Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2730/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi vəkil X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4938/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 manat məbləğində borcun, habelə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı Cavabdeh İddiaçı aldığı 30000 manat məbləğində borcun xx xxxxxxxx 2019-cu il tarixədək qaytarmağı öhdəliyinə götürməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontorunda bağlanmış xx xxxxx 2019-cu il tarixli ‘kredit müqaviləsi” (səh.3), sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4938/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənini ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyanın 60; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 81, 88, 217.1, 385.1.1, 385.1.2 və 385.1.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin faktiki halları düzgün araşdırmamış və pulun mənə borc olaraq verilməməsini bildirsəmdə, hakim çəkişmə prinsipini pozmuş, bu halları məhkəmədə iddiaçı tərəf sübut edə bilmədiyi halda mənə qarşı ədalətsiz qərar verilmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4938/2019 saylı qətnaməsi prossesual normalarının pozulması, iş üçün əhəmiyyətli bir çox halların aydınlaşdırılmaması və sübut edilməməsi ilə çıxarılması həmin qətnamənin ləğvi üçün kifayət qədər əsas yaratmışdır . Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X4 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının bağladığı kredit müqaviləsinin başqa əqdi pərdələmək məqsədilə bağlandığını, bir cinayət işi ilə bağlı başqasının borcuna görə müqavilənin bağlandığını lakin bağlanmış əqd üzrə notariusun depozitinə heç bir ödənişin edilmədiyini, həmin kredit müqaviləsi üzrə cavabdehin heç bir öhdəliyinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, cavabdehə nağd pul verdiyini, 30000 manat pulun cavabdehə ev alqı-satqısı səbəbilə verdiyini, , ancaq cavabdehin bu öhdəliyi həyata keçirmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-390, 404-407, 417- 420, 882, 739-746; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, müqavilə azadlığı və onun təfsiri cavabdehin faktiki borc pul almadığı əsası ilə tələbin rədd edilməsini istisna edir. Belə ki, qanunvericilik müqavilə müddəalarının və forma müxtəlifliyinin azadlığını və bəyənmə meyarlarını müəyyən edir. Xüsusilə diqqət yetirmək lazımdır ki, tələb üzrə istinad edilən müqavilə və ya öhdəliklər mübahisələndirilməmiş, hətta başqa bir əqdi pərdələmək üçün bağlanmış olsa da tərəflər buna razılaşmış və qəbul etmişlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4938/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2730/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2730/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver