Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2738/2020 18.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X13 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və onunla digər Cavabdeh2 nümayəndəsi və vəkili X6 və üçüncü şəxs X7 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1836/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3521/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019cu il tarixli qətnaməsindən İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: (Birinci mülki iş) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və RX seriyalı ******* saylı çıxarışla İddiaçı1 mülkiyyətində olmuş fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsini formal alqı-satqısı ilə əlaqədar xx.xx.2016-cı il tarixdə İddiaçı1 adından İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ-0551978 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışın, eyni zamanda həmin fərdi yaşayış evinin alqı-satqı ilə bağlı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış AN-1 seriyalı ******* saylı alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız sayılaraq ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin rəsmi qaydada sahibinə, yəni İddiaçı1 mülkiyyətinə qaytarılıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(007)-1836/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-9066/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-7289/2019 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. (İkinci mülki iş) İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 40, mənzil 122-yə dair İddiaçı4 ilə Cavabdeh1 və «xxxx» MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, Cavabdeh1 ilə Cavabdeh5 və «xxxx» MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilələr, həmçinin həmin mənzilə dair Cavabdeh5 ilə Cavabdeh3 və «xxxx» MMC arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli mənzil haqqında müqavilənin ləğv edilməsi, Cavabdeh3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 40, mənzil 122-dən çıxarılması və İddiaçı4 həmin mənzilə mülkiyyət hüququ bərpa olunmaqla ora köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)- 3521/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı4 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(103)-2738/2020 saylı qərardadı ilə həmin mülki işlər bir icraatda birləşdirmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə etdilər, Cavabdeh1 və onunla digər Cavabdeh2 nümayəndəsi və vəkili X14 isə apellyasiya şikayətlərinə etiraz etdilər. Apellyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilən X15 isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətinə etiraz etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki mülki iş üzrə verilmiş apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisə iki əmlakla bağlıdır. Birinci əmlak Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, dalan 4 ünvanında yerləşən 5 saylı ev və 0,06 ha torpaq sahəsindən ibarətdir və İddiaçı1 mülkiyyətində olmuşdur. O, (etibarnamə əsasında atası İddiaçı2) həmin ev və torpaq sahəsini notarial qaydada təsdiq olunmuş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında 375.000 manata Cavabdeh1 satmışdır. Sonuncu da xx.xx.2017-ci il tarixli alqısatqı müqaviləsi əsasında həmin əmlakı 330.000 manata Cavabdeh2 satmışdır. Cavabdeh2 da xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin əmlakı 330.000 manata X1 və hazırda həmin əmlak sonuncunun mülkiyyətindədir. İkinci əmlak isə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 40, mənzil 122-dən ibarətdir və“xxxx” MMC ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı4 məxsus olmuşdur. İddiaçı4, Cavabdeh1 və “xxxx” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin mənzil yeni mülkiyyətçi Cavabdeh1 təhvil verilmişdir. Daha sonra həmin mənzil müvafiq olaraq xx xxxxxx 2017-ci il və xx xxxxx 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilələr əsasında Cavabdeh1 tərəfindən Cavabdeh5, daha sonra isə Cavabdeh5 tərəfindən Cavabdeh3 təhvil verilmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1, İddiaçı2 və ailə üzvlərinin əmlakları ilə birlikdə Bakı şəhəri Nizami rayonunun Elşən Süleymanov küçəsindəki 4-cü dalanda 5 nömrəli fərdi yaşayış evindən və 0,06 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(007)-4294/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(103)-12245/2017 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(007)-4294/2017 saylı qətnaməsindən cavabdehlər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək, iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı1 və İddiaçı2 əmlakları ilə birlikdə iddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri Nizami rayonunun Elşən Süleymanov küçəsindəki 4-cü dalanda 5 saylı fərdi yaşayış evindən və 0,06 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 bildirirlər ki, 2016-cı ilin yayında İddiaçı2 onkoloji xəstə olan qohumu Əliyev X11 gedib qaraciyər transplantasiya əməliyyatı keçirəcəyini, ona görə də ona külli miqdarda pul lazım olduğunu, bunun üçün 6-7 ay müddətinə daşınmaz əmlakın (mənzil, ev və ya hər hansı başqa obyekt) girov qoymaq lazım olduğunu, bu işdə ona kömək etməyi, 6-7 aydan sonra girov qoyulacaq əmlakı girovdan çıxaracağını və həmin əmlakı rəsmi qaydada sahibinə qaytaracağını bildirmişdir. İddiaçı3 İddiaçı2 bildirmişdir ki, onun Xırdalan şəhərində 2 mənzili vardır. Ona əmlak girov qoymaqla pul vermək istəyən şəxs həmin mənzillərə baxıb, lakin həmin mənzillərdə təmir işləri aparıldığına görə ona həmin mənzilləri girov qoymaqla pul vermək istəmir. İddiaçı2 bu məsələni onlara dedikdən sonra onlar ailəlikcə belə qərara gəlmişlər ki, İddiaçı3 kömək etsinlər. Ona görə də, onlar ünvan 1 ünvanında yerləşən ailələrinə məxsus fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsini 6-7 ay müddətinə girov qoyulmasına razılaşmışlar. Ondan sonra İddiaçı2 qərarlarını İddiaçı3 bildirmiş və yaşadıqları evi girov qoymaq üçün İddiaçı3 və sonuncuya sələmlə borc pul verəcək Cavabdeh1 ilə birlikdə xx.xx.2016-cı il tarixdə Yasamal rayonunda yerləşən 3 saylı ASAN Xidmət Mərkəzinə getmişlər. Ora getdikdən sonra Cavabdeh1 fikrini dəyişmiş və İddiaçı3 demişdir ki, borca istədiyi pulu yalnız o şərtlə verə bilər ki, girov qoymaq istədiyi əmlak formal olaraq alqısatqı müqaviləsi ilə onun adına rəsmiləşdirilsin, 6-7 aydan sonra borca verəcəyi pul tam şəkildə ona qaytarıldıqdan sonra adına alqı-satqı yolu ilə rəsmiləşdirilmiş əmlak heç bir problem olmadan rəsmi qaydada sahibinə qaytarılacaqdır. İddiaçı3 və İddiaçı2 Cavabdeh1lə razılaşmamışlar. Belə olan halda Cavabdeh1 İddiaçı3 borca istədiyi pulu ona verə bilməyəcəyini bildirmiş, daha sonra Cavabdeh1 İddiaçı2 və İddiaçı3 narahatçılığını görüb onlara bağlayacaqları alqı-satqı müqaviləsinin formal olaraq bağlanmış bir müqavilə olacağını, həmin müqavilənin borca veriləcək pulun təminatı kimi bağlandığını, buna görə narahat olmamağı demişdir. Daha sonra Cavabdeh1 İddiaçı2 və İddiaçı3 demişdir ki, alqısatqı müqaviləsinin formal bağlanması, borca veriləcək pulun təminatı kimi bağlanması haqqında onlara öz xətti ilə ayrıca sənəd yazıb verəcəkdir. İddiaçı3 və İddiaçı2 Cavabdeh1 dediklərinə tam inanmış, məcburiyyət qarşısında qalıb onunla razılaşmışlar. Ona görə də 3 saylı ASAN Xidmət Mərkəzində onun adına olan fərdi yaşayış evi formal olaraq alqı-satqı müqaviləsi ilə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Onların evindən başqa Cavabdeh1 İddiaçı3 borca verəcəyi əlavə pulun təminatı olaraq eyni zamanda xx.xx.2016-cı il tarixdə qohumları İddiaçı3 sonuncunun dostu Müşfiq Abbasov adlı bir nəfər şəxsin arvadı İddiaçı4 adına 3 otaqlı mənzili də eyni şərtlərlə, yəni 6-7 aydan sonra borca verilən pul tam şəkildə ona qaytarılacağı təqdirdə mənzili sahibinə rəsmi şəkildə qaytarıb verəcəyini bildirməklə formal olaraq öz adına keçirmişdir. İddiaçı1 evi və İddiaçı4 adına olan mənzili öz adına keçirdikdən sonra Cavabdeh1 İddiaçı3 cəmi 258750 ABŞ dolları məbləğində pulu faizə borc olaraq vermişdir. Bundan sonra Cavabdeh1 dediyi sənədi, yəni xx.xx.2016-cı il tarixli aktı bu proseslərdə iştirak edən 8 nəfərin iştirakı ilə öz xətti ilə yazıb vermişdir. Həmin aktın məzmunundan da görünür ki, həqiqətən həmin pul borca verilmiş və borca verilən pulun təminatı olaraq Cavabdeh1 İddiaçı1 evi və İddiaçı4 adına olan mənzili alqı-satqı müqaviləsinə əsasən öz adına keçirtmişdir. Aktda birbaşa göstərilmişdir ki, borc məbləği Cavabdeh1 qaytarılan kimi göstərilən ev və mənzil müvafiq qaydada mülkiyyətçilərinə qaytarılacaqdır. Həmin aktı İddiaçı3, Cavabdeh1, İddiaçı2, Müşfiq Abbasov və digər 4 nəfər şəxs imzalamışdır. X25 borca verilmiş 258750 ABŞ dolları məbləğində pulu xx.xx.2016-cı ildə qaytarmaq barədə öhdəlik də götürmüşdür. İddiaçı1 adına olan fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin real dəyəri 600.000 manatdan az deyildir. 2016-cı ilin dekabr ayında İddiaçı3 Cavabdeh1 borca aldığı 258750 ABŞ dolları məbləğindəki puldan 143000 ABŞ dolları məbləğində pulu Cavabdeh1 qaytarmışdır. xx.xx.2016-cı il tarixli aktda pulun qaytarılması öhdəliyini Müşfiq Abbasov öz üzərinə götürdüyünə görə həmin aktda 143.000 ABŞ dolları məbləğində pulun qaytarılması, Cavabdeh1 təhvil alması, 115.750 ABŞ dolları məbləğində borclu qalması barədə Müşfiq Abbasov tərəfindən müvafiq qeyd yazılmış, bunu Müşfiq Abbasov, Cavabdeh1, İddiaçı3 və Rəşad Qarayev adlı şəxslər öz imzaları ilə təsdiq etmişlər. Lakin İddiaçı3 səhhəti 2017-ci ilin əvvəllərində pisləşdiyinə görə Cavabdeh1 yerdə qalan 115750 ABŞ dolları məbləğində pulu qaytara bilməmişdir. İddiaçı3 həmin vaxt Cavabdeh1lə danışıb razılığa gəlmişlər ki, yerdə qalan 115.750 ABŞ dolları məbləğində borcu xx.xx.2017-ci ilə kimi qaytarsın. Lakin Cavabdeh1 əldə edilmiş razılaşmanın şərtlərini pozaraq heç kəsə bildirmədən gizli olaraq İddiaçı1 məxsus olan və formal olaraq adına keçirdiyi 600.000 manatlıq fərdi yaşayış evini və 0,06 ha torpaq sahəsini Cavabdeh2 Elman oğlu ilə AN-İ-0601409 saylı alqı-satqı müqaviləsi bağlamaqla onu satmışdır. Cavabdeh1 bununla kifayətlənməmiş, eyni zamanda İddiaçı4 adına olan və dəyəri minimum 200.000 ABŞ dolları olan, yüksək səviyyədə tam təmirli, “Gənclik” metro stansiyasına çox yaxın yerdə yerləşən 3 otaqlı mənzilini də Cavabdeh5 adlı bir nəfərə satmışdır. İddiaçı1 məxsus evin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasını xx.xx.2017-ci ildə Nizami rayon icra şöbəsindən onların yaşadıqları evdən və torpaq sahəsindən çıxarılmaları barədə Nizami Rayon Məhkəməsinin çıxarmış olduğu qətnaməni poçt vasitəsilə alanda xəbər tutmuşlar. İddiaçı3 Cavabdeh1 borclu qaldığı 115750 ABŞ dollarına görə İddiaçı4 əri X26 Əliyevin əvəzinə Cavabdeh1 3 otaqlı mənzili dəyərindən xeyli aşağı qiymətə, 150.000 ABŞ dolları məbləğində razılaşaraq, ona 6 aydan çoxdur ki, təhvil vermişdir. Cavabdeh1 həmin mənzilə görə Müşfiq Abbasova 35.000 ABŞ dolları qaytarmalıdır. Lakin indiyə kimi o, həmin pulu qaytarmamışdır. Aralarında olan razılaşmaya görə, Müşfiq Abbasov 115750 ABŞ dollarını Cavabdeh1 qaytaran kimi o, onların mənzilini boşaldıb özlərinə qaytaracaqdı. İddiaçı3 Cavabdeh1 sələmə borca aldığı 258750 ABŞ dollarına görə sonuncuya 143000 ABŞ dolları və 150.000 ABŞ dolları ilə razılaşdırılmış mənzil verilmişdir. Bununla da İddiaçı3 Cavabdeh1 hər hansı məbləğdə borcu qalmamışdır. Əksinə, Cavabdeh1 Müşfiq Abbasova 35000 ABŞ dolları borcludur. Cavabdeh1 İddiaçı3 faizə borc pul verməyə bu şərtlə razı olmuşdur ki, borca veriləcək pulun 10%-ni və iki aylıq faizini əvvəlcədən götürəcəkdir. Ona görə də, Cavabdeh1 İddiaçı3 borc kimi 258750 ABŞ dollarını verən zaman həmin borc pulun 10 faizini, yəni 25000 ABŞ dollarını götürmüş, aylıq faiz 3,5 dəfədən olmaqla 2 ayın faiz pulunu, yəni, 17500 ABŞ dollarını da əvvəlcədən götürmüşdür. Alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün dövlətə ödənilən bütün xərclər çıxıldıqdan sonra Cavabdeh1 İddiaçı3 faktiki olaraq cəmi 199.000 ABŞ dolları məbləğində pul vermişdir. Buna baxmayaraq, İddiaçı3 Cavabdeh1 borca aldığı 258750 ABŞ dollarına görə aylıq 3,5% olmaqla dörd aya görə, yəni sentyabr, oktyabr, noyabr və dekabr aylarına görə əlavə olaraq 35.000 ABŞ dolları məbləğində faiz ödəmişdir. İddiaçı4 iddia tələbinin əsasları əvvəlcə digər iddiaçılarla eynilik təşkil etmiş (müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı), lakin sonradan o, iddia tələblərinin əsaslarını dəyişmiş və bildirmişdir ki, bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığına görə deyil, müqavilə şərtlərinin alıcı tərəfindən, yəni Cavabdeh1 tərəfindən yerinə yetirilməməsinə, yəni mənzilin dəyərini təşkil edən pul məbləğini mülkiyyətçi kimi ona deyil, aylıq 3,5 faiz ödəmək şərti ilə əri Müşfiq Abbasova vermiş və həmin pulun 143.000 ABŞ dolları 2016-cı ilin dekabr ayında Eminin özünə qaytarılmışdır. Bunu təsdiq edən sübut Cavabdeh1 onların iştirakı ilə öz xətti ilə yazdığı aktdır. Həmin aktla da Cavabdeh1 bir daha göstərmişdir ki, o mübahisəli mənzilin dəyərini təşkil edən pulu ona deyil, Müşfiq Abbasova faiz ödəmək şərti ilə vermiş, həmin pul mülkiyyətçi kimi ona ümumiyyətlə çatmamışdır. Göründüyü kimi mənzil tikintisi müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşmüş öhdəliyi, yəni mənzilin dəyərini təşkil edən pul məbləğini ona vermək öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 iddiaya etiraz edir və bildirir ki, iddiaçının niyyəti ev satmaq, onun isə ev almaq olmuş, bu niyyət qanunvericiliyə tam uyğun şəkildə rəsmiləşdirilmişdir. Belə ki, o, 2016-cı ildən Nərimanov rayonunda, “Gənclik” metro stansiyasının yanında yerləşən “Karvan” kafesinin müştərisi olmuşdur. Dəfələrlə ora gedib gəldiyindən oranı icarə müqaviləsi ilə işlədən İddiaçı3 və onun şəriki Abbasov Müşfiq adlı şəxslə tanış olmuş və nəticə etibarilə yaxşı münasibətləri yaranmışdır. Ev almaq məqsədilə axtarışlar edən zaman Müşfiq Abbasov və İddiaçı3 təklifi və vasitəçiliyi ilə Nərimanov rayonunda Müşfiq Abbasovun arvadı İddiaçı4 adında olan üç otaqlı mənzili əşyaları ilə birlikdə, Nizami rayonunda isə həyət evi almışdır. Hər iki halda alqı-satqı müqavilələri qanunvericiliyin tələblərinə tam uyğun bağlanmış, onun tərəfindən əmlakların dəyəri qarşılıqlı razılaşma əsasında real bazar qiymətlərinə uyğun ödənilmişdir. Belə ki, ona lazım olan yaşayış sahəsi almaq üçün xeyli müddət daşınmaz əmlak bazarını araşdırmış, çoxsaylı təkliflərin içərisində hazırda mübahisələndirilən yaşayış sahələrinə də şəxsən baxmışdır. Mülkiyyətçilərin təcili pula olan ehtiyaclarını ödəmək üçün bir neçə gün əvvəl bəyəndiyi hər 2 evi mülkiyyətçilərin təkidi ilə mümkün qədər qısa müddətdə rəsmiləşdirməyə çalışmışlar. Onlara təcili pul lazım olduğunu özləri də etiraf edir. Ona görə də onlar nə qədər tələsdirsələr də alqı-satqıları 2 günə yekunlaşdıra bilmişlər. x xxxx 2016-cı ildə, yəni qondarma akt imzalanadan bir gün əvvəl hazırda mübahisələndirilən İddiaçı4 məxsus Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən ev 40, 122 saylı 3 otaqlı mənzili əşyaları ilə birlikdə (mülkiyyətçisi İddiaçı4 və Müşfiq Abbasovun notariat qaydada razılığı əsasında) 240000 manata qiymətləndirərək “xxxx” MMC-də payın alqı-satqı müqaviləsi əsasında satın alınmışdır. 240000 manatı isə İddiaçı4 ondan şəxsən qəbul edib və öz imzası ilə təsdiq edib. Amerikada oxuyan oğlunun təhsilinə təcili pul lazım olduğu üçün alqı-satqının elə həmin gün olmasını xahiş edən İddiaçı2la 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə gedib daşınmaz əmlakın bütün sənədlərini könüllü şəkildə notariusa təqdim etmiş, aralarında nisyə alqı-satqı müqaviləsi bağlamışlar. “ASAN Xidmət” X4 notariusunun “xxxx” ASC-nin Asan 3 şöbəsinə məktubu əsasında açılmış depozit hesabına əvvəlcədən 175.000 manat ödəmiş və bundan sonra alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Razılaşdırılmış qiymətdən qalan 200.000 manat da bir gün sonra, lakin akt tərtib ediləndən xeyli əvvəl iş vaxtı Bankın həmin şöbəsinə ödədikdən sonra satıcı İddiaçı2 ərizə ilə notariusa müraciət edərək alqı-satqı müqaviləsi üzrə mənzilə görə ödənilməli olan 375.000 manatı tam olaraq qəbul etdiyi üçün ona aldığı ünvan 2 ünvanda yerləşən evə dair Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilməsini xahiş etmişdir. Alqı-satqı ilə bağlı əməliyyat başa çatdıqdan sonra uğurlu sövdələşməni qeyd etmək üçün axşam Karvan kafesində yalnız kişilərdən ibarət içki məclisində toplaşmışlar. Sonradan dələduzluğa görə məhkum olmuş bu iki şəxs, yəni Müşfiq Abbasov və İddiaçı3 onun etibarından sui-istifadə edərək spirtli içkilərin təsiri altında onu qondarma bir aktın yazılmasına təhrik etmişlər. Belə ki, həmin akt hazırda iddiaçı olan İddiaçı3 başqa şəxslərdə olan borcunun alınması məqsədi ilə onun xahişi tərtib edilmiş və həmin aktın heç bir hüquqi əsası yoxdur. Bu hallar İddiaçı2 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi ifadələrlə təsdiq olunur. Hazırda həmin aktdan qanuni alqı-satqı müqavilələrini şübhə altına almaq üçün sui-istifadə edirlər. İddiaçı4 məxsus mənzil yeni yaşayış sahəsinə köçmək üçün lazım olan müddətdə yaşadıqdan sonra könüllü şəkildə əşyaları ilə birlikdə təhvil verilmişdir. Həmin vaxtdan bu mənzillə bağlı heç bir mübahisə olmamış, əksinə mənzili könüllü şəkildə ona təhvil vermələri dəfələrlə digər yaşayış sahəsinin mübahisələndirilməsi ilə bağlı keçirilmiş məhkəmə araşdırmalarında özləri təsdiq etmişlər. Onun həmin mənzilin xx.xx.2017-ci ildə vicdanlı alıcı Cavabdeh5 satmağı, onun isə xx.xx.2017-ci ildə Cavabdeh3 satmağı iddiaçılara məlum idi. Məhkəmə kollegiyası hesab edir ki, birinci mülki iş üzrə iddia əsassızdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Lakin hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri 3 saylı «ASAN Xidmət» X4 notariusu X.R.Əliyeva tərəfindən «xxxx» ASC-nin Asan 3 şöbəsinə ünvanlanmış məktuba əsasən Cavabdeh1 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 375.000 manat pul məbləğindən 175000 manatını həmin gün ödəyir, nisyə alqı-satqı müqaviləsinə əsasən notarius tərəfindən təsdiq edildikdən sonra yaranmış 5787,18 manat vergi öhdəliklərini əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalıq məbləğ 169212,82 manatın İddiaçı1 əvəzinə Bakı şəhəri 30 saylı notariat kontorunda xx.xx.2015-ci il tarixdə verilmiş 6373 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi İddiaçı2 verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir. «xxxx» ASC-nin xx xxxx 2016-cı il tarixli 000003 saylı mədaxil orderinə əsasən Cavabdeh1 tərəfindən nisyə alqı-satqı müqaviləsi ilə bağlı notariusun depozit hesabına 175344,21 manat məbləğində pul vəsaiti köçürülmüşdür. «xxxx» ASC-nin xx xxxx 2016-cı il tarixli 000003 saylı mədaxil orderinə əsasən Cavabdeh1 tərəfindən alqı-satqı ilə bağlı notariusun depozit hesabına 200400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Göründüyü kimi daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə fərdi yaşayış evi alıcı Cavabdeh1 tərəfindən əvəzi tam ödənilməklə əldə olunmuşdur. Əks halda, yəni əgər alqı-satqı müqaviləsi yalan əqd olmuş olsaydı müqavilənin ümumi dəyəri olan 375000 manat Cavabdeh1 tərəfindən ödənilməzdi. Eyni zamanda İddiaçı1 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Notariat Kontoruna ünvanlanmış xx xxxx 2016-cı il tarixli ərizədən də görünür ki, ünvan 3 mərkəzinin notariat kontorunda ünvan 4 ünvanında yerləşən mənzilin satılmasına dair xx.xx.2016-cı il tarixdə bağlanmış 4Ə/829 reyestrli nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçı1 ödənilməli olan 375000 manat Cavabdeh1 tərəfindən tam olaraq ödənildiyi üçün Cavabdeh1 ünvan 4 ünvanında yerləşən mənzilə ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri İdarəsi tərəfindən çıxarış verilməsini xahiş etmişdir. Göründüyü kimi İddiaçı1 ilə Cavabdeh1 arasında tamamilə müstəqil surətdə alqısatqı müqaviləsi bağlanmış, onun bağlanması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtlərə əməl edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas mövcud deyil. İddiaçıların istinad etdiyi halların təsdiqi kimi məhkəməyə təqdim etdiyi sübut isə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, onlar öz istinad etdiyi halların təsdiqi kimi xx xxxx 2016-cı il tarixli aktı məhkəməyə təqdim etmişlər. Həmin akta əsasən Cavabdeh1 - X20, İddiaçı2, İddiaçı3, İddiaçı4, X21 və X8 iştirakları xx.xx.2016-cı il tarixdə 258750 ABŞ dolları borc pul verdiyini və həmin pul məbləğinin təminatı olaraq, İddiaçı1 məxsus ünvan 1 və İddiaçı4 məxsus Bakı şəhəri Nərimanov rayonunda Ceyhun Hacıbəyli küçəsindəki 40 saylı evin 122 saylı mənzilini alqısatqı müqaviləsinə əsasən öz adına keçirtdiyini, Müşfiq Abbasov həmin borc məbləğini, yəni 258750 ABŞ dollarını, xx.xx.2016-cı il tarixdə Cavabdeh1 qaytarmağı öz öhdəsinə götürmüşdür. Borc məbləği qaytarılan kimi yuxarıda göstərilən mənzilləri həmin mülkiyyətçilərə müvafiq olaraq qaytaracağını, göstərilən müddətədək həmin mənzillərin onun adından başqa şəxsin adına keçirməməyi, satmamağı, girov qoymamağı, bağışlamamasını öz öhdəsinə götürmüş, əks təqdirdə həmin mənzillərin satışa çıxarılacağını qeyd etmişdir. Eyni zamanda, həmin aktda X2 Emin Elman oğluna 143.000 ABŞ dollarını qaytardığını, 115750 ABŞ dolları borcu qaldığını qeyd etmişdir. Kollegiya hesab edir ki, həmin akt mübahisələndirilən alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* saylı cinayət işi üzrə İddiaçı2 xx xxxxxx 2017-ci il tarixdə şahid qismində dindirilmiş və o, öz ifadəsində bildirmişdir ki, “...Hal-hazırda isə ürəyim xəstə olduğundan heç bir yerdə işləmirəm. Övladlarımın təhsili ilə əlaqədar müəyyən məbləğdə borcum yaranmışdır. Buna görə də onları oxutmaq məqsədi ilə Nizami rayonunda yerləşən evimi satmaq gəldim. Bu barədə tanışlarıma bildirirdim. Mənim tanışım İddiaçı3 Gənclik metrosunun yaxınlığında yerləşən “Karvan” adlı kafeni işlədirdi. Mən tikinti işi ilə məşğul olan zaman Elxan da həmin sahədə çalışırdı. Elxanla münasibətim o vaxtdan onunla bu günə kimi heç bir düşmənçiliyim və ya ədavətim olmamışdır. Ev satmaq istədiyimi Elxana da bildirmişdim. Elxan da kömək edəcəyini mənə söyləmişdi. Bundan sonra Elxan məni həmin “Karvan” kafesinin müştərisi olan Cavabdeh1lə tanış etdi və Eminin Rusiya Federasiyasında yaşayan qohumu üçün ev almaq istədiyini Cavabdeh1 evimi göstərdim və onlar evimi bəyəndikləri üçün həmin alqısatqı yolu ilə 375000 manata aldılar. Daha sonra eşitdim ki, Emin “Karvan” kafesinin müştərisi olan Müşfiqin də evini almışdır. Müşfiqin Bakı şəhər Prokurorluğunda müstəntiq işlədiyini bilirdim. Onunla əvvəllər heç bir düşmənçiliyim ədavətim olmamışdır. Evlərin alqısatqısını apardıqdan sonra bu hadisəni qeyd "Karvan” restoranına içki məclisinə yığışdıq. Orada Elxan bizə bildirdi ki, bəzi şəxslərdən alacağı vardır. Ona görə də bizim köməyimizə ehtiyacı var. Elxanın dediyinə görə biz akt tərtib etməli və həmin aktda mənim və Müşfiqin evini guya Cavabdeh1 borc müqabilində girov qismində götürməyi göstərilməli idi. Cavabdeh1 bizə qoyulan əmlakın rəsmiləşdirmə qaydasının bu cür olmadığını bildirdi, bizə söylədi ki, aktı göstərəcəyi şəxslərin hüquqi təhsili olmadıqları üçün buna inanacaqlarını və özünün pis vəziyyətdə düşdüyü üçün dostları Müşfiqlə girov qoyub borc pul aldığını onlara göstərmək üçün bu cür etdiyini dedi. Mən Elxanı uzun müddət tanıdığım üçün aktın tərtib olmasına etiraz etmədim. Elxanla yaxşı münasibətlərimiz olduğundan onun sözünü yerə salmadım və ona borclu olan adamlar həmin aktı görüb aktın təsiri altında düşərək Elxanın pis vəziyyətdə olduqlarını başa düşüb Elxana olan borclarını qaytarsınlar. Həmin aktda adımın qarşısında olan imza mənə məxsusdur. Bundan başqa orada olan Cavabdeh1, X16, Müşfiq Abbasov, İddiaçı3 və Namiq Abbasov da sonradan oraya gələrək həmin aktı imzaladılar...Bildirmək istəyirəm ki, aktı biz Elxan üçün tərtib etmişdik pis vəziyyətə düşməsini ona borclu olan şəxslər görsün və Elxanın pulunu qaytarsınlar”. Həmin ifadə ilə bağlı məhkəmə iclasında İddiaçı2 bildirdi ki, o, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şahid kimi yalan ifadə vermişdir. Nə üçün yalan ifadə verməsi ilə bağlı suala cavab olaraq isə İddiaçı2 bildirdi ki, X20 onun evindən çıxsın və evi ona qaytarsın deyə o, yalan ifadə vermişdir. Kollegiya hesab edir ki, bu izah ümumiyyətlə ağlabatan deyildir. Çünki işin mübahisəsiz hallarından da göründüyü kimi İddiaçı1 məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, dalan 4 ünvanında yerləşən 5 saylı ev və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi əvvəlcə Cavabdeh1 satılmış, daha sonra isə alqı-satqı müqavilələri əsasında üçüncü şəxslərin mülkiyyətinə keçmişdir. Yəni həmin ev və torpaq sahəsinin X12 ümumiyyətlə hər hansı bir aidiyyəti yoxdur. Göründüyü kimi iddiaçı tərəf (İddiaçı2) bir tərəfdən alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığını bildirsə də, digər tərəfdən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi ifadəsində evini məhz satmaq niyyəti olduğunu və iş materiallarında olan aktın məhz İddiaçı3 görə görünüş üçün tərtib olunduğunu etiraf etmiş və bununla da həmin aktın həqiqiliyini şübhə altına almışdır. Bu baxımdan kollegiya hesab edir ki, həmin akt iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd kimi qiymətləndirilməsi və etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir və ona görə də həmin iddia tələbi həmçinin həmin tələbdən asılı olan və irəli gələn çıxarışın ləğv edilməsi, o cümlədən cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbləri də rədd edilməlidir. Bundan əlavə iddiaçılar tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 isə alqı-satqı müqaviləsinin icrasının xx xxxx 2016-cı il tarixdə (həmin tarixdə İddiaçı1 DƏDRX-nin Notariat Kontoruna ərizə ünvanlayaraq satılan evə dair alıcı Cavabdeh1 adına çıxarış verilməsini xahiş etmişdir) başlandığını bildikləri halda, hazırki iddianı 2017-ci ilin dekabr ayında irəli sürmüşlər. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri və ondan irəli gələn müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi tələbləri, həmçinin mübahisəli evin İddiaçı1 qaytarılması barədə tələblər rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, ikinci mülki iş üzrə İddiaçı4 iddiası da əsassızdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi müqavilə tərəfinin müqaviləni əhəmiyyətli dərəcədə pozması müqavilənin ləğv edilməsi əsaslarına aiddir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Belə ki, İddiaçı4 mənzil tikintisi müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliyi, yəni mənzilin dəyərini təşkil edən pul məbləğini ona vermək öhdəliyini yerinə yetirmədiyinə istinad edərək, hazırki iddianı qaldırmışdır. Kollegiya hesab edir ki, iddiaçının həmin dəlili əsassızdır. Belə ki, iş materiallarında olan İddiaçı4, Cavabdeh1 və “xxxx” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilənin 2.2.4-cü bəndinə əsasən yeni mülkiyyətçi Cavabdeh1 mənzilin mülkiyyətçi İddiaçı4 ilə razılaşdırılmış dəyərini mülkiyyətçi İddiaçı4 100% ödəmişdir. “xxxx” MMC tərəfindən verilmiş və İddiaçı4 tərəfindən “məbləği aldım” qeydi ilə imzalanmış xx xxxx 2016-cı il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 40 saylı evin 122 saylı mənzilinin ümumi dəyərini İddiaçı4 tam ödəmişdir və həmin mənzilə görə borcu yoxdur (cild 1, i/v 112). Göründüyü kimi mənzil tikintisi haqqında müqavilə üzrə mənzil alıcı Cavabdeh1 tərəfindən əvəzi tam ödənilməklə əldə olunmuş və satıcı İddiaçı4 da həmin mənzilin dəyərini tam olaraq qəbul etmişdir. Belə olan halda isə müqavilə tərəfi olan Cavabdeh1 müqavilə şərtlərini yerinə yetirməməsindən və ya pozmasından ümumiyyətlə bəhs edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X20, X5 və X17 ifadələrinə dair kollegiya qeyd edir ki, yuxarıda istinad olunan yazılı sənədlər mövcud olduğu halda şahid ifadələri əsas götürülərək pulun ödənilməməsi halı müəyyən edilə bilməz. Həmçinin şahid X10 işin nəticəsində maraqlı olması və ona görə də, qeyri-dəqiq ifadə verməsi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar var. Digər şahidlər isə hadisələri birbaşa izləməmişlər və ifadələrindən də görünür ki, onlar həmin məlumatları üçüncü şəxslərdən eşitmişlər. Bu baxımdan kollegiya hesab edir ki, həmin şahid ifadələri iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə də, İddiaçı4 ilə Cavabdeh1 və «xxxx» MMC arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi tələbləri rədd edilməlidir. Həmçinin həmin iddia tələbləri Cavabdeh1 ilə Cavabdeh5 və «xxxx» MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin, habelə həmin mənzilə dair Cavabdeh5 ilə Cavabdeh3 və «xxxx» MMC arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli mənzil haqqında müqavilənin ləğv edilməsi hissəsində də təmin edilə bilməz. Belə ki, İddiaçı4 həmin müqavilələrin tərəfi deyildir. Çünki həmin müqavilələr müvafiq olaraq Cavabdeh1 ilə Cavabdeh5 və «xxxx» MMC, o cümlədən sonuncu ikisi ilə Cavabdeh3 arasında bağlanmışdır. Bununla yanaşı iddiaçı həmin müqavilələrin ləğv edilməsi tələbini irəli sürmüşdür. Halbuki müqavilələrin ləğv edilməsi məsələlərini tənzimləyən Mülki Məcəllənin 421-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbinin irəli sürməsi hüququ yalnız müqavilənin tərəfinə məxsusdur. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilmişdir. İddiaçının mübahisələndirilən müqavilələrin tərəfi olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni mübahisələndirilən müqavilələrin ləğv edilməsi tələblərini irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Çünki bu hüquq mübahisələndirilən müqavilələrin tərəflərinə məxsusdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən irəli sürülmüş mübahisələndirilən müqavilələrin ləğv edilməsi tələbləri rədd olunmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş Cavabdeh3 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması barədə iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, həmin mənzil Cavabdeh5 ilə Cavabdeh3 və «xxxx» MMC arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli mənzil haqqında müqaviləyə əsasən Cavabdeh3 mülkiyyətinə keçib və hazırda da onun mülkiyyətindədir. Ona görə də, iddiaçı tərəfindən Cavabdeh3 ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılması barədə tələblərin irəli sürməsi əsassızdır və rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəmələrinin qətnamələri qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 və İddiaçı4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1836/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3521/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2738/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2738/2020
18.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver