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 281,38 manat dövlət rüsumu və 0,42 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 xx.xx.2024-cü il tarixdə 6-2-22/2-42042/24 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətindən hər hansı tədbir görülməmişdir. Bu səbəbdən hesab edirlər ki, Əliyev Cahangir Tofiq oğlunun borcu, borcun təminatı kimi çıxış edən ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Bülbül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Əliyev Cahangir Tofiq oğlunun 63.703,78 manat borcu, borcunun təminatı kimi çıxış edən Cavabdeh1 məxsus Bakı şəhəri, Bülbül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 51 manat dövlət rüsumunun və 1,48 manat xidmət haqqının cavabdehdən tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipotekaya qoyulmuş Bakı şəhəri, Bülbül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, BülBül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etdikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ödənilmiş 281,38 manat dövlət rüsumunun və 0,42 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırkı iş üzrə Konstitusiya Məhkəməsinin qərarına əsasən 5%-lə tələb dəqiqləşdirilmə ərizəsinin təqdim edilmiəsi zəruri yaranmışdır. Belə ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Əliyev Cahangir Tofiq oğlunun 41.353,96 manat əsas, 11.070,36 manat faiz, müqavilə müddəti bitdikdən sonra 5%-lə 7.575,82 manat faiz olmaqla, ümumilikdə 60.000,13 manat borcu, borcun təminatı kimi çıxış edən Cavabdeh1 məxsus Bakı şəhəri, Bülbül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 51 manat dövlət rüsumu və 1,48 manat xidmət haqqının cavabdehdən tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipotekaya qoyulmuş Bakı şəhəri, Bülbül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, "xxxx" ASCyə ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Bülbül prospekti, 25 ünvanında yerləşən 6 saylı mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etdikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ödənilmiş 281,38 manat dövlət rüsumunun və 0,42 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-346/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdulayev) iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə Əliyev Cahangir Tofiq oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 5278 saylı kredit müqaviləsi üzrə yaranmış 41.353,96 manat əsas borc, 7.452,71 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5% illik faiz dərəcəsi alınmaqla 7.575,82 manat faiz borcu, cəmi 56.382,49 (əlli altı min üç yüz səksən iki manat, qırx doqquz qəpik) manat borc, borcun təminatı kimi çıxış edən Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 saylı evin 6 saylı mənzilə yönəldilsin, həmin daşınmaz əmlakın ilkin satış qiyməti (likvid dəyəri) 426.000 (dörd yüz iyirmi altı min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və "xxxx" ASC-nin tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan əmlakın açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 259,15 manat və xidmət haqqı kimi ödənilmiş 0,42 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 51 manat və xidmət haqqı kimi ödənilmiş 1,48 manat, cəmi 312,05 (üç yüz on iki manat, beş qəpik) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1, 445.7, 460-ci maddələrinə, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 1.0.6, 34.1, 36.1, 39.3.3, 48, 59.3, 59.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən Cavabdeh1 nümayənəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraatın, ölmüş borclunun mirasını qəbul etmiş vərəsələri müəyyən edilənə və prosesə cəlb edilənə qədər dayandırılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə də göstərildiyi kimi ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 680.000 manat məbləğində müəyyən edilmişdir. Bu barədə “Vneşekspertservis” konsaltinq şirkətinin xx.xx.2011-ci il tarixli, QF 178 saylı ekspert rəyi mövcuddur. Lakin, məhkəmə qətnamə qəbul edərkən, “X8 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəyə istinad etmişdir. Həmin rəydə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 25 saylı evin 6 saylı mənzilinin bazar qiyməti 473.600 manat, likvid qiyməti 426.000 manat göstərilmişdir. Halbuki, məhkəmənin də bildiyi kimi 2011-ci ildən 2022-ci ilə kimi olan dövr ərzində Bakı şəhərinin mərkəzi Nəsimi rayonu ərazisində daşınmaz əmlakın qiymətinin ucuzlaşması halı olmamışdır. Əksinə, daşınmaz əmlakın dəyəri günü gündən bahalaşır. Həmçinin, respublika üzrə hər il illik inflyasiya məbləği müəyyən edilir və rəsmi olaraq bəyan olunur. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-1969/2024 saylı qərarı hazırda qüvvədədir və baxılmamış saxlanılmağın əsasları aradan qalxmamışdır. Belə ki, həmin qərar prosessual hüquq varislərinin iştirakçılarının təmin edilməsini və ya iddiaçı tərəfindən mərhum kredit götürən Əliyev Cahangir Tofiq oğlunun hüquqi varisləri haqqında - ailə tərkibinə dair hüquq müəyyənedicisənədlərin təqdim edilməsini, həmçinin pretenziya qaydalarına riayət olunmasını nəzərdə tutur ki, bu hal da, iddiaçı tərəfindən yerinə yetirilməmişdir. İddiaçının özünün qeyd etdiyi kimi, mərhum Əliyev Cahangir Tofiq oğlunun adına istər daşınar, istərsə də, daşınmaz əmlaklar mövcud olduğu halda, onlar kredit borcuna görə iddia etdikləri tələbi ipoteka qoyan Cavabdeh1 qarşı yönəldirlər. Eyni zamanda bu tələblərini, mərhum Əliyev Cahangir Tofiq oğlunun vəfatından sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Xidmətlər” portalından verilən məlumata əsasən Əliyev Cahangir Tofiq oğluna dair vərəsəlik işinin açılması ilə bağlı məlumat aşkar edilmədiyi ilə əsaslandırırlar. Halbuki, Əliyev Cahangir Tofiq oğlunun ailə üzvləri arasından hüququ çatan şəxs vəfat anından sonra vərəsəlik işinin açılması barədə müraciət edə bilər. Mülki Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Halbuki, iddiaçı tərəfindən belə bir müraciətin olubolmamasına dair heç bir sübut təqdim edilməmişdir. Əgər hazırki qanunvericilik, mərhum kredit götürən Əliyev Cahangir Tofiq oğlu həyatda olmadığı, prosessual hüquqlardan istifadə edə bilmədiyi, həmçinin vəzifələr daşımadığı halda onun maraqları lehinə və ya əleyhinə hüquqi hərəkətlər etməyə imkan verirsə, onda iddiaçı bank tərəfindən yuxarıda da qeyd edildiyi kimi kredit götürən Əliyev Cahangir Tofiq oğlunun adına olan və dövlət reyestrində qeydiyyatdan keçən daşınmaz əmlaka tutma yönəldilsin, bankın tələbləri ödənilsin. Halbuki, ipoteka qoyan Cavabdeh1 adına olan daşınmaz əmlaka tutmanın yönəldilməsi daha uzun, daha mürəkkəb və mübahisələndirməyə, eləcə də, vaxt və resurs itkisinə səbəb olan yoldur. İddiaçı bankın ərizəsi əsasında Səbail rayon məhkəməsində 2(009)-26/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə qəbul edilmiş, daha sonra həmin qətnamədən cavabdehlər X6 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsinə dair təkrar ekspertizasının təyin edilməsi, iddia ərizəsi ilə təmin edilən X3 tutulması qət edilmiş 2832.58 manat faiz məbləğinin tam silinməsi, həmçinin hər hansısa bir məbləğin iddiaçının depozit hesabına saxlanılmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya məhkəməsinin 2(103)-742/2024 nömrəli, 1 aprel 2024-cü il tarixli qərardadı ilə apellyasiya baxışı predmeti olan birləşdirilmiş icraat üzrə mülki işin digər hissələrində apellyasiya icraatına xitam verilməsi nəzərə alınaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-26/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-26/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov). Daha sonra həmin qətnamədən iddiaçı bank (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-1969/2024 saylı qərarı üzrə mövqeyi aşağıdakılardan ibarət olmuşdur: - “63. Belə ki, həmin iddia tələbinə münasibətdə apelylasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarətdir ki, iddiaçı tərəfindən Əliyev Cahangir Tofiq oğlunun ölümündən sonra vərəsəlik işinin açılması və vərəsələrin müəyyən edilməsi, habelə prosesdə prosessual hüquq varislərinin iştiraklarının təmin edilməsi üçün ailə tərkibinə dair hüquqmüəyyenidici sənədlər təqdim edilməmişdir. 64. Məhkəmə daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarınaistinadla qeyd etmişdir ki, borcun birbaşa ipoteka predmetinə yönəldilməsi və tələbin ipotekaqoyana qarşı irəli sürülməsi, vərəsəliyin müəyyən edilməməsindən sonra digər prosedurlara riayət edilməsini, o cümlədən ipotekaqoyanın cavabdeh kimi cəlb edilməmişdən öncə məhkəmədən kənar rəsmi xəbərdarlıqların (müvafiq bildirişin təqdim edilməsi) və sair tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. 65. Həqiqətən də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 19 aprel 2023-cü il tarixli qərarında belə bir hüquqi mövqe ifadə etmişdir ki, kreditorun borcun ipoteka predmetinə yönəldilməsini tələb edə bilməsi üçün, ilk öncə, borclunun, onun ölümü halında isə vərəsələrinin icra vaxtı çatmış öhdəliyi pozması, yəni öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Bu baş verdiyi halda ipoteka qoyana qarşı ipoteka müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. 66. Buna görə də verilmiş iddia tələbi üzrə kreditor ölən borclunun vərəsələri icra vaxtı çatmış öhdəliyi pozduğu, yəni öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsini təsbit etdikdən sonra borcun ipotekaya yönəldilməsi barədə iddia verə bilərdi. 67. Baxılan işdən müəyyən olunur ki, kreditor bu qaydaya əməl etmədən borcun ipotekaya yönəldilməsini tələb etmişdir”. Göründüyükimi iddiaçı bank ölən borclunun vərəsələri icra vaxtı çatmış öhdəliyi pozduğu, yəni öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsini təsbit etdikdən sonra borcun ipotekaya yönəldilməsi barədə iddia verə bilərdi. Bundan əlavə qeyd ediri ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının nəticə hissəsində göstərildiyi kimi əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilərdi. Belə ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mirası qəbuletmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Eyni zamanda vərəsələr aldıqları pay həcmində ipoteka qoyan qarşısında ölən şəxsin əvəzinə ödənilmiş borca görə öhdəlik daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il Qərarından). Mülki Məcəllənin 460-cı maddəsinə uyğun olaraq,öhdəliklərin icrası, o cümlədən kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 269-cu maddəsində girov vəipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eynizamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Mülki Məcəllənin 311.2-ci maddəsinə əsasən “əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir”. İpoteka ilə yüklü edilmiş əmlak ölmüş şəxsin borcuna görə satıldıqda və ya mülkiyyətçi öz əmlakını satılmaqdan qorumaq məqsədi ilə həmin öhdəliyi icra etsə kredit müqaviləsi üzrə tələb hüququ ona keçmiş olacaq. Həmin Məcəllənin 509-cu maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Ölmüş şəxsin vərəsələri müəyyən edilmədiyi halda, öhdəliyin icrasına məcbur edilən mülkiyyətçinin (ipoteka sahibinin) tələb hüququ qanuni müdafiədən (reqress qaydada tələb hüququnu irəli sürmək hüququndan) məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun19 aprel 2023-cü il tarixli qərarında qeyd edilir ki, “mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Borclununölümü halında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə gəlincə isə qeyd edilməlidir ki, əvvəldə də göstərildiyi kimi, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəlisürmək hüququ yaranır. İddiaçının icraatı təzələmək üçün “əsas və ya səbəb” kimi göstərdiyi və birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə istinad etdiyi Plenumun 19 aprel 2023-cü il tarixli qərarı məhz borclunun varislərinin miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıdıqlarını bir daha vurğulayır və iş üzrə icraatın düzgün və ədalətli, mülki qanunvericiliyin prinsiplərinə uyğun aparılması məqsədi ilə həmin vərəsələrin müəyyən edilməsi zəruriliyini bununla təsdiqləmiş olur. Ölən şəxsin vərəsələrinin müəyyən edilməməsi, ipoteka qoyanı, sonradan müəyyən edilə biləcək vərəsələrə qarşı ödədiyi (ipoteka predmeti ilə qarşıladığı) kredit məbləği üzrə tələb etmə və məhkəmə müdafiəsi hüququndan məhrum edir. Bundan əlavə iş üzrə yekun qərar qüvvəyə mindikdən sonra, borclunun ölümü ilə bir anlıqda miras qoyanın kreditoru qarşısında birgə borcluya çevrilmiş şəxslər, işdə iştirak etmədikləri üçün (müəyyən edilib icraata cəlb edilmədikləri səbəbindən) sonradan iddiaçıya (banka) qarşı heç bir iddia (tələb) və ya etiraz irəli sürə bilməyəcək, borcun məbləğini, faiz və cərimələri mübahisələndirmək imkanları itirilmiş olacaq. Mübahisələndirilən qətnamədə iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən illik 5 % ilə tələb etdiyi məbləğin, həmçinin kredit faizinin təmin edilməsinə gəlincə bildirir ki, əsas tələb üzrə öhdəliyin ipoteka predmetinə yönəldilməsi ilə razılaşmadığı kimi, əlavə tələblər üzrə də təmin edilən məbləğlərə etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən Səbail rayon Məhkəməsi işə yalnız Əliyev Cahangir Tofiq oğlunun vərəsələrinin iştirakı ilə baxmaqla qanuni və əsaslı qərar qəbul edə bilərdi. Bu isə baş verməmişdir. Daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə ölmüş borclunun vərəsələrinin iştirakı olmadan işə baxmaqla ipoteka qoyan Cavabdeh1 qanunla qorunan hüquqlarını pozmuş olur. Belə ki, ipoteka predmeti hesabına ölmüş şəxsin borcu ödənildikdə, gələcəkdə işə cəlb edilməyən vərəsələrə qarşı reqress hüququ irəli sürmək xeyli çətinləşəcək, bəlkə də qeyri-mümkün olacaq Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə işdə ölmüş şəxsin (Əliyev Cahangir Tofiq oğlunun) vərəsələrinin (hüququ varisinin) iştirakını təmin etmədən qanuni və əsaslı qətnamə çıxara bilməzdi. Həmin şəxslər mütləq qaydada müəyyən edilməlidirlər ki, vərəsəlik qaydasında onlara keçmiş öhdəliyin icra edib-etməməli məsələsinə aydınlıq gətirilsin. İddiaçı ilk növbədə öz tələbini həmin şəxsin varislərinə qarşı irəli sürməlidir (mövcud praktikada bankların borcluya bildiriş göndərməsi mövcuddur, həmin bildirişlər mirası qəbul etmiş vərəsələrə göndərilməlidir, yalnız vərəsələr öhdəliyi icra etmədikdə tələb ipotekaya qoyulmuş əmlaka yönəldilə bilər). Konstitusiya Məhkəməsinin Plenumununxx.xx.2023-cü il tarixli qərarında bu barədə qeyd edilir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icraetmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.” Məhkəməi poteka müqaviləsindəki ipoteka predmetinin qiymətinin müqavilə bağlanan vaxtı “Vneşekspertservis” konsaltinq şirkəti tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş QF 178 saylı ekspert rəyi ilə qoyulmasını, həmin vaxtdan kifayət qədər vaxt keçməsini, qiymətləndirmə rəyi ilə müəyyən olunan məbləğin daha mötəbər olmasını nəzərə alaraq hesab edir ki, mənzilin ilkin satış qiyməti, qiymətləndirmə rəyi ilə müəyyən edilən qiymət – 426.000 manat (likvid dəyər) nəzərə alınmaqla hərraca çıxarılmalıdır. Halbuki, ipoteka müqaviləsindəki ipoteka predmetinin qiyməti 680.000 manat təşkil etmişdir. Məhkəmə ölmüş borclunun vərəsələrini müəyyən etməmiş və onların qəbul etdikləri mirasdakı paylarına uyğun miras qoyanın öhdəliyi icra edib-etməmələri məsələsini araşdırmamışdır. Həmin şəxslərin borcu ödəmək hüququnun və vəzifəsinin olması danılmazdır. Nəticə etibarı ilə əsas borclu (şəxsi borclu) mirası qəbul edən şəxslərdir və onlara qarşı ipoteka qoyanın reqress hüququ mövcuddur. Təkrar qeyd edilir ki, ölmüş borclunun vərəsələri işə cavabdeh qismində cəlb edilmədən düzgün nəticəyə gəlmək mümkün deyil. Borclu ölüb, onun öhdəliyinin həcmini mübahisələndirmək, hesablanmış faiz və cərimələrin düzgün müəyyən edilib-edilməməsini tələb etmək, bununla bağlı xüsusi ekspertiza tələb etmək (məsələn: iddiaçının tələb etdiyi məbləğ düzgün deyil, artıq hesablanıb – Əliyev Cahangir öldükdən sonra belə ona faiz icra edilib), hətta bu qətnamədən narazı qalaraq şikayət etmək hüququ olan şəxs yoxdur. Belə olan halda çəkişmə prinsipi pozulur və nəticədə qanuni və əsaslı qətanamə qəbul etmək mümkünsüz olur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

25. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

26. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

27. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

28. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

31. Maddə 445.7 bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

32. Maddə 460 öhdəliklərin icrası, o cümlədən kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

İpoteka haqqında Azərbaycan Respublikası Qanunu:

33. Maddə 1.0.6-cı maddəsinə əsasən, girov və ipoteka hüququ girov (ipoteka) saxlayanın girov (ipoteka) predmetinə tutmanın yönəldilməsi hüququdur.

34. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

35. Maddə 36.1 ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

36. Maddə 48 Borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da əsas öhdəliyi təminat altına almış ipoteka müqaviləsi üzrə öhdəlik davam edir.

37. Maddə 59.3 ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun.

38. Maddə 59.4 bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

47. Hazırki halda, Cavabdeh1 nümayənəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraatın, ölmüş borclunun mirasını qəbul etmiş vərəsələri müəyyən edilənə və prosesə cəlb edilənə qədər dayandırılmasını xahiş etsə də, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-346/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. İşin halları ilə müəyyən edilir ki, iddiaçı ilə X10 Tofiq oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 5278 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən C.Əliyevə 120 ay müddətinə, illik 12% dərəcəsi ilə 100.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi bank Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən 25 saylı evin 6 saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. Müqavilədə ipoteka predmetinin dəyəri 680.000 manat məbləğində müəyyən edilmişdir. X10 Tofiq oğlu kredit razılaşması üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. X10 Tofiq oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir.

50. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır.

51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 427.1 və 427.3-cü maddələrinə uyğun olaraq, öhdəliyin icra günü borclunun onu icra etməməsi öhdəliyin pozulmasına səbəb olur. Məhz bu gündən (əsas müqavilə üzrə öhdəliyin pozulduğu gündən) etibarən kreditorun tutmanın ipoteka müqaviləsi üzrə ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürməsi mümkündür.

52. “İpoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da əsas öhdəliyi təminat altına almış ipoteka müqaviləsi üzrə öhdəlik davam edir.

53. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur.

54. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

55. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eləcə də, həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

56. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

58. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə yaranan borcun öhdəliyin təminatı kimi çıxış edən ipoteka predmetinə yönəldilməsi barədə kredit təşkilatının məhkəmədə iddia qaldırması əsaslı hesab edilməlidir.

59. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022- ci il tarixli rəyinə əsasən borcalanın kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixə olan əsas borcu 44.098,83 manat, faiz borcu 7.452,71 manat təşkil edir.

60. Kollegiya hesab edir ki, iş materiallarına əlavə edilmiş ekspertiza rəyi ilə borcalanın kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olması həmin halın iddia tələbindən kənara çıxması üçün əsas ola bilmədiyindən məhkəmə haqlı olaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas borc iddia ərizəsində qeyd edilən 41.353,96 manat məbləğindədir. Həmçinin kredit müqaviləsi üzrə faiz borcunun iddia ərizəsində göstərilən həddə deyil, ekspert rəyi ilə müəyyən edilən 7.452,71 manat həddində olmasını müəyyən etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

62. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən müddəalara əsasən öhdəliyin müqavilə müddəti bitdikdən sonra yaranmış faiz borcu, yəni gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi olmaqla 7.575,82 manat müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab edir.

63. «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

64. İş materiallarından görünür ki, ipoteka ilə yüklü edilmiş ipoteka predmeti “X8 Mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş əmlakın qiymətləndirmə rəyinə əsasən 473.600 manat bazar dəyərində, 426.000 manat likvid dəyərində qiymətləndirilmişdir. Məhkəmə ipoteka müqaviləsindəki ipoteka predmetinin qiymətinin müqavilə bağlanan vaxtı “Vneşekspertservis” konsaltinq şirkəti tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş QF 178 saylı ekspert rəyi ilə qoyulmasını, həmin vaxtdan kifayət qədər vaxt keçməsini, qiymətləndirmə rəyi ilə müəyyən olunan məbləğin daha mötəbər olmasını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, mənzilin ilkin satış qiyməti, qiymətləndirmə rəyi ilə müəyyən edilən qiymət – 426.000 manat (likvid dəyər) nəzərə alınmaqla hərraca çıxarılmalıdır. Kollegiya hesab edir ki, məhkəmə ipoteka predmeti olan mənzilin ipoteka müqaviləsində göstərilən qiymətlə (680.000 manat) deyil, qiymətləndirmə rəyi ilə müəyyən edilən qiymət ilə satışa çıxarılmasını əsaslı hesab etməklə düzgün nəticəyə gəlmişdir.

65. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

67. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-346/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar