Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2745/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(005)- 329/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyana görə 24358,28 manat və bank əmanəti müqaviləsinin 1 saylı əlavəsinə əsasən həmin məbləğin faizi 405,97 manat, ümumilikdə 24764,25 manat və 25000 manat maddi təzminat, cəmi 49764,25 manat və iddia ərizəsinin verilməsinə görə 239,29 manat dövlət rüsumu, vəkilə ödənilən 850 manat pulun cavabdeh bank Cavabdeh ASC-dən alınaraq ona ödənilməsini və cavabdeh bank olan Cavabdeh ASCnin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(005)-329/2023 saylı qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(005)- 329/2023 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(005)- 329/2023 saylı qərardadından İddiaçı şikayət vermiş və eyni zamanda həmin qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(005)- 329/2023 saylı qərardadı ilə müddətinin bərpa edilməsi barədə ərizə təmin edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(005)- 329/2023 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 329/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apelyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. İddiaçı tərəfindən şikayət qanunla müəyyən edilmiş qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl edilmədən, gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etmədən verilmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”- də isə apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavəyə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Şikayətdən görünür ki, şikayət gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etmədən verilmiş və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”- də isə apellyasiya şikayətinin formasına riayət edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən şikayəti geri qaytarmalı olduğu halda şikayətə baxaraq təmin etməmiş və şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Eyni zamanda məhkəmə həmin şikayətin geri qaytarılması barədə qərardadla müddətin bərpasına dair ərizəni də baxılmadan onu vermiş şəxsə geri qaytarılmalı idi. Belə ki, müddətin bərpası məhz həmin şikayətin baxılması üçün edilmişdir ki, həmin şikayət özü qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(005)-329/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2745/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2745/2023
16.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver