Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2757/2020 13.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxx katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli, 2(004)-6776/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli 051T04170045 nömrəli kredit müqaviləsi üzrə yaranmış 23.374,94 manat əsas borc, 1.831,04 manat faiz borcu, 11.700,45 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.465,75 manat olmaqla, cəmi 38.372,18 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli, 2(004)-6776/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edələrək, Cavabdeh xx.xx.2017-ci il tarixli 051T04170045 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədək (müqavilənin müddətinin bitdiyi tarixə) yaranmış 23.374,94 manat əsas borc, 1.831,04 manat faiz borcu, 180 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 25.415,98 (iyirmi beş min dörd yüz on beş manat doxsan səkkiz qəpik) manat pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbini qismən təmin edən məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2017-ci il tarixli 051T04170045 nömrəli müqavilənin adına və məzmununa diqqət yetirməmişdir. İddiaçı ASC ilə onun arasında bağlanmış həmin müqavilə “Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədir, yəni təminatlı kredit müqaviləsidir. Həmin müqavilə əsasında ona “VİSA GOLD” kartı verilib (müqavilənin 2.1-ci bəndi) və həmin kart əsasında götürəcəyi kreditin ödənilməsi ilə bağlı güzəştlər müəyyən olunub (müqavilənin 3.4-cü bəndi). Maraqlıdır bank ona nədən “VİSA GOLD” kart verir, götürəcəyi borca görə güzəştlər verir? Bu üstünlük hüquqları nə ilə bağlı olmuşdur? Həmin müqavilənin 3.7-ci bəndində göstərilir ki, “Bu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: Cavabdeh məxsus İddiaçı ASC-nin AZ17AZER**********331AZN4110 saylı hesabda olan 31250 AZN pul vəsaiti”. İşə baxan məhkəmə, iddianı tam və ya qismən təmin etməmişdən əvvəl, qəbul etdiyi qətnaməni əsaslandırdığı müqaviləni araşdırmalı olduğu halda, həmin müqavilə ilə bağlı heç bir araşdırma aparmadan, yalnız iddia tələbində yazılanlara əsasən iddianı təmin etmişdir. İşin faktiki halı ondan ibarətdir ki, onunla İddiaçı ASC arasında xx.xx.2017-ci il tarixdə “Bank əmanəti müqaviləsi № **********331 Göy Əmanət” müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, 100.000 (yüz min) manat depoziti (əmanət) 12 (on iki) ay müddətinə, hər ay illik 15 (on beş) % dərəcəsi ilə banka qoymuş (həmin müqavilənin surətini şikayətə əlavə edir). Həmin müqavilənin 3-cü bəndi bank tərəfindən müştəriyə xüsusi şərtlərin təklif olunmasından ibarətdir ki, bu təklifi bankdan qəbul edərək, bankdan “VİSA GOLD” kart almış və bununla bağlı bankla arasında, xx.xx.2017-ci il tarixdə 2-ci müqavilə, 051T04170045 nömrəli “Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” bağlanmışdır. Həmin kartdan da bank ilə arasında olan müqavilə şərtlərinə uyğun olaraq istifadə etmişdir. İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixdə qoyduğu 100.000 (yüz min) manat depozitə görə xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxx” ASC-nin Nərimanov filialı 76.793 (yetmiş altı min yeddi yüz doxsan üç) manat kompensasiya ona ödəmişdir. 24.206.84 (iyirmi dörd min iki yüz altı manat səksən dörd qəpik) manat İddiaçı ASC-nin AZ17AZER**********331AZN4110 saylı hesabında olan pul vəsaiti, xx.xx.2017-ci il tarixli 051T04170045 nömrəli “Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə”yə əsasən yaranmış kreditə görə bankda saxlanmışdır. Bu İddiaçı ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən Çıxarış ilə təsdiq olunur (Çıxarışın surətini şikayətə əlavə edir). Göründüyü kimi, onun iddiaçıya borcu qalmamışdır. O, İddiaçı ASC-də olan əmanətini (xx.xx.2017-ci il tarixdə “Bank əmanəti müqaviləsi № **********331 Göy Əmanət” müqviləsi üzrə) götürdüyündən və onun depozit hesabından “VİSA GOLD” kartı əsasında (xx.xx.2017-ci il tarixli 051T04170045 nömrəli “Kredit kartının verilməsi və istifadəsi üzrə mtiqavilə”üzrə) götürdüyü kredit, depozit hesabından çıxılaraq, bankın hesabında saxlandığından (24.206.84 (iyirmi dörd min iki yüz altı manat səksən dörd qəpik) manat, yəni müqavilə üzrə öhdəlik tərəfindən tam icra olunduğundan,onun bank qarşısında öhdəliyinə tam xitam verilməli idi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 bildirdi ki, kartla onlara 25.000 manat verilməsi ağılabatan deyil. Hansı əsasla onlara bu qədər pul verilməlidir. İnandırıcı deyil. Kartın xüsusi şərti var ki, ay ərzində xərclənən pulu gecikdirmədən qaytaranda faiz hesablanmır. 100000 manat depozit qoyulub. Bank bağlandığı üçün 75000 manatdan artıq pul qaytarıldı. 24.000 manatdan artıq məbləğ bankda qaldı. 25000 manatlıq kredit götürülüb və kredit də ödənilib. Bu halda bank niyə eyni borcu iki dəfə tələb edir. “xxxxxxxxxxxx” onun depozitini qaytardı. Kartın əvəzinə cavabdehin 31.250 manat təminatı var. Bəs həmin təminat necə olur. Bu əmlak deyil ki, mövcud olduğu dövrə görə dəyər məbləği dəyişsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işdən görünür ki, xx.xx.2017-ci il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə 051T04170045 nömrəli fiziki şəxslər üçün müqaviləyə əsasən həmin müqavilənin predmetini bank tərəfindən buraxılmış kredit kartının müştəriyə verilməsi, kart vasitəsilə kredit xəttinin açılması, müştəri tərəfindən isə kart vasitəsi ilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, valyuta mübadiləsinin aparılması, nağd pul vəsaitinin əldə edilməsi, nağdsız formada öz hesabından vəsaitin başqa hesaba köçürülməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi və qanunvericilikdə qadağan olunmayan digər əməliyyatların həyata keçirilməsi barədə öhdəliklərdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası tələbinin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, xx.xx.2017-ci il tarixli 051T04170045 nömrəli müqavilə kredit müqaviləsi deyil, kredit kartın verilməsi və istifadəsi üzrə fiziki şəxslər üçün nəzərdə tutulmuş müqavilə adlanır. Həmin müqavilə əsasında cavabdehə bir ədəd “VİSA GOLD” kartı verilib və və həmin kart əsasında kreditin ödənilməsi ilə bağlı güzəştlər müəyyən olunub. Müqavilənin 3.7-ci bəndinə əsasən cavabdehin öhdəliklərinin icrasının əsas təminatı ona məxsus İddiaçı ASC-də AZ17AZER**********331AZN4110 saylı hesabda olan 31250 manat pul vəsaiti olmuşdur. Cavabdehin təqdim etdiyi sübutlardan görünür ki, cavabdehlə İddiaçı ASC ilə arasında xx.xx.2017-ci il tarixdə “Bank əmanəti müqaviləsi № **********331 Göy Əmanət” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 100.000 (yüz min) manat depoziti (əmanəti) 12 (on iki) ay müddətinə, illik 15 (on beş) % dərəcəsi ilə banka qoymuşdur. Qeyd olunan müqavilənin 3-cü bəndinə əsasən bank tərəfindən cavabdehə xüsusi şərtlərlə güzəştlər təklif olunduğundan sonuncu bankdan “VİSA GOLD” kart almış və bununla bağlı bankla arasında, xx.xx.2017-ci il tarixdə hazırki iş üzrə olan 2-ci müqavilə bağlanmış və həmin kartdan da bank ilə arasında olan müqavilə şərtlərinə uyğun olaraq istifadə etmişdir. İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixdə qoyulmuş 100.000 (yüz min) manat depozitə görə xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxx” ASC-nin Nərimanov filialı 76.793 (yetmiş altı min yeddi yüz doxsan üç) manatı cavabdehə ödəmiş, 24.206.84 (iyirmi dörd min iki yüz altı manat səksən dörd qəpik) manat İddiaçı ASC-nin AZ17AZER**********331AZN4110 saylı hesabında olan pul vəsaiti isə xx.xx.2017-ci il tarixli 051T04170045 nömrəli “Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə”yə əsasən yaranmış kreditə görə bankda saxlanmışdır. Göründüyü kimi, cavabdehin iddiaçıya borcu qalmamışdır. Belə ki, xx.xx.2017-ci il tarixli 051T04170045 nömrəli “Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” üzrə alınmış “VİSA GOLD” kartı üzrə olan borc depozit hesabından çıxılaraq, bankın hesabında saxlandığından, bununla da cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi qalmadığından iddia əsaslı ola və təmin edilə bilməzdi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki halların müəyyən edilməsi, birinci instansiya məhkəməsinin həqiqəti müəyyən etmək üçün cavabdehin də iştirakını təmin edərək gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını təsdiq edir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.2-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2, 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli, 2(004)-6776/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli, 2(004)- 6776/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov İmza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2757/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2757/2020
13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver