Məhkəmə qərarları › İş №2(103)-2751/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2751/2024

02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2751/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzilə su axıdılması nəticəsində dəymiş ziyan, ekspert rəyi, sübutetmə, mənəvi ziyan) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır.

2. Bakı şəhəri, Nizami küçəsi ev 86 ünvanında yerləşən 36 saylı mənzil Cavabdeh sahibliyindədir.

3. İddiaçı Cavabdeh və Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “mülki hüquq pozuntusu nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbi Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı vurulmuş maddi ziyanın kompensasiyası kimi 1642 manatın və dövlət rüsumunun əvəzi kimi 20 manatın, cəmi 1662 manat məbləğində pulun Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən tutulub İddiaçı ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86 saylı evin 36 saylı mənzili qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün həmin sahədə təmir-bərpa işlərinin aparılması vəzifəsinin Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının xərci olan cəmi 300 manatın Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən, Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin apellyasiya şikayəti tam təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv olunmuş və həmin hissədə yeni qətnamə çıxarılmış, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1642 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın, cəmi 1662 (min altı yüz altmış iki) manat mələğində pulun tutulub İddiaçı ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86 saylı evin 36 saylı mənzili qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılmasının Cavabdeh həvalə edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. “Pro Təmir İnşaat” şirkəti ilə Cavabdeh arasında “Evlərin tikinti və təmiri xidməti barədə” xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, Cavabdeh tərəfindən “Pro Təmir İnşaat”a 440 manat və 660 manat olmaqla, cəmi 1100 manat məbləğində vəsait ödənilmişdir.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, onun yaşadığı binanın dam örtüyünün dəyişdirilməsi zamanı suaxıdan boruların düzgün quraşdırılmaması, binanın damında quraşdırılan 4 tonluq su çəninin bəzən daşması və pilləkən meydançasını su basması barədə müraciəti araşdırılmış, göstərilən pozuntuların aradan qaldırılması barədə Agentlik tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edilmişdir.

7. X5, X3 və Vəkil1 tərəfindən tərtib edilmiş “ünvan 2 ünvanında yerləşən mənzilə su basmasının nəticələri ilə bağlı” 16 aprel 2021-ci il tarixli aktda aşağıdakılar göstərilmişdi: “...Mənzilin sahibi İddiaçıdur, mənzil 4 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir, 8 otaqdan ibarətdir. Baxış zamanı aşağıdakılar ortaya çıxdı: Mənzilin mətbəxt və ona bitişik otaq sahələrində müxtəlif yerlərdə yuxarı mərtəbədən intensiv su axıntıntısı müşahidə olundu. Mətbəx otağının uzunluğu 6.3 m, eni 2.3 m, daxili hündürlüyü 3.8 m olmaqla döşəməsinə metlax döşənmiş, divarları şpaklyovka qatı ilə suvanmış, boya ilə rənglənmiş tavanına alüminium təbəqəli asma tavan quraşdırılmışdır. Mətbəx otağında və ona bitişik görüş otağının konstruktiv elementləri üzərində və mətbəx otağında yerləşən mətbəx mebelinin, eləcə də mebel daxilinə quraşdırılmış kombi və ariston markalı su qızdırıcı avadanlıqların üzərində intensiv su sızmaları mövcuddur. Mətbəx otağının divarlarında su sızmaları müşahidə edilir. Tikilinin tavanına quraşdırılmış asma tavan üzərində axan suların yığılması halı aşkar edildi. Su sızmadan mətbəxin digər kombi avadanlığı yerləşən hissəsinin ətraf divarları və kombinin üzərində, eləcə də ariston markalı su qızdırıcının üzərində və ətraf divarlarında su sızmalar müşahidə edildi. Bununla yanaşı mətbəxin tavanında alüminium təbəqəli asma tavan təbəqəli olan mətbəx otağının divarında da su sızmaları aşkar edildi. Mənzillərə aid sahəsi 9.94 kv.m təşkil edən dəhliz hissəsinin döşəməsinə laminat döşənmiş divarlarına divar kağızı yapışıdırlmış tavanına alçıpan vurulmuş üzəri boya ilə rənglənmişdir. Baxış zamanı dəhlizin tavanına quraşdırılmış alçipan təbəqəsi üzərində su sızmaları aşkar edildi. Mənzilin görüş otağının uzunluğu 6.4 m, eni 4.7 m olub hündürlüyü 3.8 m təşkil edir. Otağın döşəməsinə laminat döşənmiş, divarlarına divar kağızı yapışdırılmış, tavanına alçıpandan təbəqəli asma tavan quraşdırılmışdır. Mətbəx otağının görüş otağına bitişik olan arakəsmə divarının tavana birləşmiş hissəsində intensiv su sızmaları müşahidə olunur. Bununla yanaşı həmin otağın tavanda da su sızmaları aşkar edilmiş və həmin hissəyə aid döşəmədə laminat təbəqəsi üzərində su yığılması müəyyən edildi. Su sızması yuxarı mərtəbədə yerləşən 36 saylı mənzilin sahəsindən olmuşdur, lakin 36 saylı mənzilin sahibi evdə olmadığından onun mənzilinə baxış keçirilə bilmədi”.

8. İddiaçı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi TTNDA “Azərdövlətsənayelayihə” DLİ-nin arasında 11 may 2023-ci il tarixdə 23/26 nömrəli müqavilə bağlanmış, texniki baxış və texniki rəyin verilməsi üçün müqavilə qiyməti 590,00 (beş yüz doxsan manat, 00 qəpik) manat razılaşdırılmış, həmin məbləğ İddiaçı tərəfindən “Azərdövlətsənayelayihə” DLİ-nin bank hesabına köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, mülki hüquq pozuntusu nəticəsində ona dəymiş 9156,0 manat maddi və 500 manat mənəvi ziyanın, 110 manat vəkil xidmət haqqının və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması, cavabdeh öz mənzilindən onun mənzilinə su axmasının səbəblərinin aradan qaldırılması üçün heç bir tədbirlər görmədiyi üçün və bunun nəticəsində əmlakına onun tərəfindən qəsdən ziyan vurulduğundan müvafiq qaydada Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibinin olması barədə xüsusi qərardad qəbul edilməsi, təyin edilmiş məhkəmə tikinti ekspertizasının nəticəsinə uyğun olaraq cavabdehin mülkiyyətində olan Bakı şəhər, Səbail rayon, Nizami küçəsi 86, 36 saylı mənzilin texniki vəziyyəti barədə hüquqi qiymət verilməsi və təsbit edilmiş nöqsanların mövcud tikinti norma və qaydalara uyğun olaraq tərtib və müvafiq dövlət qurumu tərəfindən təsdiq edilmiş təmir-tikinti layihə sənədi əsasında aradan qaldırılmasının cavabdehə vəzifə kimi həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86, mənzil 18,20,21,23 saylı mənzillərin mülkiyyətçisidir, cavabdeh ünvan 3 ünvanda yaşayan üst mərtəbədəki qonşusudur. Cavabdehin mülkiyyətində olan 36 saylı mənzildən illərdir onun mənzilinə su sızması nəticəsində ona xeyli miqdarda ziyan vurulmuş, son dəfə 2021-ci ilin aprel ayında dəymiş ziyan kifayət qədər yüksək olmuşdur. Tərəfindən son illər cavabdehə qarşı 2 dəfə Səbail Rayon Məhkəməsində iddia qaldırılaraq vurulmuş ziyanın ödənilməsi tələb edilmiş, məhkəmə qətnaməsi ilə ziyanın tutulması təmin edilmiş, həmin qətnamə ilə eyni zamanda özünə məxsus açıq tipli eyvandan təbiət çöküntülərinin yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması cavabdehə həvalə edilmişdir. Bununla əlaqədar icra məmuru tərəfindən Cavabdeh məxsus mənzilə bir neçə dəfə baxış keçirilmiş, aktlar tərtib edilərək məhkəmə qətnaməsinin icrasının təmin edilməsi tələb edilmişdir. Lakin cavabdeh nəinki məhkəmə qətnaməsini icra etmir, hətta qərəzli olaraq qəsdən ona məxsus mənzilin zədələnməsinə səbəb olacaq səviyyədə əhəmiyyətli dərəcədə ziyan vurmaqda davam edir. Mənzildən normal istifadə etmək imkanını bərpa etmək məqsədi ilə öz mənzilini tam olaraq 2020-ci ildə təmir etdirmiş, bundan sonra yeni təmir edilmiş mənzilə 36 saylı mənzildən yenidən aprel 2021-ci ildə su sizması nəticəsində ziyan dəymişdir. Bu hadisə barədə şahidlərin iştiraki ilə akt tərtib edilmişdir. Hadisədən sonra Cavabdeh bir necə dəfə Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticə olmadığından yenidən məhkəməyə yeni hadisə ilə bağlı iddia qaldırılması qərara alınmışdır. Son dəfə su sızması nəticəsində dəymiş ziyanı qiymətləndirmək məqsədi ilə X2nə müraciət edilmiş, cavabdeh tərəfindən ona məxsus mənzilin yenidən qəsdən zədələnməsinə yönəlmiş hərəkətləri nəticəsində vurulmuş ziyanın məbləğinin ümumilikdə 9156,0 manat olduğu müəyyən edildmişdir. Göründüyü kimi, cavabdehin onun əmlakının qəsdən zədələnməsinə yönəlmiş hərəkətləri nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir və bu ziyan artmaqda davam edir. Cavabdeh hərəkətlərinin qəsdən edilməsinə illərdir məhkəmə qərarının icra edilməməsini göstərmək olar. Belə ki, Bakı şəhər Səbail Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyevin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə hələ xx.xx.2018-ci il tarixli “İcraata başlama haqqında” qərarı ilə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86 saylı mənzil qarşısında olan keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması barədə tələbi könüllü olaraq 10 gün müddətində təmi edilməsi həvalə edilmişdir. Bu günə kimi bu icra işi yerinə yetirilməyib, Cavabdeh müxtəlif vaxtlarda xəbərdarlıqlar edilməsinə baxmayaraq 36 saylı mənzilə aid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün heç bir tədbir görülməyib və su sızma hadisəsi davam edir. Nəzərə almaq lazımdır ki, son dəfə 2018-ci ildən başlayaraq cavabdehin 36 saylı mənzilindən mütəmadi su sızmalar nəticəsində mərtəbə arası tavan və ona aid daşıyıcı konstruksiya və elementlər kifayət gədər zədələnib, hazırda 20 saylı mənzildən istifadə edərkən bu hal həyat və sağlamlığa təhlükə mənbəyi kimi qiymətləndirilə bilər. Lakin bunun qəza vəziyyətində olub-olmamasinin hüquqi əsaslandırması yalnız müvafiq dövlət qurumlarının mərtəbə arası tavan və ona aid daşıyıcı konstruksiya və elementlərin texniki müayinəsi ilə müəyyən edilə bilər.

11. İddiaçının təqdim etdiyi, “X2” MMC-nin 03 iyun 2021-ci il tarixli 324 saylı rəyində aşağıdakılar göstərilmişdir: “...şəkillərdən və baxış zamanı əldə olunmuş məlumatlardan, həmçinin ekspertə təqdim edilmiş iş üçün əhəmiyyət kəsb edən materiallardan müəyyən edilir ki, İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarına suyun sızması Cavabdeh məxsus 36 saylı evin mətbəx, sanitar və açıq tipli eyvanından və orada yerləşən kommunikasiya xətlərindən baş vermişdir. Sözügedən mənzilə suyun sızmasına səbəb yararsız sanitar- texniki avadanlıqlardan istifadə edilməsi, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi, mərtəbələrarası, eləcə də sanitar qovşağının, mətbəx otağının, açıq tipli eyvanın izolyasiya təbəqəsinin zədələnməsindən keyfiyyətsiz olmasından, dama və açıq tipli eyvana yağan atmosfer çöküntülərinin yer səthinə və ya kanalizasiya quyularına düzgün ötürülməməsi və kommunikasiya xətlərinin istismar müddətinin bitməsi olmuşdur. İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarına Cavabdeh məxsus 36 saylı evin mətbəx, sanitar və açıq tipli eyvanında yerləşən kommunikasiya xətlərindən suyun sızması baş vermişdir. Tədqiq olunan mənzillərə ekspertiza baxışı zamanı su sızma hadisəsinin davamlı baş verməsini və baxış vaxtı divarların islaq vəziyyətdə olduğunu nəzərə alaraq, su sızmanın dəqiq olaraq hansı tarixə təsadüf etməsini müəyyən etmək mümkün olmadı. 18, 20, 21 və 22 saylı mənzillərdə su sızma aşkar edilmiş tikilinin konstruktiv elementləri üzərindəki su sızma izlərini və həmin sahənin su sızmayan hissələri ilə müqayisə etdikdə həmin mənzillərdə son dövrlərdə təmir bərpa işlərinin aparılması müəyyən edildi və son dəfə su sızma hadisəsi son dövrdə aparılmış təmir bərpa işlərindən sonra baş vermişdir. Sözügedən mənzilə suyun sızmasına səbəb yararsız sanitar-texniki avadanlıqlardan istifadə edilməsi, mənzildə yaşayan sakinlər tərəfindən suyun nəzarətsiz istifadə edilməsi, mərtəbələrarası, eləcə də sanitar qovşağının, mətbəx otağının, açıq tipli eyvanın izolyasiya təbəqəsinin zədələnməsindən, keyfiyyətsiz olmasından, dama və açıq tipli eyvana yağan atmosfer çöküntülərinin yer səthinə və ya kanalizasiya quyularına düzgün ötürülməməsi və kommunikasiya xətlərinin istismar müddətinin bitməsi olmuşdur. Cavabdeh mülkiyyətində olan 36 saylı mənzilin qarşısında yerləşən açıq tipli eyvana atmosfer yağıntılarının yağması nəticəsində qar və yağış sularının yer səthinə və ya kanalizasiya quyularına ötürülməsi üçün nəzərdə tutulmuş trap qurğusunun işlək vəziyyətdə olmamış və suların döşəmədən kənarlaşdırılması üçün İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin damı istiqamətində dəlik aşılmışdır. Həmin dəliyin tikinti norma və qaydalarının tələblərinə zidd olması müəyyən edildi. 23 aprel 2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin, 19 noyabr 2018-ci il tarixli Səbail Rayon Məhkəməsinin qərardadlarından müəyyən olunur ki, Cavabdeh məxsus 36 saylı mənzildən İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərə ekspert rəyi əsasında mətbəx və görüş otağına su sızmasının baş verməsi və su sızmanın aradan qaldırılması üçün Cavabdeh üzərinə öhdəlik qoyulması qeyd olunmuşdur. Lakin ekspertə təqdim edilmiş qeyd olunan Bakı Apelyasiya Məhkəməsinin və Səbail Rayon Məhkəməsinin qərardadlarında əks olunanları Cavabdeh məxsus 36 saylı mənzilə və onun qarşısındakı açıq tipli eyvana baxış keçirilən tarixə müqayisə etdikdə sözü gedən mənzildə qərardadlarda və ya icra Probasiya şöbəsinin qərarında göstərilən öhdəliklərdən irəli gələn tədbirlərin aparılması və su sızmanın qarşısının alınması istiqamətində bu günə qədər hər hansı bir tikinti-bərpa aparılmamışdır. Su sızma nəticəsində İddiaçı mülkiyyətində olan Səbail rayonu, Nizami küçəsi 86 ünvanında yerləşən 18, 20, 21, 23 saylı mənzillərə dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan vəsaitin ƏDV-ilə birlikdə 9156,00 (doqquz min bir yüz əlli altı) manat olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatı zamanı mətbəx otağında yerləşən “BOSCH” markalı kombi avadalığı üzərinə və daxilinə su sızma nəticəsində sıradan çıxdığı üçün dəyişdirilərək yeni “Lambert” Lx4Fl kombi avadanlığı ilə əvəz edilmişdir. İddiaçı mülkiyyətində olan Səbail rayonu, Nizami küçəsi 86 ünvanında yerləşən 18, 20, 21, 23 saylı mənzillərə yuxarı mərtəbədə yerləşən Cavabdeh mülkiyyətində olan 36 saylı mənzildən su sızma nəticəsində dəymiş zərərin bərpası üçün təmir-tikinti işlərinin Smeta cədvəlindən görünür ki, mətbəx üçün 592.90, dəhliz üçün 2315.80, dəyişən avadanlıqlar üzrə-taxta mətbəx mebelinin bərpası üçün 1000 manat, kombi avadanlığının dəyişdirilməsi (quraşdırılma və sazlama ilə birlikdə) üçün 1000 manat, elektrik və işıqlanma sistemində qüsurların aradan qaldırılması (material, işçilik) üçün 500 manat, nəzərə alınmayan əlavə xərclər üzrə 369.50 manat, olmaqla, cəmi 5779.0 manat, söküntü işləri məsrəfləri 500 manat, zibilin daşınması 300 manat və digər işçilik xərclərinin cəmi 1979.90 manat nəzərə alınmaqla, ümumilikdə 7758.90 manat məbləğində xərc çəkilmişdir”.

12. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2022-ci il tarixli 10/1043 nömrəli ekspert rəyində göstərilmişdir ki, “İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarının konstruktiv elementləri üzərində olan qüsurları nəzərə alaraq sözügedən mənzilə su sızma hallarını olduğu və suyun sızması Cavabdeh məxsus 36 saylı evin mətbəx, sanitar və açıq tipli eyvanında yerləşən kommunikasiya xətlərindən baş verdiyi, bu səbəbdən də İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərə ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami 86 ünvanında ikinci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 18, 20, 21, 23 saylı mənzillərdə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5536,0 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı məxsus 18, 20, 21,23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarının konstruktiv elementləri üzərində su sızma izlərinin və su sızma nəticəsində yaranmış qüsurların olduğu müşahidə edilmişdir. Həmçinin qeyd olunur ki, mülki iş materiallarına əlavə edilmiş AKT-ın məlumatlarına əsasən sözügedən mənzillərə su sızmasının 16 aprel 2021-ci il tarixdə baş verdiyi müəyyən edilmişdir”.

13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 3-cü mərtəbəsində yerləşən 36 saylı mənzildən binanın 2-ci mərtəbəsində yerləşən 18, 20, 21 və 23 saylı mənzillərinə su sızması nəticəsində 2-ci mərtəbədə yerləşən mənzilin giriş və mətbəx otaqlarının metal tirlər arası dəmir-betondan olan mərtəbəarası örtüklərinin metal tirləri ciddi şəkildə korroziyaya uğramış, beton mühafizə qatı isə aşınmışdır. 18,20,21,23 saylı mənzillərin tavan, 36 saylı mənzilin isə döşəmə konstruksiyası (mətbəx və holl hissəsində) texniki cəhətdən yolverilməz vəziyyətdədir. Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 2-ci və 3cü mərtəbələrində yerləşən mənzillərin təhlükəsiz istismarını təmin etmək məqsədilə mərtəbəarası örtüklərdə layihə əsasında gücləndirmə işlərinin aparılması məqsədəuyğun hesab edilir”.

14. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2023-ci il tarixli 10/1371 nömrəli ekspert rəyində göstərilmişdir ki, “İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarının konstruktiv elementləri üzərində olan qüsurları nəzərər alaraq sözügedən mənzilə su sızma hallarını olduğu və suyun sızması Cavabdeh məxsus 36 saylı evin mətbəx, sanitar və açıq tipli eyvanında yerləşən kommunikasiya xətlərindən baş verdiyi, bu səbəbdən də İddiaçı məxsus 18, 20, 21, 23 saylı mənzillərə ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami 86 ünvanında ikinci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 18, 20, 21, 23 saylı mənzillərdə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmirtikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5536,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Fövqəladədə Hallar Naziliyinin Tikintidə X1 Agentliyinin 08 iyun 2023-cü il tarixli mütəxəssis rəyinin məlumatlarına əsasən, Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 3-cü mərtəbəsində yerləşən 36 saylı mənzildən binanın 2-ci mərtəbəsində yerləşən 18, 20, 21 və 23 saylı mənzilləriə su sızması nəticəsində 2-ci mərtəbədə yerləşən mənzilin giriş və mətbəx otaqlarının metal tirlər arası dəmir-betondan olan mərtəbəarası örtüklərinin metal tirləri ciddi şəkildə korroziyaya uğramış, beton mühafizə qatı isə aşınmışdır. 18,20,21,23 saylı mənzillərin tavan, 36 saylı mənzilin isə döşəmə konstruksiyası (mətbəx və holl hissəsində) texniki cəhətdən yolverilməz vəziyyətdədir. Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 2-ci və 3-cü mərtəbələrində yerləşən mənzillərin təhlükəsiz istismarını təmin etmək məqsədilə mərtəbəarası örtüklərdə layihə əsasında gücləndirmə işlərinin aparılması məqsədəuyğun hesab edilir”.

15. Sonradan iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim etmiş, mülki hüquq pozuntusu nəticəsində ona dəymiş 9156,0 manat maddi, 500 manat mənəvi ziyan, 110 manat vəkil xidmət haqqı, 100 manat dövlət rüsumu, 590 manat ekspertiza xərcinin cavabdehdən tutulması, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86 saylı binanın 36 saylı mənzilinin döşəmə konstruksiyasının yararsız vəziyyətinin aradan qaldırılması məqsədi ilə cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86, 36 saylı mənzilin hərrac vasitəsilə, tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması barədə qətnamə qəbul olunmasını, cavabdeh su axmasının səbəblərinı aradan qaldırılması üçün uzun illərdir tədbirlər görmədiyi və bunun nəticəsində əmlakı onun tərəfindən qəsdən zədələndiyi üçün, onun əməlində Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibinin araşdırılması üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı iddia tələbinə əlavəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı alınmış məhkəmə ekspertiza mərkəzinin xx.xx.2023 tarixli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən ona vurulmuş ziyanın dəyəri 5536 manat olmuşdur. Eyni zamanda həmin rəylə təsdiq edilmişdir ki, Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 3cü mərtəbəsində yerləşən 36 saylı mənzildən binanın 2-ci mərtəbəsində yerləşən 18, 20, 21, 23 saylı mənzillərə su sızması nəticəsində 2-ci mərtəbədə yerləşən mənzilin giriş və mətbəx otaqlarının metal tirlər arası dəmir betondan olan mərtəbəarası örtüklərinin metal tirləri ciddi şəkildə korruziyaya uğramış, beton mühafizə qatı isə aşınmışdır. 18,20,21,23 saylı mənzillərin tavan, 36 saylı şənzilin isə döşəmə konstruksiyası (mətbəx və hol hissəsində) texniki cəhətdən yolverilməz vəziyyətdədir. Bakı şəhəri, Nizami küçəsi 86 saylı binanın 2-ci və 3-cü mərtəbələrində yerləşən mənzillərin təhlükəsiz istismarını təmin etmək məqsədilə mərtəbə arası örtüklərdə layihə əsasında gücləndirmə işlərinin aparılması məqsədəuyğundur. Cavabdeh qəsdən etdiyi hərəkətsizliyi nəticəsində ona ziyan vurulmaqla yanaşı mülkiyyətində olan mənzildən təhlükəsiz istifadə etmə hüququndan (konstitsion hüquqdan) məhrum edir. İddia tələbinin həcmindən görünür ki, ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı mənzilindən təhlükəsiz istismar etmək məqsədilə qüsurların aradan qaldırılmasını tələb edir. Bu tələbi Cavabdeh tərəfindən aradan qaldırılmayacağı aşkardır. Çünki, illərdir eyni tərəflər arasında davam edən eyni mübahisələr onu deməyə əsas verir ki, Cavabdeh mülkiyyətində olan mənzildəki qüsurları aradan qaldırmaq niyyəti yoxdur və o, mülkiyyət hüquqlarından başqalarının ziyanına istifadə edir.

17. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyul 2023-cü il tarixli 10/1371 nömrəli ekspert rəyini qanunsuz və əsassız hesab edir, həmin rəydə guya onun mənzilindən iddiaçının mənzillərinə 5536 manat ziyan dəydiyi qeyd edilmişdir, bu tamamilə absurddur, belə ki, həmin rəy verilərkən ümumiyyətlə onun mənzilinə baxış keçirilməmişdir, ekspert onun mənzilini düzgün incələmədən, hər yerə lazımı və avadanlıqlardan istifadə etməklə baxmadan sadəcə bir dəfə kənardan vizual baxaraq belə bir rəy vermişdir. Kənardan vizual baxaraq, hər hansı bir alətdən, avadanlıqdan istifadə etmədən rəy verməsi həqiqəti əks etdirmir və düzgün sayıla bilməz. Belə ki, iddiaçının ona qarşı qaldırdığı digər məhkəmə araşdırmasında, eyni zamanda FTTN-nin verdiyi aktda da müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan mənzillərdə konstruktiv dəyişiklər etmiş və bununla da tikinti norma və qaydalarını pozmuşdur. Onun mənzilinin qarşısında olan açıq eyvanda da İddiaçı tərəfindən müdaxilə olunmuş və orada müəyyən işlər görülmüşdür. Mülkiyyətində 36 nömrəli mənzildən iddiaçının mənzilinə heç vaxt hər hansı bir su sızıntısı olmamışdır, bu hal bundan qabaqda iddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia tələblərində də sübut olunmuşdur. Eyni zamanda, yaşadığı 36 saylı mənzillə yanaşı 37, 38 nömrəli mənzillərdə İddiaçı mənzilinin üstündə yerləşir bundan əlavə binanın damında qadağan olunmasına baxmayaraq 4 tonluq su çəni vardır eyni zamanda 30-40 metrəlik rezin su şlanqı ilə binanın hər yerini sulayır (öz mənzillərində edə bilər). 36 nömrəli mənzilin su və kanalizasiya boruları nə divarın içindən keçir nə də üzəri sementlənməyib (bağlanmayıb) mənzilin eyvanında olan kanalizasiya və su borularına aid təftiş qapaqları və ventilyasiya (mənzilin və zirzəmisinin havasını dəyişən) pəncərə İddiaçı tərəfindən şəxsən bağlanmışdır. 36 nömrəli mənzilin həyət eyvanının zirzəmisindən keçən kanalizasiyanın çuqun borusu sındırılıb ora plastmas boru calaştırılmışdır. Yük saxlayan divarlar yenədə İddiaçı tərəfindən zədələnmişdir 36 saylı mənzilin həyət eyvanını saxlayan divarlar dağıdılmışdır. İddiaçı təmir adı ilə qeyri-konstruktiv planlaşdırma aparmışdır bu barədə Fövqaladə Hallar Nazirliyinin müvafiq qurumunun rəyi də vardır. İddiaçı ona qarşı şər və böhtanlarını atmaqda davam etməsi onun 4 saylı MİS-nin və Səbail rayon MKTB-nin nümayəndələri ilə əlbir olub onun mənzilini yəni 36 nömrəli mənzili ələ keçirtməkdir. Bunu şəxsən İddiaçı onun özünə də bildirmişdir. İddiaçı bu kimi iddialarla dəfələrlə məhkəməyə müraciət etmişdir. Keçirilən məhkəmə prosesslərində alınmış ekspert rəylərində açıq aydın müəyyən edilmişdir ki, onun mənzilindən yəni 36 nömrəli mənzildən onun mənzilinə hər hansı bir su sızıntısı olmamışdır. Eyni zamanda, İddiaçı buna bənzər iddialarla dəfələrlə məhkəməyə müraciət etmiş məhkəmə tərəfindən bu iş hər tərəfli və obyektiv araşdırılmış, iş üzrə 3-4 dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək keçirilmiş və ekspertlər iş üzrə dolğun rəy vermişdirlər. İddiaçının ona qarşı bu kimi iddialar qaldırmasında niyyəti ona mənəvi izdirab vermək, maddi ziyan vurmaq və onu bezdirib mənzilini əlindən almaqdır. Buna sübut olaraq bildirir ki, Bakı Apellyasiya məhkəməsinin 23 aprel 2018-ci il tarixli 2(103)-2937/2018 saylı qətnaməsi ilə Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzil qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlər aparılması ona həvalə edilmiş, bununla əlaqədar olaraq o, xx.xx.2020-ci il tarixdə "Pro Təmir İnşaat” şirkəti ilə rəsmi müqavilə bağlayaraq şirkət tərəfindən həmin eyvanda təmir aparılmasını razılaşmış və bunun müqabilində o, həmin şirkətə 2 dəfəyə olmaqla 1100 manat pul vəsaiti ödədi, həmin şirkət təmir işlərinə başladı, lakin İddiaçı hədə-qorxusu və təsiri nəticəsində həmin şirkət təmiri yarımçıq qoyaraq bir daha gəlmədilər. Bu halın özü bir daha təsdiq edir ki, iddiaçı özü bilərəkdən, qəsdlə mənzilinə su axıdır, onun tərəfindən eyvanın təmir olunmasına imkan vermir, belə etməkdə isə vahid niyyəti onun mənzilini əlindən almaqdır. Bundan başqa və vacib məqamlardan biri də odur ki, hazırkı ekspert rəyində müəyyən olunmur ki, daha əvvəlki məhkəmə prosesində ekspert tərəfindən müəyyən olunmuş qüsurlar aradan qaldırılmış ya yox, hazırki, ziyan həmin ziyandırmı? Həmin qüsurlar aradan qaldırılmamış yeni qüsurları necə müəyyən etmək olar? Hazırki qüsur bəlkə elə həmin qüsurdu? Hazırki, ekspert rəyi ilə bu sualların heç birinə cavab verilməməkdədir belə olan halda isə həmin rəy möhtəbər hesab edilə bilməz. Onu da qeyd edir ki, 20 ildən çoxdur ki, İddiaçı ona şər və böhtan alır, o, nəyin hesabına olursa-olsun onun həyət eyvanının qarşısında tikinti işləri aparmağa can atır, 6 dəfə su axır bəhanəsi ilə onların yaşayış sahəsinə ekspert gətizdirmiş, həmin ekspertlər suyun axmasının onun mənzilindən və eyvandan olmadığını bildirmişdirlər. İddiaçı Səbail rayon 4 saylı MİSK mühəndisi Əli Allahverdiyev ilə birlikdə qəzalı olmayan 32 kv.m olan eyvanı ona polis, prokurorluq vasitəsi ilə təzyiq göstərərək, mütəxəssis olmadan fəhlələrə sökdürdülər, İddiaçı keyfiyyətsiz materiallarla özləri həmin eyvanı yenidən qurdular, dövlət fondundan eyvanı guya bahalı materiallarla təmir etmələrinə saxta sənədlər, rəylər verərək aldıqları pulları öz ciblərinə qoymuşdurlar. Belə ki, eyvanın şveller dəmirləri 10-12 sn.m yox, 5-6 sn.m, ayaq altına düzülən metlax isə suyu özünə çəkən küçələrə düzülən metlaxdan idi. İddiaçı və Ə.Allahverdiyev eyvan tökməkdə anlayışı olmayan usta və fəhlələrin əli ilə tökülmüş betonun enindən uzun olan taxta parçaları sancmışdır ki, gələcəkdə oradan qar-yağış suyu aşağı mərtəbəyə sıza bilsin. O, onlardan çubuqların çıxarılması və onların yerinə beton tökülməsini təkidlə xahiş etsə də onlar buna məhəl qoymadılar. Bundan başqa, İddiaçı mənzillərdə qeyrikonstruktiv dəyişikliklər aparmışdır. Həyət eyvanının ağırlığının saxlayan qalın divarları dağıdaraq eyvanı az qala uçurmuşdur, ikinci mərtəbədə bir metrə kimi qalınlığı olan və eyvanı ağırlığını saxlayan divarı dağıtmışdır, kanalizasiyaların çuğun borusunu qırıb bir tərəfi açıq olan plastmas boruya birləşdirmişdir. Bizimlə eyni mərtəbədə olan 37-38 saylı mənzillərin zirzəmisində olan döşəməni dağıtmışdır. Mütəmadi olaraq, ağır kuvalt, çəkiclə, uzun drellərlə həyət eyvanını saxlayan divarları dəlik-deşik etmişdir. İddiaçı məqsədi mənzilinə su sızması görüntüsü yaratmaqdır, o, 30-40 metrlik rezin su şlanqları ilə istədiyi yerləri sulayaraq mənzilinə su sızır deyə hay-küy salır. İddiaçı dəfələrlə bu kimi iddia ərizələri ilə müvafıq məhkəmələrə müraciətlər etmiş, hansısa vasitələr ilə ona qarşı qeyriobyektiv qərarlar çıxartdırmış, onun əmək haqqı və təqaüdündən min manatlarla pul çıxılmışdır. Ondan tutulan pullar hesabına isə hər hansı bir təmir işləri aparmamışdır (əgər həqiqətən su sızması vardısa). Onun kimi zəhmətkeş bir insanın pulunu, havayı yollarla əldə edən İddiaçı kimi adamların niyyəti, özgə hesabına yaşamaq və qarşısındakı insana şər-böhtan ataraq pul əldə etməkdir. Onun 70 ildən artıqdır ki, yaşadığı mənzilini ələ keçirtmək üçün onu şərləyib həbsə belə saldırmaq istəyir ki, orada da onu məhv etdirsin. O, elmi işçidir, hazırda X8 Əliyevin Azərbaycan SSR-də İX beşillikdə rəhbərliyi ilə əlaqədar olaraq monoqrafiya üzərində çalışır. Bundan başqa, İddiaçı onun konstitusiyon hüquqlarını pozur, ona rahat yaşamağa imkan vermir, onun bu cür əməlləri nəticəsində o, mənəvi sarsıntı keçirir, iztirablar çəkir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassız sadəcə söz yığımından ibarət olduğundan iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir”.

18. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin (iddia ərizəsinə əlavənin) məzmununa uyğun izahatlar verərək iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

19. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya qarşı yazılı etirazının məzmununa uyğun izahat verərək iddianın əsassız olduğunu bildirmişdir.

20. Birinci instansiya məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, maddi zərərin əvəzi olaraq 7536 (yeddi min beş yüz otuz altı) manatın, həmçinin mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş məbləğin 500 (beş yüz) manat hissəsinin, vəkil xərcinin 80 (səksən) manat hissəsinin, dövlət rüsumunun 70 (yetmiş) manat hissəsinin Cavabdeh tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumunun kəsri olan 16 (on altı) manatın Cavabdeh tutulub dövlət büdcəsinə köçürülməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan (100+50) 150 (bir yüz əlli) manatın 120 (bir yüz iyirmi) manat hissəsinin Cavabdeh, 30 (otuz) manatının İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.

21. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

21.1. Müəyyən edilmişdir ki, daha əvvəl də su sızması nəticəsində İddiaçı zərər vurulmuş və Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1642 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın, cəmi 1662 (min altı yüz altmış iki) manat mələğində pulun tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 86 saylı evin 36 saylı mənzilin qarşısında olan açıq keçid eyvandan təbiət çöküntülərinin (su, qar və s.) yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılmasının Cavabdeh həvalə edilməsi qət edilmişdir. 21.2. Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. 21.3. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. 21.4. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvan üzrə iddiaçıya məxsus 18, 20, 21, 23 saylı mənzillərinə su sızması nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. 21.5. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2022-ci il tarixli 10/1043 nömrəli və 13 iyul 2023-ci il tarixli 10/1371 nömrəli ekspert rəylərindən görünür ki, İddiaçı məxsus 18, 20, 21,23 saylı mənzillərin bir neçə mətbəx, görüş və digər otaqlarının konstruktiv elementləri üzərində olan qüsurları nəzərə alaraq sözügedən mənzilə su sızma hallarını olduğu və suyun sızması Cavabdeh məxsus 36 saylı evin mətbəx, sanitar və açıq tipli eyvanında yerləşən kommunikasiya xətlərindən baş verdiyi, bu səbəbdən də İddiaçı məxsus 18, 20, 21,23 saylı mənzillərə ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami 86 ünvanında ikinci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 18, 20, 21, 23 saylı mənzillərdə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 5536,0 manat məbləğində müəyyən olunmuşdur. 21.6. Məhkəmə daşınar əşyalara da dəymiş zərərin əvəzinin müəyyən edilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizası təyin etsə də, hazırda həmin yaşayış sahəsində təmir işləri aparıldığından və avadanlıqlar dəyişdirildiyindən onlara dəymiş zərərin ekspert tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. 21.7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən "X2” MMC-nin 03 iyun 2021-ci il tarixli 324 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami 86 ünvanında ikinci mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 18, 20, 21, 23 saylı mənzillərdə su sızması nəticəsində vurulmuş zərərin məbləği 7758.90 manat məbləğində müəyyən edilmişdir ki, həmin məbləğin 2000 manatı, yəni hər biri 1000 manat olmaqla mətbəx mebelinin bərpası və yeni kombi avadalığının quraşdırılması üçün nəzərdə tutulmuşdur. 21.8. Məhkəmə, "X2” MMC-nin mütəxəssis rəyi ilə 7758.90 manat məbləğində müəyyən edilmiş zərərin məbləğindən mətbəx mebelinin bərpası və yeni kombi avadalığının quraşdırılması üçün nəzərdə tutulmuş 2000 manat məbləğini çıxdıqda qalan 5758,90 manat məbləğlə Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2023-ci il tarixli 10/1371 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş 5536,0 manat məbləği arasında cüzi fərq olduğunu nəzərə alaraq, mətbəx mebelinin bərpası və yeni kombi avadanlığının quraşdırılması üçün həmin mütəxəssis rəyini qeyd edilən hissədə sübut növü kimi qiymətləndirməklə əsas götürülməsini məqsədə müvafiq hesab edir. 21.9. Belə ki, mütəxəssis rəyindən görünür ki, tədqiqat zamanı mətbəx otağında yerləşən "BOSCH” markalı kombi avadalığı üzərinə və daxilinə su sızma nəticəsində sıradan çıxdığı üçün dəyişdirilərək yeni "Lambert” Lx4Fl kombi avadanlığı ilə əvəz edilmişdir. Smeta cədvəli ilə müəyyən olunur ki, dəyişən avadanlıqlar üzrə-taxta mətbəx mebelinin bərpası üçün 1000 manat, kombi avadanlığının dəyişdirilməsi (quraşdırılma və sazlama ilə birlikdə) üçün 1000 manat, elektrik və işıqlanma sistemində qüsurların aradan qaldırılması (material, işçilik) üçün 500 manat xərc çəkilmişdir. 21.10.Beləliklə, məhkəmə ekspert rəyini və məhkəmə baxışı zamanı təqdim edilmiş digər sübutları tədqiq edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Nizami 86 saylı evin 18, 20, 21, 23 saylı mənzillərinə cavabdehə məxsus üst mərtəbədə yerləşən 36 saylı mənzildən suyun sızması halının baş verməsi qənaətinə gələrək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş 5536,0 (beş min beş yüz otuz altı) manat məbləğində pul vəsaiti, həmçinin mətbəx mebelinin bərpası və yeni kombi avadanlığının quraşdırılması üçün çəkilmiş cəmi 2000 (iki min) manat məbləğində xərc, ümumilikdə 7536 manat tutulmalıdır. 21.11. Məhkəmə iddianın mənəvi zərərin vurulması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırki işdə cavabdehin hərəkətlərinin iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması sübuta yetirilmir, odur ki, iddia bu hissədə təmin edilməməlidir. 21.12.İddia tələbi “Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 86 saylı binanın 36 saylı mənzilinin döşəmə konstruksiyasının yararsız vəziyyətinin aradan qaldırılması məqsədi ilə Cavabdeh məxsus mənzilin hərrac vasitəsilə, tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması” tələbi əsassızdır, belə ki, cavabdehin mülkiyyətindəki əmlakın qəzalı (istismara yararsız) vəziyyətdə olması hazırki məhkəmə araşdırmasının predmetini təşkil etməmiş, həmin əmlakın qəzalı (istismara yararsız) vəziyyətdə olduğu qanunla müəyyənləşdirilmiş qaydada təsdiq edilməmiş, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalara ardıcıl olaraq əməl edilməmişdir. 21.13.“Cavabdeh su axmasının səbəblərinı aradan qaldırılması üçün uzun illərdir tədbirlər görmədiyi və bunun nəticəsində əmlakın onun tərəfindən qəsdən zədələndiyi üçün, onun əməlində Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibinin araşdırılması üçün xüsusi qərardad qəbul edilməsi” tələbinə münasibətdə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. 21.14.İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsinə görə 590 (beş yüz doxsan) manat, vəkil xərci olaraq 110 (bir yüz on) manat pul vəsaiti ödənilmişdir. Bundan əlavə, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat və 100 manat olmaqla, cəmi 150 (bir yüz əlli) manatdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının əsas iddia tələbinin həcmi 9156,0 manat maddi və 500 manat mənəvi ziyan olmasına baxmayaraq iddiaçı tərəfindən dövlət büdcəsinə 100 manat məbləğində rüsum ödənilmiş, bununla da 16 manat dövlət rüsumu kəsiri yaranmışdır.

22. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 23-cü, 1096-cı, 1097-ci və 1115-ci, Mənzil Məcəlləsinin 28-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinad etmişdir.

23. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını, Mənzil Məcəlləsinin 28-ci maddəsini, xüsusilə də mənəvi ziyanın ödənilməsi ilə bağlı qanunverciliyi düzgün tətbiq etmədiyini, cavabdeh tərəfindən ona vurulmuş ziyanın məbləğini düzgün müəyyənləşdirmədiyini, ziyan məbləğini hesablayarkən əlavə dəyər vergisini nəzərə almadığını, ziyanın 5000 manatdan artıq olmasını təsbit etdiyi, eləcə də cavabdehin uzun illərdir ona məxsus əmlaka qəsdən ziyan vurduğunu müəyyən etdiyi halda, cavabdehin barəsində xüsusi qərardad çıxarmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

24. Qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğu, mötəbər olmayan sübutlara istinad etdiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığı, iddiaçının mənzilinə onun mənzilindən su axmasının sübüta yetirilmədiyini, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının bilavasitə iddiaçının maneçilik törətməsi səbəbindən həyata keçirilməsinin mümkün olmadığı, iddiaçının niyyətinin ona mənəvi iztirab vermək, onu bezdirib mənzilini əlindən almaq oduğunu nəzərə almadığı, əsassız ekspert rəyinə istinad etdiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz

25. Apellyasiya şikayətlər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.

Apellyasiya baxışı, izahat

26. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) özünün apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

31. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

36. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

40. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

43. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

44. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

45. Yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən ekspertiza təyin olunaraq su sızmanın səbəbi və zərərin həcmi soruşulmuş, ekspertin rəyində iddiaçıya məxsus mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun təqribi dəyərinin 5536 manat təşkil etdiyi göstərilmişdir.

46. İddiaçının bu məbləğin daha çox olmasını sübuta yetirə bilmədiyini, ekspert rəyinin isə xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, rəylə razılaşmamaq üçün əsas olmamış, birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla müvafiq nəticəyə gəlmişdir.

47. İddiaçının mənəvi ziyan tələbi ilə bağlı da kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir; belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir.

48. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”.

49. Həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.

50. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X4 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.

51. Kollegiya cavabdehin hərəkətlərinin mülki hüquq pozuntusu kimi tanınmasını və ondan iddiaçının xeyrinə maddi ziyan məbləğinin ondan tutulmasını, iddiaçının ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir.

52. İddiaçının, “cavabdehin əməlində Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibinin araşdırılması üçün xüsusi qərardad çıxarılması” xahişi ilə bağlı kollegiya qeyd edir ki, həmin xahiş ayrıca tələb kimi yox, vəsatət kimi qiymətləndirilməli və nəzərə alınmalıdır ki, hazırda araşdırılan tələb üzrə cavabdehin əməlində hər hansı cinayətin əlamətləri müəyyən edilməmişdir

53. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini də əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir.

54. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəylərində, iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən axdığı göstərilmişdir.

55. Kollegiya hesab edir ki, sözügedən ekspert rəyləri işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır.

56. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

57. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə apellyatorların özlərinə aid edilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-20/2023 saylı iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar