Məhkəmə qərarları › İş №2(103)-2748/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2748/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2748/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 18.12.2019-cu il tarixli, 2(003)-788/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı ASC-nin xeyrinə 21668,81 manat məbləğində əsas, 5654,37 manat məbləğində faiz borcu olmaqla, cəmi 27323,18 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus “Audi A5” markalı, **-EL-*** qeydiyyat nişanlı minik avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış 07.01.2016-cı il tarixli, 0448 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh minik avtomobilinin alınması üçün 36 ay müddətinə, illik 14 faiz dərəcəsi ilə hesablanmaqla, 32100 AZN məbləğində kredit vermişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan “AUDİ A5” markalı, **-EL-*** qeydiyyat nişanlı minik avtomobili ipoteka ilə yüklü edilmiş və cavabdehlə07.01.2016-cı il tarixli, 448 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. İpoteka müqaviləsinə əsasən isə ipoteka qoyan kredit müqaviləsi və bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə tələblərinin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu tələb olunan qaydada ödəməmişdir. Belə ki, cavabdeh tərəfindən sonuncu ödəniş 14.02.2017-ci il tarixdə 2200 AZN olmuşdur. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə edilən müraciətlər heç bir nəticəverməmiş və filial tərəfindən verilmiş maliyyə arayışına əsəsən 25.12.2018-ci il tarixə Cavabdeh banka 21668,81 AZN əsas borc, 5654,37 AZN faiz borcu olmaqla, cəmi 27 323,18 AZN təşkil edir. Daha sonra iddia tələbinin həcmi artırılaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 07.01.2016-cı il tarixli, 0448 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 21668.81 manat əsas, 8494.19 manat faiz borcu və 4222.82 manat cərimə borcu olmaqla, cəmi kredit borcu 34 385.82 AZN məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu, habelə ödənilmiş 0.40 manat bank xidmət haqqı tutulması, Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı olan məbləğ ilk növbədə, 07.01.2016-cı il tarixli, 448 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus “AUDİ A5” markalı, **-EL- *** qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borc ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 18.12.2019-cu il tarixli, 2(003)-788/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh 21668.81 (iyirmi bir min altı yüz altmış səkkiz manat səksən bir qəpik) manat məbləğində əsas borc, 8494.19 (səkkiz min dörd yüz doxsan dörd manat on doqquz qəpik) manat məbləğində faiz borcu və 400 (dörd yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 30563 (otuz min beş yüz altmış üç manat) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan “AUDİ A5” markalı, **-EL- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC qarşısında ipoteka ilə yüklülükdən azad edilməsi və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 135803 saylı, 07 yanvar 2016-cı il tarixli çıxarış ləğv edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 18.12.2019-cu il tarixli, 2(003)-788/2019 saylı qətnaməsinin qismən, cavabdehdən 400 manat cərimə borcunun tutulması, Cavabdeh mülkiyyətində olan AUDİ A5 markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC qarşısında poteka ilə yüklülükdən azad edilməsi, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyetrindən AA № 135803 saylı, 07.01.2016-cı il tarixli çıxarışın ləğv edilməsi hissəsində ləğv edilməsi, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsi, həmçinin, birinci instansiya məhkəməsinin hakimi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qətnamənin aşağıda qeyd olunan hissələri ilə razı deyillər və hesab edirlər ki, həmin hissələrdə qanunsuz və əsasssız olduğuna görə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir.Məhkəmə AR MPM-in 462, 463.1, 467-ci maddələrinə istinad edərək bildirir ki, işin hallarını, əsas və faiz borcun məbləğinə nisbətdə dəbbə pulu məbləğinin yüksək olduğunu nəzərə alaraq, 400 manat həddinədək azaldılmasını ədalətli hesab edirlər. Bildirir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 0448 saylı, 07.01.2016-cı il tarixli kredit müqaviləsinin 6.10.1-ci bəndində qeyd olunmuşdur ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud lazımınca icra etmədikdə, yaxud müəyyənləşdirilmiş şərtdə icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 14% miqdarında Borc verənə dəbbə pulu ödəməlidir.Göründüyü kimi, dəbbə pulunun hesablanması barədə tərəflər arasında yazılı razılaşma mövcud olmuş və iddiaçının tələb etdiyi dəbbə pulu məbləği müqaviləyə uyğun qaydada əsas və faiz bcrcu cəminin 14% həddində hesablanmışdır (30163x 14/100 = 4222.82). AR MPM-in 467-ci maddəsində qeyd olunur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 1-ci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 329.1 -ci maddəsinə və “İpoteka haqqında” qanunun 0.2-ci maddəsinə istinad edərək, hesab etmişdir ki, iddia tələbi borcun ipoteka predmeti olan evtomobilə yönəldilməsi hissəsində təmin edilməməli, tərəflər arasında bağlanmış 448 saylı, 27.01.2016-cı il tarixli ipoteka müqaviləsi mülki qanunvericiliyin normalarına uyğun bağlanmadığından etibarsız hesab edilməlidir.Bu hissə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər:Məhkəmə özü də qeyd edir ki, “İpoteka haqqında” qanunun 10.1-ci maddəsinə 28.12.2018-ci il tarixdə dəyişikliyə əsasən ipoteka müqavilələrinin notarial qaydada təsdiq edildiyi göstərilmişdir. Lakin buna qədər qanunda yalnız daşınmaz əşyanın ipotekası haqqında müqavilənin notarial qaydada təsdiqlənməsi göstərilmişdir. Göründüyü kimi, müvafiq dəyişiklik qanuna 2018-ci il tarixdə edilmişdir. Hazırkı iş üzrə nəqliyyat vasitəsi barədə ipoteka müqaviləsi isə 2016-cı il tarixdə bağlanmışdır.AR Mülki Məcəlləsinin 307.7-ci maddəsində ümumi qaydada “ipoteka müqaviləsi notarial qaydada təsdiqlənməlidir” müddəası nəzərdə tutulsa da eyni münasibəti tənzimləyən sahəvi qanunda (“İpoteka haqqında” qanun) notarial qaydada təsdiqlənmə tələbi yalnız daşınmaz əşyanın ipotekası haqqında müqaviləyə aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” AR qanununun normativ hüquqi aktların kolliziyasının həlli qaydalarını tənzimləyən 2-ci fəslində 10.2-ci maddəsində göstərilir ki, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir.Göründüyü kimi, 2016-cı ildə sahəvi münasibəti tənzimləyən “İpoteka haqqında” qanunda daşınar əşyanın ipoteka müqaviləsinin notarial qaydada təsdiqlənməsi tələbi nəzərdə tulmamışdır.2018-ci il tarixli dəyişiklik geriyə tətbiq edilə bilməzdi, çünki ortada bağlandığı anın qanuni tələblərinə cavab verən etibarlı bir müqavilə mövcuddur və qanunun tərəflərin ziyanına olacaq şəkildə geriyə tətbiqi (hər iki tərəf təminat vasitəsini itirir, halbuki, təminatın məqsədi hər iki tərəfin vəziyyətini qarantiyaya lamaqdır) qadağandır. Bu həm AR Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuşdur (fiziki və hüquqi səxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir), həm də “Normativ hüquqi” aktlar haqqında qanunun 37.2-ci maddəsində nəzərdə tutulmuşdur.İddiaçı məhkəmənin diqqətinə çatdırır ki, tərəflər arasında nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi barədə 448 saylı 07.01.2016-cı il tarixli müqavilə tərəflər arasında imzalandıqdan sonra AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qeydiyyata alınmış və bu barədə daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 135803 çıxarışı verilmişdir. Bu barədə “İpoteka haqqında” qanunun 11.1-ci maddəsində göstərilir ki, daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.Həmçinin, həmin qanunun 11.2-ci maddəsində göstərilir ki, ipoteka hüququ poteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.İpoteka müqaviləsi ou Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.Həmin qanunun 11.3-cü maddəsinə əsasən ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı potekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsi qeyd olunan qanunun normalarına uyğun qeydə alınmışdır.Eyni zamanda cavabdehə iddiaçı tərəfindən göndərilən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş də AR Baş Dövlət Yol Polisi İdarəsində neydiyyata alınmışdır. Əgər dövləti təmsil edən orqan tərəfindən müvafiq ipoteka müqaviləsi qeydiyyata alınıbsa və bu barədə müvafiq çıxarış verilibsə, üstəlik, tərəflər müqavilə azadlığı çərçivəsində öz irədələri ilə kredit müqaviləsinin təminatı barədə razılığa gəliblərsə, məhkəmənin “bu müqavilə etibarsızdır, çıxarış da ləğv olunmalıdır” qənaəti müqavilə azadlığı prinsipinin də pozulmasıdır. Müqavilənin notarial qaydada təsdiq olunmaması o demək deyildir ki, tərəflər arasında etibarlı ipoteka müqaviləsi mövcud deyil, notarial təsdiqin məqsədi üçüncü şəxslərin münasibəti baxımından əhəmiyyət kəsb edə bilərdi, halbuki bu münasibətdə müqaviləni imzalayan tərəflər xaricində dövlət orqanı həmin müqaviləni dövlət qeydiyyatına almışdı, tərəflər isə öz iradələri ilə bağladıqları müqavilə münasibətlərini davam etdirmişdilər. Məhkəmə ipoteka müqaviləsini təkbaşına tərəflərin bu barədə tələbi olmadan, tərəflərin nəqliyyat vasitəsinin kredit müqaviləsinin təminatı olmasını istədikləri halda, onların ziyanına olan şəkildə etibarsız hesab etməklə tərəflərin müqavilə azadlığına müdaxilə etmişdir, halbuki bu barədə yalnız mübahisə olardısa, münasibət bildirilə bilərdi.Məhkəmənin diqqətinə həmçinin, çatdırmaq istəyirlər ki, nəqliyyat vasitələrinin ipotekası ilə bağlı mövcud praktikada təminat müqavilələri notarial qaydada təsdiq edilməsə də, bu müqaviləyə əsaslanaraq iddia qaldıran tərəflərin iddiası təmin edilir, hətta yuxarı instansiyalar da bu qərarları qüvvədə saxlayırlar.Məhkəmə müqavilənin etibarsızlığı, avtomobilin ipoteka yüklülüyündən azad edilməsi və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 135803 saylı, 07 yanvar 2016-cı il tarixli çıxarışın ləğv edilməsi barədə iddia tələbi olmadığı halda iddia tələbindən kənara çıxaraq, ipoteka müqaviləsini etibarsız hesab etmiş, ipoteka predmeti olan avtomobilin yüklülükdən azad edilməsini, daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın ləğv edilməsini qət etmişdir.Qeyd olunan məsələ ilə bağlı hər hansı bir tələb olmadığı halda məhkəmənin sanki iddia tələbi mövcudmuş kimi qətnamə qəbul etməsi qanunvericiliyin tələblərini pozmuşdur.AR Mülki prosessual Məcəlləsinin 218.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim işdə iştirak edən səxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, lakin hakim qanunda göstərilən müstəsna nallarda iddia tələblərindən kənara çıxa bilər Bu normaya əsasən iddia tələbindən kənara çıxıla bilməsi üçün bu hal müstəsna olmalı və qanunda nəzərdə tutulmalıdır. İddia tələbindən kənara çıxılması iddia tələbinin məhkəmə tərəfindən artırılıbazaldılması, iddia tələbinin qanunda müəyyən olunmuş, lakin iddiaçı tərəfindən irəli sürülməyən alternativinin tətbiq edilməsi və iddia ərizəsində göstərilməsə də, iddia tələbi ilə əlaqədar qanuvericiliklə zəruri hesab edilən məsələlər üzrə qətnamənin qəbul edilməsi şəklində qarşıya çıxa bilər. İlk iki halda tələbdə dəqiqləşdirmə edildiyi zaman, üçüncü halda isə (hansı ki bu, müstəsna hallar hesab edilir) əgər bu, qanunda nəzərdə tutulubsa qətnamə qəbul edilə bilər (nikahın pozulması işlərində iddia tələbinə daxil edilibedilməməsindən asılı olmayaraq yetkinlik yaşına çatmayan usaqların valideynlərdən hansının yanında qalması məsələsinin qətnamə ilə həll edilməsi kimi - Ailə Məcəlləsi 22-ci maddə). Göründüyü kimi tələbdən kənara çıxma mövcud iddia baxımından dəyərləndirilməlidir. Hazırkı işdə iddia yalnız bank tərəfindən irəli sürülmüşdür, cavabdeh tərəfindən isə hər hansı qarşılıqlı və ya ümumi qaydada iddia irəli sürülmədiyi halda hakim iddia tələbindən kənara çıxmışdır. Həmçinin, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 18.12.2019-cu il tarixli, 2(003)-788/2019 saylı qətnaməsinin qismən - əsas, faiz, dəbbə pulunun tutulması hissəində ləğv edilməsi və ekspertiza təyin edilməklə, verilmiş rəyə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qəbul edilmiş qətnamənin əsas, faiz və cərimə məbləği hissəsində razı deyildir. İlk öncə qeyd etmək istəyir ki, məhkəmə çəkişmə prinsipini pozaraq onun iştirakını təmin etməmişdir.MPM-nin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin; Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.İkinci məsələ isə, iddiaçı məhkəməyə 2 dəfə müraciət edərək, müxtəlif məbləğlər tələb etmişdir.Belə ki, ilk olaraq 09.01,2019-cu il tarixdə (07.01.2016 - 07.01.2019-cu ıl kredit müqaviləsinin bitdiyi tarix) 21668,81 manat məbləğində əsas, 5654,37 manat məbləğində faiz, cəmi 27323,18 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması xahiş edilmişdir(İş. Səh. 1-2).Sonra isə 02.12.2019-ci il tarixdə isə iddia tələbini həcmi artırılaraq, Cavabdeh İddiaçı ASC-nın xeyrinə 07.01.2016-cı il tarixli, 0448 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 21668.81 manat əsas, 8494.19 manat faiz borcu və 4222.82 manat cərimə borcu olmaqla, cəmi kredit borcu 34 385.82 AZN məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu, habelə ödənilmiş 0.40 manat bank xidmət haqqı tutulması xahiş edilmişdir.(İş. Səh.150).Qeyd etmək istəyirəm ki, iddiaçı hesablamanı düzgün aparmamışdır. Məhkəmə isə bu hala qiymət verməmişdir. Belə ki, ilk dəfə müraciət edəndə hansı əsasla pul tələb edilməsi qeyd edilsədə, 2-ci dəfə yalnız tələb olunan məbləğ qeyd edilmiş, hansı əsasla tələb edilməsi qeyd edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının və cavabdehin ayrılıqda verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 18.12.2019-cu il tarixli, 2(003)-788/2019 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış 0448 saylı, 07 yanvar 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Bank borcluya avtomobil almaq məqsədi ilə 36 ay müddətinə, illik 14 faiz dərəcəsi ilə 32100 manat məbləğində kredit verməyi, Cavabdeh isə həmin krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş qaydada və məbləğdə borcu qaytarmaq, öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış 448 saylı, 07 yanvar 2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, verilmiş kredit öhdəliyinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “AUDİ A5” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh bankdan 32100 manat pul vəsaitini qəbul etmişdir. İş materiallarına əlavə olunmuş AC № 459544 saylı X2 Şəhadətnaməsinin surətindən görünür ki, “AUDİ A5” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 135803 saylı çıxarışdan görünür ki, “AUDİ A5” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair müqavilə 07 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş 02 dekabr 2019-cu il tarixli, 901 saylı maliyyə arayışından görünür ki, Cavabdeh banka olan borcu 21668,81 manat əsas borc, 8498,19 manat faiz borcu və 4222,82 manat dəbbə pulu olmaqla, cəmi 34385,82 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 29 noyabr 2018-ci il tarixdə bildiriş ünvanlanaraq, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlanılması barədə məlumat verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınmasına dair 14/9976 saylı 03 dekabr 2018-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası DİN BDYPİ-nə müraciət etmiş, bildiriş qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş 06.11.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 28.04.2021-ci il tarixli Rəyinə əsasən 07.01.2019-cu il tarixə İddiaçı ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış 0448 saylı, 07 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu 21676,36 manat əsas borc, 5757,48 manat faiz borcu vardır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə borcun ödənilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.” Müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh arasında 07 yanvar 2016-cı il tarixli 0448 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bank üzərinə düşən öhdəlikləri tam icra edərək, Cavabdeh 32100 manat məbləğində kredit vermiş, borclu isə öz növbəsində götürdüyü krediti 36 ay müddətində qaytarmağı və kreditdən istifadə ilə bağlı illik 14 faiz ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə üzrə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən müqavilə öhdəliklərinin şərtini pozaraq, götürdüyü borcu qaytarmadığından iddia tələbi 21.668,81 manat əsas borc, 5.757,48 manat faiz borcu borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.(Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 28.04.2021ci il tarixli Rəyinə əsasən 07.01.2019-cu il tarixə İddiaçı ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış 0448 saylı, 07 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu 21676,36 manat əsas borc, 5757,48 manat faiz borcu vardır.Lakin iddia tələbində 21.668,81 manat əsas borc tələb edildiyini Kollegiya nəzərə alır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 463.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən 4222,82 manat məbləğində dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, əsas və faiz borcun məbləğinə nisbətdə dəbbə pulu məbləğinin yüksək olduğunu nəzərə alaraq, 400 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Kolleiyası iddia tələbinin borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi hissəsində qeyd edir ki, 1-ci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 329.1-ci maddəsinə və “İpoteka haqqında” qanunun 0.2-ci maddəsinə istinad edərək, hesab etmişdir ki, iddia tələbi borcun ipoteka predmeti olan evtomobilə yönəldilməsi hissəsində təmin edilməməli, tərəflər arasında bağlanmış 448 saylı, 27.01.2016-cı il tarixli ipoteka müqaviləsi mülki qanunvericiliyin normalarına uyğun bağlanmadığından etibarsız hesab edilməlidir Kollegiya, 1-ci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 1-ci instansiya məhkəməsi özü də qeyd edir ki, “İpoteka haqqında” qanunun 10.1-ci maddəsinə 28.12.2018-ci il tarixdə dəyişikliyə əsasən ipoteka müqavilələrinin notarial qaydada təsdiq edildiyi göstərilmişdir. Lakin buna qədər qanunda yalnız daşınmaz əşyanın ipotekası haqqında müqavilənin notarial qaydada təsdiqlənməsi göstərilmişdir. Göründüyü kimi, müvafiq dəyişiklik qanuna 2018-ci il tarixdə edilmişdir. Hazırkı iş üzrə nəqliyyat vasitəsi barədə ipoteka müqaviləsi isə 2016-cı il tarixdə bağlanmışdır.AR Mülki Məcəlləsinin 307.7-ci maddəsində ümumi qaydada “ipoteka müqaviləsi notarial qaydada təsdiqlənməlidir” müddəası nəzərdə tutulsa da eyni münasibəti tənzimləyən sahəvi qanunda (“İpoteka haqqında” qanun) notarial qaydada təsdiqlənmə tələbi yalnız daşınmaz əşyanın ipotekası haqqında müqaviləyə aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” AR qanununun normativ hüquqi aktların kolliziyasının həlli qaydalarını tənzimləyən 2-ci fəslində 10.2-ci maddəsində göstərilir ki, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Göründüyü kimi, 2016-cı ildə sahəvi münasibəti tənzimləyən “İpoteka haqqında” qanunda daşınar əşyanın ipoteka müqaviləsinin notarial qaydada təsdiqlənməsi tələbi nəzərdə tulmamışdır.2018-ci il tarixli dəyişiklik geriyə tətbiq edilə bilməzdi, çünki ortada bağlandığı anın qanuni tələblərinə cavab verən etibarlı bir müqavilə mövcuddur və qanunun tərəflərin ziyanına olacaq şəkildə geriyə tətbiqi (hər iki tərəf təminat vasitəsini itirir, halbuki, təminatın məqsədi hər iki tərəfin vəziyyətini qarantiyaya lamaqdır) qadağandır. Bu həm AR Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuşdur (fiziki və hüquqi səxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir), həm də “Normativ hüquqi” aktlar haqqında qanunun 37.2-ci maddəsində nəzərdə tutulmuşdur. Kollegiya xüsusən qeyd etməyi vacib sayır ki, iddiaçı məhkəmənin diqqətinə çatdırır ki, tərəflər arasında nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi barədə 448 saylı 07.01.2016-cı il tarixli müqavilə tərəflər arasında imzalandıqdan sonra AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qeydiyyata alınmış və bu barədə daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 135803 çıxarışı verilmişdir. Bu barədə “İpoteka haqqında” qanunun 11.1-ci maddəsində göstərilir ki, daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.Həmçinin, həmin qanunun 11.2-ci maddəsində göstərilir ki, ipoteka hüququ poteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.İpoteka müqaviləsi ou Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.Həmin qanunun 11.3-cü maddəsinə əsasən ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı potekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsi qeyd olunan qanunun normalarına uyğun qeydə alınmışdır.Eyni zamanda cavabdehə iddiaçı tərəfindən göndərilən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş də AR Baş Dövlət Yol Polisi İdarəsində neydiyyata alınmışdır. Beləliklə, Kollegiya hesab edir ki, iddiaçının və cavabdehin ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 18.12.2019-cu il tarixli, 2(003)-788/2019 saylı qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 21668.81 (iyirmi bir min altı yüz altmış səkkiz manat səksən bir qəpik) manat məbləğində əsas borc, 5757,48 manat (beş min yeddi yüz əlli yeddi manat qırx səkkiz qəpik) məbləğində faiz borcu və 400 (dörd yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 27.826,29 (iyirmi yeddi min səkkiz yüz iyirmi altı manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu, habelə ödənilmiş 0.40 manat bank xidmət haqqı Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma 07.01.2016-cı il tarixli, 448 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus “AUDİ A5” markalı, **-EL-*** qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borc ödənilməli, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin, izah olunur ki, cavabdehin 07.01.2019-cu il tarixdən sonrakı dövrlərdə ödədiyi borc qətnamənin icrası zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçının və cavabdehin ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 18.12.2019-cu il tarixli, 2(003)-788/2019 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 21668.81 (iyirmi bir min altı yüz altmış səkkiz manat səksən bir qəpik) manat məbləğində əsas borc, 5757,48 manat (beş min yeddi yüz əlli yeddi manat qırx səkkiz qəpik) məbləğində faiz borcu və 400 (dörd yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 27.826,29 (iyirmi yeddi min səkkiz yüz iyirmi altı manat iyirmi doqquz qəpik) manat məbləğində borc pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu, habelə ödənilmiş 0.40 manat bank xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutulmalı pul məbləği 07.01.2016-cı il tarixli, 448 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus “AUDİ A5” markalı, **-EL-*** qeydiyyat nişanlı minik avtomobilinə yönəldilsin və avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borc ödənilsin, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar