Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2739/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması və tutmanın cavabdehin mülkiyyətinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 13300 manat borc vermişdir. Borc alan krediti xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. 16 fevral 2016-cı il tarixli sadə yazılı formada bağlanmış müqavilənin məzmununa görə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borc alan tərəfindən müqavilə öhdəliklərinə əməl edilmədikdə borclu Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500-də yerləşən 2b nömrəli 21 nömrəli mənzilin 1/3 hissəsini kreditor İddiaçı istədiyi şəxsə sataraq borc məbləğini götürməli, qalan hissəni isə Cavabdeh verməlidir. Borc qaytarılanadək çıxarışın əsli kreditor İddiaçı saxlanılacaqdır. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500-də yerləşən 2b nömrəli 21 nömrəli mənzilin 1/3 hissəsinin mülkiyyətçisidir.
3. Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh 13300 manat pulun İddiaçı xeyrinə tutulması barədə icra qeydi verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün Cavabdeh 5097 manat pulun tutulması, tutmanın Cavabdeh Yasamal rayonu, Parlament prospekti, məhəllə 500-də yerləşən 2b nömrəli 21 nömrəli mənzilin 1/3 hissəsi payına yönəldilməsi və həmin payın açıq hərracda satılaraq borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, icra qeydi 7 ildir icrada olmasına baxmayaraq icra olunmamışdır və bununla da tələbkarın pula olan mülkiyyət hüquqları pozulmaqda davam edir. Cavabdeh Kredit müqaviləsi üzrə öhdəliklərin son icra müddətindən, yəni xx.xx.2017-ci il tarixindən hazırki tarixədək 13300 manat pulun qaytarılmasını təmin etməmişdir. Cavabdeh hazırki tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Gecikdirilmiş vaxt 7 il 8 aydır. Bir il üçün gecikdirilmiş faiz məbləği 13300 x 5%: 100 = 665 manat, bir ay üçün gecikdirilmiş faiz məbləği 665:12 = 55.4 manat təşkil edır. Cavabdeh pul məbləğinin ödənilməsini 92 ay gecikdirmişdir ki, bununla da gecikdirmə faizi 92 x 55.4 = 5097 manat təşkil edir və bu məbləğ borcludan tutulmalıdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-421/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim F.Əlizadə) iddia qismən təmin edilmiş, cavabdehdən 5097 manat və ödənilmiş 71 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 445.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin olunan hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icrа hərəкətləri bоrclunun mülкiyyətində оlаn QАZ-24 mаrкаlı аvtоmаşınа yönəldilmişdir. Həmin аvtоmаşının üzərinə həbs də qоyulmuşdur. Lакin tələbкаr qеyd еdir ki, Yаsаmаl rаyоn məhкəməsinin xx.xx.2019-cu il tаriхli qərаrdаdı ilə QАZ-24 mаrкаlı ** HV *** dövlət qеydiyyt nişаnlı аvtоmаşının üzərinə аncаq özgəninkiləşdirilməsi qаdаğаn оlunmаqlа həbs qоyulmuşdur. Burаdа qеyd оlunmаlıdır ki, аvtоmаşının üzərinə həbs qоyulmаsı оnun özgəninкiləşdirilməsinə qаdаğаn qоyulmаsı аnlаmındа dеyil. Аvtоmаşının üzərinə həbs qоyulmаsı məhz həmin аvtоmаşının sахlаnılаrаq durаcаğа qоyulmаsını və dаhа sоnrа qiymətləndirilərəк hərrаcdаn sаtılmаsını еhtivа еdir. О ki, qаldı pаylı mülкiyyətdə оlаn pаyın sаtılаrаq bоrcun ödənilməsinə yönəldilməsi ümumiyyətlə icrа оlunаn hərəkət dеyildir. Bеlə кi, pаylı mülkiyyətin sаtılmаsı pаylı mülкiyyətə dаir Mülki Məcəllənin müvафiq mаddələri ilə tənzimlənir. Pаylı mülkiyyət yаlnız digər pаylı mülkiyyətçilərin rаzılığı ilə sаtılа bilər. Bеlə bir rаzılıq isə əvvəlcədən əldə оlunmаmışdır. Bаşqа sözlə, nоtаriusun icrа qеydinə əsаsən tutulmаlı оlаn pulun bu günə qədər tutulmаmаsı cаvаbdеhin günаhı ucbаtındаn dеyil, icrа оrqаnının hərəkətsizliyi nəticəsində bаş vеrmişdir. Məhkəmə cаvаbdеhin məhkəməyə vеrdiyi izаhаtını mötəbər sübut kimi qəbul еtməkdən əsаssız оlаrаq imtinа etmişdir. Bununlа dа həmin sübutlаrа hüquqi qiymət vеrməkdən bоyun qаçırmаqlа səhv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
13. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı iş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını iddianın təmin olunan hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
18. Kollegiya ilk növbədə nəzərə alır ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin hazırlıq iclasında iştirak etmiş, iddianı qismən qəbul etdiyini, səhhətində yaranmış problemlər səbəbindən öhdəliyini icra etmədiyini bildirmişdir.
19. MPM-ə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3).
20. Beləliklə, müvafiq icra sənədi üzrə hər hansı ödənişin ödənilməməsi mülki işin mübahisəsiz halıdır.
21. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdikləri halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir.
22. Digər tərəfdən, cavabdeh icra qeydinin icra olunmamasının səbəbini icra şöbəsinin üzərinə qoysa da, Məhkəmə kollegiyası onun tələbkara ödənilməli olan borcunun olduğunu bilə-bilə könüllü icra etməməsini icradan yayınma kimi qiymətləndirir.
23. Apellyasiya şikayətinin digər dəlilləri iddianın təmin olunmayan hissəsi ilə bağlı olduğundan və həmin hissə apellyasiya baxışının predmetini təşkil etmədiyindən Məhkəmə kollegiyası həmin dəlillər üzrə hər hansı araşdırma aparılmasına və qiymət verilməsinə lüzum görmədi.
24. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 21 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.