Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2750/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Prezident Administrasiyasına qarşı “özəlləşdirmə çeklərinə görə kompensasiya” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1529/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Prezident Administrasiyasına qarşı “özəlləşdirmə çeklərinə görə kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 200.000 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1529/2024 xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət yazılı icraat qaydasında baxılması üçün apellyasiya icraatına qəbul edilmişdir. Bundan sonra İddiaçı məhkəməyə ərizə ünvanlayaq, şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. (maddə 397.3). Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayətindən imtinası qəbul edilməli və onun şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1529/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2750/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2750/2024
17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver