Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2739/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh X2 qarşı mülki iş üzrə (Açar sözlər: hərrac xidmətlərinin və icra hərəkətlərinə görə ödənişlərin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi ismayılova Ayşən Səaddin qızının, iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh X2 qarşı “hərrac xidmətlərinin və icra hərəkətlərinə görə ödənişlərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-143/2024 saylı, 9 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-693/2020 xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 77.405,85 (yetmiş yeddi min dörd yüz beş manat 85 qəpik) manat məbləğində əsas borc, 5.315,36 (beş min üç yüz on beş manat 36 qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 82.721,21 (səksən iki min yeddi yüz iyirmi bir manat 21 qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun məbləği tutularaq iddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh tutulmalı olan borcun məbləği öhdəliyinin təminatı kimi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında olan 0,025 ha torpaq sahəsində yerləşən, 75,6 kv.m ümumi sahədən ibarət olan 3562E saylı bağ evinə yönəldilməsi, həmin bağ evi açıq hərrac yolu ilə satılması,bağ evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh verilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562E saylı bağ evinin ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən olunması, Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562 E saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılması və bağ evinin boşaldılması qət edilmişdir.
2. "xxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokolundan görünür ki "xxxx" MMC tərəfindən Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında olan 0,025 ha torpaq sahəsində yerləşən, 75,6 kv.m ümumi sahədən ibarət olan 3562E saylı bağ evi həraca çıxarılmış, hərracın yekunu olaraq, ipoteka saxlayanİddiaçı ASC tərəfindən əldə edilmişdir.
3. xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqları ilə İddiaçı ASC tərəfindən"xxxx" MMC-nin hesabına hesabfakturasına əsasən hərrac xidmətinin dəyəri olaraq 2161,01 manat xidmət haqqı və 388.98 manat məbləğində vergi ödənişin (18% ƏDV) ödənilməsi, həmçinin xx.xx.2023-cü il tarixli 19 saylı hesab-fakturasında təkrar hərracdan satılması ilə əlaqədar 405.20 manat məbləğində xidmət haqqı və 72.94 manat məbləğində vergi ödənişinin (18% ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur.
4. xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, Bank VTB tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov rayon filialında olan hesabına xx.xx.2020-ci il tarixli 47 saylı hesab fakturaya əsasən cavabdehə məxsus evin hərrac xidmətinin dəyəri olaraq 2161,01 manat ödənilmişdir.
5. xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, Bank VTB tərəfindən X1 hesabına xx.xx.2021-ci il tarixli EQ seriya EBAY 244048 əsasən 388,98 manat ƏDV ödənilmişdir.
6. xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 3570 manat məbləğində məhkəmə ödənişi ödənilmişdir.
7. xx.xx.2023-cü il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, Bank VTB tərəfindən "xxxx" MMC-nin Kapital Bank” ASC-nin Nərimanov rayon filialında olan hesabına xx.xx.2023-cü il tarixli 19 saylı hesab-fakturaya əsasən cavabdehə məxsus evin hərrac xidmətinin dəyəri olaraq 405,20 manat ödənilmişdir.
8. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş tapşırığından görünür ki, Bank VTB tərəfindən X1 hesabına xx.xx.2023-cü il tarixli EQ seriya 016023 əsasən 72,94 manat ƏDV ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı ASC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən ödənilmiş 3.570 manat məbləğində icra ödənişi, 3.028,13 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərci və məhkəməyə müraciət etmək üçün ödənilmiş 85,98 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-693/2020 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “ipoteka krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, qətnamədə xx.xx.2018-ci il tarixli 251128-1-31401 saylı “ipoteka krediti müqaviləsi” üzrə 77.406,43 manat məbləğində əsas borc, 1.894,23 manat məbləğində faiz borcu, cəmi 79.300,66 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m ümumi sahədən ibarət olan 3562 E saylı bağ evi olan fərdi yaşayış evinin açıq hərracdan satılması; satışda əldə olunan vəsaitdən 79.300,66 manat məbləğdə ödənişin icra ediləcəyi gün Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, cavabdehə məxsus ev hərrac təşkilatçısı "xxxx" MMC vasitəsilə açıq hərraca çıxarılmış və hərracın yekunu olaraq, ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqları ilə İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına hesab-fakturasına əsasən hərrac xidmətinin dəyəri olaraq 2.161,01 manat xidmət haqqı və 388,98 manat məbləğində vergi ödənişin (18% ƏDV) ödənilməsi, həmçinin xx.xx.2023-cü il tarixli 19 saylı hesab-fakturasında təkrar hərracdan satılması ilə əlaqədar 405,20 manat məbləğində xidmət haqqı və 72,94 manat məbləğində vergi ödənişinin (18% ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, Bank VTB tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov rayon filialında olan hesabına xx.xx.2020-ci il tarixli 47 saylı hesab fakturaya əsasən cavabdehə məxsus evin hərrac xidmətinin dəyəri olaraq 2.161,01 manat ödənilmişdir. xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, Bank VTB tərəfindən X1 hesabına xx.xx.2021-ci il tarixli EQ seriya EBAY 244048 əsasən 388,98 manat ƏDV ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, Bank VTB tərəfindən "xxxx" MMC-nin Kapital Bank” ASC-nin Nərimanov rayon filialında olan hesabına xx.xx.2023-cü il tarixli 19 saylı hesab-fakturaya əsasən cavabdehə məxsus evin herrac xidmətinin dəyəri olaraq 405,20 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, Bank VTB tərəfindən X1 hesabına xx.xx.2023-cü il tarixli EQ seriya 016023 əsasən 72,94 manat ƏDV ödənilmişdir. xx.xx.2021-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 3.570 manat məbləğində məhkəmə ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 3.028,13 manat məbləğində hərracın keçirilməsi xərci və 3.570 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkət(lər)i ilə əlaqədar çəkilən hərrac xərc(lər)i borclu tərəfindən ödənilir. İcra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərclərinin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, tələbkar İddiaçı ASC-nin çəkilən xərcləri Cavabdeh tələb etmək hüququ yaranmışdır.
11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-143/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi mübahisə ilə bağlı subyektiv hüquq icra orqanına məxsusdur. Lakin, icra orqanı tərəfindən bu hüquq iddia icraatı qaydasında deyil, icra hərəkətlərinin davamı kimi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka münasibətləri əsas borca münasibətdə tələbin təmin üsulu kimi çıxış etdiyindən iqtisadi dövriyyənin təmin olunması, bazar iqtisadiyyatı və mülki qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla ipoteka qoyan üzərinə əsas tələb üzrə öhdəlik qoyulması məqsədə müvafiq hesab edilmir. Nəzərə almaq lazımdır ki, ipoteka qoyan ipoteka saxlayan ilə hər hansı öhdəlik münasibətlərinə daxil olmamış, öhdəliyi yalnız ipotekaya qoyduğu mülkiyyəti həddində təşkil edir. Belə ki, tərəflər arasında yaranmış müqavilə münasibətləri üzrə öhdəliklər yalnız kreditor və əsas borclu arasında olur. İpoteka qoyan isə əsas öhdəlik üzrə yalnız ipoteka predmeti həddində mükəlləfiyyətli olur. Bu səbəbdən, əsas borclu ilə birlikdə ipoteka qoyana qarşı iddia irəli sürülməsi mövqeyi məhkəmə əsaslı hesab etmir. Əks halda, hüquq münasibətlərinin subyektləri arasında tələbin təmin edilməsi institutu kimi ipoteka münasibətlərindən çəkindiriciliyə səbəb ola bilər.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.5-ci maddəsi; “İcra” haqqında Azərbaycan Respublikası Qanununun 8.2, 61.2, 74.1, 79.1, 79.2.1, 81.1-ci maddələri; “İpoteka haqqında” Qanunun 47.2, 47.2.1, 47.2.2, 47.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
14. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-143/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı ASC-yə maddi zərər yetirilmişdir. Nəzərə alınmalıdır ki, məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər Bank tərəfindən ödənilmişdir, bu da öz növbəsində məhz cavabdehin mənafeyinə xidmət edən hərəkət olmuşdur. Belə ki, cavabdeh nəticə etibarı ilə bu işlərin aparılması prosesində həmin məbləğlərdə varlanmışdır.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdehə məxsus daşınmaz əmlak hərrac yolu ilə satılmış, əmlak hərrac yolu ilə satıldıqdan sonra hərrac xərci və icra ödənişi əmələ gəlmişdir. Bu xərclə qarşılanmadan hərrac protokolunun və digər sənədlərin əldə olunması mümkün deyildir. Bank daha tez olması üçün həmin xərcləri özü öz üzərinə götürmüş, həm 7 faiz icra ödənişi və hərrac xərcini ödəmişdir. Bununla bağlı ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir. 18.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin apellyatora münasibətdə təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
23.319.5-ci maddəsinə əsasən, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 24.440.4-cü maddəsinə əsasən, borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir. 25.1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 26.1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun
27.47.2-ci maddəsinə əsasən, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 28.47.3-ci maddəsinə əsasən, birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür. 29.47.4-ci maddəsinə əsasən, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 30.47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun
31.79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 32.79.2.1-ci maddəsinə əsasən, borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
33.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 34.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 35.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 37.Belə ki, tərəflər arasında yaranan münasibətlər ipoteka predmetinin satılmasından əldə olunan gəlirlərin bölüşdürülməsi ilə əlaqədardır. Bu münasibətlər yuxarıda sadalanan qanunvericilik normları ilə tənzimlənir. Birinci instansiya məhkəməsi də işin hallarına bu normalar əsasında qiymət vermişdir. 38.Belə ki, Mülki Məcəllənin 319.5-ci maddəsinin tələblərinə görə hərrac “İpoteka haqqında” Qanunla müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 39.Bununla yanaşı, “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edilib ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin Qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir.
40. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur. 41.Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir. Başqa sözlə, hazırki mübahisənin predmetini təşkil edən hərrac xərclərinin tutulması ilə bağlı hərəkətlər icra tədbirləri çərçivəsində icra məmuru tərəfindən həyata keçirilməli olan tədbirlərə aiddir və iddiaçı-bank həmin xərcləri hərrac təşkilatına və ya icra qurumuna ödəmək vəzifəsi daşımamışdır. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdehin bu xərclərə görə iddiaçı qarşısında müstəqil öhdəliyi yarana və həmin xərclər ayrıca olaraq ondan tutula bilməz. 42.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qaytarılması tələb edilən pul vəsaitinin iddiaçı tərəfindən hər hansı öhdəliyin icrası müqabilində deyil, könüllü qaydada verildiyini və qarşı tərəfin bunun hesabına varlanması üçün heç bir qanuni əsas və ya müqavilənin mövcud olmadığından məlumatlı olduğunu nəzərə alaraq hesab edir ki, belə olan halda cavabdehin mübahisə predmeti olan pul məbləğini qaytarmaq üzrə vəzifəsinin, apelyasiya şikayətində istinad olunan Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə əsasən yaranması istisna olunur. 43.Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 44.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 45.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-143/2024 nömrəli, 9 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova