Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2758/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehlər X2 və Mı̇ kayilov Şahı̇ n Məmmədrza oğlunun iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər M oğlu, ş oğlu və X1 qarşı kredit tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.07.2020-ci il tarixli, 2(001)-68/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.07.2020-ci il tarixli, 2(001)-68/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20.07.2020-ci il tarixli, 2(001)-68/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəməyə apellyasiya şikayətindən imtina edilməsinə dair ərizə təqdim etmiş, daha sonra İddiaçı ASC apellyasiya şikayətindən imtinaya dair ərizəni məhkəməyə ünvanlayaraq, qətnamədən verilmiş apellyasiya şikayətindən imtina etdiyini göstərmiş və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1 və 369.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.07.2020-ci il tarixli, 2(001)-68/2020 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.07.2020-ci il tarixli, 2(001)-68/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2758/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2758/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver