Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2745/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X6 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, cavabdeh X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X9, X10 və Cavabdeh5 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-100/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 152994,64 ABŞ dolları kredit borcu, 54277,01 ABŞ dolları faiz borcu, 115210,43 ABŞ dolları cərimə, cəmi 322482,08 ABŞ dolları məbləğində borcun, 30 manat notariat xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi 3A saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, evin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 "İddiaçı" ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin, notariat xərcinin və dövlət rüsumunun ödənilməsi; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi 3 A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması; ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 (Rahilə) Əlipaşa qızına xx.xx.2009-cu il tarixli 0902- 3604/0044 saylı Kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 26% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 (Rahilə) Əlipaşa qızı arasında xx.xx.2009-cu il tarixli 0902-3604/0044/İ saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 (Rahilə) Əlipaşa qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi 3A saylı fərdi yaşayış evi diğər cavabdehlərin razılıq ərizələri əsasında xx.xx.2009-cu il tarixli 0902-3604/0044 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 iddiaçıya xx.xx.2011-ci il tarixə 152994,64 ABŞ dolları kredit borcu, 54277,01 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 115210,43 ABŞ dolları cərimə, cəmi 322482,08 ABŞ dolları borclu qalmaqdadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-100/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi müddət ötürüldüyü üçün təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Kredit müqaviləsi xx.xx.2009-cu il tarixdə 2 il müddətinə bağlanmış, kreditin qaytarılması üçün son müddət xx.xx.2011-ci il müəyyən edilmiş və bank xx.xx.2017-ci ildə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin iddia müddətinin ötürülməsinə dair gəldiyi nəticə MM-in 380-ci maddəsinə ziddir. Məhkəmə ödəniş terminalı ilə ödənilmiş 1 USD ödənişin borclu tərəfindən ödənildiyinin sübut olunmadığını göstərsə də xx.xx.2016-cı ildə 41,24 USD və xx.xx.2017ci ildə 23.12 USD məbləğində ödənişlərə ümumiyyətlə münasibət bildirməmiş və onların iddia müddətinin axımını kəsən borcun etirafı olduğunu nəzərə almamışdır. Belə ki, xx.xx.2016-cı ildə 41,24 USD cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı Firuzə Nuriyeva tərəfindən, xx.xx.2017-ci ildə 23.12 USD isə Cavabdeh1 özü tərəfindən bankın kassasına nağd qaydada ödənilmişdir. Bundan başqa Cavabdeh1 xx.xx.2017-ci il tarixli ərizə ilə bankın İdarə Heyətinin sədrinə müraciət edərək, 200 000 USD kredit götürdüyünü, kredit müqaviləsi üzrə banka 152997 USD borcunun qaldığını və oğlunun səhhətinə görə uzun müddət ödəniş edə bilmədiyini göstərərək ona köməklik etməyi bankdan xahiş etmişdir. Cavabdehin bu ərizəsi iş materiallarında olsa da məhkəmə iddia müddətinin tətbiqi haqqında məsələni həll edərkən ona qiymət verməmişdir. Ekspert rəylərindəki kredit borcunun bağlanması haqqında məlumat ekspertlərin apardıqları tədqiqatın yekunu kimi gəldikləri nəticə deyil, Mərkəzləşdirilmiş Kredit reyestrindən çıxarışa istinaddır. Yəni ekspertizanın nəticəsində xx.xx.2011-ci il tarixə kredit müqaviləsi üzrə qalıq borcun məbləği müəyyən edilmiş və bu tarixdən sonra ümumilikdə 15255,36 USD məbləğində ödənişin aparıldığı göstərilmişdir. Həmin çıxarış borcun cavabdeh tərəfindən ödənildiyini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, bank tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə səhv məlumat verilməsi nəticəsində həmin reyestrdə borcun bağlandığı haqqında məlumat qeyd edilmişdir. Əgər borc həqiqətən ödənilmiş olsaydı, bank ipoteka predmeti olan evin ipotekadan azad olunması barədə də daşınmaz əmlakın dövlət reyestrinə məlumat verərdi və yaxud ən azından həmin evin mülkiyyətçisi – ipotekaqoyan kimi cavabdeh bunu bankdan tələb edərdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8833/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8080/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə, İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, “Kollegiya qeyd edir ki, iddia müddətin axımının kəsilməsi iddia müddəti ərzində hüquqi əhəmiyyətə malik olan edilən hərəkətin nəticəsi olaraq ortaya çıxır. İddia müddəti axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. Normanın məzmunundan da görünür ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri iddia müddətinin ötməsinə kimi edilməlidir. Əgər iddia müddəti ötərsə, onda borcun etirafı iddia müddəti axımının kəsilməsinə səbəb olmur. Bu, yalnız borclunun könüllü surətdə öhdəliyi icra etmək niyyətini bildirir. Çünki ötmüş iddia müddətinin axımı kəsilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddia müddəti ötdükdən sonra Cavabdeh1 tərəfindən az məbləğlərdə ödənişlərin həyata keçirilməsinin həqiqətə uyğun görsənməməsinə dair qənaəti işin araşdırılmış hallarına uyğun gəlmir. Belə ki, faktiki olaraq ödənişlərin mövcudluğu baxımından apellyasiya instansiyası məhkəməsinin daxili inam əsasında formalaşdırdığı bu qənaətin hüquqi əsas yoxdur. Bundan əlavə, kollegiyanın qənaətinə görə də cavabdehin xx.xx.2012-ci il tarixdən sonra olan ödənişlərin onun tərəfindən həyata keçirilmədiyini bildirməsinə dair izahatı da məhz xx.xx.2016-cı ildə 1 ABŞ dollar, xx.xx.2016-cı ildə 41,24 ABŞ dolları və xx.xx.2017-ci ildə 23.12 ABŞ dolları məbləğində ödənişin həyata keçirilməsinə dair subutların mövcudluğu baxımından araşdırılmamış və bu hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallardan diqqətəlayiq olan hala, yəni, Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixdə banka ərizə ilə müraciət edilməsinə, həmin ərizənin məzmununda göstərilənlərə diqqət yetirmədən cavabdehin iddiaya olan etirazının və iddia müddətinin tətbiqi barədə ərizəsinə sözügedən ərizənin məzmunu baxımından hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmaaparılmamış, iddiaçının iddiasının əsası kimi, cavabdeh tərəfin isə iddiaya etirazlarına dair istinad etdikləri hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməməklə onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, apellyasiya şikayətinin dəlillərinə məhz cavabdeh tərəfin iddiaya etirazının əsası kimi istinad edilən halları üzrə, onun mənayefinə uyğun hüquqi qiymət verməyə çalışsa da iddiaçının tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara diqqət yetirməmiş, sübutları birtərəfli qiymətləndirmişdir. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. İşin təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətinin məzmununa uyğun vermiş; həmçinin əlavə olaraq bildirmişdir ki, 1 ABŞ dollar ödəniş bankda şübhə yaratmamış; 1 ABŞ dolları ödənişi banka birbaşa ödənilməmiş, MilliÖn aparatı vasitəsi ilə ödənilmişdir. X5 2011-ci il tarixdə ödədiyi 15.000 ABŞ dollarının hansı hesab köçürüldüyünü dəqiq bilmir; tarixlərdə texniki səhvlər olmuşdur; müddət xeyli keçdiyi üçün sistem bağlanmışdır. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya şikayəti tamamilə formal mülahizələrdən ibarətdir. Qeyd etmişdir ki, onun tərəfindən götürülmüş kredit tam şəkildə ödənilmişdir və öhdəliyinə xitam verilmişdir. Bank tərəf 1 ABŞ dolları ödəniş etməklə guya onun borcu etiraf etməyi görüntüsü yaratmaq məqsədi güdmüşdür. Bank apellyasiya şikayətində guya bank tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə səhv məlumat verilməsi nəticəsində həmin reyestrdə borcun bağlandığı barədə məlumat qeyd edilməsini bildirmişdir və bu amil ümumiyyətlə ağlabatan deyildir. Bu, əsası olmayan bir iddia tələbinə don geyindirməkdən başqa bir şey deyildir. O, üzərinə düşən öhdəliyi tam şəkildə icra etmişdir. Binəqədi rayon Məhkəməsinin qətnaməsi tam əsaslı və qanuni olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borcu bağlasa da bankdan ona borcun bağlanması ilə əlaqədar hər hansı sənəd verilməmişdir. Bankın əməkdaşları ona deyiblər ki, “get bu ödənişləri et, ödənişlər ediləndən sonra mənzilin girovdan çıxaılması üçün sənə sənəd verəcəyik”. Cavabdeh də bu səbəbdən həmin ödənişləri rüsüm bilib ödənişlər etmişdir. Həmçinin Cavabdeh1 məhkəmə iclasında qeyd etmişdir ki, o, başqa bankdan pul götürməli idi və İddiaçı gedəndə ona ərizə yazdırdılar ki, yenidən borc versinlər, ona görə həmin ərizəni yazıb. Cavabdeh O.Nuriyev apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Banka olan borcu tam şəkildə ödəmişlər. 2011-ci il tarixdə 15 000 dollar ödəniş etsələr də həmin məbləğin hansı hesaba keçməsi ilə bağlı nə bankın nədə onların məlumatı yoxdur. Xahiş etmişdir ki, bu halları nəzərə alınsın. Apellyasiya şikayətinin təmin olunmamasını, Binəqədi rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X2 nümayəndəsi-vəkili Gülsabah Şəfiyeva apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixli ekspert rəyində Mərkəzləşdirilmiş Kredit reyestrindən ekspertizaya təqdim edilmiş çıxarışa əsasən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə qalığın olmaması müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli ekspert rəyində də xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 200.000 ABŞ dolları məbləğində kredit verildiyi, həmin müqavilə üzrə borcun bağlandığının öz əksini tapması qeyd edilmişdir. İş materiallarından da görünür ki, müqavilənin son müddəti xx.xx.2011-ci il tarixdir və öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdən sonra başlanır. İddiaçı tərəfindən 1 ABŞ dolları məbləğində ödəniş edilməsini əsas götürməklə borclunun borcu etiraf etməsi kimi qəbul edilməsi barədə apellyasiya şikayətində göstərmişdir. Bunlar hamısı əsası olmayan iddialar olduğu üçün heç bir sübuta əsaslandırılmayıb. Bu səbəbdən apellyasiya şikayətini təmin etmədən, məhkəmə qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bötövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verərək iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan yazılı sənədlərlə müəyyən edilir ki, xx xxxxxx 2009-cu il tarixli, 0902-3604/0044 nömrəli kredit müqaviləsi əsasında İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış və cavabdehə Bank tərəfindən illik 26% ilə 200.000 ABŞ dolları kredit verilmiş, kreditin qaytarılması üçün son müddət xx xxxxxx 2011-ci il göstərilmişdir. X4 Palatasının Mərkəzi Kredit Reyestri Xidməti tərəfindən verilmiş Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2009cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinə xitam verilmişdir (öhdəlik bağlanmışdır). Bank tərəfindən təqdim olunmuş çıxarışdan görünür ki, cavabdeh Banka xx.xx.2009-cu il tarixdə 3000, xx.xx.2009-cu il tarixdə 2000, xx.xx.2009-cu il tarixdə 2500, xx.xx.2009-cu il tarixdə 2500, xx.xx.2009-cu il tarixdə 2500, xx.xx.2009-cu il tarixdə 1250, xx.xx.2010-cu il tarixdə 1300, xx.xx.2010-cu il tarixdə 1300, xx.xx.2010-cu il tarixdə 1300, xx.xx.2010-cu il tarixdə 1000, xx.xx.2010-cu il tarixdə 2000, xx.xx.2010-cu il tarixdə 1500, xx.xx.2010-cu il tarixdə 1500, xx.xx.2010-cu il tarixdə 1200, xx.xx.2010-cu il tarixdə 1400, xx.xx.2010-cu il tarixdə 1400, xx.xx.2010-cu il tarixdə 1400, xx.xx.2010-cu il tarixdə 1400, xx.xx.2011-ci il tarixdə 1300, xx.xx.2011-ci il tarixdə 1400, xx.xx.2011-ci il tarixdə 1400, xx.xx.2011-ci il tarixdə 1400, xx.xx.2011-ci il tarixdə 1000, xx.xx.2011-ci il tarixdə 1000, xx.xx.2011-ci il tarixdə 1000, xx.xx.2011-ci il tarixdə 1000, xx.xx.2011-ci il tarixdə 1000, xx.xx.2011-ci il tarixdə 1000, xx.xx.2011-ci il tarixdə 900, xx.xx.2011-ci il tarixdə 890, xx.xx.2012-ci il tarixdə 900, xx.xx.2012-ci il tarixdə 900, xx.xx.2012-ci il tarixdə 700, xx.xx.2012-ci il tarixdə 700, xx.xx.2016-cı il tarixdə 1, xx xxxxxx 2016-cı il tarixdə 41,24, xx.xx.2017-ci il tarixdə 23,12 ABŞ dolları məbləğində ödəniş etmiş və onun Banka cəmi 322482.08 ABŞ dolları borcu mövcuddur. Həmçinin iş matriallarına əlavə olunmuş Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli ərizədən aydın olur ki, Cavabdeh1 2009-cu ildə bankdan 200000 ABŞ dollar kredit götürdüyünü, həmin kredit üzrə 152,997 ABŞ dolları borcunun qaldığını, həmçinin oğlunun səhhətində problem olduğundan ödənişləri həyata keçirə bilmədiyini qeyd edərək bank rəhbərliyinin ona köməklik etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə müvafiq olaraq, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. ... iddia müddətinin axımı həmin müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Qeyd olunan hüquq normaları kontekstində işin faktiki hallarını nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, yuxarıda da göstərildiyi kimi, tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklər ən geci xx xxxxxx 2011-ci il tarixədək icra edilməli idi. Bank tərəfindən təqdim edilən hesabdan çıxarışdan və “Kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında” arayışdan görünür ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə ardıcıllıqla olan ödənişlərdən sonuncu ödəniş xx.xx.2012-ci il tarixdə 700 ABŞ dolları olmuş, sonradan xx.xx.2016-cı il tarixə qədər heç bir ödəniş olmamış, yalnız xx.xx.2016-cı il tarixdə 1 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 41.24 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə isə 23.12 ABŞ dolları ödəniş olmuşdur. Cavabdeh1 tərəfindən ardıcıl olaraq ödənilən məbləğlərdən sonuncusu xx.xx.2012ci ildə həyata keçirilmiş, həmin ödənişdən sonra xx.xx.2016-cı il tarixə qədər 4 il 15 gün heç bir ödəniş olmamışdır. Yəni iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. İddiaçının istinad etdiyi ödənişlər və ərizənin yazılması iddia müddəti ötürüldükdən sonra olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1 və 380.2-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Nəzərə alınmalıdır ki, iddia müddətin axımının kəsilməsi iddia müddəti ərzində hüquqi əhəmiyyətə malik olan edilən hərəkətin nəticəsi olaraq ortaya çıxır. İddia müddəti axımının kəsilməsi onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir, son qoyulur və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. Normanın məzmunundan da görünür ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri iddia müddətinin ötməsinə kimi edilməlidir. Əgər iddia müddəti ötərsə, onda borcun etirafı iddia müddəti axımının kəsilməsinə səbəb olmur. Bu, yalnız borclunun könüllü surətdə öhdəliyi icra etmək niyyətini bildirir. Çünki ötmüş iddia müddətinin axımı kəsilə bilməz. (Ali Məhkəmənin qərarında qeyd olunduğu kimi). Həmçinin qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 tərəfindən banka ünvanlanmış - özündə borcun etirafını əks etdirən, eləcə də bankın nümayəndəsinin məhkəməyə vaxtında müraciət etməmələrinə dair istinad etdiyi həmin ərizənin tarixi xx xxxxxx 2017-ci il tarixdir, həmin tarixə qədər iddia müddəti ötürülmüşdür. Yəni qeyd olunan ərizə iddia müddəti beş ilə yaxın ötürüldükdən banka təqdim edilmişdir. Belə olan halda bankın məhkəməyə müraciət etmək istəmələri, lakin sonradan cavabdeh X2 bank rəhbərliyinə yazılı qaydada müraciətinə dair dəlili özlüyündə əsassızdır. Həmçinin Kollegiya qeyd edir ki, xx.xx.2016-cı il tarixdə 1 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 41.24 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə isə 23.12 ABŞ dolları məbləğdə banka ödənişlərin kimin tərəfindən həyata keçirilməsi iddia müddətinin ötürülüb-ötürülməməsinin səbəbi kimi qəbul edilə bilməz. Belə ki, xx.xx.2012-ci il tarixdən üç illik müddət hesablandıqda xx.xx.2016-cı il tarixə qədər hər bir halda iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC-ninapellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-100/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2745/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2745/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver