Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2741/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh Mustafayev Rəhman Taryel oğlunun iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-225/2020 saylı, 30.10.2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC və cavabdeh Mustafayev Rəhman Taryel oğlu tərəfindən ayrılıqda verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Mustafayev Rəhman Taryel oğlu və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC–nin xeyrinə 14R********** saylı kredit razılaşması üzrə 30182.44 ABŞ Dolları məbləğində kredit borcu, 16634.38 ABŞ Dolları məbləğində faiz borcu və 13849.99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 60666.81 ABŞ Dolları, 014R********** saylı kredit razılaşması üzrə 5990.84 ABŞ Dolları məbləğində kredit borcu, 3280.39 ABŞ Dolları məbləğində faiz borcu və 2161.99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11433.22 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 05.02.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 14R000010292 saylı kredit razılaşması üzrə 30182.44 ABŞ dolları kredit borcu, 16634.38 ABŞ dolları faiz borcu və 13849.99 ABŞ dolları cərimə olmaqla, cəmi 60666.81 ABŞ dolları, 014R********** saylı kredit razılaşması üzrə 5990.84 ABŞ dolları kredit borcu, 3280.39 ABŞ dolları faiz borcu və 2161.99 ABŞ dolları cərimə olmaqla, cəmi 11433.22 ABŞ dolları, 2(iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 72100 ABŞ dolları 03 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1a məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, cəmi 72100 ABŞ dolları 03 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.08.2006-cı il 02L000000105 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur, tərəflər arasında bağlanmış 27.09.2008-ci il tarixli 105 saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 120 (yüz iyirmi) ay, kredit xəttinin məbləği 300000 ABŞ Dolları olaraq müəyyən edilmişdir, daha sonra tərəflər arasında bağlanmış 06.10.2015-ci il tarixli 02L000000105S saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 230 ay, kredit xəttinin məbləği ******* ABŞ Dolları olaraq müəyyən edilmişdir, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 03.09.2014-cü il tarixli 14R000010292 saylı kredit razılaşması əsasında 23 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 80000 ABŞ Dolları məbləğində kredit götürmüşdür, tərəflərin imzaladıqları 07.10.2015-ci il tarixli 14R000010292SA saylı, 22.01.2016-cı tarixli 14R000010292SB saylı, 25.02.2016-cı il tarixli 14R000010292SC saylı, 19.12.2016-cı il tarixli 14R000010292SE saylı, 19.04.2017-ci il tarixli 14R000010292SF saylı, 27.09.2017ci il tarixli 14R000010292SG saylı, 25.04.2018-ci il tarixli 14R000010292SH saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək ilə Cavabdeh1 AccessBank QSC ilə bağladığı 18.08.2006-cı il 12M000000119 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir, tərəflər arasında bağlanmış 03.10.2008-ci il tarixli 119 saylı sazişlə ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* №-li çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsində yerləşən 18 saylı evin 113 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır, daha sonra tərəflər arasında bağlanmış 06.10.2015-ci il tarixli 02M000000119S saylı müqavilə təkrarən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir.Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-225/2020 saylı, 30.10.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh1 ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə 14R000010292 saylı kredit razılaşması üzrə əsas borc kimi 30182.44 ABŞ dolları, faiz borcu kimi 5472.38 ABŞ dolları, cərimə kimi 300 ABŞ dolları, 014R********** saylı kredit razılaşması üzrə əsas borc kimi 5990.84 ABŞ dolları, faiz borcu kimi 1035.34 ABŞ dolları, cərimə kimi 60 ABŞ dolları və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətin ödənilməsi, tələb Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borc ödənilməsi, əmlaklara tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində mənzil boşaldılması və alıcıya təhvil verilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ X1 alınması, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 (yüz qırx beş) manat pul məbləği Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pul məbləği Cavabdeh1 alınaraq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-225/2020 saylı, 30.10.2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən ayrılıqda apellyasiya şikayəti verilmişdir. İddiaçı QSC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı apellyasiya şikayətinin verildiyi qətnamə aşağıda qeyd edilən səbəblərə görə tələb olunan faiz borcunun təmin olunmamış, cərimə borcunun azaldılmış, iddia tələbinin zaminə münasibətdə rədd edilmiş və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissələrində əsassızdır, ona görə də qətnamə həmin hissələrdə ləğv edilməli, iddia tələbi həmin hissələrdə tam təmin edilməli və iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası əsas götürülməklə müvafiq qiymət ipoteka predmetinin ilkin satış qiyməti olaraq müəyyən edilməlidir. Məhkəmə iddiaçının faiz borcu ilə bağlı tələbini qismən təmin edərkən ekspert rəyinə əsaslanmışdır. Rəy ilə tanış olarkən aydın olmuşdur ki, ekspert 10R000010292 saylı və 014R********** saylı kredit razılaşmaları üzrə ödəniş planını sonuna atılmış hesablanmış cavabdeh tərəfindən ödənilməli olan faizləri nəzərə almamışdır. Ona görə də kredit razılaşmaları üzrə faiz borcunu düzgün hesablamamışdır. Halbuki, 10R000010292 saylı kredit razılaşması üzrə sona atılmış faiz borcu 13450.33 ABŞ dolları və 014R********** saylı kredit razılaşması üzrə sona atılmış faiz borcu 2648.44 ABŞ dolları təşkil edir. Bu iş materiallarında olan sonuncu ödəniş planlarında açıq aydın görünür. Ekspert bu fərqləri öz rəyində izah etməli idi. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 102-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Eyni Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsində cərimənin tənasübsüz surətdə yüksək olmasını qeyd etsə də, nəticə etibarı tərəflər arasında bağlanmış kredit razılaşmasının şərtlərinə qiymət vermədən cavabdehlərdən tələb olunan cərimə məbləğini tənasübsüz şəkildə azaltmışdır.Doğrudur, qanunvericilikdə tələb olunan cərimə məbləğinin azaldılmasının mümkünlüyü nəzərdə tutulur, lakin bu hal müəyyən olunarkən də göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq dəbbə pulunu azaldarkən borclunun deyil, kreditorun əmlak mənafelərini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Buna baxmayaraq, məhkəmə heç bir qanuni əsas göstərmədən, mülki qanunvericiliyin tələbləri nəzərə alınmadan, formal mülahizələrə istinad etməklə və kreditorun əmlak mənafelərinə zidd olaraq dəbbə pulunu tənasübsüz şəkildə azaltmışdır. Bununla da apellyasiya instansiyası məhkəməsi cərimə borcunu düzgün qiymət verməyərək cavabdehlərdən tələb olunan cərimə məbləğini həddindən artıq azaltmışdır. Bu kreditorun əmlak mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarmışdır.Qeyd edilənlərə əsasən hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən qeyd edilən hallar məhkəmə tərəfindən nəzərə alınmalı və cərimə borcu tam həcmdə təmin edilməlidir.Həmçinin, qeyd edilməlidir ki, məhkəmə hazırkı iş üzrə mübahisəyə əsassız olaraq Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etmiş, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarını düzgün tətbiq etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “... zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər esab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. ... kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. ... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır.Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.” Göründüyü kimi, bu qərardada ilk növbədə zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcminin kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmasını tələb edilir.Kredit xətti müqaviləsindən və kredit xətt müqaviləsinin müddətinin, məbləğinin dəvişdirlməsi barədə sazişlərdən görünür ki, Cavabdeh1 230 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır.Plenumun qərarında göstərilənlərə uyğun olaraq zaminlik müqaviləsində zaminliyin kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında öhdəliyinin həddi (məbləği və müddəti) və valyutası açıq-aydın qeyd edilmişdir. Hazırkı işin faktiki hallarından görünür ki, bank tərəfindən borclu Cavabdeh1 verilmiş bütün kredit kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ (1000000 ABŞ dolları) və müddət (230 ay) həddində olmuşdur. Kredit xətt müqaviləsində mühüm şərtdən yalnız faiz dərəcəsi göstərilməmişdir. Amma zaminin verilmiş kreditlərin faiz dərəcəsi barədə razılığı alınmışdır.Məhkəmə isə bu faktı düzgün qiymətləndirməmiş və ya nəzərə almamışdır. Halbuki 14R000010292 saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sonuncu 25.04.2018-ci il tarixli sazişə əlavə edilmiş ödəniş planına və 014R********** saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sonuncu 25.04.2018-ci il tarixli sazişə əlavə edilmiş ödəniş planına zamin Cavabdeh2 öz xətti ilə ödəniş planları ilə tanış olduğunu, razı olduğu yazmış və imzalamışdır. Beləliklə, Cavabdeh2 istər açılan kredit xəttinin məbləği və müddəti, istərsə də verilən kreditin faizi, bütün mühüm şərtlər barəsində razılığını ifadə etmişdir.Göstərilənlərə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(011)-225/2020 saylı qətnaməsi tələb olunan faiz borcunun təmin olunmamış, cərimə borcunun azaldılmış, iddia Təbinin zamin Cavabdeh2 münasibətdə rədd edilmiş və ipoteka predmetinin ikin satış qiymətinin müəyyən edilməməsi hissələrində ləğv edilməsi, iddia tələbinin - faiz, cərimə və zaminə dair hisslərində tam təmin edilməsi və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi əsas götürülməklə 95000 manat qiymətin ipoteka predmetinin ilkin satış qiyməti olaraq müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, hüquq və mənafeyinin pozulması ilə nəticələnmişdir. Əvvəla bankın müəyyən etdiyi siyahı üzrə həyata keçirilmiş ödənişlər düzgün hesablanmamış, o cümlədən əsas borcla yanaşı, faiz borcu da olduqca şişirdilmişdir.Kredit xətləri üzrə etdiyi əvvəlki ödənişlər nə ekspert tərəfindən, nə də məhkəmə tərəfindən hesablama aparılarkən nəzərə alınmamışdır.Halbuki, məhkəməyə vəsatət təqdim edərək mühasibatlıq ekspertizasının keçirilməsini tələb edərkən onunla İddiaçı QSC arasında bağlanmış “14R00001292” saylı kredit razılaşması, 01R000014671 saylı kredit razılaşması, 00İR********** saylı kredit razılaşması, 014R********** saylı kredit razılaşmaları üzrə etdiyi ödənişlər nəzərə alınmaqla onun banka olan əsas və faiz borcunun düzgün hesablanmasını xahiş etmişdir.Ekspert tərəfindən onun daha əvvəllər ödədiyi kredit ödənişləri nəzərə alınmamışdır. Bununla yanaşı iddia ərizəsindən görünür ki, bank tərəfindən aralarında bağlanmış kredit müqavilələrinin ləğv olunması barədə tələb də irəli sürülməmişdir.Hesab edir ki, kredit müqaviləsi ləğv olunmadan, yəni qüvvədə ola-ola kredit borcunun tam tələb tələb edilməsi qanunauyğun deyil. Məhkəmə tərəfindən də bu diqqət yetirilməmiş, kredit müqaviləsi ləğv edilmədən ondan kredit borcu tələb olunmuşdur.Bundan başqa qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) çöstərilməmiş, ipoteka predmetinin orta bazar dəyəri və likvid dəyəri müəyyən olunmamışdır.Hesab edir ki, məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilməli və girov predmetinin dəyəri müəyyən olunmalıdır.Çünki, qanunverciliyin tələbi odur ki, məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməli, bununla bağlı həm orta bazar dəyərinin, həm də likvid dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməlidir.Birinci instaniya məhkəməsi bu maddi və prosessual hüquq normalarının tələblərini gözləmədən qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bütün yuxarıda qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həllində yol verilmiş aşkar qanunsuzluqlardır. Göstərilənlərə əsasən 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, cavabdehin apellyasiya şikayətinin əsasassız olduğunu bildirərək, özlərinin apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, iddiaçının apellyasiya şikayətinin əsasassız olduğunu bildirərək, özünün apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-225/2020 saylı, 30.10.2020-ci il tarixli qətnaməsi qismən –yəni tələbin zaminə münasibətdə rədd edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 16.08.2006-cı il tarixli **********04 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 60 ay müddətinə, 30000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 105 saylı 27.09.2008-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik edilərək “bankın bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300000 ABŞ dolları məbləğində kredit xəttini açır, kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək və bu müqavilə bankın kredit vermək vədini ifadə etmir, bu müqavilə ilə kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə, 16.08.2016-cı il tarixdən gec olmayaraq verilməlidir” kimi müəyyən edilməsi haqqında tərəflər razılaşmışlar. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 02L000000105S saylı 06.10.2015-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsinin 1.1,1.2 və 1.3-cü bəndlərinə dəyişiklik edilərək “bankın bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana ******* ABŞ dolları məbləğində kredit xəttini açması, kredit xəttinin müddəti 230 ay müddətinə, 16.10.2025-ci il tarixdən gec olmayan tarix” kimi müəyyən edilməsi haqqında tərəflər razılaşmışlar. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə 03.09.2014-cü il tarixli 14R000010292 saylı kredit razılaşmasından görünür ki, bank 80000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1.6667 faiz olmaqla 23 ay müddətinə kredit alana-Cavabdeh1 verir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SH saylı 25.04.2018-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə 16.01.2017-ci il tarixdə bağlanmış 14R000010292 saylı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödənilməlidir, xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından aslı olmayaraq həmin xarici valyutada banka ödəməlidir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə 16.02.2015-ci il tarixli 014R********** saylı kredit razılaşmasından görünür ki, bank 18000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1.6667 faiz olmaqla 12 ay müddətinə kredit alana-Cavabdeh1 verir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SA saylı 07.10.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə 16.02.2015-ci il tarixdə bağlanmış 014R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 07.10.2015-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməlidir, xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından aslı olmayaraq həmin xarici valyutada banka ödəməlidir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SB saylı 22.01.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.02.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 22.01.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SC saylı 25.02.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.02.2015-ci il il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri 25.02.2016-cı il tarixdən aylıq 1.4583 faiz olmaqla ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SD saylı 16.05.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.02.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 16.05.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SE saylı 19.12.2016-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 03.09.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri 6 ay ərzində aylıq 1.8333 faiz olmaqla ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SE saylı 19.12.2016-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.02.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri 6 ay ərzində aylıq 1.8333 faiz olmaqla ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SA saylı 07.10.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 03.09.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 07.10.2015-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SB saylı 22.01.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 03.09.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 22.01.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SF saylı 19.04.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 03.09.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 19.04.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SF saylı 19.04.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.02.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 19.04.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SG saylı 26.09.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.02.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 26.09.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SG saylı 26.09..2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 03.09.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 26.09.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SH saylı 25.04..2018-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.01.2017-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 25.04.2018-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SC saylı 25.02.2016-cı il tarixli “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” Sazişdən görünür ki, 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə 16.02.2015-ci il tarixdə bağlanmış 014R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması əsasında kreditin qalıq məbləğinə 25.02.2016-cı il tarixdən aylıq 1.4583 faiz dərəcəsi ilə faiz hesablanır və Kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və və hesablanmış faizləri bu Sazişə əlavə olunan 25.02.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməlidir, kredit alan bu Saziş bağlandıqdan sonra yenidən cari krediti üzrə restruktruzasiya olunmasını tələb etdikdə və cari kredit restruktruzasiya olunduğu halda kreditin qalıq məbləğinə 1.6667 faiz dərəcəsi ilə faiz hesablanması haqqında tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış 21.04.2010-cu il tarixli, 02S00001135 saylı Zaminlik müqaviləsindən görünür ki, müqavilə 300000 ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış 06.10.2015-ci il tarixli, 02S00001135S saylı Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, bank ilə zamin 21.04.2010-cu il tarixli, 02S00001135 Zaminlik müqaviləsi üzrə “zaminlik müqaviləsi Bank və Cavabdeh1 və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etməyi, kredit xətti müqaviləsininn məbləği ******* ABŞ dolları, müddəti isə 230 ay təşkil etməsi” barədə razılığa gəlmişlər. İş materiallarında olan AccessBank» QSC və Cavabdeh1 arasında bağlanmış 02M000000119 saylı,18.08.2006-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə borclunun arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, 113 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AccessBank» QSC və Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi barədə 119 saylı, 03.10.2008-ci il tarixli Sazişdən görünür ki, kredit xəttinin məbləği 300000 ABŞ dolları olmaqla 120 ay müddətinə olmaqla dəyişdirilmişdir. İş materiallarında olan AccessBank» QSC və Cavabdeh1 arasında notariat qaydasında bağlanmış ipoteka müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi barədə **********119S saylı, 06.10.2015-ci il tarixli Sazişdən görünür ki, kredit xəttinin məbləği ******* ABŞ dolları olaraq dəyişdirilmişdir. İş materiallarında olan MH ******* saylı, 11.10.2008-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, 113 saylı mənzil İddiaçı QSC Babək filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX ******* saylı, 08.10.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, 113 saylı mənzil İddiaçı QSC Bakıxanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 01.05.2019-cu il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 014R********** saylı 16.02.2015-ci il tarixli kredit razılaşması üzrə borcu 5990.84 ABŞ Dolları məbləğində kredit borcu, 3280.39 ABŞ Dolları məbləğində faiz borcu və 2161.99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11433.22 ABŞ Dolları təşkil edir. İş materiallarında olan 01.05.2019-cu il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 14R000010292 saylı 03.09.2014-cü il tarixli kredit razılaşması üzrə borcu 30182.44 ABŞ Dolları məbləğində kredit borcu, 16634.38 ABŞ Dolları məbləğində faiz borcu və 13849.99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 60666.81 ABŞ Dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli, 31869 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 16.02.2015-ci il tarixli 014R********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 “01.05.2019cu il tarixə (maliyyə arayışı tarixinə) İddiaçı QSC-nə olan borcu əsas borc üzrə 30182.44 ABŞ dolları, faiz borcu üzrə 5472.38 ABŞ dolları, 16.02.2015-ci il tarixli 014R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 01.05.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) İddiaçı QSC-nə olan borcu əsas borc üzrə 5990.84 ABŞ dolları, faiz borcu üzrə 1035.34 ABŞ dolları kimi müəyyən edilmişdir.Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 15.09.2020-ci il tarixli 40 saylı mənzilin qiymətləndirilməsinə dair ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzili, Kiyev layihəli yığma panel konstruksiyadan inşa edilmiş 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşməklə 70.0 m2 ümumi sahədə 3 yaşayış otağından və əlverişli yardımçı sahələrdən ibarət olan, orta (orta səviyyədən nisbətən aşağı) səviyyəli təmirə malik olan mənzilin hazırkı orta bazar qiymətinə uyğun olaraq satış məbləği 95000 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair 15.09.2020-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. İş materialları əsasında 1-ci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 16.08.2006-cı il tarixdə 02L000000105 saylı kredit müqaviləsi imzalanmışdır, 03.09.2014cü il tarixdə eyni tərəflər arasında həmin kredit müqaviləsinin tərkib hissəsi olan 80000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan kredit razılaşması və 16.02.2015-ci il tarixdə həmin kredit müqaviləsinin tərkib hissəsi olan 18000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan kredit razılaşması imzalanmışdır, müqavilələyə əsasən bank öhdəliyini lazımınca icra edərək pul məbləğini Cavabdeh1 vermiş, o da həmin məbləği almışdır, Cavabdeh2 kreditor və borclu arasında bağlanmış 2006-cı il tarixli kredit xətti müqaviləsi üzrə zamin dürmuş, həmin müqaviləyə 06.10.2015-ci il tarixdə əlavə və dəyişikliklər edilmişdir, kreditor və borclu arasında kredit xətti müqaviləsinə ən son əlavə və dəyişikliklər 25.04.2018-ci il tarixdə olmuşdur, 18.08.2006-cı il tarixdə bank və borclu arasında ipoteka müaviləsi bağlanmışdır, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, 113 saylı mənzil kredit xətti müqaviləsinin təminatı olaraq Bankın xeyrinə yüklü edilmişdir, ipoteka müqaviləsi daşınmaz əmlakın reyestri xidmətində qeydiyyata alınmışdır, ipoteka predmeti olan mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləği 95000 manat təşkil edir, Cavabdeh1 kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri 26.09.2018-ci il tarixdən banka qaytarmamışdır, bank tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmişdir, hazırda Cavabdeh1 iddiaçıya kredit xətti müqaviləsi üzrə əsas borcu üzrə 36173,28 ABŞ dolları, faiz borcu üzrə 6507,70 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmçinin, məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 14R000010292 saylı kredit razılaşması üzrə 300 ABŞ dolları, 014R********** saylı kredit razılaşması üzrə isə 60 ABŞ dolları həddində müəyyən edilməsini məqsədəmüvafiq saymışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 477.0.1.-cü maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminlik müqaviləsinə xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. İddiaçı QSC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı apellyasiya şikayətinin verildiyi qətnamə tələb olunan faiz borcunun təmin olunmamış, cərimə borcunun azaldılmış, iddia tələbinin zaminə münasibətdə rədd edilmiş və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissələrində əsassızdır, ona görə də qətnamə həmin hissələrdə ləğv edilməli, iddia tələbi həmin hissələrdə tam təmin edilməli və iş üzrə keçirilmiş məhkəmə- əmtəəşünaslıq ekspertizası əsas götürülməklə müvafiq qiymət ipoteka predmetinin ilkin satış qiyməti olaraq müəyyən edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 01.04.2021-ci il tarixli Qərardadı əsasında təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2021-ci il tarixli Rəyi ilə müəyyən olunur ki, 03.09.2014-cü il tarixli 14R000010292 saylı Kredit Razılaşması üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 Tarvel oqlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, kredit statusu məlumatları, 03.09.2014-cü il tarixli 14R000010292 saylı Kredit Razılaşması və əlavə sazişlərin şərtləri və faiz dərəcələri nəzərə alınmaqla Cavabdeh1 01.05.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 52.484,69 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 01.05.2019-cu il tarixə: əsas borc üzrə------------------ 38.358,84 ABŞ dolları, faiz borcu üzrə------------------ 14.125,85 ABŞ dolları. 16.02.2015-ci il tarixli 014R********** saylı Kredit Razılaşması üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, kredit statusu məlumatları, 16.02.2015-ci il tarixli 014R********** saylı Kredit Razılaşması və əlavə sazişlərin şərtləri və faiz dərəcələri nəzərə alınmaqla Cavabdeh1 01 05.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 8.582,32 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 01.05.2019-cu il tarixə: Əsas borcu üzrə------------------ 6.262,53 ABŞ dolları, faiz borcu üzrə ------------------ 2.319, 79 ABŞ dolları. Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 28.07.2021-ci il tarixli Qərardadı əsasında təyin olunmuş qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC-nin 23 avqust 2021-ci il tarixli Rəyi ilə müəyyən olunur ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilin bazar qiyməti 90.000,0 (doxsan min) manat, Likvid qiyməti- 81.000,0 manat təşkil edir. Lakin qeyd edilməlidir ki, 1-ci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisəyə əsassız olaraq Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etmiş, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarını düzgün tətbiq etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “... zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər esab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. ... kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. ... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır.Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.” Göründüyü kimi, bu qərardada ilk növbədə zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcminin kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmasını tələb edilir.Kredit xətti müqaviləsindən və kredit xətt müqaviləsinin müddətinin, məbləğinin dəvişdirlməsi barədə sazişlərdən görünür ki, Cavabdeh1 230 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır.Plenumun qərarında göstərilənlərə uyğun olaraq zaminlik müqaviləsində zaminliyin kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında öhdəliyinin həddi (məbləği və müddəti) və valyutası açıqaydın qeyd edilmişdir. Hazırkı işin faktiki hallarından görünür ki, bank tərəfindən borclu Cavabdeh1 verilmiş bütün kredit kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ (1000000 ABŞ dolları) və müddət (230 ay) həddində olmuşdur. Kredit xətt müqaviləsində mühüm şərtdən yalnız faiz dərəcəsi göstərilməmişdir. Amma zaminin verilmiş kreditlərin faiz dərəcəsi barədə razılığı alınmışdır.Məhkəmə isə bu faktı düzgün qiymətləndirməmiş və ya nəzərə almamışdır. Halbuki 14R000010292 saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sonuncu 25.04.2018-ci il tarixli sazişə əlavə edilmiş ödəniş planına və 014R********** saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sonuncu 25.04.2018-ci il tarixli sazişə əlavə edilmiş ödəniş planına zamin Cavabdeh2 öz xətti ilə ödəniş planları ilə tanış olduğunu, razı olduğu yazmış və imzalamışdır. Beləliklə, Cavabdeh2 istər açılan kredit xəttinin məbləği və müddəti, istərsə də verilən kreditin faizi, bütün mühüm şərtlər barəsində razılığını ifadə etmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(011)-225/2020 saylı qətnaməsi iddia təbinin zamin Cavabdeh2 münasibətdə rədd edilməsi və ipoteka predmetinin ikin satış qiymətinin müəyyən edilməməsi hissələrində ləğv edilməli, və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. İddiaçının apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, həmin dəlillər üzrə 1-ci instansiya məhkəməsinin apardığı yuxarıda qeyd edilən araşdırma və nəticə ilə Kollegiya razılaşır və yenidən qeyd etməyə zərurət yoxdur. Həmçinin, iddiaçı apellyasiya şikayətinində ipoteka predmetinin ilkin satış qiymətinin 95.000,0 manat müəyyən olunmasını bildirsə də iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı qanuna uyğun likvid qiymətin müəyyən olunaraq qətnamədə göstərilməsini xahiş etmişdir.Odur ki, Kollegiya ipoteka predmetinin satış qiymətini Bakı Apellyasiya Məhkəməsinin 28.07.2021-ci il tarixli Qərardadı əsasında təyin olunmuş qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC-nin 23 avqust 2021-ci il tarixli Rəyi ilə müəyyən olunan Likvid qiyməti- 81.000,0 manat təşkil etdiyini nəzərə alır.. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, şikayətdə borcun məbləğinin düzgün hesablanmaması qeyd olunsa da, hansı ödənişin nəzərə alınmaması və ekspertiza rəyinin əsassızlığını şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-225/2020 saylı, 30.10.2020-ci il tarixli qətnaməsi qismən-iddia tələbinin zamin Cavabdeh2 münasibətdə və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmaması hissədə ləğv olunsun. Cavabdeh1 tutulması qət olunmuş ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə 14R000010292 saylı kredit razılaşması üzrə əsas borc kimi 30182.44 ABŞ dolları, faiz borcu kimi 5472.38 ABŞ dolları, cərimə kimi 300 ABŞ dolları, 014R********** saylı kredit razılaşması üzrə əsas borc kimi 5990.84 ABŞ dolları, faiz borcu kimi 1035.34 ABŞ dolları, cərimə kimi 60 ABŞ dolları və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat Cavabdeh2 da müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilin ilkin satış qiyməti 81.000, (səksən bir min) manat müəyyən olunsun. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat pul məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat pul məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2741/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2741/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver