Məhkəmə qərarları › İş №2(103)-2752/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2752/2023

03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2752/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyan tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-58/2022 saylı 09 dekabr 2022ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-58/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC tərəfindən sökülmüş İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv.m olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində eyni sahəli və təmirli qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, 2020-ci ilin mart ayından əmlakın iddiaçıya təhvil verilən günədək hər ay kirayə haqqı əvəzinə 3954,5 manat məbləğində pulun İddiaçı cavabdeh "xxxx" MMC tərəfindən ödənilməsi, qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapının, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radyatorunun, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca aristonun, ümumi dəyəri 8500 manat olan 6 ədəd “mitsubişi” markalı kondisionerin, dəyəti 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanması üçün soyuducunun, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducunun, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyfin və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radyatorunun İddiaçı verilməsinin Cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(005)-58/2022 saylı qərardadı ilə iddiaçının vəkili-nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürüldüyü üçün geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı apelyasiya şikayəti, eyni zamanda ərizə təqdim edərək, həmin şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tutulmuş prosessual müddətin ona münasibətdə təmin edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(005)-58/2022 saylı qətnaməsi ona rəsmi qaydada verilməmişdir. Qətnamə vəkili-nümayəndəsi Vəkil1 elektron ünvanına xx.xx.2022-ci il tarixdə göndərilsə də, onun həmin qətnamədən apellyasiya şikayəti verib-verməyəcəyi Vəkil1 məlum olmadığı üçün apellyasiya şikayəti onun Vəkil1 ilə müqavilə bağladığı gün sonuncu tərəfindən hazırlanıb məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-58/2022 saylı 09 dekabr 2022ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa edilməsi barədə iddiaçının ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. MPM-ə müvafiq olaraq, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İddiaçının özünün qətnaməni rəsmi qaydada alması müəyyən edilməmiş, nümayəndəsi-vəkilinin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, apelyasiya şikayəti isə xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı göstərmişdir ki, vəkil ilə müqavilə bağlandığı gün vəkil tərəfindən şikayət verilmişdir. Buraxılmış müddət üzrlü hesab edilməlidir. Kollegiya hesab edir ki, iddiaçının hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yox, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçının şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-58/2022 saylı 09 dekabr 2022ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-58/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət İddiaçı münasibətdə bərpa edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar